Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

me-şələrin  bərpasını,  davamhğı  və  yüksək  məhsuldarhqh  ağacların  yetişdirilməsini, 
onlann qoruyucu funksiyalarını tənzimləmək üçün qoruq meşələri istisna olunmaqla, 
meşələrdə  bitmə  şəraitindən,  sahənin  relyefındən,  mailliyindən,  vəziyyətindən, 
doluluğundan, cins tərkibindən, yaşından, bonitetindən və digər əlamətlərindən asılı 
olaraq  aşağıdakı  qırma  növləri  tətbiq  olunur:  meşəbərpa  qırmaları  və  aralıq  istifadə 
üçün qırmalar. 
Meşəbərpa qırmaları - yetişmiş və yaşı ötmüş meşələrdə meşələrin doluluğunu 
05-06-dan  aşağı  salmaq  və  ümumi  ehtiyatı  30%-dən  çox  qırmaq  şərti  ilə  (təbii 
borpaya  şərait  yaratmaq  məqsədilə),  qrupaqırma,  könüllü  qırma  və  tədrici  seç-mə 
üsulu  ilə  aparılır.  Mailliyi  30%-dən  artıq  olan  sahələrdə  meşəbərpa  qırmalarmın 
aparılması qadağandır. Meşəbərpa qırmaları aparılan sahələrdə azad ağacı, ayı fıstığı, 
alma, ardıc, armud, cökə, dağdağan, dəmirağac, Eldar şamı, güləbrişin, yabanı gilas, 
qaraçöhrə, qarmaqlı şam, qoz, quş armudu, saqqız, şümşad, şabalıd, şabalıdyarpaqlı 
palıd,  şərq  palıdı,  şərq  çinan,  tut,  ürəkvariyarpaqlı  qızılağac,  yalanqoz  cinslərinin 
kəsilməsi qadağan olunur. 
Aralıq  istifadə  üçün  qırmalar  -  meşələrin  cins  tərkibini  yaxşılaşdırmaq, 
onların  məhsuldarlığını,  keyfıyyətini  və  davamlılığını  artırmaq,  mühitqoruyucu 
rolunu  saxlamaq  və  gücləndirmək,  vahid  meşə  sahəsindən  istifadə  olunacaq 
oduncağın  miqdarını  artırmaq,  onun  texniki-cəhətdən  yetişməsini  sürətləndirmək 
məqsədilə aparılır. Bu cür qırmalar zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 
-
 qırma üçün seçilən sahələrdə ağacların bioloji təsnifatının aparılması; 
-
 sağlam, düzgövdəli, toxumdan əmələ gəlmiş dolğun və digər müsbət ağacların 
saxlanılması; 
-
 zədələnmiş,  xəstə, davamhlığını və texniki  oduncaq keyfıyyətini itirmiş,  yaşı 
ötmüş,  gələcəyi  gözlənilən  qiymətli  cinslərin  inkişafına  mane  olan  ağac  və  kolların 
qırıntıya təyin edilməsi; 
-
 ilk növbədə yuxarı bonitetli (məhsuldar) meşələrdə qurmaların aparılması; 
-
 qarışıq  və  bircinsli  meşələrdə  qiymətli  yerli  cinslərin  sahədə  saxlanılması, 
davamlılığının artırılması və gələcəyi gözlənilən müsbət ağacların inkişafına əlverişli 
şə
rait  yaradılması,  ağachğın  doluluğunun  (hər  qırmadan  sonra  0,6-dan,  yamaclarda 
isə  0,7-dən)  aşağı  salınmaması,  onların  sutənzime-dici,  torpaqqoruyucu 
funksiyalarının gücləndirilməsi. 
Aralıq istifadə üçün qırmaların növləri və məqsədi bunlardır: 
-
 işıqlandırma  qırması  -  10  yaşına  qədər  cavan  ağaclığın  tərkibini 
formalaşdırmaq,  sıxhğını  nizama  salmaq  və  qiymətli  cinslərin  inkişafını 
yaxşılaşdırmaq; 
-
 tənzimləmə  qurması  -  11-20  yaşa  qədər  meşə  sahələrindəki  əsas  cinslərin 
yayılmasını nizama salmaq, onların cins tərkibini formalaşdırmaq; 
-
 seyrəltmə qurmaları - 21-40 yaşınqadək ağaclarm gövdələrinin və çətirlərinin 


düzgün formalaşmasma nail olmaq; 
-
 keçid qırması - 41 yaşdan yetişmə  yaşına qədər ağachğın illik orta artımına 
ə
lverişli şərait yaratmaq; 
-
 yenidənəkmə  (rekonstruksiya)  qırmaları  -  düzən  və  dağətəyi  meşələrdə 
azqiymətli,  alçaqboylu,  pozulmuş  ağac  və  kol  cinslərinin  məhsuldarlığını  artırmaq, 
cins torkibini yaxşılaşdırmaq. 
Qeyd  etmək  lazımdır  ki,  düzən  meşələrdə  (suvarılan  meşələrdə)  aralıq  istifadə 
üçün  qırmalar  dağ  meşələrinə  nisbətən  daha  tez-tez  apanlır.  Lakin  bütün  hallarda 
meşənin  qoruyucu  funksiyalarını  zəiflətmək  üçün  ağaclığın  doluluığu  normal 
saxlanmalıdır. Eyni zamanda gövdələrində quş və vəhşi heyvan yuvaları olan ağaclar 
qırıntıya təyin edilmir. 
Meşəqırma  qaydalanna  görə  qırmalar  ilk  növbədə  kifayət  qədər  gələcəyi 
gözlənilən  yeniyetmələr,  sahələrdə  saxlanılmış  tək-tək  toxumluq  və  yaşı  ötmüş 
ağaclar, ıkinci dərəcəli ağac və kol cinsləri olan yüksok bonitetli meşoloıdo aparılır. 
Sıxlığı  0,9-dan  yuxarı  olan  cavan  ağachq  sahələrində  inkişafdan  geri  qalmış, 
ə
yrigövdəli, çətiri pis olan vo digər yararsız ağaclar qırıntıya təyin olunur. 
Qırmalar aparılarkən aşağıdakı ardıcıllıq təmin olunmalıdır: 
-
 mədəni meşə əkinlərində və əvvəlki illərdə qınntı yerlərində qalmış əsas cinsin 
yeniyetmələri (əgər ikinci dərəcəli ağac cinsləri sürətlə inkişaf edərsə) olan sahəiərdə; 
-
 qiymətli  cinslərin  yeniyetmələrinin  ikinci  dərəcəli  ağacların  çətirləri  altında 
qalmaq qorxusu olan qanşıq cinsli az qiymətli meşələrdə; 
-
 eyni  hündürlükdə  olan  əsas  və  ikinci  dərəcəli  cinslərdən  ibarət  qarışıq 
meşələrdə; 
-
 yüksək sıxlığı və doluluğu (0,8-1,0) olan qiymətli cinsli meşələr, toxumadan və 
pöhrədən əmələ gəlmiş ağaclıqlarda. 
Göstərilən sahələrdə ağachğın yaşından asıh olaraq işıqlandırma, təmizləmə və 
seyrəltmə  qırmaları  aparılır.  Yetişmə  yaşına  qədər  olan  eynicinsli  və  qarışıq 
meşolərdə osasən keçid qurmaları aparıhr. 
Qırmalann  başlanması  və  qurtarması  vaxtı  meşəbitmə  şəraiti,  ağac  cinslərinin 
bioloji  xüsusiyyətləri  və  ərazinin  iqtisadiyyatı  nəzərə  alınmaqla  müəyyən  edilir. 
Qurmaların  miqdarı  qırıntının  başlanması  vo  qurtarması  vaxtından,  qırmanm 
in-tensivliyindən,  təkrarolunma  müddətindən,  meşə  tiplərindən,  inkişafından, 
doluluğundan, vəziyyətindən və ərazisinin ekoloji şəraitindən asılıdır. 
Qurmalann intensivlik dərəcəsi ağaclığın hansı məqsəd üçün yetişdirilməsindən, 
meşənin  tipindən,  tərkibindən,  yaşından,  bonitet  sinifindən,  quruluşundan,  ağaclığın 
vəziyyətindən,  qırmanın  növündən,  maillikdən,  relyefdən  və  digər  amillərdən  asılı 
olaraq  müəyyən  edilir.  Bu  zaman  intensivlik  dərəcələri:  3-15%  zəif;  16-25%  orta; 
26%-dən yuxarı güclü hesab olunur. 
Ortayaşlı və yetişməkdə olan ağaclıqda qırmalar zəif, cavan ağaclıqda isə daha 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə