Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   18   19   20   21   22   23   24   25   26

 

62

• Dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar 



ə

sasında ticarət əməliyyatları həyata keçirmək; 

• Ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də 

ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq; 

• ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici 

investisiyaları cəlb etmək; 

• ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə 

etmək. 


Mənbə: Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı: www.wto.az     

 

        Azərbaycan  Respublikasının  ÜTT-yə  üzvolma  istəyi  ölkənin  müasir 



Ticarət  Siyasətindən  irəli  gəlir.  Bu  siyasətin  əsas  məqsədi  –  dünya 

iqtisadiyyatına,  beynəlxalq  ticarətə  maksimum  dərəcədə  səmərəli  və  əlverişli 

şə

rtlərlə daxil olmaqdan ibarətdir.  



Bu vəzifələrə nail olaraq bir sıra mühüm vəzifələri həyata keçirmək olar:  

•  Azərbaycan mənşəli mal və xidmətlərin beynəlxalq bazarlara əlverişli və 

qeyri-diskriminasiyalı şərtlərlə daxil olma;  

•  ölkənin  ixrac  potensialının  gücləndirilməsi  və  ümumiyyətlə  ixracın 

strukturunun, tərkibinin təkmilləşdirilməsi;  

ÜTT-nin  qaydalarından  istifadə  edib,  “açıq”  iqtisadiyyat  şəraitində  yerli 

istehsalçıların hüquqlarının qorunması. 

        Azərbaycan Respublikasının ÜTT-də üzv olmasından əsas üstünlükləri:  

•  ticarətin  və  xarici  iqtisadi  fəaliyyətin  digər  formalarının  inkişafı  üçün 

daha əlverişli, ayrı-seçkiliksiz, sabit və təxmin edilir şəraitin yaradılması;  

•  təşkilata  üzv  olan  dövlətlərin  ticarət  maraqlarının  haqsız  zərərdən 

qorunmasına xidmət edən ÜTT-nin olduqca səmərəli (və praktiki olaraq 

yeganə) ticarət mübahisələrinin həlli üzrə mexanizminə yiyələnmə;  

ÜTT  norma  və  qaydalarını  Azərbaycan  praktikasına  tətbiq  etməklə,  xarici 

iqtisadi  fəaliyyət  və  ticarətin  tənzimlənməsi  sahəsində  beynəlxalq  təcrübənin 

müvafiq qanunvericiliyə uyğunlaşdırılması. 




 

63

        Azərbaycanın  ÜTT-yə  üzv  olması  zamanı  milli  xidmətlər  bazarının  necə 



qorunması  deyil,  onun  necə  liberallaşdırılması  məsələsi  daha  vacib  əhəmiyyət 

kəsb  edir.  Bununla  bağlı  həm  də  hesab  edirəm  ki,  Azərbaycanın  xidmətlər 

bazarında  xarici  hüququ  və  fiziki  şəxslərin  iştirakı  yerli  hüquqi  və  fiziki 

şə

xslərin fəaliyyətini də əhəmiyyətli dərəcədə stimullaşdıracaq. ÜTT-də üzvlük 



aşağıdakılara imkan verəcək: 

•  rəqabət  qabiliyyətli  milli  xidmətlərin  və  onları  istehsal  edənlərin  xarici 

bazarlarda iştirakının genişlənməsinə; 

•  Ən  Əlverişli  Rejim  əsasında  və  diskriminasiya  olmadan  çoxtərəfli 

tənzimləmə sisteminə keçidə; 

•  digər  ölkələr  tərəfindən  diskriminasiya  xarakterli  tədbirlərin  tətbiq 

edilməsindən etibarlı müdafiəyə. 

        Ölkəmizin  ÜTT-yə  güzəştli  şərtlərlə  qəbul  olunmasında  Azərbaycana 

hansı statusun verilməsi müstəsna əhəmiyyət kəsb edir. ÜTT-də üzv ölkələr 3 

inkişaf  statusu  əsasında  bölünür:  inkişaf  etmiş,  inkişaf  etməkdə  olan  və  ən  az 

inkişaf etmiş ölkələr. Azərbaycanı ən az inkişaf etmiş ölkələr kateqoriyasına aid 

etmək  olmaz.  Lakin  ÜTT  sazişlərində  inkişaf  etməkdə  olan  ölkələr  üçün  də 

kifayət  qədər  güzəştlər  mövcuddur  və  elə  bu  səbəbdən  də  namizəd  ölkələrin 

ÜTT  üzvlüyünə  qəbulu  zamanı  ÜTT  üzvləri  bu  ölkələrə  inkişaf  etməkdə  olan 

ölkə  statusunun  verilməsindən  yayınırlar.  Yeni  üzv  olan  ölkələrin,  misal  üçün 

Qırğızıstan, Gürcüstan, Moldovanın ÜTT-yə qəbulu zamanı ÜTT üzvləri onları 

“keçid  iqtisadiyyatlı”  ölkə  adlandıraraq sənədlərə  bu  termini daxil  etmişdirlər, 

lakin faktiki olaraq bu ölkələrin öhdəlikləri inkişaf etmiş ölkələrin öhdəliklərinə 

bərabər  və  ya  onlardan  da  artıqdır.  Bununla  bərabər  qeyd  etmək  vacibdir  ki 

Cənubi  Koreya  və  ya  Sinqapur  kimi  ölkələr  inkişaf  etməkdə  olan  ölkə  kimi 

qəbul olaraq müvafiq güzəştlərdən istifadə etmək hüququnu əldə etmişlər. 

        Respublikamızda  ÜDM-in  ümumi  həcmində  neft  sektorunun  xüsusi 

çəkisinin  53,1%  olması,  ixracın  84%-nin  neft  və  neft  məhsullarının  payına 

düşməsi,  milli  iqtisadiyyatın  “Holland  sindromu”  xəstəliyinə  tutulması 

ehtimalının  istisna  olunmaması,  torpaqlarımızın  20%-nin  işğal  altında  olması, 



 

64

ölkədə  hər  səkkiz  nəfərdən  birinin  qaçqın  olması  ölkəmizin  ÜTT-yə  EOÖ 



statusu  ilə  üzv  qəbul  olunmasını  əsaslandıran  arqumentlər  kimi  istifadə  oluna 

bilər. Ən pis halda uzunmüddətli keçid dövrü ərzində (10-15 il) respublikamıza 

bu  statusun  verilməsinə  nail  olmaq  lazımdır.  Eyni  zamanda  bütövlükdə  EOÖ 

statusunun  alınması  mümkün  olmadıqda,  bir  sıra  mühüm  sahələrdə  (məsələn: 

kənd  təsərrüfatı)  bu  statusun  əldə  olunması  tələb  olunmalıdır.  YUNKTAD 

ekspertlərinin  rəyinə  görə  bu  mümkün  ola  bilər.  Eyni  zamanda,  bazar 

iqtisadiyyatı  statusu  araşdırılmalı,  bu  statusun  Azərbaycan  üçün  əhəmiyyəti 

tədqiq edilməlidir. 

        ÜTT-yə  üzvolma  danışıqları  zamanı  kənd  təsərrüfatının  ölkə 

iqtisadiyyatının aparıcı sahəsi olması, aqrar sektorun yaxşı ənənələrinin olması, 

bu  sahənin  inkişafı  üçün  əlverişli  aqroiqlim  ehtiyatlarının  mövcudluğu,  ölkə 

ə

halisinin  yarıdan  çoxunun  kənd  yerlərində  yaşaması  faktları  xüsusi 



vurğulanmalıdır.  Məlum  olduğu  kimi,  həm  ÜTT-yə  üzvolma  zamanı  aparılan 

danışıqlarda,  həm  də  bütövlükdə  ÜTT  çərçivəsində  həyata  keçirilən  ticarət 

danışıqlarında  ən  çox  mübahisə  doğuran  sahə  kənd  təsərrüfatı  hesab  olunur. 

Bunu  son  dövrlərdə  üzv  olmuş  ölkələrin  təcrübəsi,  eləcə  də  Kankun  və 

Honkonqda keçirilmiş Nazirlər Konfransları bir daha təsdiqləyir. 

        ÜTT  üzvləri  tərəfindən  təqdim  olunmuş  suallara  verilmiş  cavablar 

Azərbaycanın  xarici ticarət  rejimi  haqqında  daha dolğun  təsəvvür  yaratmışdır. 

Bunun  sübutu  kimi  hər  yeni  təqdim  olunmuş  suallar  toplusunda  sualların 

sayının azalmasını qeyd etmək olar.  

        “Ticarət rejimi” ticarət zamanı əmələ gələn bir çox müxtəlif hallara nəzarət 

etmək və onları tənzimləmək üçün ölkənin yaratdığı qanunların, sərəncamların, 

qərarların  və  qaydaların  konqlomeratı  üçün  ümumi  termindir.  Belə  nəzarətləri 

və  ya  tənzimləmələri  tələb  edən  ən  aşkar  fəaliyyət  növləri  malların  idxalı  və 

ixracı,  habelə  xarici  tədarükçülər  tərəfindən  xidmətlərin  təklifi  və 

göstərilməsidir. 

Azərbaycan 

Respublikasının 

xarici 


ticarətlə 

bağlı 


qanunvericiliyi  1992-ci  ildə  təqdim  edilməyə  başladı  və  ilk  öncə  ölkədən 

malların ixracını tənzimləmək məqsədini daşıyırdı. Ticarətin tənzimlənməsində 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə