Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

mlokosiewiczi),  qırmızıdimdik  (Pyrrho-corax  pyrrhocorax),  sarıdimdik  dolaşa 
(Purrhacorax  graculus),  dağ  qabanaldadanı  (Anthus  spinoletta),  qırmızıqarın 
işıldaquyruq  (Phoenicurus  erythrogaster),  saqqallı  quzuqapan  kərkəz  (Gypaetus 
barbatus),  qara  kərkəz  (Aegypius  monachus),  sürünənlərdən  qaya  kərtənkələsi 
(Lacerta  saxicola)  yayılmışdır.  Suda-quaıda  yaşayanlara  nadir  hallarda  təsadüf 
olunur. 
V. Xəzər dənizi və Kür çayı. Xəzər dənizində məməlilərin yalnız bir növünə - 
Xəzər  suitisinə  (Phoca  caspica)  rast  gəlinir.  O,  Abşeron  yanmadasının  adalarında 
mart-aprel,  həmçinin  oktyabr-noyabr  aylarında  görünür.  Quşlardan  qağayı,  qızılqaz 
(Phoenicopterus  roseus),  çəhrayı  və  qıvrımlələk  qutan  (Pelecanus  onacrotalus, 
P.crispus),  qu  quşu  və  s.  müşahidə  edilir.  Xəzərdə  sürünənlərdən  su  koramalı  və 
Xəzər tısbağası daha çox rast gəlinir. 
Xəzər  dənizi  müxtəlif  bahq  növləri  ilə  zəngindir.  Qiymətli  bahq  növlərindən 
bölgə  (Huso  huso),  nərə  (Acepenser  guldenstadti),  uzunburun  (Acipenser  stellatus), 
qızıl  balıq  (Sal-ma  caspius),  Xəzər  siyənəyi  (Caspialasa),  kütüm,  xəşəm 
(As-piusaspius)  və  həmçinin  Xəzər  ilanbalığı  (Caspiomyron  wag-neri),  iynə  balığı 
(Syngnathus)  və  s.  geniş  yayılmışdır.  Kür  çayının  bir  qrup  balıq  növləri  Xəzər 
dənizinin balıq növləri ilə eynilik təşkil etsə də Kür çayında təqribən 30 balıq növü 
var ki, bu da çay üçün spesifıkdir. 
Heyvanlar aləmindən istifadə və mühafızə hüququ 
Azərbaycan  Respublikasının  bütün  ərazisində,  o  cümlədən  Xəzər  dənizinin 
(gölünün)  Azorbaycan  Rcspublikasına  mənsub  olan  bölməsində,  quruda,  suda, 
torpaqda və havada təbii olaraq sərbəst, yanmsərbəst və qeyri-sərbəst şəraitdə daimi, 
müvəqqəti  vıə  köçəri  yaşayan  vəhşi  heyvan  növlərinın  kəmiyyət  məcmusu 
qanunvericilikdə heyvanlar aləmi kimi təsbit edilmişdir. 
Kənd  təsərrüfatı  və  ev  heyvanlannın,  başqa  əhliləşdirilmiş  heyvanların 
mühafızəsi və istifadəsi qaydaları, bu heyvanlar mülki hüququn obyekti olduğu üçün, 
Azərbaycan Respublikasının müvafıq qanunvericilik aktları ilə tənzimlənir. 
Odur  ki,  heyvanlar  aləmi  haqqında  qanunvericiliyin  məqsədi  ölkə  ərazisində 
təbii  sərbəstlik,  yarımsərbost  və  qeyri-sərbəst  şəraitdə  daimi,  müvəqqəti  və  köçəri 
yaşayan  bütün  vəhşi  heyvan  növlərinin,  onlann  yaşayış  yerlərinin  nəsil  verməsinin 
populyasiyalarının,  cinsiyyət  hiiceyrələrinin,  rüşeymlərinin  və  heyvanlar  aləminin 
digər  obyektlərinin  qorunub  saxlamlmasını  və  səmərəli  istifadəsini  təmin  etməkdən 
ibarətdir. 
Heyvanlar  aləmindən  istifadə  dedikdə  insanların  maddi  və  mənəvi  tələbatının 
ödənilməsi məqsədi ilo hcyvanlar aləmi obyektlərinin təbii mühitdən aynlmaqla və ya 
aynlmamaqla  öyrənilməsi,  yetişdirilməsi,  artırılması,  ovlanması  və  digər  fəaliyyət 
növləri başa düşülür. 
Heyvanlar  aləminin  istifadəçiləri  isə  qanunvericilikdə  müəyyən  olunmuş 


qaydada heyvanlar aləmi obyektlərindən istifadə edən fıziki və hüquqi şəxslərdir. 
«Heyvanlar  aləmi  haqqında»  Azərbaycan  Respublikasının  Qanununda  (8 
sentyabr  1999-cu  il)  heyvanlar  aləminin  mühafızəsinin  və  istifadəsinin  hüquqi 
ə
sasları  müəyyən  edilmiş  və  heyvanlar  aləminin  obyektləri  və  subyektləri  təyin 
edilmişdir. Heyvanlar aləminin obyektləri aşağıdakılardır: 
-  ibtidai  orqanizmlər,  bağırsaqboşluqlular,  qurdlar,  buğum-ayaqlılar, 
molyuskalar,  dəyirmiağızhlar,  balıqlar,  suda-quruda  ya-şayanlar,  sürünənlər,  quşlar 
və məməlilər (vəhşi heyvanlar); 
-
 vəhşi  heyvanların  populyasiyaları,  cinsiyyət  hüceyrələri,  rüşeymləri, 
mayalanmış kürüləri, sürfələri və generativ orqanlan; 
-
 vohşi  hcyvanların  dorilori,  dori  örtüklori,  buynuzları,  sümükləri  və  heyvan 
orqanizmlərinin digər hissələri; 
-
 vəhşi  heyvanların  həyat  fəaliyyətinin  məhsuüarı  (ilan,  əqrəb,  arı  və  digər 
heyvan zəhəri, arı balı, propolis, mum, hormonlar və s.); 
-
 heyvanların paleontoloji qalıqlan; 
-  vəhşi  heyvanların  yuvaları,  sığınacaqlan,  səsləşmə,  tüləmə,  balalama, 
kürütökmə, daimi və müvəqqəti yığışma və digər məskunlaşma yerləri. 
Azərbaycan  Respublikasmın  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 
heyvanlar  aləmi  obyektlərinin  mühafizəsi,  istifadəsi,  habelə  vəhşi  heyvanlarm 
elmi-tədqiqat,  təbabət,  təlim-tərbiyə,  təsərrüfatçılıq,  estetik,  tamaşa  və  digər 
məqsədlər  üçün  yetişdirilməsi  artırılması  və  saxlanması  ilə  məşğul  olan  fıziki  və 
hüquqi şəxslər heyvanlar aləminin subyektləridir (maddə 4). 
Ölkəmizin  ərazisində  heyvanlar  aləmi  dövlətə  mənsubdur  və  onun 
mülkiyyətidir.  Xüsusi  mühafızə  olunan  təbiət  ərazilərində  və  obyektlərində,  Xəzər 
dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində,  digər  su 
obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan 
heyvanlar aləminin obyektləri qanunvericiliyə görə dövlət əhəmiyyətli təbii sərvətlərə 
aid edilirlər. 
Qeyd etmək lazımdır ki, təbii sərbəstlik şəraitində və ya təbii mühitdən ayrıhb, 
yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə 
icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər 
obyektləri  bələdiyyə  mülkiyyətində  və  ya  xüsusi  mülkiyyətdə  ola  bilərlər.  Bunun 
üçün, yəni xüsusi mülkiyyət hüququnun əldə edilməsinin (ümumi istifadə qaydasında 
ə
ldə  edilməsindən  başqa)  qanuniliyi  müvafıq  sənədlərlə  rəsmiləşdirilməlidir.  Lakin 
bu  hüquqlar  qanunvericilik  qaydasmda  heyvanlar  aləminin  mühafızəsinin  xeyrinə 
məhdudlaşdınla bilərlər. 
Xüsusi  təbiəti  mühafızə,  elmi  və  estetik  dəyərli  heyvanlar  aləminin  obyektləri, 
habelə Azərbaycan Respublıkasının «Qırmızı kitab»ına daxil edilmiş heyvan növləri 
(qeyri-sərbəst  şəraitdə  yetişdirilmiş  (ahnmış)  və  ya  Azərbaycan  Respublikasının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə