65
növbəti mərhələ 1994-cü ildə başlamışdır. Bu mərhələdə hökumət xarici
ticarətə aid bütün məsələləri əhatə edən daha ətraflı qaydaları təqdim etməyə
çalışırdı.
Müasir tələblərə cavab verən qanunvericilik bazasının formalaşdırılması
Azərbaycanın ÜTT-yə üzv olmasının vacib üstünlüklərindən biridir.
Xidmətlərin göstərilməsinin birinci üsulu - ÜTT-nin üzvü olan ölkə
ə
razisindən ÜTT-nin digər üzv ölkəsinin ərazisinə xidmət göstərilməsidir.
kinci üsul - ÜTT üzv ölkəsinin bu və ya digər xidməti istehlak etmək
məqsədilə xidmətin göstərildiyi digər ÜTT üzv ölkəsinə getməsidir.
Üçüncü üsul - ÜTT-nin üzvü olan hər hansı bir ölkənin hüquqi və fiziki
şə
xsinin xidmət göstərmək məqsədilə ÜTT-nin digər üzv ölkəsinin ərazisində
“kommersiya iştirakı”dır.
Dördüncü üsul - ÜTT-nin üzvü olan ölkənin vətəndaşı olan fiziki şəxsin
ÜTT-nin digər üzv ölkəsinin ərazisinə daxil olmaqla orada xidmət
göstərməsidir. Bu üsul həm də “fiziki şəxslərin hərəkəti” adlanır.
ÜTT-yə üzv olan ölkələr bütün xidmət sahələrində Ən Əlverişli Rejimin
təmin edilməsinə zəmanət verirlər və müvafiq öhdəliklər götürürlər. Bu o
deməkdir ki, ÜTT-nin bütün üzvlərinə eyni ticarət rejimi tətbiq edilməli və heç
bir ölkənin diskriminasiyasına yol verilməməlidir. Azərbaycanın ÜTT-yə üzv
olması prosesində xidmətlər üzrə əsas taktiki vəzifə ənənəvi, eləcə də yeni
yaranmış və hələ də kifayət qədər inkişaf etməmiş vacib xidmət sahələrinin
liberallaşdırılması ilə bağlı öhdəliklərin həmin xidmət sahələrinin mövcud
inkişaf səviyyəsi ilə əlaqələndirilməsinə nail olmaqdır.
Azərbaycanın xidmətlərə dair öz üzərinə götürəcəyi öhdəliklərlə bağlı ilkin
təkliflərin hazırlanması prosesində qarşıya iki əsas məqsəd qoyulmuşdu:
Birinci məqsəd-milli xidmətlər bazarında normal rəqabət mühitinin yaradılması
və xidmətlər sahəsinə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin
yaradılmasından ibarətdir.
kinci məqsəd-xarici rəqiblərlə müqayisədə hələ şox zəif olan, onlarla
rəqabət aparmağa hələ hazır olmayan və eyni zamanda ölkənin gələcək inkişafı
66
baxımından vacib əhəmiyyət kəsb edən xidmət sahələrinin zəruri müdafiəsinin
təmin edilməsi ilə bağlıdır.
ÜTT üzvləri Azərbaycanın milli xidmətlər bazarında bir sira konkret
xidmət sahələrinə, o cümlədən bank və sığorta, telekommunikasiya və
paylaşdırıcı xidmətlərə xüsusi maraq göstərirlər. Bank xidmətləri sahəsində
mövcud olan milli rejim bu gün xarici bankların və onların filiallarının
Azərbaycanda bank xidmətləri göstərməsi üçün zəruri şəraiti təmin edir.
Azərbaycanın sığorta xidmətləri sahəsində öz üzərinə götürmək istədiyi
öhdəliklər milli xidmətlər bazarının daha da liberallaşdırılmasına
yönəldilmişdir. Lakin buna baxmayaraq bu gün xaricilərin Azərbaycanın milli
sığorta bazarında fəaliyyəti ilə bağlı mövcud olan bütün məhdudiyyətlərin
aradan qaldırılması qəbul edilməzdir.
Aktual olan əsas məsələlərdən biri də qanunvericiliyin təkmilləşdirməsi
planıdır. Burada Azərbaycan üçün əsas məsələ milli qanunvericiliyin planda
(AR Prezidentinin 2 avqust 2006-cı il Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər
Planı) götürülmüş öhdəliklər üzrə ÜTT qaydalarına uyğunlaşdırılmasıdır.
Azərbaycan tərəfi artıq bu öhdəlikləri əks edən sənədi ÜTT Katibliyinə təqdim
etmişdir. Hazırda çoxtərəfli danışıqlarda üzv ölkələrin narahatlığı
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdə ləngimə ilə
bağlıdır. Üzv ölkələr Azərbaycandan yeni qanunvericilik aktlarının qəbulu
prosesinin sürətləndirilməsini istəyirlər.
Beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və
imicinin yüksəldilməsi, Azərbaycan mənşəli malların və xidmətlərin dünya
bazarına maneəsiz çıxarılmasının təmin olunması, ölkəmizin ixrac potensialının
gücləndirilməsi və ümumiyyətlə ixracın strukturunun təkmilləşdirilməsi,
beynəlxalq ticarətdə ölkəmizin mənafelərinin qorunması, xarici tərəf
müqabilləri ilə eyni şərtlərlə ticarət əlaqələrinin qurulması, milli istehsalın
inkişaf etdirilməsi üçün əlavə stimulların yaradılması, sağlam rəqabət şəraitində
ölkədə istehsal olunan məhsulların keyfiyyətinin artırılması baxımından
Azərbaycanın ÜTT-yə qəbul olunması mühüm əhəmiyyət kəsb edir.
67
qtisadi həyatın beynəlmiləlləşməsi, Azərbaycanın ağır şərtlər altında
gedən müasir dünya ilə inteqrasiyasının bütün istiqamətləri yeni imkanlar
yaratmaqla yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu
imkanlardan səmərəli istifadə edilməsi, mövcud problem və təhlükələrin
vaxtında aşkara çıxarılıb öyrənilməsi bu gün Azərbaycan üçün həyati əhəmiyyət
kəsb edən məsələlərdəndir.
3.3 Azərbaycanın XTƏ-nin tənzimlənməsinə regional iqtisadi
inteqrasiyanın tə
siri.
Azərbaycanın
xarici
iqtisadi
strategiyasının
ə
sas
prioritet
istiqamətlərindən biri onun müasir dünya təsərrüfat proseslərinə aktiv şəkildə
qoşulması, qlobal geoiqtisadi məkanda baş verən yeni meyllərə adekvat şəkildə
reaksiya verməkdən ibarətdir.
Azərbaycanın regional inteqrasiya birliklərində iştirakı barədə ümumi məlumatı
Şə
kil 3.2-də görmək olar.
Şə
kil 3.2.
Azərbaycan regional inteqrasiya birlikləri sistemində
Azə
rbaycan
Müstə
qil
Dövlə
tlə
r
Birliyi,
1993
Qara Də
niz
qtisadi
Ə
məkdaşlıq
Təş
kilatı,
1993
qtisadi
Ə
məkdaşlıq
Təş
kilatı,
1992
Avropa Birliyi
(ə
mə
kdaş
lıq və
partnyoqrluq
sə
viyyə
sində
),
1993
GUAM
(Gürcüstan,
Ukrayna,
Azə
rbaycan,
Moldova), 1993