Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə4/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   2   3   4   5   6   7   8   9   ...   90

Dialektik coğrafiya
 
 
 
9
 
 
Məqsədə uyğun olaraq dialektik coğrafiya elminin konseptual anatomiyası-
nın tədqiqat xətləri daxilində yeni məzmunda araşdırmalara və praktiki əhə-
miyyətə malik ideyalara üstünlük verilməsinə səy göstərilmişdir.  
Elmi mənbələrinin rasional tədqiqatlarına  əsaslanaraq coğrafiya elminin 
qarşısında duran kompleks araşdırmalarna yeni məzmunda yanaşılmış  və st-
ruktur kodlarının dayanıqlığının fərqli baxışlarına dialektik formada yanaşıl-
mışdır.  
Monoqrafiyada coğrafiya elmi təfəkkürünün formalaşmasına bir dialektik 
sistem kimi üstünlük verilmiş və dayanıqlı “Coğrafi mühit – cəmiyyət”in inki-
şafının tsiklli prosesinin xarakterik cəhətlərinin kardinal dəyişikliklərinin xro-
nologiyasını əsas kriteriya kimi götürülmüşdür. 
Monoqrafiyanın tərtibi metodikası, ənənəvi ümumi coğrafiya elmi tədqiqat-
lardan həm məzmun, əhatə dairəsi, həm də elmi-metodoloji cəhətdən fərqlidir. 
Əsas fərqlilik ondan ibarətdir ki, coğrafiya elmin “çoxölçülü” funksional mən-
tiqinin kompleks xarakterik cəhətlərinin anatomoyası təyin olunmuş və konst-
ruktiv dialektik-coğrafi  təfəkkür mənbələrinin ehtiva etməsidir. 
Dahi filosof A.A.Mizəcanzadənin fikri ilə desək: “Elmin inkişafı universal 
dialektik təfəkkür metodlarının köməyilə, hadisələr arasında bütün üzvi əlaqə-
lər dolğunluğu ilə nəzərə almaqla baş verir”. 
 
 
   
 
     
 
 
 
 
    
 
 
 
 
 
 
 
 


  Ağazeynal A. Qurbanzadə 
 
10 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BİRİNCİ BÖLMƏ 
 
DİALEKTİK COĞRAFİYA ELMİ: 
TƏDQİQATIN RASİONAL İDRAK MƏNBƏLƏRİ 
           
 
 
 
Dialektik coğrafiya elmi idrakın metodoloji mənbələri 
 
 
Dialektik coğrafiya elmi-tədqiqatın effektliyi  
 
 
Coğrafi-iqtisadi  elmi təfəkkürün rasionallığı  
 
 
Dialektik coğrafiya elminin  klassik nəzəri “yaddaş” kodları   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Dialektik coğrafiya
 
 
 
11
 
 
Coğrafiya elmi təfəkkür=coğrafiya elmi 
ideyalarının “çoxölçülü” dialektikasının 
məntiqi əlaqələrinin və onun tamamlan-
ması çərçivəsinin dərk edilməsidir. 
 
Birinci önəm            
Dialektik coğrafiya elmi idrakın metodoloji  
                             mənbələri
 
 
 
 
 
 
 
 
 
Dialektik coğrafiya elmi idrakın rasionallığı 
 
Hər bir elmi-tədqiqatın mənbəyi ilkin olaraq fəsəfi dünyagörüşə söykənərək 
formalaşmış və müasirləşmişdir. Ümumi fəlsəfi təfəkkürlə ifadə olunmuş elmi 
biliklər, sonrakı dövrlərdə müstəqil elmi sahələrinin yaranmasına səbəb olmuş-
dur. 
Fəlsəfə elmin qanunlarına əsaslanan ümumi coğrafiya elminin idealogiyası 
və metodologiyası tarixi dövrləşməsi konsepsiyasına əsaslanaraq inkişaf etmiş 
və fundamental elmi sahəsinə çevrilmişdir. 
Coğrafiya elminin fəlsəfi əsasları bir sıra komponenti ehtiva edir. Onlardan 
başlıca istiqamətlər bunlardır:  
- fəlsəfi ideya və metodlar ilə coğrafiya elmi tədqiqatlarının reallaşdırılması; 
- fəlsəfi metodologiyanın əsasında formalaşan coğrafiya elmi sonrakı dövr-
lərdə özünün konseptual tədqiqat sistemini yaratmışdır.  
Ümumi coğrafiya elmi idrakın nəzəri-metodoloji önəminin fəlsəfi baxış-
larınının əsasında  dialektik coğrafiya elmi tarixi dövrləşmənin konsepsiyasına 
uyğun elmi təfəkkürə çevrlmişdir. 
Tarixi dövrləşmənin elmi konsepsi-
yasında “coğrafi məkan-zaman-cəmiy-
yət” oxu boyinca kardinal şəkildə dəyi-
şilən, formalaşan coğrafiya elminin id-
rak formaları (nəzəri, metodoloji) xü-
susi önəm daşımışdır. Bu önəmdə əlahiddə yer tutan və elmin məntiqi mahiyyəti-
nin dərk edilməsinin anlamında dialektik təvəkkürə əsaslanan coğrafiya elminin 
mühüm rasional idraka malik olması ilə təbiət elmlərinin konseptual baxışlarından  
fərqlənir. 


  Ağazeynal A. Qurbanzadə 
 
12 
 
 
Coğrafiya elmi ədəbiyyatlarda metakartoqrafiya, riyazi coğrafiya, nəzəri coğ-
rafiya,  tarixi  coğrafiya  və  s. “məhsuldar”  coğrafiya  elmi  sistemlərinin  prob- 
lemlərinə dair geniş miqyasda təhlilləri əsaslandırılmışdır.  
Fəlsəfi düşüncə  tərzində ilkin coğrafiya  elmi təfəkkür: abstrakt, müşahidə 
və qismən nəzəri elementlərindən ibarət olmuşdur. Sonrakı tarixi-elmi təkamül 
dövrlərində özünün hərfi mənasından kənara çıxaraq
1
 real məntiqi-nəzəri və 
eksperiment metodlara əsaslanan konstruktiv müstəqil ümumi coğrafiya elmi-
nin tədqiqat təfəkkürü  ilə əvəz olunmuşdur. 
Bu məsələyə aydınlıq gətirməzdən əvvəl metod və metodologiya anlayışı-
nın funksiyalarına münasibət bildirək. Konseptual araşdırmalar, elmi-praktiki 
yanaşmalarının nəticələrinə əsasən metod və metodologiya arasında müəyyən  
funksional dialektik “təbiət” mövcuddur. Bu funksional  dialektik “təbiət” fo-
nunda coğrafiya elmi təfəkkürün rasional
2
 metod  və metodoloji tədqiqatın 
idealogiyası formalaşmışdır. 
Elmi mənbələrin idrak funksiyalarına  əsaslan rasional metod anlayışının 
elmi aparatının məzmununda geniş mənada yanaşmalar, ideyalar filosoflar tə-
rəfindən önəmə gətirilmişdir 
3

Metod anlayışının məzmunu və təbiəti 
▼ 
► ABŞ filosofu M.Kohenin tədqiqatlarında belə bir nəticəyə gəlmişdir ki,   
“metod-rasional qaydanın və ya hər hansı sistemli yanaşmanın predmetə təd-
biq  edilməsi  üsuludur”.
4
 
► Fransız filiosofu R.Dekartın metod etimoloji ynaşmasına münasib bil-
dirərək göstərir ki, “metod – dedikdə elə dəqiq və sadə qaydaları nəzərdə tu-
turam ki, bunların tətbiqi biliyi tədricən və ritmik olaraq zəkanın yalnız özünə 
aid olan həqiqi idraka nail olmasına imkan yaradır”.
5
          
► Alman filosofu F.Engels “Təbiətin dialektikası”  əsərində qeyd edir ki 
gerçəkliyin analoqu olmaq etibarilə dialektika eyni zamanda təbiət  və cəmiy-
yətdəki inkişafı və ən ümumi əlaqələrini izah etmək metodudur. 
 
Fikrimizcə“metod: tədqiqat gerçəkliyinin dərk edilməsi və nəzəri- praktiki 
məqsədə çatmaq üçün istifadə olunan dayanıqlı  və rasional elmi təfəkkürün   
dialektik  reallığını ehtiva edir”. 
                                                            
1
  Elmi mənbələrdə -“coğrafiya”  sözünün  məna  obyekti  “yer səthi” kimi qəbul olunmuşdur. 
2
  Rasional-elmi təfəkkürün  ən mühüm  halı  kimi qəbul edilir. 
3
  Məmmədov Ə.B. Elmi idrak  və  onun  inkişaf  dialektikası. Bakı, 1998. 
4
  Диалектика и логика. М., 2004. 
5
  Декарт Р. Избранные произведения. М., 1958. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə