Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   91   92   93   94   95   96   97   98   ...   114

altında  həmişəyaşıl  kol  növləri  də  bitir  (Hirkan  bigəvəri,  budaqh  danaya), 
yarımrütubətli  subtropik  meşələrdə  relikt  növlərdən  qanadyarpaq  yalanqoz,  fıstıq 
(bəzi  yerlərdə),  dəmirağac  (bir  yerdə),  şabalıdyarpaq  palıd  ( smayıllı  qoruğunda), 
quru isti iqlimli düzən meşəsində vo üçüncü dövrün relikt saqqızağacına rast gəlinir. 
Bütün düzən meşələrində meşəaltı kollar yaxşı inkişaf etmişdir, seyrəlmiş meşə 
sahələrində isə kol növlərinə daha çox rast gəlinir. 
Hazırda  Kürqırağı  tuqay  meşələrində  yaranmış  vəziyyət  daha  çox  narahatçılıq 
doğurur. Kürqırağı tuqay meşələrinin acınacaqlı vəziyyəti həm dövlətimizin, həm də 
alimlərin  diqqət  mərkəzindədir.  Respublikamızda  tuqay  meşələrinin  nisbətən  geniş 
sahələri səhra və yarımsəhra əraziləri kəsib keçən Kür çayının ətrafında yayılmışdır. 
Bu meşələrin əhəmiyyəti çox böyükdür. Tuqay meşələri təbiətin bizə bəxş etdiyi təbii 
zolaq  olub,  onu  əhatə  edən  ərazinin  iqlimini  nizama  salır,  ətraf  sahələrdə  kənd 
təsərrüfatı bitkilərinin məhsuldarlığının sabitliyinə və yüksəlməsinə şərait yaradır. Bu 
meşələr  böyük  tor-paqqoruyucu  və  sahilbərkidici  rola  malik  olub,  həm  də  Kür 
qırağının təbii bəzəyidir, vəhşi heyvanların və quşların etibarlı sığınacağı, insanların 
isə  əvəzedilməz  istirahət  guşəsidir.  Tuqay  meşələri  yayılan  Kürboyu  ərazidəki 
rayonların  meşə  ilə  örtülmə  dərəcəsi  (meşəlik  faizi)  olduqca  aşağıdır.  Əgər 
respublikamızın  meşəlik  faizi  12%-dirsə,  Kür-Araz  düzənliyində  bu  rəqəm  cəmi 
0,8%-dir. Odur ki, Kürboyu tuqay meşələrinin mühafızəsi və bərpası böyük təsərrüfat 
ə
həmiyyəti kəsb edir. 
Akademik A.A.Qrossheym (1929, 1932) göstərmişdir ki, insanların son dərəcə 
sürətlə artan kənd təsərrüfatı fəaliyyəti nəticəsində tuqay meşələri tamamilə yoxa çıxa 
bilər.  Buna  görə  də  o,  dəfələrlə  tuqay  meşələri  qoruqlarının  təşkil  olunması  fırkini 
irəli  sürmüşdür.  A.Qrossheym  70  il  bundan  öncə  yaxşı  vəziyyətdə  olan  tuqay 
meşəsini  Xəzər  dənizindən  Kür  çayı  boyu  təxminən  100  kilometr  yuxarıda  köhnə 
Zubovka kəndi (indiki Şirvan şəhəri) yaxınlığında və ondan yuxarı ərazilərdə təsvir 
edirdi.  H.Ə.Əliyev  və  M.Y.Xəlilovun  (1976)  apardıqları  tədqiqatlar  göstərdi  ki, 
hazırda  Şirvan  şəhəri  yanında  Kür  çayı  qırağında  yalnız  bir  neçə  ədəd  qurumaqda 
olan qovaq ağacı qalmışdır. 
Xatırladaq ki, tuqay meşələrinin əsas sahəsi hələ 1920-ci ilə qədər əkin sahələri 
ə
ldə etmək məqsədilə qırılıb məhv edilmişdir. Yaxın keçmişdə 20 min hektar Samux 
meşəsi adı ilə məşhur olan tuqay  meşəsi Mincəçevir dənizinin altında qalmışdır. 10 
min  hektara  qədər  tuqay  meşəsi  Şəmkir  və  Yenikənd  su  anbarlarının  yaradılması 
məqsədilə qırılıb məhv edilmişdir. 
Belə vəziyyət Kürqırağında az da olsa qalmış tııqay meşələri qalıqlarının lazımi 
səviyyədə  qorunması  və  orada  yeni  meşəliklərin  sahnmasının  vacibliyini  daha  da 
artırır.  Təəssüf  ki,  tuqay  meşələrinin  orda-burda  qalan  kiçik  sahələri  də  insanların 
təsərrüfat  fəaliyyəti  nəticəsində  yoxa  çıxır.  Son  illər  Kürboyu  tuqay  meşələrinin 
qırılma  sürəti  daha  da  artmışdır.  Ağdaş,  Bərdə,  Ağcabədi  və  Saatlı  rayonlarında 


meşolərin vəziyyəti daha acınacaqlıdır. Burada ruqay meşələri başdan-başa qışlaqlara 
çevrilmişdir.  Hər  il  Kürboyu  meşə  təsərrüfatları  ərazilərində  qoyun  və  qaramal 
sürüləri otarıhr. Bunun nəticəsində təbii və süni sahnmış meşələr seyrəlir, kolluqlara 
çevrilir,  qoruyucu  funksiyası  zəifləyir  və  gələcək  nəsli  kəsilir.  Kürqırağında  bu 
səbəbdən  qovaq  və  söyüd  meşələrinin  yerində  6  min  hektardan  çox  yulğun  kolları 
ə
mələ gəlmişdir. Digər tərəfdən meşə ilə örtülü olmayan 100 hektarlarla sahədə illər 
boyu  qanunsuz  olaraq  kənd  təsərrüfatı  bitkiləri  becərilır.  Ağdaş,  Bərdə,  Beyləqan, 
Sabirabad,  Saatlı  və  Ağcabədi  rayonlarında  belə  hallara  daha  çox  rast  gəlinir. 
Kürqırağında  meşəsi  yox  edilən  sahələrin  çoxunda  qamış,  cil  bitir  və  bataqlaşma 
müşahidə olunur. Yevlax və Sabirabad rayonlarında meşənin yerinə kənd təsərrüfatı 
bitkiləri düzgün suvarılmadığından sahələr şorlaşır və ya bataqlığa çevrilir. 
Kür  çayı  sahillərində  olan  meşə  sahələrinin  eni  Ağstafa  və  Ağdaş  meşə 
təsərrüfatlannın  bəzi  yerində  4-6  kilometrə  çatır.  Əgər  meşənin  enini  çayın  hər  iki 
sahilində  0,5-1,0  kilometr  qəbul  etsək,  hazırda  Kür  qırağında  mövcud  olan,  18  min 
hektar meşə ilə örtülü sahə yalnız 90-100 kilometr məsafədə uzanır. Halbuki, Kürün 
uzunluğu  respublikamızın  ərazisində  900  kilometrə  çatır.  Deməli,  Kür  boyunda 
700-800 kilometrdən artıq sahə meşəsiz qalmışdır. 
Göründüyü kimi, Azərbaycan meşələrinin vəziyyəti, son illər bir sıra tədbirlərin, 
o cümlədən meşəsalma işlərinin aparılmasına baxmayaraq, hələ də acınacaqh olaraq 
qalmaqdadır.  Ona  görə  də  biosferin  çox  əhəmiyyətli  və  əvəzsiz  tərkib  hissəsi  olan 
meşə  biogeosenozlarının  qorunması  və  artırılmasından  ötrü  respublikamızda  daha 
ciddi tədbirlərin görülməsi tələb olunur. 
Meşə  ehtiyatlarımızdan  istifadənin  ekoetik  problemləri  geniş  aspekti  (hüquqi, 
inzibati,  təsərrüfat,  iqtisadi,  estetik,  mühafızə,  bərpa  və  s.)  əhatə  etsə  də,  burada 
hazırkı  mərhələdə  əsas  diqqət  mövcud  meşələrin  mühafızəsinə  və  bərpa  işlərinə 
yönəldilməlıdir.  Meşələrimizin  ekoetik  problemlərinin  həllində  bu  istiqamətlər 
prioritet kimi götürülməlidir. Şübhəsiz ki, meşələrin mühafızəsi problemində hüquqi, 
inzibati və təsərrüfat və s. xarakterli tədbirlər də nəzərdə tutulur. Məsələn, me-şələrin 
qırılmasına görə inzibati cəzalann kəskinləşdirilməsi (hüquqi), ağac emah sexlərinin 
fəaliyyətinin  dayandınlması  (təsərrüfat),  xaricdən  gələn  ağac  və  ağac 
məmulatlarından  tutulan  vergilərin  azaldılması  (iqtisadi)  və  s.  meşələrimizin 
bər-pasının  elmi-nəzəri  və  praktiki  əsaslarının  işlənməsi  sahəsində  respublikamızda 
kifayət  qədər  təcrübə  vardır.  Ona  görə  də  bu  məsələlərin  bir  qədər  yeni  baxışla, 
meşələrin  ekoetik  problemlərinin  geniş  aspekti  fonunda  nəzərdən  keçirilməsinə 
böyük ehtiyac vardır. Bunlar aşağıdakılardır (Q.S.Məmmədov, M.Y.Xəlilov, 2002): 
1. Dağ meşələrinin təbii-tarixi areahnın və strukturunun bərpası. Bundan ötrü: 
a)
 dağ  meşələrinin  yuxarı  sərhədini  bərpa  etmək  məqsədilə  hər  şeydən  əwəl 
meşənin müasir sərhədindən yuxarıda 100-200 metr enində qoruyucu zolaq ayrılmah, 
orada mal-qara otarılması qəti qadağan edilməlidir; eroziyaya uğramış, cənuba baxan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə