Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

-
 icarə haqqının miqdarı və onun ödənmə qaydası; 
-
 icarəyə verilən sahənin mühafızəsi, qorunması və bərpası sahəsində tərəflərin 
öhdəlikləri; 
-
 meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş digər şərtlər. 
Meşə  Məcəlləsinə  görə  meşəqırma  bileti,  oduncaq  və  ikinci  dərəcəli  meşə 
materiallarının tədarükü, daşınması üçün hüquqi sənəddir. Bu biletdə meşə quruluşu 
layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və 
ikinci  dərəcəli  materialların  miqdarı,  keyfıyyəti,  onların  qiyməti,  işin  apanlma 
müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları 
göstərilir. 
Order,  özü  yıxılmış  və  ya  qurumuş  ağaclardan  odundac  hazırlamaq,  ağac 
tör-töküntüsü və ikinci dərəcəli meşə materiallannın tədarükü, daşınması üçün hüquq 
verən sənəddir. Order meşəqurma bileti əsasında verilir. 
Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəd olub, 
orada  meşə  fondundan  istifadənin  növü,  yeri,  miqdarı,  vaxtı,  şərtləri  və  qiyməti 
göstərilir. 
Meşə  fondundan  istifadə,  onun  mühafızəsi,  qorunması  və  meşələrin  bərpası 
sahəsində dövlət idarəetməsini Azərbaycan Respubilkasının müvafıq icra hakimiyyəti 
orqanı həyata keçi-rir. Bu məqsədlə: 
-
 meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini 
müəyyənləşdirir; 
-
 meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondıından istifadəyə, 
onun  mühafızəsinə,  qorunmasma  və  meşələrin  bərpasına  dövlət  nəzarətini  həyata 
keçirir, onun aparılması qaydalarını müəyyən edir; 
-
 meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir; 
-
 investisiya siyasətini həyata keçirir; 
-
 meşə  fondundan  istifadənin,  onun  mühafızəsinin,  qorunmasının  və  meşələrin 
bərpasının dövlət proqramlarını təsdiq edir; 
-  meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir; 
-
 hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir; 
-
 meşə  fondundan  ıstifadəyə  görə  ödəniş  növlərini,  habelə  köküstə  buraxılan 
oduncağın  minimum  ödəniş  tarifini,  ayrı-ayrı  meşə  istifadəçiləri  üçün  tədiyə 
güzəştlərinin  həcmini  və  onların  ödəmə  qaydalarını  müəyyən  edir,  meşə 
materiallarına qiymət qoyur; 
-
 meşələrin  qorunub  saxlanılması  və  təkrar  istehsah  üzrə  respublika  fondunu 
yaradır, ondan istifadə qaydalarını müəyyən edir; 
-
 köküstə  oduncaq  buraxılması,  meşəqırma,  meşə  fondunun  mühafizəsi, 
qorunması və mcşolorin borpası qaydalarını təsdiq edir; 
-
 meşə  təsərrüfatının  aparılması  üzrə  elmi-tədqiqat  və  layihə-axtarış  işlərini 


təşkil edir və əlaqələndirir; 
-
 meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin 
və meşə quruluşu işlərinin apanlması qaydalarını müəyyən edir; 
-
 meşə  fondundan  istifadə,  onun  mühafızəsi,  qorunması  və  meşələrin  bərpası 
sahəsində  beynəlxalq  əməkdaşlığı  həyata  keçirir,  müqavilələr  bağlayır  və  onlann 
yerinə yetirilməsini təşkil edir; 
-
 meşə  təsərrüfatı  sahəsində  dövlət  statistika  hesabatının  aparılması  qaydasını 
müəyyən edir; 
-
 meşə  fondu  sahələrindən  istifadə  hüququnu,  habelə  meşələrin vəziyyətinə və 
bərpasına təhlükə yaradan işləri da-yandırır, məhdudlaşdırır, onlara xitam verir; 
-
 meşə  təsərrüfatının  aparılması  və  meşədən  istifadə  ilə  əlaqədar  olmayan 
məqsədlər  üçün  meşə  torpaqlarını  qeyri-meşə  torpaqlarma  keçirir,  meşə  fondu 
torpaqlarını geri alır; 
-
 meşə  fondu  sahələrini  fövqəladə  ekoloji  vəziyyət  və  ekoloji  fəlakət  zonalan 
elan cdir; 
-
 qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. 
Meşə  fondundan  istifadə,  onun  mühafızəsi,  qorunması  və  meşələrin  bərpası 
sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır: 
-
 iqtisadiyyatın inkişafı; 
-
 ətraf mühitin mühafizəsi; 
-
 ölkənin  mənafeyinə  uyğun  olaraq  meşə  fondundan  səmərəli  istifadə  edilməsi 
(maddə 27). 
Qanunvericilikdə,  həmçinin  meşə  təsərrüfatınm  təşkili  və  meşə  fondundan 
istifadənin ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən 
prinsiplər  əsasında  həyata  keçirilməli  olduğu  qeyd  edilmiş,  bu  işlərin  aparılması 
zamanı aşağıdakıların təmin olunması göstərilmişdir: 
-
 insanlann  sağlamhğı  naminə  meşələrin  mühityaradıcı,  suyu  mühafızo, 
qoruyucu,  sanitariya-gigiyena,  sağlamlaşdırıcı  və  digər  faydalı  təbii  xüsusiyyətlərin 
saxlanılması və giicləndirilməsi; 
-
 oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli 
və səmərəli istifadə; 
-
 meşələrin  bərpası,  onların  cins  tərkibinin,  keyfıyyətinin  yaxşılaşdırılması, 
məhsuldarlığının yüksəldilməsi, mühafızəsi və qorunması; 
-
 meşə fondu torpaqlanndan səmərəli istifadə; 
-
 meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl 
təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi; 
-
 bioloji müxtəlifliyin saxlanılması; 
- tarix-mədəniyyət  və  təbii  irs  obyektlərinin  qorunması.  Artıq  qeyd  olunduğu 
kimi, respublikamızın meşə fondu 


dağ  və  düzən  meşələrindən  ibarətdir.  qtisadi  və  ekoloji  əhəmiyyətinə, 
yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə meşə fondumuz dünyada mövcud 
olan  üç  qrup  meşələrdən  birinci  qrupa  aid  olub  aşağıdakı  qoruyucu  kateqoriyalara 
bölünür: 
-
 qovuq meşələri; 
-
 kurort meşələri; 
-
 xüsusi qiymətli meşə massivləri; 
-
 şəhərlərin  və  digər  yaşayış  məntəqələrinin  ətrafındakı  yaşıllıq  zonalarının 
meşələri; 
-
 yabanı meyvə meşələri; 
-
 dövlət qoruyucu meşə zolaqları; 
- sair meşələr. 
Qanunvcriciliyə  görə  zoruri  hallarda  göstorilon  kateqoriyalara  aid  edilmiş 
meşələrdə  xüsusi  qoruyucu  meşə  sahəlori  (eroziyadan  mühafızə  meşələri,  çayların, 
göllərin vo digər su obyektlərinin sahiüərində olan meşə sahələri, doniz yollannın və 
avtomobil  yollarının  kənarlarındakı  meşələr  və  s.)  və  xüsusi  qorunan  meşə  sahələri 
(elmi  və  mədəni-tarixi  əhəmiyyət  kəsb  edən  meşələr,  meşə-parklar,  seyrək  arid 
meşələri, ziyarət edilən yerlərdəki meşəiər və s.) müəyyən edilir. 
Meşə  fondunun  dövlət  uçotu  meşə  fondundan  səmərəli  istifadəni,  onun 
mühafızəsini,  qorunmasını  və  meşələrin  bərpasını  təşkil  etmək,  meşə  fondunun 
kəmiyyət  və  keyfıyyət  dəyişmələrinə  müntəzəm  nəzarət  etmək,  dövlət  orqanlarını, 
bələdiyyələri,  əlaqədar  fıziki  və  hüquqi  şəxsləri  meşə  fondu  haqqında  məlumatla 
təmin  etmək  məqsədilə  apanlır  və  bu  məlumatlar  dövlət  meşə  kadastrınm 
apanlmasında istifadə edilir. 
Qanunvericiliyə görə meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun 
ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsidir. 
Dövlət meşə kadastnndan meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində 
və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının 
qeyri-meşə torpaqlanna keçirilməsində və meşə fondu torpaqlarının geri ahnmasında, 
meşə  fondundan  istifadə  üçün  ödəmələrin  miqdannın  müəyyən  edilməsində,  meşə 
istifadəçilərinin  və  meşə  təsərrüfatı  işləri  aparan  şəxslərin  təsərrüfat  fəaliyyətinin 
qiymətləndirilməsində istifadə olunur. 
Qanunvericilikdə, həmçinin meşələrin monitorinqi ilə əlaqədar aynca bir maddə 
də özünə yer almışdır. Bu meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və 
meşələrin  bərpası,  onların  ekoloji  funksiyalannın  artırılması  sahəsində  dövlət 
idarəetməsi 
məqsədilə 
meşə 
fondunun 
vəziyyətinin 
və 
dinamikasının 
qiymətləndirilməsi və proqramlaşdırılması sistemindən ibarətdir. 
Meşə  fondundan  istifadə,  onun  mühafızəsi,  qorunması  və  meşələrin  bərpası 
üçün dövlət proqramlan hazırlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə