Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə51/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   47   48   49   50   51   52   53   54   ...   79

ELMLƏR AKADEMİYASININ ƏLYAZMALAR 
İNSTİTUTUNA MƏHƏMMƏD FÜZULİNİN 
ADININ  VERİLMƏSI  HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI 
PREZİDENTİNİN SƏRƏNCAMI 
 
Dahi Azərbaycan  şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 
500 illik yubileyi münasibətilə qərara alııram: 
Azərbaycan Respublikası Elmlər Akademiyasının  Əlyazmalar 
İnstitutuna Məhəmməd Füzulinin adı verilsin. 
 
Azərbaycan Respublikasının prezidenti 
Heydər ƏLİYEV 
Bakı şəhəri, 13 sentyabr 1996-cı il. 
  
 
 
 
AZƏRBAYCAN DÖVLƏT ƏDƏBİYYAT VƏ 
İNCƏSƏNƏT ARXİVİNƏ SALMAN MÜMTAZIN 
ADININ  VERİLMƏSİ  HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI 
PREZİDENTİNİN SƏRƏNCAMI 
Görkəmli  ədəbiyyatşünas Salman Mümtazın Azərbaycan 
ədəbiyyatı, qarşısında xidmətlərini nəzərə alaraq qərara alıram: 
Azərbaycan Dövlət  Ədəbiyyat və  İncəsənət Arxivinə Salman 
Mümtazın adı verilsin. 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər ƏLİYEV 
 
Bakı şəhəri, 13 sentyabr 1996-cı il. 
 
 
MIRZƏ İBRAHİMОVUN XATİRƏSİNİN 


ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA 
 
AZƏRBAYCAN RЕSPUBLİKASI 
PRЕZİDЕNTİNİN SƏRƏNCAMI 
 
Azərbaycanın xalq yazıçısı, görkömli ictimai-siyasi xadim 
Mirzə  İbrahimоvun xatirasini əbədiləşdirmək məqsədilə qarara 
alıram:  
1. Azarbaycan Rеspublikası Mətbuat va İnfоrmasiya Nazirliyi 
Еlmlar Akadеmiyası ilə birlikda M. İbrahimоvun çap оlunmamış 
əsərlərinin ikicildliyinin, еləcə  də M. İbrahimоv haqqında 
bibliоqrafik göstəricinin hazırlanmasını va nəşrini təmin еtsin. 
2. Azərbaycan Rеspublikası  Təhsil Nazirliyi Asiya və Afrika 
ölkələrindən rеspublikamızda təhsil alan əlaçı tələbələrə vеrilmək 
üçün M.İbrahimоv adına təqaüd tasis еtsin. 
3. Bakı şəhər içra hakimiyyəti: 
M.İbrahimоvun qəbrinin üstünün götürülməsini, Bakı 
şahərindəki küçələrdən birinə  оnun adının vеrilmasini, yaşadığı 
binaya (Xaqani küçəsi, 19/13) xatirə lövhəsinin vurulmasını  
həyata kеçirsin. 
 
Azərbacan 
Rеspublikasının 
prеzidеnti 
Hеydər ƏLİYЕV  
 
Bakı şəhəri, 5 fеvral 1996-cı il. 
 
ÖZBƏKİSTAN RESPUBLİKASININ  DAŞKƏND 
ŞƏHƏRİNDƏ   AZƏRBAYCAN RESPUBLİKASININ 
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLI SƏFİRİNİN 
TƏYİN EDİLMƏSI HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
SƏRƏNCAMI 
 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 
15-ci bəndini rəhbər tutaraq qərara alıram: 
Aydın  Əlibəy oğlu  Əzimbəyov Özbəkistan Respublikasının 
Daşkənd  şəhərində Azərbaycan Respublikasının  fövqəladə  və 
səlahiyyətli səfiri təyin edilsin, 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər ƏLİYEV 
 
Bakı şəhəri, 20 iyun 1996-çı il 
 
       AYDIN ƏLİBƏY OĞLU ƏZİMBƏYOVA 
AZƏRBAYÇAN RESPUBLİKASININ FÖVQƏLADƏ 
VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ DƏRƏCƏSI 
VERİLMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
SƏRƏNCAMI 
«Azərbaycan Respublikasının xaricdəki diplomatik 
nümayəndəliklərinin başçıları üçün dərəçələrin və rütbələrin 
müəyyən edilməsi haqqında» Azərbaycan Respublikasının 
Qanununu rəhbər tutaraq qərara alıram; 
Aydın Əlibəy oğlu Əzimbəyova Azərbaycan Respublikasını 
fövqəladə və səlahiyyətli səfiri dərəcəsi verilsin. 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər ƏLİYEV 
Bakı şəhəri, 20 iyun 1996-cı il 
 
 
 
VƏLİ YUSİF OĞLU AXUNDOVUN XATİRƏSİNİN   
ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
SƏRƏNCAMI 


Respublikanın görkəmli alimi və dövlət xadimi akademik Vəli 
Yusif oğlu Axundovun xatirəsinin əbədiləşdirilməsi məqsədi i ilə 
qərara alıram: 
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-
Tədqiqat Milli Tibbi Profilaktika İnstitutuna  Vəli Axundovun adı 
verilsin. 
2. Azərbaycan Tibb Universitetinin tibbi profilaktika 
fakültəsinin tələbələri üçun Vəli Axundov adına təqaüd təsis 
edilsin, 
3. Bakı şəhər içra hakimiyyəti Bakı şəhərində Vəli Axundovun 
yaşadığı binaya xatirə lövhəsi vursun. 
 
Azərbaycan Respublikasının prezidenti 
 Heydər ƏLİYEV 
 
Bakı şəhəri, 20 iyun 1996-cı il. 
 
Q.A.İMAMVERDIYEVIN “ŞÖHRƏT” ORDENI ILƏ 
TƏLTIF EDILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLIKASİ 
PREZIDENTININ FƏRMANI 
 
Azərbaycan ədəbiyyatının inkişafında böyük  xidmətlərinə 
görə Qabil Allahverdi oğlu  İmamverdiyev “Şöhrət” ordeni ilə  
təltif edilsin. 
 
Azərbaycan respublikasının prezidenti 
Heydər ƏLIYEV 
Azərbaycan 16 avqust 1996 
 
 


ŞƏHRİYARIN 90 İLLİK 
YUBİLЕYİNİN KЕÇRİLMƏSİ 
HAQQINDA 
 
AZƏRBAYCAN RЕSPUBLİKASI PRЕZİDЕNTİNİN 
SƏRƏNCAMI 
 
Dahi Azərbaycan  şairi, Azərbaycan və  İran  ədəbiyyatlarının 
inkişafında böyük хidmətləri olan Məmmədhüsеyn  Şəhriyarın 
anadan olmasının 90 illik yubilеyinin kеçirilməsinin 
Azərbaycanın  ədəbi-mədəni həyatı üçün müstəsna  əhəmiyyətini 
nəzərə alaraq  qərara alıram: 
  
1.  Şəhriyarın 90 illik yubilеyi Azərbaycan Rеspublikasında 
təntənəli şəkildə qеyd olunsun. Yubilеy tədbirlərinin hazırlanması 
və  kеçirilməsi məqsədi ilə  aşağıdakı  tərkibdə  təşkilat komitəsi 
yaradılsın: 
TƏŞKİLAT KOMİTƏSİNİN SƏDRİ 
Еlçin  Əfəndiyеv -Azərbaycan Rеspublikası baş nazirinin 
müavini 
TƏŞKİLAT KOMİTƏSİNİN ÜZVLƏRİ 
Həsən      Həsənov -Azərbaycan   Rеspublikasının хarici işlər 
naziri 
Rəfaеl Allahvеrdiyеv -Bakı şəhər icra hakimiyyətiiin başçısı 
Fatma Abdullazadə -Azərbaycan Rеspublikası Prеzidеntinin 
İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri 
Polad Bülbüloğlu -Azərbaycan Rеspublikasının mədəniyyət 
naziri 
Sirus Təbrizli Azərbaycan Rеspublikasının   mətbuat   və   
informasiya naziri 
Nizami  Хudiyеv Azərbaycan Dövlət Tеlе-Azərbaycan 
Rеspublika radio Vеrilişləri; Şirkətinin sədri  
Fəraməz Maqsudov -Azərbaycan  Еlmlər Akadеmiyasının 
prеzidеnti 
Anar Rzayеv -Azərbaycan Yazıçılar Birliyinin sədri 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə