- 60 -
ilə və ən başlıcası, sözün əsil mənasında müasirliyi
ilə çağdaş Qərb sivilizasiyasını təmsil edirdi. Gen-
dən gələn Şərq mahiyyəti ilə, müasir zamanın tələ-
batından gələn Qərb keyfiyyətlərinin vəhdəti ona
məhz vəhdətin özünü tədqiqat predmetinə çevirmək
səlahiyyəti vermişdi.
Aida xanımın təkcə özü yox, ailəsi də bu vəh-
dətin parlaq təcəssümüdür. Humanitar sahənin,
şərqşünaslığın nümayəndəsi olan Aida xanımın özü-
nə ömür-gün yoldaşı kimi müasir Qərb texnoloji sis-
temlərinin tədqiqatçısı olan Arif Paşayevi seçməsi
də əslində təsadüfi görünmür. Bu izdivac özü də,
müəyyən mənada Şərq və Qərbin ittifaqını simvoli-
zə edirdi. Bu yerdə Aida xanımın Əmin Ər-Reyha-
nidən misal gətirdiyi bir beyt yada düşür:
Mən Şərqəm. Mən fəlsəfənin və dinin sahibiyəm,
Kim mənə təyyarə verəcək bunlara görə?!
Aida xanımın vurğuladığı kimi, Ər-Reyhani
bunu acı rişxənd hissi ilə yazır. Şərq və təyyarə…
az qala əks qütblər kimi simvolizə olunur.
Lakin bu gün Heydər Əliyev adına Bakı Hava
limanındakı ən müasir təyyarələri və bu təyyarələrin
istismarı üçün elmi-texniki baza olan Milli Aviasiya
Akademiyasını görəndə rişxənd hissi ümid qığılcımı
ilə əvəz olunur.
Şərqşünaslıq İnstitutu və Aviasiya Akademi-
yası! Qütblərin vəhdət simvolu!
Lakin belə təəssürat yaranmasın ki, proseslə-
rin istiqaməti ancaq Şərqdən Qərbə doğrudur. Çin-
- 61 -
giz Aytmatov demişkən, burada qatarlar yalnız
Şərqdən Qərbə yox, Qərbdən də Şərqə gedir. Reak-
tiv təyyarənin iş prinsipini öyrənən, mürəkkəb tex-
noloji sistemlərlə, müasir təbabətin elmi əsasları ilə
məşğul olan insanlar «Azərbaycan–İRS» jurnalını
da çap etməyi unutmur və milli mədəniyyətə, kökə
bağlılıqlarını, Şərq mahiyyətinə sədaqətlərini bir
daha sübut edir, nəsillərə nümunə göstərirlər. Və nə-
hayət, bu günlərdə Mehriban xanım Əliyevanın tək-
cə Şərq və ya təkcə Qərb mədəniyyətini deyil, bü-
tövlükdə dünya mədəniyyətini təmsil edən
YUNESKO-nun Xoş Məramlı Səfiri seçilməsi də
məhz bu vəhdətin bəhrəsi, parlaq təcəssümüdür. Bu
yüksək ad, bu ali mükafat əslində təməli Aida xa-
nım tərəfindən qoyulmuş və bu gün onun övladları
tərəfindən əməli fəaliyyət müstəvisində uğurla
həyata keçirilən vəhdət ideyasının təntənəsidir!
“İpək yolu” jurnalı, N 2, 2004-cü il
- 62 -
“Günbatan fikirli, gündoğan
duyğulu bir sima”
(Prof.Dr. Cavad Heyət haqqında)
Bu deyim Cəfər Cab-
barlıya məxsusdur. O, hə-
yatdan vaxtsız getsə də, bu-
günümüzün gerçəklərini gö-
zəl görmüş, gözəl təsvir et-
mişdir. Hətta müasirimiz
olan doktor Cavad Heyəti
də mənim indi yaxın məsa-
fədən gördüyümdən daha
aydın görmüş, ona daha
tutumlu və daha dəqiq bir şərh vermişdir.
Cavad Heyət Azərbaycanın zəmanəyə bəxş et-
diyi ən böyük ziyalılardan biridir. Və bizim zama-
nın ziyalı idealını, məhz bir türk ziyalısını və məhz
Cavad Heyəti bircə ifadə ilə, yığcam şəkildə təqdim
etmək istəsək, bundan daha gözəl, bundan daha ob-
razlı və bundan daha dəqiq bir ifadə tapa bilmərik:
«Beyni kitab arasında Parisdən, ürəyi isə mizraq
ucunda Altay dağlarından alınmışdır» (Cəfər Cab-
barlı).
Bəli, doktor Cavad Heyət həqiqətən Qərbin
rasional düşüncəsinə mükəmməl surətdə yiyələnmiş
- 63 -
bir adamdır. Və o həqiqətən Parisdə təhsil almış,
orada çalışmış və Paris Cərrahlıq Akademiyasının
həqiqi üzvü səviyyəsinə yüksəlmişdir. Lakin o, tək-
cə təbabət sahəsində rasional və praktik biliklərə
yiyələnməklə kifayətlənməmiş, Altaydan üzü bəri
min illər boyu köç edərək dünyanın böyük bir qis-
mində özü kimilərlə birləşərək türk dünyası yarat-
mış böyük bir xalqın tarixini və milli varlığını məhz
Qərb düşüncəsi ilə, obyektiv elmi tədqiqat metodları
əsasında öyrənmiş, türkün «canlı ensiklopediyası-
na» (Vaqif Aslanov) çevirmişdir.
Bütün bunları o, «günbatan fikirli bir sima»
olaraq etmişdir. Lakin Cavad Heyət Altaydan bəri
türk dünyasını rasional düşüncə mövqeyindən öy-
rənmək və həmin düşüncənin işiğında neçə-neçə
ürəkləri yenidən döyündürməklə bərabər, öz ürəyi-
nin bakirəliyini saxlamış, onun gündoğan mənşəyini
dəyişmək fikrinə düşməmişdir. Onun qəlb çırpıntı-
ları həmişə Altaydan bəri türk dünyasının nəbzi ilə
eyni ritmdə, eyni ahəngdə vurmuşdur.
Bütöv vətənimizin və xalqımızın tarixini, dili-
mizin tarixini, ədəbiyyatımızın tarixini bir vəhdət
halında Cavad Heyət qədər dərindən bilən ikinci bir
şəxs göstərmək çox çətindir. O, bütün dünyada ya-
şayan azərbaycanlıları, bu xalqın keçmişini, bu gü-
nünü və gələcəyini özündə ehtiva etmək, milli ruhu-
muzun canlı, real daşıyıcısı olmaqla yanaşı, eyni
zamanda, bir rəmzdir; düşüncə və duyğu birliyinin,
tarix və müasirliyin, mədəni-mənəvi vəhdətin rəmzi.
- 64 -
O, həm də bütün türk dünyasının mənəvi birlik rəm-
zidir. O, İranda da, Türkiyədə də, Azərbaycan Res-
publikasında də eyni məhəbbətlə sevilir, ona eyni
dərəcədə böyük hörmət və ehtiram göstərilir. Bizcə,
belə şəxslərin varlığı dövlətlər arasında münasibət-
lərə də bir sıcaqlıq gətirir. Mənəviyyat müstəvisində
birliyin mümkünlüyü siyasət və əməli fəaliyyət
müstəvisində də birlik üçün zəmin yaradır.
Şəxsi varlıq ümummilli varlığın təsdiqinə
həsr olunur və «Varlıq» meydana gəlir… Burası xü-
susi tədqiqat tələb edi. Ancaq məqsədimiz tədqiqat
olmadığından şəxsi təəssüratı mümkün etmiş bir
məqama toxunmaq istərdim. Nə gözəl ki, doktor
Cavad Heyətin geniş, çoxsahəli fəaliyyəti şəbəkə-
sində bizim universitetə də pay düşür. O, artıq 4 il-
dir ki, Azərbaycan Universitetinin fəxri professoru
və «Şərq-Qərb» tədqiqat mərkəzinin üzvü kimi özü-
nəməxsus bir əzmlə fəaliyyət göstərir. «Azərbaycan
Universiteti» nəşriyyatında onun daha bir kitabı
(«Ədəbiyyatşünaslıq») işıq üzü görmüşdür. Univer-
sitetimizin disput-klubunda onun çıxışları həmişə
böyük maraqla qarşılanır və gənclərin milli ruhda
tərbiyəsinə güclü təsir göstərir. Klubun bütün üzv-
ləri, Azərbaycanın görkəmli alimləri, ziyalıları dok-
tor Cavad Heyətin çıxışını həmişə səbirsizliklə göz-
ləyir və elmi mübahisələrdə ona ən ali münsif kimi
yanaşırlar.
Doktor Cavad Heyətin böyük tibb alimi, cərrah
olmaqla yanaşı, həm də görkəmli dilçi, ədəbiyyat-
Dostları ilə paylaş: |