Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

37

ikitərəfli  iqtisadi  əməkdaşlıq  da  inkişaf  etdiriləcək.  Hazırda  Azərbaycan 



Respublikasının  140  ölkə  ilə  diplomatik  əlaqələri,  17  ölkə  ilə  (Avstriya, 

Bolqarıstan,  ran,  sveçrə,  Misir,  Pakistan,  Rumıniya,  Səudiyyə  Ərəbistanı, 

Türkiyə, Fransa, Yaponiya, Yunanıstan, RusiyaFederasiyası, Ukrayna, Belarus, 

Qazaxıstan,  Özbəkistan)  kitərəfli  Komissiyaları  və  4  ölkə  ilə  müxtəlif 

ə

məkdaşlıq  formaları  -  Çin  ilə  Nazirliklərarası  Birgə  Komissiya    ( N-ləri 



arasında),    Böyük  Britaniya  ilə  Ticarət  Şurası    (X N-ləri  arasında),  taliya  ilə  

Birgə  şçi  Qrupu    (iş  adamları  arasında),  ABŞ  ilə  şçi  Qrupu    (Maliyyə 

Nazirlikləri arasında) mövcuddur. 

qtisadi  münasibətlərin  daha  intensiv  şəkildə  inkişaf  etdirilməsi 

baxımından  ikitərəfli  iqtisadi  əməkdaşlıq  çərçivəsində  ticarət-iqtisadi 

ə

məkdaşlığın  mövcud  vəziyyətinin  təhlili,  yaranmış  problemlərin  aradan 



qaldırılması  və  inkişaf  perspektivləri  istiqamətində  aparılan  işlər  daha  da 

sürətləndiriləcək,  hər  iki  tərəf  üçün  əhəmiyyət  kəsb  edən  yeni  layihələr 

hazırlanıb həyata keçiriləcəkdir. 

 

 



2.2 Azərbaycanın xarici ticarəəlaqələrinin formalaşması, 

dinamikası və inkişaf xüsusiyyətləri. 

 

Xarici iqtisadi əlaqələr bir çox səbəblər üzündən zəruridir. Xarici iqtisadi 



ə

laqələr millətlər üçün çoxlu əmtəə müxtəlifliyi yaradır. Bu əlaqələrin əsasında 

isə ehtiyatlarda, zövqlərdə və psixologiyalarda olan müxtəliflik durur. 

1920-ci  ildə  ADR  müstəqilliyini  itirdikdən  sonra  xarici  iqtisadi  əlaqələr 

SSR -nin  dövlət  inhisarı  altında  cəmləşmişdi.  Azərbaycanın  xarici  iqtisadi 

ə

laqələrinin Moskva tərəfindən müəyyən olunduğu bir şəraitdə respublikada bu 



sahənin  idarə  olunması  üçün  hər  hansı  quruma  ehtiyac  duyulmurdu. 

Azərbaycanın  iqtisadi  əlaqələri  şərti  olaraq  SSR -nin  tərkibində  baş  verirdi. 

Azərbaycanın  xarici  iqtisadi  əlaqələri  SSR -nin  tərkibində  mübadilə 

ə

laqələrindən  16,7  dəfə  az  idi.  Mövcud  bu  əlaqə  də  Moskva  inhisarı  altında 




 

38

həyata keçirilirdi. Texnologiyanın, işçi qüvvəsinin hərəkəti isə daha çox qapalı 



və birtərəfli xarakter daşıyırdı. 

Azərbaycanın istehsal etdiyi məhsul dünya ölkələrində özünə satış bazarı 

tapa  bilməyən  komanda  iqtisadiyyatının  texnologiyası  əsasında  istehsal 

olunmuş mallardan ibarət idi. 

Azərbaycan  müstəqil  inkişaf  yoluna  qədəm  qoyduqdan  sonra  dünya 

ölkələrinin  birliyinə  daxil  olmuş  və  öz  siyasi,  iqtisadi  qüdrətini  tədricən 

artırmağa  başlamışdır.  Bu,  ilk  növbədə  respublikamızın  təbii  ehtiyatlarının 

zənginliyi  ilə  əlaqədardır.  Azərbaycan  təbii  ehtiyatlarının  zənginliyinə  görə 

Cənubi Qafqazda liderdir. Qərb mütəxəssislərinin göstərdiyi kimi, Azərbaycan 

dünyanın  5  geostrateji  dayaqlarından  biridir.  Digərləri  isə  Ukrayna,  Türkiyə, 

ran və Cənubi Koreyadır. Indiyədək tədqiq olunmuş ehtiyatlar belə söyləməyə 

imkan  verir  ki,  hazırda  Azərbaycan  ərazisində  yerin  təkində  1  milyard  tondan 

artıq  neft,  800  mlrd.  kub  metr  qaz,  230  mln.  ton  metal,  sement  istehsalı  üçün 

370  mln.  ton  xammal,  ildə  730  mln.  kub  metr  s  ehtiyatı  və  s.  təbii  xammal 

vardır. 

Azərbaycan torpağı münbit və faydalı mikroelementlərlə zəngindir. Həm 

də  respublikamız əlverişli iqlim şəraitinə malikdir. Bütün bunlara baxmayaraq 

kənd təsərrüfatı məhsullarının ixracına görə dünya bazarında özünəməxsus yer 

tuta  bilmir.  Bunun  səbəbi  isə  elmi-texniki  tərəqqinin  ən  yeni  nailiyyətlərinin 

kənd təsərrüfatı sahələrinə tətbiq edilməməsidir. 

Siyasi  istiqlaliyyət  əldə  edilməsi  xarici  aləmlə  mövcud  olmuş  köhnə 

ə

laqələr  sisteminə  yenidən  baxılmasını  tələb  etdi.  Bu  dövrdə  respublikamızın 



iqtisadi  inkişafının  əsas  məsələlərindən  biri  xarici  iqtisadi  əlaqələrin  düzgün 

istiqamətdə  qurulması  zərurətini  yaradırdı.  Azərbaycan  hazırda  dünyanın  bir 

çox  inkişaf  etmiş  ölkəsi  ilə  qarşılıqlı  iqtisadi-ticarət  əlaqələrinə  malikdir. 

Ölkənin  iqtisadi  potensialı,  xammal  və  mineral  ehtiyatlarla  zənginliyi,  təbii 

şə

raiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əməkdaşlıq imkanlarını artırır. 




 

39

Yeni  iqtisadi  sistemə  keçidi  normal  həyata  keçirmək  üçün  Azərbaycan 



daimi olaraq beynəlxalq inteqrasiyaya qoşulmalı və öz potensial imkanlarından 

istifadə edərək orada fəal iştirak etməlidir. 

Azərbaycanda  bazar  iqtisadiyyatına  keçid  prosesi  xüsusi  mülkiyyətə 

ə

saslanan  on  minlərlə  müəssisə,  cəmiyyət,  birlik,  təşkilatlara  vasitəsiz  xarici 



ticarət  əlaqəsi  yaratmağa  və  valyuta-təsərrüfat  əməliyyatları  aparmağa  imkan 

verdi.  Artıq  istənilən  müəssisə  xarici  iqtisadi  fəaliyyətlə  məşğul  olmaq 

hüququna  malikdir.  Böyük  təbii  sərvətlərə  və  iqtisadi  ehtiyatlara  malik  olan 

Azərbaycanın  gələcək  iqtisadi  inkişafı,  həlledici  dərəcədə  onun  ümumdünya 

təsərrüfatı  sisteminə  fəal  və  səmərəli  inteqrasiyası  prosesindən  asılıdır. 

Beynəlxalq 

təcrübə 

təsdiq 


edir 

ki, 


iqtisadiyyatın 

inkişafı 

və 

beynəlmiləlləşdirilməsində  xarici  investisiya  qoyuluşunun  böyük  üstünlükləri 



vardır.  nvestisiya  qoyuluşu  respublikanın  milli  iqtisadiyyatı  ilə  dünya 

iqtisadiyyatı  arasında  daha  səmərəli  inteqrasiyanı  təmin  edir.  Ölkənin  iqtisadi 

inkişafında  xarici  iqtisadi  investisiyanın  digər  rolu,  onun  sahibkarlıq 

fəaliyyətinə müsbət təsiri ilə bağlidır. Xarici ölkələrin Azərbaycana investisiya 

qoyuluşu  milli  iqtişadiyyatın  formalaşması,  işgüzar  münasibətlər,  sahibkarlıq 

fəaliyyəti  formalarına  daha  geniş  meydan  verilməsi  və  maliyyə-kredit 

münasibətlərinin  inkişafı  üçün  əlverişli  şərait  yaradır.  Belə  bir  şəraitdən 

səmərəli istifadə edərək gənc müstəqil respublika öz təbii-iqtisadi, elmi-texniki 

potensialını  beynəlxalq  miqyasda  tanıtmaq  məqsədilə  çoxtərəfli  iqtisadi 

inteqrasiya əlaqələrinə daxil olur. 

Azərbaycanın xarici ticarət kompleksi əsasən Qərbə yönəlmişdir. 

Respublikamızda 1998-ci ildə minlərlə  müəssisə və firma xarici iqtisadi 

ə

laqələrin  iştirakçısı  olmuşdur.  1997-ci  ildə  dünyanın  84,  1998-ci  ildə  104, 



1999-cu  ildə  123,  2000-ci  ildə  120,  2002-ci  ildə  128,  2003-cü  ildə  124,  hal-

hazırda 152 ölkəsi ilə iqtisadi əməkdaşlıq və inteqrasiya əlaqələri qurmuşdur . 

Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur 

və  keyfiyyət  dəyişikliklərinə  əyani  sübutdur  və  eyni  zamanda,  Azərbaycan 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə