Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə50/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

 
Azərbaycanın görkəmli alimi və ictimai-siyasi xadimi
akademik Vəli Yusif oğlu Axundovun 80 illik yubileyi ilə 
əlaqədar qərara alıram: 
Azərbaycan Respublikasının Elmlər Akademiyasına, 
Səhiyyə Nazirliyinə tapşırılsın ki, Vəli Axundovun 80 illiyi ilə 
əlaqədar lazımı tədbirlər hazırlayıb həyata keçirilsin. 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər Əliyev. 
Bakı şəhəri, 21 aprel 1996-cı il. 
 
SOFİYA HƏSƏN QIZI HÜSEYNOVANIN 
“ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ 
HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN FƏRMANI 
 
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə 
xalq artisti Sofiya Həsən qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif 
edilsin. 
 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər Əliyev. 
 
Bakı şəhəri, 6 may 1996-cı il. 
 
 
 
 
M.Y.RƏHMANZADƏNİN “ŞÖHRƏT” 
ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA 
 


AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN FƏRMANI 
Azərbaycan təsviri incəsənətinin inkişafında böyük 
nxidmətlərinə görə xalq rəssamı Maral Yusif qızı  Rəhmanzadə 
“Şöhrət” ordeni ilə təltif edilsin. 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər Əliyev. 
 
Bakı şəhəri, 22 iyul 1996-cı il. 
 
M.A.DALİNİN “ŞÖHRƏT” ORDENİ İLƏ 
TƏLTİF EDİLMƏSİ HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN FƏRMANI 
 
Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə 
Mark Aleksandroviç Dalin “Şöhrət” ordeni ilə təltif olunsun. 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər Əliyev. 
Bakı şəhəri, 20 aprel 1996-cı il. 
 
 
XALQ ŞAİRİ SƏMƏD VURĞUNUN 90 İLLİK 
YUBİLЕYİNİN KЕÇİRİLMƏSİ HAQQINDA 
 
AZƏRBAYCAN RЕSPUBLİKASI 
PRЕZİDЕNTİNİN SƏRƏNCAMI 
 
Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan оlmasının 90 
illiyi münasibətilə qərara alıram: 
1. Yubilеy tədbirlərinin hazırlanması  və  kеçirilməsi üçün  
aşağıdakı  tarkibdə  təşkilat   kоmitəsi  yaradılsın: 


 
TƏŞKİLAT KОMİTƏSİNİN SƏDRİ 
 
Еlçin  Əfəndiyеv — Azərbaycan Rеspublikası baş nazirinin 
müavini 
 
TƏŞKİLAT KОMİTƏSİNİN ÜZVLƏRİ 
 
Fatma Abdullazadə — Azərbaycan Rеspublikasının Prеzidеnt 
Aparatının humanitar siyasət şöbəsinin müdiri 
Rəfaеl Allahvеrdiyеv — Bakı şəhər icra hakimiyyətinin başçısı 
Lidiya Rasulоva — Azərbaycan Rеspublikasının təhsil naziri 
Pоlad Bülbülоğlu — Azərbaycan Rеspublikasının mədəniyyat 
naziri 
Babək Məmmədоv — Azərbaycan Dövlət Tеlеradiо Vеrilişləri 
Şirkətinin sədri 
Nəriman Həsənzadə — Azörbaycan Rеspublikasının mətbuat 
və infоrmasiya nazirinin müavini 
Еldar Salayеv — Azərbaycan Rеspublikası  Еlmlər 
Akadеmiyasının prеzidеnti 
Anar Rzayеv — Azərbaycan Yazıçılar Birliyinin sədri 
Bəxtiyar Vahabzadə — xalq şairi 
Bəkir Nəbiyеv — Azərbaycan Rеspublikası  Еlmlər 
Akadеmiyasının ədəbiyyat, dil və incəsənət bölməsinin akadеmik  
katibi 
Yusif Səmədоğlu — Azərbaycan Yazıçılar Birliyinin birinci 
katibi 
Nazim  İbrahimоv — «Azərbaycan» nəşriyyatının baş 
dirеktоru. 
2. Bu sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan 
Rеspublikasının Nazirlər Kabinеtinə tapşırılsın. 
Azərbaycan  
Rеspublikasının  prеzidеnti 
Hеydər ƏLİYЕV 
Bakı şəhəri, 5 fеvral 1996-cı il. 


  
ASPIRANTURA, ALI, ORTA IXTISAS VƏ TEXNIKI 
PEŞƏ MƏKTƏBLƏRININ TƏLƏBƏLƏRINƏ VƏ 
ŞAGIRDLƏRINƏ VERILƏN TƏQAÜDLƏR HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
Dövlət büdcəsi hesabına təhsil alan aspirantlara, ali, orta 
ixtisas və texniki peşə  məktəblərinin tələbələrinə  və  şagirdlərinə 
verilən təqaüdlərin  əməyin ödənilməsinin minimum məbləği 
əsasında müəyyən edilməsi qaydasının ləğv edilməsi ilə əlaqədar 
olaraq onların verilməsi qaydasını  təkmilləşdirmək məqsədilə  və 
“Azərbaycan Respublikasının 1996-cı il dövlət büdcəsinin təsdiqi 
haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq 
qərara alıram: 
1.
 
Dövlət büdcəsi hesabına təhsil alan aspirantlara, ali, orta 
ixtisas və texniki peşə  məktəblərinin tələbələrinə  və 
şagirdlərinə verilən aylıq təqaüdlərin miqdarı  aşağıdakı 
məbləğlərdə müəyyən edilsin: 
-
 
aspirantlara 25000 manat məbləğində; 
-
 
ali təhsil müəssisələrinin tələbələrinə 16500 manat 
məbləğində; 
-
 
orta ixtisas təhsili müəssisələrinin  şagirdlərinə 15500 manat 
məbləğində; 
-
 
texniki peşə  məktəblərinin  şagirdlərinə  təhsil müddətindən 
asılı olaraq 13500-14500 manat məbləğində. 
2.
 
Təqaüdlərin ödənilməsi respublika büdcəsi hesabına 
həyata keçirilsin. 
3.
 
Bununla əlaqədar olaraq “Aspirantların, ali, orta ixtisas və 
texniki peşə  məktəblərinin tələbələrinin və  şagirdlərinin 
sosial müdafisəi sahəsində  əlavə  tədbirlər haqqında” 
Azərbaycan Respublikası prezidentinin 1992-ci il 18 
dekabr tarixli fərmanı qüvvədən düşmüş hesab edilsin. 


4.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın 
ki, bu sərəncamın icrası ilə  əlaqədar olan məsələləri həll 
etsin. 
5.
 
Bu sərəncamı 1996-cı il may ayının 1-dən qüvvəyə minir. 
6.
 
 
Azərbaycan Respublikasının prezidenti  
Heydər Əliyev. 
 
Bakı şəhəri, 21 may 1996-cı il. 
 
 
«FÜZULİ ENSİKLOPEDİYASI REDAKSİYASI»NIN 
YARADILMASI HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
Dahi Azərbaycan  şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 
300 illik yubileyi münasibətilə «Füzuli ensiklopediyası»nın 
hazırlanması və nəşr edilməsini  təmin etmək məqsədi ilə qərara 
alıram; 
1. Azərbaycan Respublikası Elmlər Akademiyasının rəyasət 
heyəti nəzdində müstəqil hesablı «Füzuli ensiklopediyası 
redaksiyası» yaradılsın. 
2. «Füzuli ensiklopediyasının nəşri ilə əlaqədar yeddi nəfərdən 
ibarət redaksiya heyəti yaradılsın. 
3. Azərbaycan Respublikası Nazirlər Kabineti bu 
sarənçamdan   irəli gələn məsələləri həll etsin. 
 
Azərbaycan Respublikasının prezidenti 
Heydər ƏLİYEV 
Bakı şəhəri, 13 sentyabr 1996-cı il. 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə