Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   90   91   92   93   94   95   96   97   ...   114

səbəb əsas ağac növlərindən ibarət meşələrin qırılması nəticəsində eroziya prosesinin 
intensiv  inkişafı,  yamacların  quraqlaşması  və  münbitliyinin  azalmasıdır.  Belə 
sahələrdə  ardıc  daha  yaxşı  uyğunlaşa  bilir.  Vaxtilə  ardıc  kollan  dağlarda  dəniz 
səthindən 2400-2500 metrdən yuxarıda təbii zolaq yaradaraq, ondan aşağıda yerləşən 
meşə  qurşaqlarını  iqlimin  mənfı  təsirindən  mü-hafizə  edirdi.  Lakin,  sonralar  otlaq 
sahələrinin  genişlondirilməsi  məqsədilə  bu  zolaq  qınlaraq  və  ya  başdan-başa 
yandınlaraq məhv edilmişdir. 
Kontinental  iqlimə  malik  olan  Naxçıvan  Muxtar  Respublikasında  dəniz 
səthindən 3000 metr yüksəklikdə ardıc kollarına rast gəlinir. 
Lənkəran-Astara  zonasmda  meşənin  yuxarı  sərhədi  əsasən  dəniz  səthindən 
1500-1800  m  yüksəklikdən  keçir.  Bəzi  yer-lərdə,  Alar,  Lerik  və  Soru  yaşayış 
məntəqolori  ətrafında  meşənin  yuxarı  sərhədi  1100-1300  m-ə  enir.  Yamacın  şimal 
cəhətlərində meşənin yuxan sərhədi şabalıd-yarpaq və fıstıqla qurtarır. 
Araşdırmalar göstərir ki, Azərbaycanın müxtəlif regionlarında, harada mal-qara 
otarılması  davam  etdırilirsə,  orada  meşənin  müasir  yuxan  sərhədi  geri  çəkilmokdo 
davam  cdir.  nsan  fəaliyyəti  dayandınlan  sahələrdə  isə  meşə  öz  kcçmiş  sər-hədini 
tapmağa cəhd göstərsə də, bu proses çox yerdə olduqca ləng gedir. Meşənin çəmən 
bitkisinə  «qalib  gəlməsi»  üçün  uzunmüddətli  kəskin  mübarizə  tələb  olunur.  Bu 
prosesi  ancaq  insan  öz  zəkası  və  əməyi  ilə  təbiətin  həyatına  fəal  qarışmaqla 
tezləşdirməyə  qadirdir.  Bu  cəhətdən  vacib  məsələlərdən  biri  süni  meşənin 
sahnmasıdır. 
Hazırda  yüksək  dağ  meşələrinin  vəziyyəti  və  meşənin  yuxarı  sərhədinin 
get-gedə geri çəkilməsi böyük təşviş doğurur. Bu hal aşağıda yerləşən meşə və kond 
təsərrüfatı sahələri-ni də təhlükə altına ahr. Belə ki, meşənin yuxan sərhədində əmələ 
gələn  səthi  su  axımları,  uçurumlar  ondan  aşağıda  yerləşən  meşələri  də  bərbad  hala 
sahr,  bununla  da  dağlarda  su  rejimi  pozulur  və  dağıdıcı  sellərin  cövlanına  şərait 
yanranır.  Odur  ki,  meşənin  yuxan  sərhədini  bərpa  etmək  təbiəti  mühafizə  işində 
mühüm tədbir kimi qarşıda durur. 
Professor  .S.Səfərovun məlumatına görə, respublikamızda sel qorxusu olan 34 
çayın  hövzəsinin  yalnız  30%-ə  qədəri  meşə  ilə  örtülüdür.  Meşəlik  dərəcəsinin  dağ 
yamaclarında  belə  azlığı  nəticəsində  sel  hadisələri  respublikamızda  geniş  sahələri 
ə
hatə  edir.  Akademik  A.J.Voyeykov  (1963)  meşə  bitkisinin  dağ  yamaclarının 
bərkidici  rolunu  göstərərək  qeyd  edir  ki,  meşələr  yerin  relyefini  yarandığı  dövrdəki 
kimi  saxlaya  bilər.  O  daha  sonra  yazır  ki,  meşə  bitkisi elə dik  yamaclarda kök sala 
bilir ki, orada ot bitkisi başdan-başa örtük əmələ gətirə bilməz. 
Dağ  meşələri  ilə  yanaşı,  respublikamızın  ekologiyasında  arid  və  düzən  tipli 
meşələrin də əhəmiyyəti olduqca böyükdür. 
Arid  tipli  meşələr  respublikamızın  dağətəyi  zonalarında  vegetasiya  dövrünün 
çox hissəsi rütubəti çatışmayan quraq iqlim şəraitındə inkişaf etmişdir. Bu tip meşələr 


böyük  su  tənzimləyici  və  torpaqqoruyucu  əhəmiyyətə  malikdirlər.  Arid  tipli 
meşələrin yayıldığı ərazi vəhşi heyvan və quşlar üçün əlverişli sığınacaq mənbəyi və 
yem  bazası  hesab  olunur.  Onlardan  ən  geniş  yayılanı  ardıc  ağacları  yüksək  fıtosid 
xassələrinə  malik  olduğu  üçün  havanı saflaşdıraraq  ərazinin  iqlimini  sağlamlaşdırır. 
Arid meşələri dağətəyi yamacların landşaftını estetik cəhətdən bəzəyir. 
Azərbaycanda  arid  tipli  meşələrin  qalıqlarına  Bozqır  yaylada,  Həkəri  və  Araz 
çaylarının aşağı axını yamaclarında, Naxçıvan MR-da Evlər oyuğu dağında, qismən 
Böyük Qafqazın şimal-şərq yamacında (Gilgilçay, Ataçay, Qaxçay hövzələrində) və 
Qobustanda rast gəlinir. 
Qeyd  edilənlərə  əsasən  demək  olar  ki,  arid  tipli  meşələr  sahəcə  az  olsa  da, 
yayıldığı ərazi çox genişdir. Bu onu göstərir ki, belə meşələr vaxtilə olduqca böyük 
massivlərdə  yayıhbmış.  Məlum  olduğu  kimi,  respublikamızın  arid  meşələri  yayılan 
dağətəyi  zonalarda  qədim  dövrlərdən  bəri  əhali  əkinçilik  və  maldarlıqla  intensiv 
məşğul  olmuşdur.  Bununla  əlaqədar  ilkin  arid  tipli  meşə  örtüyü  burada  kökündən 
antropogen  dəyişikliyə  uğramış,  mövcud  bitki  formasiyalan  əsasən  törəmə, 
bozqır-kserofil  tiplidir.  Müasir  bitki  tiplərinin  hansı  antropogen  dəyişikliklərə 
uğraması haqda fikirlər yürütmək üçün xüsusi tədqi-qatlann apanlması tələb olunur. 
Arid  tipli  meşəliklər  əsas  etibarilə  ardıc  seyrəkliklərindən  ibarətdir.  Onların 
digər komponentləri sayılan saqqızağac, gürcü ağcaqayını, badam, iydəyarpaq armud 
və dağdağan çox nadir hallarda ağaclıqlar yaradır. 
Ardıc  meşələrinin  antropogen  deqradasiyası  və  ya  dəyi-şilməsi  yerin 
relyefındən,  torpaqəmələgətirən  süxurlardan  və  insanın  təsərrüfat  fəaliyyətinin 
intensivliyindən  asılı  olaraq  müxtəlif  istiqamətlərdə  gedir.  Ardıc  meşələrinin 
tərkibinə əksər hallarda saqqızağacı daxil olur. Tədqiqatlar göstərir ki, saq-qızağac ilə 
ardıcın qanşıq bitdiyi meşəlikdə ağaclar kəsilərkən, sırf saqqızağac meşəliyi yaranır, 
çünki  ardıc  ağacı  kəsildikdə  pöhrə  vermir,  saqqızağac  isə  kəsilən  zaman  kökündən 
bol  pöhrəvermə  qabiliyyətinə  malikdir.  Eynilə  ardıc  meşələrinin  kserofıl  və 
yanmsəhra bitkiliyi ilə əvəz olunması da antropogen səbəblərdən baş verir. 
Arid  meşələri  ilə  müqayisədə  Azərbaycanın  düzən  meşələrinin  taleyi  daha 
acınacaqlı olmuşdur. XIX-XX əsrlər ərzində bu meşələr intensiv şəkildə qırılmışdır. 
Bu  proses  bu  və  ya  digər  səbəbdən  hazırda  da  davam  etməkdədir.  Azərbaycanın 
düzən  meşələrinin  aşağıdakı  təsnifatı  mövcuddur  (Q.S.Məmmədov,  M.Y.Xəlilov, 
2002): 
1. Rütubətli subtropik düzən meşələr (Lənkəran ovalığı); 
2.  Yanmrütubətli subtropik düzən meşələri (Qanıx-Həftəran vadisi); 
3.
 Dəniz iqlimi şəraitində düzən meşələr (Samur-Dəvəçi ovalığı); 
4.
 Quru isti iqlim şəraitində düzən meşələr (Kür-Araz düzənliyi); 
5.
 Tuqay meşələri (Kürqırağı zona). 
Rütubətli  subtropik  meşələrdə  relikt  növlər  üstünlük  təşkil  edir,  burada  meşə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə