Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə5/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   2   3   4   5   6   7   8   9   ...   90

Dialektik coğrafiya
 
 
 
13
 
 
Elmi mənbələrdə “metod” anlayışı ilə  yanaşı “metodologiya” ifadəsindən 
də geniş istifadə edilir. “Fəlsəfə ensiklopediyası”nda metodologiya anlayışı 
gerçəkliyin dərki və  dəyişdirilməsi metodları haqqında təlim kimi təyin olu-
nur. Həm də bu hal konkret elmi tədqiqatın metod və üsulları kimi nəzərdə 
tutulur. V.Ştoff qeyd edir ki, biz “metodologiyanı metod haqqında təlim və ya 
metod nəzəriyyəsi kimi təyin edə bilərik”.
6
  
Bolqar filosovları Q.Kirkinov və M.Yankov  göstərirlər ki: “metodologiya- 
metodlar haqqında təlimdir, nəzəriyyədir. Metodologiya metodları əhatə etmir, 
onları özünün tədqiqat predmetinə çevirir”.
7
  
Сoğrafiya elmi idrakın formalaşmasında metod və metodologiya
8
 baxışla-
rının nəzəri-praktiki tətbiqində mövqeyi və dərk edilməsinin ümumi formaları 
mövcuddur. Coğrafiya elminin metodoloji sistemi nəzəri-praktiki baxımdan in-
terpretasiyasını ehtiva edən tədqiqatlara söykənməlidir. Məntiqi olaraq dialektik 
idrak metodologiyasının sisteminə söykənən coğrafiya elminin tədqiqat mən-
bələrinin praktikası fundamental və strateji məzmuna çevrililməsinə səbəb olur.    
     
 
 
 
Coğrafiya elminin nəzəri baxışlarının dərk edilməsi və praktiki gerçəkliyə 
çevrilməsi prosesində  Qərb ölkələrinin, xüsusən ABŞ-ın Vaşinqton universi-
tetinin elmi məktəbinin rolu və  dəyərləri mühüm əhəmiyyət kəsb etmişdir. 
Elmi məktəbinin görkəmli tədqiqatçılarından sayılan Edvard Ulman ABŞ-da 
ilk dəfə olaraq coğrafiyanın riyazi sistemlərinə dair elmi məktəb yaratmışdır. 
Vaşinqton Universitetində coğrafiya elminin məhşur simalarılardan sayılan - 
V.Bunqe, A.Qettner, P.Xartşorn və b. geniş məzmunda tədqiqatlar aparmışlar. 
Aparılan tədqiqatlarının ideya mənbələrinin əsasında coğrafiya elminin funda-
mental, müstəqil bir elm kimi nəzəri-metodoloji anatomiyasına dair monoqra-
fik əsərlərinin yaradılmasında mühüm rol oynamışdır. 
Coğrafiya elmi fəlsəfəsinin dünyagörüşü və metodologiyasının  əsaslarına 
söykənən müxtəlif fundamental monoqrafik istiqamətli əsərlərinin elmi ideya-
ları əsasında formalaşmış və müasirləşmişdir. 
Coğrafiya elmi metodologiyasıun ümumi əsaslarını  tədbiqi xarakerli-sis-
temli, dayanıqlı tədqiqatlarını təmin edir. Bu təminat konstruktiv-praktiki ma-
                                                            
6
  Штофф  В.А.  Моделирование и философия. М., 1972.  
7
 Введение в философию. М., 2003. 
8
 Metodologiyatədqiqatçının idrak təlimində əldə etdiyi ümumi nəzəri-praktiki mənbəyidir.
 
Sistem (yun. “təşkil edilmiş”) -vahidliyə doğru dialektik əsaslarla bir-biri ilə bağ-
lı strukturların kompleksliyidir. Bu səbəbdən də sistem mühitin daxilində müəyyən 
“məkan-zaman”dialektikasında struktur  modellərinin  kompleks  birliyi durur. 


  Ağazeynal A. Qurbanzadə 
 
14 
 
 
teriallarının dialektikasının tələblərinə uyğun olaraq coğrafiya elminin meto-
dologiyasının tərəfindən “aktivləşdirlmişdir”. Bu aktivləşmə sonrakı coğrafi 
tədqiqatların “nəzəri-metodoloji-praktika” sisteminin formalaşması ilə yanaşı, 
coğrafiya elmi təfəkkürünün dialektikasında yeni məzmuna çevrilməsinə  sə-
bəb olmuşdur. Coğrafiya elmin müxtəlif sahələrində aparılan fundamental təd-
qiqatlarının əksəriyyətində “aktivləşmə”müxtəlif tipli (təsnifatlı) coğrafi struk-
tur sistemlərinin (sahələrinin)  ərazi təşkilinin metodologiyası ilə  əlaqələndi-
rilməsi problemləri aşağıdakı məzmunda ifadə olunmuşdur. 
                                                               
 
 
  
 
 
 
 
 
 
 
 
Elmlərin konstruksiyasının tələblərinin çərçivəsində coğrafiya elmi tədqi-
qatlarda məntiqi-nəzəri (xüsusən məntiqi-riyazi) metodlarından konstruktiv 
istifadə edilməsinə üstünlük verilir.
9
 Məsələ ondan ibarətdir ki, bu metodların 
praktiktikası - elmi idrakda, empirik və nəzəri səviyyələrində potensial funk-
sional nəticələrə  gəlmək mümkünlüyünün ideyaları meydana gəlmişdir. Bu 
funksional nəticələr coğrafiya elmi fəlsəfəsində  məkan obyektlər arasında 
“reaksiyası”nı məntiqi-riyazi metodlar ilə tamamlayır, tədbiqi xarakterli struk-
turların kompleksinin dayanıqlı formalarını müəyyən edir. İlkin olaraq coğra-
fiya elmi yanaşmalarının dialektikasında dayanıqlı inkişaf formalarının coğrafi 
mühitlə “reaksiyaya”nın əsasında ərazi sistemlərinin tədqiqat prosesinə çevril-
məsini aktivləşdirmişdir. 
Müasir coğrafiya elmi idrakın praktikası göstərir ki, obyektiv ərazi sistem 
strukturlarların  əlaqələndirilməsinin vəhdətinin prinsiplərinin üzərində qurul-
muş coğrafi tədqiqatının əsasında daha çevik elmi nəticələrə gəlmək mümkün-
dür. Bu səbəbdən də, ümumi coğrafiya elminin differensiyası nəticəsində tam 
bir sıra müstəqil coğrafiya elmlər sistemi yaranmışdır (Radikal coğrafiya, Si-
yasi coğrafiya, İnsan coğrafiyası,  Regional coğrafiya, Təkamül coğrafiya və s.).  
                                                            
9
  Бунге В. Теоретическая  география. М.,1967. 
Ümumiidrak metodlar 
Məntiqi-nəzəri metodlar
Empirik-nəzəri metodlar 
*Abstrak                       
* Dialektik                    
 
* Analiz və sintez               
*Modernəşmə                     
*Sistem-struktur                 
*Məntiqi modelləşmə         
* Dayanıqlı-texnoloji         
*Riyazi-statistik və s.         
* Müşahidə 
* Eksperiment 
* Ölçmə 
* “İdeal” modelləşdirmə 
*Tarixi-tsikllik  
*Kartoqrafik və s. 
Elmi ideyalar 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə