Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

Balıqçılıq  foaliyyəti  subyektlərinin  vəzifələri  də  qanıınvericilikdə  nəzərdə 
tutulmuşdur: 
-
 balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək; 
-
 balıq ehtiyatlarından yalnız icazə sənədlərində göstərilən müddətlər, ölçülər və 
növlər hüdudunda istifadə etmək; 
-
 balıq  ehtiyatlarının  məskunlaşdığı  təbii  şəraitə  mənfı  təsir  göstərə  bilən  eyni 
balıq  növlərinin,  digər  su  heyvanları  və  bitkilərinin  mühitə  uyğunlaşdırılmasına  yol 
verməmək; 
-
 təbii  su  hövzələrində  balıq  ehtiyatlannın  məhsuldarlığının  yüksəldilməsinə 
yönəlidilən balıqartırma və balıq təsərrüfatı meliorasiyası işləri aparmaq; 
-
 bahqçıhq  əhəmiyyətli  sututarlan  çirklənmədən,  zibillənmədən  və 
dayazlaşmadan qorumaq; 
-
 satışa  çıxarılan  bahq  və  digər  su  heyvanları  məhsullarına  onların  mənşəyini, 
keyfıyyətini, növünü və hocmini əks etdirən müşayiətedici sənədlər təqdim etmək; 
-
 müvafiq icra hakimiyyəti orqanının yazıh göstərişlərinə əməl etmək; 
-
 balıqçılıq  fəaliyyəti  üzrə  sanitariya,  baytarlıq  və  karantin  qaydalarına  riayət 
etmək; 
-
 müəyyən  edilmiş  qaydada  uçot-hesabat  işləri  aparmaq  və  müvafiq  orqanlara 
məlumat vermək; 
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Qanunvericiliyə  görə  bahq  ehtiyatlarından  istifadə  aşağıdakı  formalarda həyata 
keçirilir: 
-balıqların və digər su heyvanlarının sənaye, həvəskar və idman ovu; 
-bahqların, digər su heyvanlan və bitkilərinin əmtəə məqsədi ilə yetişdirilməsi; 
-bahq  ehtiyatlarının  vəziyyətinin  tədqiqi  və  bahq  ovu  limitlərinin  miioyyon 
edilməsi  üçün  bahq  və  digər  su  heyvanlarınm  elmi-tədqiqat  və  nəzarət  məqsədi  ilə 
ovlanması; 
-
 bahqların  və  digər  su  heyvanlarının  təbii  mühitə  uyğunlaşdırılması  və 
köçürülməsi məqsədi ilə ovlanması (maddə 9). 
«Balıqçıhq  haqqında»  Qanunda  balıqçılıq  sahəsində  dövlət  siyasətinin  əsas 
prinsipləıi də öz oksini tapmışdır: 
-
 balıq  ehtiyatlarının  artırılması,  bərpası,  istifadəsi  və  mühafızəsi  üzərində 
dövlət nəzarəti; 
-
 balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafızəsinin hövzəçilik prinsipi 
ə
sasında idarə edilməsi; 
-
 balıq ehtiyatlarının məskunlaşdığı mühitin mühafızəsi; 
-
 balıq ehtiyatlarından istifadənin limitləşdirilməsi; 
-
 bahq ehtiyatlannın artırılması, istifadəsinin tənzimlənməsi, mühafızəsi və elmi 
təminatı  sahəsində  idarəetmə  funksiyaları  ilə  balıq  yetişdirmə,  balıq  ovu  və  balıq 


məhsullarının istehsah funksiyalarının aynlması (maddə 7). 
Balıq  ehtiyatlannın  artınlması,  istifadəsi  və  mühafizəsi  sahəsində  dövlətin 
vəzifələri aşağıdakılardır: 
-
 balıq ehtiyatlarınm mühafızəsi və istifadəsi sahəsində normativ hüquqi aktlar 
qəbul etmək; 
-balıq  ehtiyatlarının  istifadəsi  və  mühafızəsi  sahəsində  dövlət  siyasətini  həyata 
keçirmək; 
-
 balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək; 
-
 bahq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi, mühitə uyğunlaşdırılması, 
su obyektlərinin bahq təsərrüfatı monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil 
etmək; 
-
 Qırmızı kitaba daxil edilmiş balıq növlərinin, sıı heyvanlarının və bitkilərinin 
qorunması  üçün  xüsusi  rejimin,  ixtioloji  və  müvəqqəti  qoruqların  yaradılmasını, 
xiisusi qorıınan akvatoriyaların ayrılmasını təşkil etmək; 
-
 balıq  ehtiyatlarının  artırılması,  istifadəsi  və  mühafizəsi  sahəsində 
normativ-metodiki  bazanı,  standartları,  normaları,  qaydaları  və  bahqçılığın 
inkişafının elmi əsaslarını hazırlamaq və təsdiq etmək; 
-
 balıq ehtiyatlarından istifadə limitlorinin müəyyən edilməsini və bahq ovunun 
tənzimlənməsini həyata keçirmək; 
-
 balıq  ehtiyatlarının  vəziyyətinə  təsir  edən  müəssisələrin,  texniki  qurğuların, 
digər  su  təsərrüfatı  və  energetika  obyektlərinin  tikintisi,  yenidən  qurulması 
layihələrinin dövlət bahq təsərrüfatı ekspertizasının keçirilməsini təşkil etmək; 
-
 balıq  ehtiyatlarının  tədqiqi,  artırılması,  istifadəsi  və  mühafizəsi  sahəsində 
beynəlxalq əməkdaşlığı həyata keçirmək; 
-
 balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafızəsi sahəsində Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 
Ə
halinin  maddi  və  mənəvi,  iqtsadiyyatın  xammal,  material  və  digər 
tələbatlarının  ödənilməsi  məqsədi  ilə  təbii  sərbəstlik  şəraitində  yaşayan  ovçuluq 
obyektlərinə  aid  edilmiş  vəhşi  heyvanların  izlənilməsi,  təqib  edilməsi,  tutulması  və 
vurulması ovçuluq hesab olunur. 
Respublikamızda ov ödənişlidir. Müvafıq icra hakimiyyəti orqanlarının verdiyi 
xüsusi  icazə  və  ovçuluq  biletləri  əsasında,  onlar  tərəfındən  ovçuluq  cəmiyyətləri, 
fıziki və hüquqi şəxslər üçün aynlmış ov yerlərində həyata keçirilir. 
Ovçuluq  təsərrüfatının  təşkili  və  aparılması  məqsədi  ilə  vəhşi  heyvanların 
yaşadığı və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir. 
Ümumiyyətlə,  ov  yerləri  dedikdə  ovçuluğun  həyata  keçirilməsini  və  ovçuluq 
təsərrüfatlarının  aparılmasına  aid  edilən,  təbii  sərbəstlik  və  yarımsərbəst  şəraitində 
yaşayan, habelə ayrı-ayrı hüquqi və fıziki şəxslər tərəfındən yetişdirilib artırılan vəhşi 
heyvanlann  məskunlaşdığı  torpaq  sahələri,  meşə,  digər  bıtki  və  su  ılə  örtülü  olan 


təbiət əraziləri başa düşülür. 
Qanunvericiliyə görə ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafıq 
icra  hakimiyyəti  orqanı  tərəfındən  müəyyən  edilmiş  qaydada  ovçuluq  bileti  və  ov 
etmok  üçün  icazəsi  olan  fıziki  şəxslərdir.  18  yaşına  çatmamış,  habelə  məhdud 
fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluq fəaliyyəti ilə 
məşğul olması qadağan edilir. 
Ovçuluq  bileti  ovçuluq  fəaliyyətini  həyata  keçirmək  üçün  hüquq  verən  sənəd 
olub  müvafıq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilir.  Bu  biletdən  yalnız  onun 
sahibi istifadə edə bilər. 
Hər bir ovçuya ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfındən 
üzvlük bileti verilir. 
Ov  etmək  üçün  icazə  ovçuluq  foaliyyətinin  hoyata  keçi-rilməsinə  icazə  verən 
hüquqi  sənəd  olub,  ovçuluq  bileti  və  üzvlük  bileti  əsasında  təqdim  edilir  və  ov 
obyektinin hər növünə görə ayrıca verilir. Ovçu bu icazədən yalnız özü istifadə edə 
bilər və icazə verildiyi müddət üçün etibarhdır. 
Ovçulıq  -  quruda  və  suda  təbii  sərbəstlik  və  yarımsər-bəst  şəraitində  daimi, 
müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfındən yetişdirilib ov 
yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və 
məməlilərin  (vəhşi  heyvanların)  izlənilməsi,  təqib  edilməsi,  tutulması  və  vurulması 
üzrə fəaliyyət növüdür. 
Ölkəmizin  ərazisində  ovçuluğun  və ovçuluq  təsərrüfatlarının  təşkilinin,  onlarm 
fəaliyyətinin  həyata  keçirilməsinin,  habelə  ov  obyektlərinin  mühafızəsinin, 
axtanlmasınm  və  istifadəsinin  hüquqi  əsaslarını  müəyyən  etmək  üçün  20  aprel 
2004-cü  ildə  «Ovçuluq  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  qəbul 
edilmişdir. 
Qanunvericiliyin  məqsədi  respublika  ərazisində  dövlət  ov  fondunu  qoruyub 
saxlamaqla  ovçuluq  fəaliyyətini  səmərəli  təşkil  etmək,  təbii  sərbəstlik  və 
yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin 
sayının tənzimlənməsini, mühafızəsini və artırılmasını, habelə onlann yetişdirilib ov 
yerlərinə buraxılmasını və yaşayış yerlərinin qorunub saxlanılmasını təmin etməkdir. 
Təbii  sərbəstlik  və  yarımsərbəst  şəraitində  yaşayan  və  ya  yetişdirilən  vəhşi 
heyvanların  ayrı-ayrı  növlərinin  qorunması  və  artınlması,  habelə  onlann  yetişdirilib 
ov  yerlərino  buraxılması  və  ovçuluq  məqsədilə  təşkil  edilmiş  mühafızə  rejimli 
tə-sərrüfat subyektləri ovçuluq təsərrüfatı olub, bu təsərrüfatlarda və digər ərazilərdə 
olan,  təbii  sərbəstlik  və  yanmsərbəst  şəraitində  yaşayan,  habelə  ayrı-ayrı  fıziki  və 
hüquqi  şəxslər  tərəfındən  yetişdirilib  artırılan  vəhşi  heyvan  növləri  isə  ov  obyekti 
hesab olunur. 
Ov  obyektləri  dövlətə  mənsubdur,  onun  mülkiyyətidir.  Qanunvericiliyə  görə 
vəhşi heyvan növlərinin ov obyektinə aid edilməsi və ovlanma limitləri müvafıq icra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə