Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 

40

dövlətinin 



beynəlxalq 

iqtisadi 

inteqrasiya 

ə

laqələrinə 



qoşulmasının 

nümunəsidir. 

Azərbaycanın  xarici  iqtisadi  münasibətlərinin  və  əlaqələrinin  məzmunu 

və  əsas  istiqamətlərini  ifadə  edən  bu  cəhətlərin  hər  biri  ölkənin  gələcək 

inkişafında  fəaliyyət  proqramının tərkib hissəsi  olmalıdır.  Azərbaycanın xarici 

iqtisadi  inteqrasiya  əlaqələrinin  formalaşmasında  daha  faydalı  və  səmərəli 

iqtisadi  münasibətlərin  yaradılmasına  üstünlük  verilməlidir.  Əgər  göstərilən 

prinsip  əsasında  inteqrasiya  prosesi  həyata  keçirilərsə,  respublikamızın 

inkişafında böyük nailiyyətlər əldə etmək mümkündür. 

1994-cü  ildə  “  Əsrin  müqaviləsi”  adlanan  ilk  neft  müqaviləsi 

imzalandıqdan  sonra  xarici  investorların  Azərbaycana  marağı  artmış, 

müqavilələrin  və  xidmət  işləri  ilə  əlaqədar  subkontraktların  həyata 

keçirilməsinə  400-dən  artıq  xarici  şirkət  cəlb  edilmişdir.  Dövlət  Neft  Fondu 

yaradılmış, beynəlxalq neft və qaz kəmərləri çəkilməyə başlanmış, Böyük  pək 

yolunun  bərpası  istiqamətində  müəyyən  işlər  görülmüş,  TRASEKA  layihələri 

həyata  keçirilməyə  başlanılmış,  ölkənin  sosial-iqtisadi  inkişafı  yeni  mərhələyə 

qədəm qoymuşdur.  

Xarici  ölkələrlə  iqtisadi  əməkdaşlıq  Azərbaycanın  milli  iqtisadiyyatının 

çoxşaxəli inkişafını təmin etmək üçün böyük üstünlüklər verə bilər. Məhz buna 

görə  Azərbaycanın  milli  iqtisadiyyatının  formalaşması  şəraitində  xarici 

ölkələrlə  qarşılıqlı  iqtisadi  əlaqələr  və  bu  əlaqələrin  inkişafı  böyük  əhəmiyyət 

kəsb  edir.  Azərbaycan  bir  çox  həyati  əhəmiyyətə  malik  siyasi  və  iqtisadi 

məsələlər  baxımından  dünyanın  yaxın  və  uzaq,  böyük  və  kiçik  dövlətlərinin, 

beynəlxalq  və  regional  təşkilatların  diqqətini  özünə  cəlb  edən  bir  qütbdür. 

Mühüm  strateji  əhəmiyyətli  ərazidə  yerləşən  ölkəmizdə  dünyanın  nəhəng 

dövlətlərinin  mənafeyi  toqquşur,  onlar  arasında  nüfuz  dairəsi  uğrunda  dərin 

rəqabət  mübarizəsi  gedir.  Azərbaycan  Respublikası  öz  sosial-iqtisadi 

inkişafında xarici ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsinə can atır və 

beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsindən  irəli  gələn  üstünlüklərdən 

maksimum  dəyərlənməyə  çalışır.  Siyasi  istiqlaliyyət  əldə  edilməsi,  inzibati-




 

41

amirlik  sistemindən  bazar  iqtisadiyyatı  sisteminə  keçilməsi,  uzun  müddət 



mövcud  olmuş  köhnə  xarici  iqtisadi  əlaqələr  sisteminə  yenidən  baxılması  və 

bərabər  hüquqlu,  qarşılıqlı  faydalı  münasibətlərin  yaradılması  üçün  mühüm 

zəmin  təşkil  edir.  SSR -nin  süqutu  böyük  bir  ərazidə  geopoletik  vəziyyəti 

kökündən  dəyişdirərək,  Azərbaycanın  beynəlxalq  əlaqələrinin  səmərəliliyinin 

artırılması 

və 


intensivləşdirilməsi, 

beynəlxalq 

ə

mək 


bölgüsünün 

üstünlüklərindən respublikanın mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün 

geniş perspektivlər açdı. 

Azərbaycan  Respublikasının  xarici  iqtisadi  siyasəti  dedikdə,  beynəlxalq 

iqtisadi  əlaqələrdə  qarşıya  qoyduğu  məqsədlərin  həyata  keçirilməsinə 

yönəldilmiş  fəaliyyəti  nəzərdə  tutulur.  Xarici  iqtisadi  siyasət  iqtisadi  anlayış 

olub  ümumi  iqtisadi  siyasətin  tərkib  hissəsidir  və  ölkənin  sosial-iqtisadi 

proqramı  ilə  bilavasitə  əlaqədardır.  Azərbaycan  hökumətinin  xarici  iqtisadi 

fəaliyyət  sahəsində  qəbul  etdiyi  qərarlar  iqtisadiyyatın  bütün  istiqamətlərinə 

təsirini göstərir. Azad bazar münasibətlərinə keçid şəraitində dövlətin daxili və 

xarici iqtisadi siyasətini bir-birindən təcrid etmək mümkün deyildir. 

         Azərbaycan  Respublikasının  ticarət  qanunvericiliyinin  formalaşması 

ticarət  əməkdaşlığının  genişlənməsinə  imkan  vermişdir.  Dövlətlərarası  ticarət 

ə

laqələrinin  tənzimlənməsi    və  inkişafı  məqsədilə  bir  sıra  qanun  və  normativ-



hüquqi  sənədlər  qəbul  edilmişdir.  Bunlardan  aşağıdakı  bir  neçəsini  nümunə 

göstərmək olar: 

20  iyun  1995-ci  il  tarixli,  1064  saylı  “Gömrük  tarifi  haqqında” 

Azərbaycan Respublikasının Qanununu; 

Azərbaycan  Respublikasının  10  iyun  1997-ci  il  311-IQ  nömrəli  Qanunu  ilə 

təsdiq edilmiş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”. 

24 iyun 1997-ci il tarixli, 609 saylı “Azərbaycan Respublikasında xarici 

ticarətin  daha  da  liberallaşdırılması  haqqında”  Azərbaycan  Respublikası 

Prezidentinin Fərmanını; 

  

Azərbaycan 



Respublikası 

Nazirlər 

Kabinetinin 

“Azərbaycan 

Respublikasının  gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən  çıxarılan  malların 



 

42

gömrük  qiymətləndirilməsi  sisteminin  tətbiqi  Qaydaları”  təsdiq  edilməsi 



haqqında 12 yanvar 1998-ci il tarixli, 7 saylı qərarı; 

  

Azərbaycan 



Respublikası 

Nazirlər 

Kabinetinin 

“Azərbaycan 

Respublikasının  ərazisinə  gətirilən  aksiz  vergisinə  cəlb  olunan  malların  aksiz 

dərəcələrinin  təsdiq  edilməsi  haqqında”  19  yanvar  2001-ci  il  tarixli,  20  saylı 

Qərarını; 

  

Azərbaycan 



Respublikası 

Nazirlər 

Kabinetinin 

“Azərbaycan 

Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, 

gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 12 aprel 

2001-ci il tarixli, 80 saylı Qərarını; 

  

26 oktyabr 2004-cü  il  tarixli 772-IIQ nömrəli  “ xrac  nəzarəti haqqında” 



Azərbaycan Respublikasının Qanununu. 

  

Azərbaycan 



Respublikası 

Nazirlər 

Kabinetinin 

“Azərbaycan 

Respublikasının  ərazisinə  gətirilən,  əlavə  dəyər  vergisindən  azad  olunan 

malların siyahısı haqqında” 31 yanvar 2005-ci il tarixli 11 nömrəli Qərarı; 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  “Malın  mənşə  ölkəsinin 

təyin  edilməsi  Qaydasının  təsdiq  edilməsi  haqqında”  29  noyabr  2007-ci  il 

tarixli, 190 saylı Qərarı. 

14  aprel  2009-cu  il  tarixli  791-IIIQ  nömrəli  “Xüsusi  iqtisadi  zonalar 

haqqında” Azərbaycan Respublikasının Qanununu və s.  

Respublikamızın  zəngin  iqtisadi  potensialı  olmasına  baxmayaraq  xarici 

ölkələrin  diqqətini  xammal  bazası  kimi  cəlb  edir.  Lakin  yeni  texnologiyanın, 

nou-haunun  tətbiqi  xammalın  hazır  məhsula  çevrilməsinə  kömək  edər.  Bunun 

üçün isə külli miqdarda maliyyə, investisiya vəsaitləri lazimdır. 

Bir  sıra  ölkələrin  təcrübəsi  göstərir  ki,  yalnız  təbii  ehtiyatların  ixracına 

arxalanmaq  olmaz.  Çünki  təbii  ehtiyatlar  tükənən  və  tükənməyəndir.  Xüsusilə 

tükənən  ehtiyatların  ixracında  diqqətli  olmaq  lazımdır.  Tükənən  ehtiyatlar 

dünya  birjalarında  qiymətlərin  enib  qalxmasından  asılı  olaraq  ölkə 

iqtisadiyyatının  inkişafına  gələcəkdə  mənfi  təsir  göstərə  bilər.  Ümumiyyətlə, 

son illər Azərbaycanın əmtəə dövriyyəsinin coğrafiyası genişlənmiş və müsbət 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə