Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə12/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   8   9   10   11   12   13   14   15   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
28 
 
 
Elmi tədqiatlarda dayanıqlı sistem tsiklinin coğrafi  əsaslarına dair mənbə-
lərinin olmasına baxmayaraq, onun tamlığını əhatə edən coğrafi araşdırmalar 
yetərincə  təhlil olunmamışdır. Məntiqi yanaşma ondan ibarətdir ki, sistem 
tsikli inkişaf ilkin olaraq = ölkənin iqtisadi, sosial və siyasi həyat tərzini hərə-
kətə  gətirir, ritmik olaraq funksional effektliyinin artırılmasına perspektivlər 
açır. Məsələ onunla ölçülür ki, ölkə daxilində iqtisadi-sosial və siyasi sistem 
tsikllərinin arasında tarazlıqlarının pozulması nəticəsində yaranan problemləri-
nin bərpası üçün  uzun dövr tələb olunur. 
Elmi mənbələrinin təhlil və proqnozlarının “tarixi-zaman” fəlsəfəsinin kon-
tekstində rasional idrak məzmununa dair problemlər tarixən tədqiqatçıların 
diqqət mərkəzində olmuçdur. Problemə dair L.Qrinin
31
 “tarixi-zaman”  kon-
tekstində riyazi modelləri sistemli tsiklli inkişafının formalaşmasında mühüm 
əhəmiyyət kəsb etmişdir. Onun “təkrarlan tsikllər” konsepsiyası coğrafiya el-
minin dialektikasında istifadə edilməsi önəmli mənbələrdən biri kimi praktiki 
mahiyyət daşıyır.  
Tsiklləşmənin  əsas ideya istiqaməti ondan ibarətdir ki, coğrafi obyektinin 
strukturlaşması prosesində iqtisadi-sosial və siyasi sistemində keyfiyyət tsiklli 
dəyişkənliyi baş verir. Elmi təhlil baxımdan reallıq ondan ibarətdir ki, tsiklli 
dəyişkənlik səbəbindən, digər struktur sahələrinin dövrü olaraq dəyişilməsinə 
səbəb olur. Məntiqi önəm onunla izah edilir: coğrafi struktur sahələr “tarixi-
zaman” etibarı ilə tsiklli (təkrarlanma) xarakterə malikdir; hər bir coğrafi 
strukturun zaman məsafəsi və kombinasiyaları arasında sabit riyazi tənasüblük 
mövcuddur. Elmi dəyər ondan ibarətdir ki, coğrafi struktur tsikllər - dayanıqlı 
“coğrafi mühit-istehsal” kompleks modelinin çərçivəsini tamamlayır. 
Coğrafiya elminin formalaşmasında, konstruktiv ərazi-istehsal kompleksi-
nin tədqiqatlarına dair N.Kolosovski
32
 və Y.Sauşkinin
33
 (Moskva Dövlət Uni-
versiteti) xidmətləri çox böyükdir. Bu xidmətlərə görə də “Kolosovski coğrafi-
ya elmi məktəbi”, “Sauşkin coğrafiya  elmi məktəbi” fəaliyyət göstərir.                                                 
 
                                                                                             
 
 
 
 
                                                            
31
 Гринин Л. Периодизация история: Теоретико-математический анализ. М., 2006. 
32
 Колосовский Н.Н.Научные проблемы географии //Вопросы географии.1955, № 37. 
33
 Саушкин Ю.Г. Географическая наука в прошлом, настоящем, будущем. М.,1980.
 
  N.N.Kolosovski:  
  İqtisadi rayonlaşma aparatına, sənaye coğrafiya elminin nə-
zəri-praktiki problemlərinin tədqiqinə dair kompleks ideyalar 
irəli sürmüşdür. “Ərazi-istehsal kompleks”, “enerji-istehsal 
tsikllər” konsepsiyasının əsasını yaradanlardan biridir.
 


Dialektik coğrafiya
 
 
 
29
 
 
N.N.Kolosovskinin coğrafi ideyalarının  əsasında Ural-Kuznesk kombinatı, 
Trans Sibir dəmir yolu, Sibir regionunda bir sıra sənaye komplekslərinin təşki-
linə dair lahiyələrinin praktikası  həyata keçirilmişdir. Bu mənada N.N.Kolo-
sovski tədbiqi coğrafiya elminin baniləindən sayılır. “Kolosovski elmi məktəbi” 
müasir coğrafiya elmi təfəkkürünün formalaşmasında xüsusi mövqeyi vardır.  
N.Kolosovskinin eneriji istehsal tsikllər nəzəri baxışları ümumi coğrafiya 
elminin davamlı  tədqiqatları sahəsində bütün dövrlərdə öz aktuallığını saxla-
maqdadır. Onun coğrafiya elmi baxışları  və praktikası  nəyinki Rusiya elmi 
üçün, eləcə də qloballaşan coğrafi təqiqatlarının kompleksliyinə yönəldilən el-
mi məktəblərdə metodoloji əsas kimi istifadə edilir. 
Ümumi nəticə ondan ibarətdir ki, N.N.Kolosovski ərazi-istehsal kompleksi-
nin təsiri nəticəsində sənaye rayonlarının əmələ gətirən strukturlarının forma-
laşması və ərazi təşkili problemlərinin coğrafiyasını önəmə gətirmiş və prak-
tiki cəhətdən əsaslandırmışdır.                                                                                          
    
                              
    
 
 
 
 
 
 
Dialektik məna baxımından coğrafiya elminin konstruktiv tədqiqat mənbə-
ləri və dayanıqlı təhlilləri faktoru mühüm mövqe üstünlüyü ilə fərqlənir. Coğ-
rafiya elminin genetik aparatının modernizasiyasında kompleks yanaşma, in-
novasiya və məntiqi funksional strukturların təhlilinə dair tədqiqatlar üstünlük 
təşkil edir.
34
  
Dayanıqlı inkişafa malik olan coğrafiya elmi tədqiqatlarının innovasiya xə-
ritəsinin miqyasına görə fiunksional strukturun ərazi təşkili formalarına üstün-
lük verilməsi ilə fərqlənirlər.  
Aparılan tədqiqatlarının gerçəkliklərində  məqsədi dayanıqlı kompleks-is-
tehsal differensiyasının təşkili və idarəolunmasının dialektik fonunun kons-
truktiv meyillərinin müəyyən edilməsindən ibarətdir. Coğrafiya elmi aparatın-
                                                            
34
  Blij H.J. Geography: Regions and Concepts. J.Wiley and Sons. New York,1981. 
    Ackerman  E.A. Geography as a Fundamental Research Discipline. Chicago,1989. 
    Бабурин В.Л. Эволюционная  геогафия. М., 2006.      
  Y.Q. Sauşkin:  
  Ümumi  coğrafiya elminin nəzəri-metodologiyasına dair tədqi-
qatları fundamental məsələlərinin təhlilində əhəmiyyət kəsb edir. 
Coğrafiya elminin konstruktiv sintezinin kompleks yanaşmasına 
dair ideyaları iqtisadi-sosial coğrafiya elm məktəblərində geniş 
miqyasda istifadə edilir. Tədqiqatlarında ümumi (vahid) coğra-
fiya elminin modernizasiyasına üstünlük vermişdir.
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə