Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   101   102   103   104   105   106   107   108   ...   114

-
 balıq ehtiyatlarından istifadə; 
-
 heyvanlar  aləmi  obyektlərindən  elmi-tədqiqat,  estetik,  mədəni-maarif, 
təlim-tərbiyə, digər məqsədlər üçün istifadə; 
-
 vəhşi  heyvanların  yarımsərbəst  və  qeyri-sərbəst  şəraitdə  saxlanması, 
yetişdirilməsi və artırılması məqsədilə tutulması; 
-
 heyvanlar  aləmi  obyektlərinin  faydalı  funksiyalanndan  istifadə  edilməsi 
(bitkilərin tozlanması, ətraf mühitin təbii sanitarı və s.) 
-
 heyvanlar  aləmindən  onların  həyat  fəaliyyətini  təşkil  edən  məhsulların  əldə 
edilməsi məqsədilə istifadə olunması (maddə 13). 
nsanların  sağlamlığını  və  təhlükəsizliyini  mühafızə  etmək,  kənd  təsərrüfatı  və 
başqa  ev  heyvanlarını  xəstəliklərdən  qorumaq,  heyvanlar  aləminə,  onların  yaşayış 
mühitinə  və  iqtisadiyyatına  zərər  vurulmasının  qarşısını  almaq  məqsədilə  ayrı-ayrı 
vəhşi  heyvan  növlərinin  sayının  tənzimlənməsinə  yönəlmiş  tədbirlər,  başqa  heyvan 
növlərinə zərər vurmamaqla və heyvanların yaşayış mühitinin qorunub saxlanılmasını 
təmin etməklə hoyata keçirilməlidir. 
Qanunvericiliyə  görə  sayı  tənzimlənən  vəhşi  heyvanların  növləri,  bu  zaman 
müvafiq  tədbirlərin  keçirilməsi  qaydalan  elmi  təşkilatların  və  əlaqədar  dövlət 
orqanlannın  rəyi  nəzərə  alınmaqla  müvafıq  icra  hakimiyyəti  orqanı  tərəfındən 
müəy-yən edilir. 
Digər  təbii  ehtiyatların  istifadəçiləri  kimi  heyvanlar  aləmindən  istifadə 
hüququnu qazanmış şəxslərin aşağıdakı hüquqları vardır: 
-
 heyvanlar  aləminin  obyektlərindən  qanunvericiliklə  müəyyən  olunmuş 
qaydada istifadə etmək; 
-
 qanuni əldə edilən heyvanlar aləmi obyektlərinin və onların satışından alınan 
gəlirə sahiblik etmək; 
-
 heyvanlar  aləmi  obyektlərinin  mühafızəsi  və  istifadəsi  məsələlərinin  həllində 
iştirak etmək; 
-
 heyvanlar  aləmi  obyektlərindən  istifadə  hüquqlarmm  po-zulmasına  yönəlmiş 
dövlət  orqanlarmm  qərarlarmdan  və  vəzifəli  şəxslərin  hərəkətlərindən  müvafıq 
qaydada şikayət etmək; 
-
 heyvanlar  aləmi  obyektlərinin  istifadəsi  üzrə  Azərbaycan  Respublikasının 
qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 
Hüquqlarla  yanaşı,  həmin  istifadəçilərin  vəzifələri  də  qanunvericilikdə  nəzərdə 
rurulmuşdur: 
-
 heyvanlar  aləmi  obyektlərindən  istifadə  üzrə  müəyyən  olunmuş  qaydalara, 
normalara, limitlərə və müddətlərə əməl etmək; 
-
 heyvanların  tobii  birliklərinin  bütövlüyünü  pozmayan  və  istifadəsinə  icazə 
verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən 
istifadə etmək; 


-
 heyvanlar aləminin obyektləri saxlanılan, artırılan və satılan bütün obyektlərə 
heyvanlar  aləminin  mühafizəsinə  və  istifadəsinə  dövlət  nəzarətini  həyata  keçirən 
orqanların  nümayəndələrini  maneəsiz  buraxmaq  və  onlann  qanuni  tələblərini  və 
qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək; 
-
 heyvanlar  aləminin  obyektlərindən  istifadəyə  görə  ödənişi  vaxtlı-vaxtında 
köçürmək; 
-
 heyvanlar  aləminin  obyektlərindən  səmərəli  istifadə  etmək,  heyvanların 
yaşayış  mühitinin  xüsusi  fəaliyyət  nəticəsində  ekoloji  vəziyyətinin  pisləşməsinə  yol 
verməmək,  istehsalat  proseslərini  həyata  keçirərkən  təbiəti  mühafizə  qaydalarına 
riayət etmək; 
-
 vəhşi  heyvanların  sayının  və  istifadəsinin  ilkin  uçotunu  aparmaq,  onların 
vəziyyətini və heyvanlar aləmi obyektlərinin yaşayış yerlərinin xarakterini öyrənmək, 
bu  məiumatları  müəyyən  edilmiş  qaydada  heyvanlar  aləminin  dövlət  uçotunun 
kadastrını və monitorinqini həyata keçirən orqanlara vermək; 
-
 vəhşi  heyvanların  təbii  və  süni  artmasına,  onların  yaşayış  mühitinin 
qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlər görmək; 
-
 heyvanlar  xəstəliyə  yoluxluqda,  onların  yaşayış  mühiti  pisləşdikdə, 
heyvanların  məhv  olmaq  təhlükəsi  yarandıqda  və  tələf  olması  hallarında  dərhal 
müvafıq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profılaktikası və 
ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək; 
-
 heyvanlar  aləminin  mühafızəsi  məsələləri  üzrə  ekoloji  proqramların  yerinə 
yetirilməsi üçün tədbirlər həyata keçirmək; 
-
 bitişik  ərazilərin  hüdudlarında  heyvanlar  aləmi  obyektlərinin  mühafizəsini 
həyata  keçirmək,  Azərbaycan  Respublika-sının  «Qırmızı  kitabı»na  daxil  edilmiş  və 
xüsusi mühafızə olu-nan heyvan növlərinin mühafızə rejimino əməl etmək; 
-
 heyvanlar  aləminin  obyektlərindən  onların  vəziyyətinin  vo  yaşayış  şoraitinin 
pisləşməsi  hallannda,  artım  qabiliyyəti  aşağı  düşdiikdə  və  heyvanların  məhv  olmaq 
təhlükəsi  yarandıqda  istifadəni  sərbəst  dayandırmaq,  heyvanlara  və  onların  yaşayış 
mühitinə zərərlərin təsirinin qarşısını almaq üçün təcili tədbirlər görmək. 
Artıq yuxarıda qeyd etdiyimiz kimi, xüsusi icazə sənədləri əsasında əldə edilən 
xüsusi istifadə hüququna aşağıdakı hallar xitam vermək üçün əsas ola bilər: 
-
 istifadə üçün verilmiş icazənin müddəti qurtardıqda; 
-
 istifadəyə lüzum qalmadıqda, yaxud istifadədən könüllü imtina edildikdə; 
-
 heyvanlar aləminin obyektlərindən istifadə edən hüquqi şəxslərin fəaliyyətinə 
xitam verildikdə; 
-
 heyvanlar aləminin obyektlərindən xüsusi istifadə qaydaları pozulduqda; 
-
 heyvanlar  aləmi  obyektlərinin  mühafızəsi,  istifadəsi  və  törəyib  artması  üzrə 
müəyyən  edilmiş  qaydalar,  normalar  və  digər  tələblər  müntəzəm  yerinə 
yetirilmədikdə, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə