Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   87   88   89   90   91   92   93   94   ...   114

məsələlərə biganə qalmamış, 2000-ci ildə BMT-nin « qlim dəyişmələri üzrə çərçivə 
konvensiya-sı»na əsasən, 1-ci «Milli iqlim məlumatları»nı işləyib başa çatdırmışdır. 
Mütəxəssislərin  fikrincə,  ilk  növbədə  atmosferə  buraxılan  istixana  effektli 
qazların  miqdarını  azaltmaq  üçün  bütün  sahələrdə  yeni  mütərəqqi  texnologiyalar 
tətbiq edilməli, okean və dəniz sularının təmiz saxlanmasına nail olunmalı, meşələrin 
sistemsiz  qırılmasının  qarşısı  alınmalı  və  yeni-yeni  ərazilərdə  böyük  həcmdə  meşə 
massivləri yaradılmalıdır. 
Atmosferə  buraxılan  zəhərli  qazların  95-97%-ni  karbon  qazı  təşkil  edir  ki, 
bunun da uducusu və neytrallaşdıncısı dəniz və okean suları, meşə və yaşıllıqlardır. 
Məlumat üçün bildirək ki, normal sıxlıqlı meşə sahəsinin bir hektarı gündə 220-280 
kq  karbon  qazı  udur  və  bunun  təxminən  2/3  hissəsini  oksigenə  çevirərək  atmosfer 
havasını təmizləyir. 1 hektar meşə sahəsi, il ərzində ətraf mühitə yayılmış 70 ton tozu 
filtirləşdirib zərərsiz-ləşdirə bilir. 
BMT-nin  məlumatına  görə,  son  10  ildə  yanacaq  üçün  sərf  edilən  oksigen 
itkisinin  miqdarı  xeyli  artmışdır.  Bu  müddət  ərzində  isə  sənayedən  və  digər 
sahələrdən  atmosferə  360  milyard  ton  karbon  və  digər  zəhərli  qazlar  buraxılmışdır. 
Dün-yada  meşə  və  yaşıllıqların  yaratdıqları  oksigcnin  təxminən  23%-i  sənayeyə, 
yaşayış sahələrinin qızdırılmasına sərf edilir. Hesablanmışdır ki, bu miqdar oksigenlə 
il ərzində 43 milyard adam təmin edilə bilər. Bütün bu göstərilən faktlar və rəqəmlər 
onu sübut edir ki, artıq bu sahədə düşünüb-daşınmağın vaxtı çatmışdır. 
Dünya iqlimində baş verən göstərilən səbəblər və canlı aləmə zərər gətirə bilən 
dəyişmələr bizim ölkəmizdən də yan keçməmişdir. Bu, son bir neçə il yay aylannda 
baş verən dəhşətli istilərdə, payız, qış aylarında isə havaların qeyri-sabit keçməsində 
özünü  büruzə  vermişdir.  Yay  aylarında  Araz  çayının  quruması,  Kür  çayının 
səviyyəsinin  2-3  metr,  Mingəçevir,  Şəmkir  və  Yenikənd  su  hövzələrində  suyun 
səviyyəsinin  son  dərəcə  aşağı  düşməsi  nəticəsində  Mingəçevir  gölündən  və  Araz 
çayından  suvarma  kanallanna  su  götürülməsi,  demək  olar  ki,  minimuma  çatmışdır. 
Bunun  nəticəsində  də  suvarılan  regionlarda  kənd  təsərrüfatı  bitkilərindən  normal 
məhsul götürülməsi çətinləşmişdir. 
Bütün  bunlar  qlobal  miqyasda  istiləşmə  prosesinin  get-məsilə  əlaqələndirilir. 
Dünya ölkələrində iqlimin qeyri-sabit keçməsi isə, o ölkənin yerli şəraitindən, ekoloji 
durumundan  və  buna  olan  münasibətdən  asılıdır.  Ekoloji  tarazlığın  pozulmasına 
gətirib  çıxara  bilən  amillərdən  insafsızcasına  istifadə  edilməsi,  atmosferə  hər 
adambaşına hesablanmış normadan qat-qat çox istixana effektli qazların buraxılması, 
nəticə  etibarilə  yaşadığımız  planetin  uzun  müddətli  perspektivliyini  şübhə  altına 
almış-dır. 
1998-ci ilin oktyabr ayında  stanbul şəhərindo ekspertlər səviyyəsində çağınlan 
beynəlxalq  toplantıda  Kosto-Rika  və  Kanada  hökumətlərinin  təşəbbüsü  ilə  dünya 
meşə  sərvətlərin-dən  səmərəli  istifadə  edilməsinin,  qorunmasının,  mühafızəsinin  və 


bərpa  olunmasının  vahid  hüquqi  qanunlar  əsasında  idarə  olunmasının  mümkünlüyü 
barədə  72  bənddən  ibarət  qanun  toplusu  müzakirəyə  çıxanlmışdır.  Bu  təşəbbüs, 
ümumiyyətlə,  toplantı  iştirakçıları  tərəfındən  prinsipcə  bəyənilmişdir.  Onların  bəzi 
bəndləri  istisna  olmaqla  dövlətlərarası  razılaşmadan  sonra  hüquqi  cohətcə  qüvvəyə 
minəcəyi  şübhəsizdir.  Bundan  sonra  dünyanın  bütün  dövlətləri  onların  ərazilərində 
olan meşə və yaşıllıqlardan istədikləri kimi istifadə edə bilməyəcəklər. Bu məsələnin 
digər tərəfı isə ondan ibarətdir ki, hər bir dövlət əgər istəyirsə ki, onun məmləkətində 
su  qıtlığının,  quraqlığın,  torpaq  eroziyasının,  səhralaşmanın  qarşısı  alınsın,  vaxt 
itirmə-dən  mövcud  meşə  və  yaşıllıqları  ciddi  şəkildə  qorumalı  və  böyük  ərazilərdə 
yeni meşələr salmalı və seyrək meşələri bərpa etməlidir. 
Respublikamız  artıq  qeyd  etdiyimiz  kimi  meşəsi  az  olan  ölkəlor  sırasına 
daxildir. Onun ərazisinin təqribən 11%-i meşə ilə örtülüdür. Beynəlxalq normativlərə 
görə  hər  bir  sakinə  orta  hesabla  0,25-0,26  ha  meşə  sahəsi  düşməlidir  ki,  bu  da 
ə
razimizin təxminən 20%-nin meşə ilə örtülü olması deməkdir. Əgər biz buna nail ola 
bilsək, yəni olan meşələrimizi qoruyub sax-lamaqla yanaşı, ildə azı 25-26 min hektar 
yeni meşə sala bilsək, 2025-2030-cu il illərdə meşə sahəsini normativ həddə çatdıra 
bilərik. Nəzərə almaq lazımdır ki, «Azərbmeşə»  stehsalat Birliyi respublikada meşə 
ə
kib  yetişdirməklə  məşğul  olan  yeganə  təşkilatdır.  Onun  tabeçiliyində  olan 
müəssisələrin  gücü  ilə  ildə  5-5,5  min  hektar  sahədə  meşəbərpa  tədbirləri  aparılır. 
Dövlət  meşə  fondundan  kənar  ərazilərdə  də,  milli  iqlim  proqramı  layihəsi 
çərçivəsində  600  min  hektara  qədər  sahədə  me-şə-meliorasiya  tədbirlərinin  və 
yaşıllaşdırma  işlərinin  aparılması  nəzərdə  tutulmuşdur.  Son  illər,  demək  olar  ki,  bu 
sahədə çox zəif iş aparılır. Dövlət meşə fondunda salınan meşələrin həcmi isə tələb 
olunduğundan  azdır.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  ilbəil  torpaqların 
eroziyaya düçar olmasını və səhralaşma prosesinin getməsini nəzərə almasaq, biz bu 
həcmdə  meşə  salmaqla  nəzərdə  tutulan  proqramı  ancaq  100  il  ərzində  başa  çatdıra 
bilərik,  buna  isə  heç  cür  yol  vermək  olmaz.  BMT-nin  məlumatına  görə,  XXI  əsrdə 
ə
hali indiki temp-lə artarsa, yer səthində orta qlobal temperatur 0,95 dərəcədən 3,50 
dərəcəyədək  arta,  dəniz  suyunun  səviyyəsi  isə  15  sm-dən  95  sm-ə  qalxa  bilər.  Ona 
görə  də  vaxt  itkisinə  yol  vermədən  meşələrin  və  yaşıllıqlann  sahnmasının  həcmi 
artırılaraq  optimal  həddə  çatdınlmah,  mövcud  meşə  və  yaşıllıqlarımız  isə  ciddi 
şə
kildə qorunmalıdır. 
Bundan  başqa  əhalinin  ekoloji  tərbiyəsinin  artırılmasına  xüsusi  diqqət 
yetirilməli,  bütün  ibtidai  və  orta  təhsil  məktəblərində  meşə  və  yaşıllıqların  ətraf 
mühitin  sağlamlaşdırılmasındakı  rolu  haqqmda  şagirdlərin  bilgiləri  artırılmalı,  hamı 
bu  vacib,  olduqca  məsuliyyətli  işə  qoşulmah,  respublikamızı  ekoloji  bəlalardan 
qurtarmaq üçün əlindən gələni əsirgəməməlidir. 
Respublikamızın  Dövlət  Statistika  Komitəsinin  məlumatlarına  əsasən, 
ölkəmizdə meşə resurslarını qorumaq  məqsədilə 1998-ci ildə 4,5 min hektar sahədə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə