Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   85   86   87   88   89   90   91   92   ...   114

-
 su  təsərrüfatı  qurğularını  və  texniki  avadanlığı  saz  vəziyyətdə  saxlamaq, 
onların iş keyfıyyətini yaxşılaşdırmaq; 
-
 sudan istfıadənin uçotunu aparmaq; 
-
 sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sulanna 
görə ödəmələri və cəriməlori vaxtında vermək; 
-
 Azərbaycan  Respublikasının  su  qanunvericiliyı  ilə  nəzərdə  tutulmuş  digər 
vəzifələri həyata keçirmək. 
Qeyd  etmək  lazımdır  ki,  su  təsərrüfatı  tədbirləri  görülməsi,  su  obyektlərindən 
istifadə  hüququna  xitam  verilməsi  və  ya  sudan  istifadə  şərtlərinin  dəyişdirilməsi 
nəticəsində fıziki və hüquqi şəxslərə dəymiş zərər qanunvericilikdə müəyyən edilmiş 
qaydada ödənilir. 
Xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu əhəmiyyətli su obyektləri 
xüsusi  qorunan  su  obyektləridir.  Onlar  ölkə  qanunvericiliyi  ilə  toxunulmaz  elan 
olunaraq aşağıdakı kateqoriyalara bölünür: 
-
 Azərbaycan  Respublikasının  daxili  sularının  və  Xəzər  dənizinin  (gölünün) 
Azərbaycan Respublikasına mənsub olan bölməsinin sularının sahələri; 
-
 su bataqlıq yerləri; 
-
 nadir təbiət landşaftına aid edilmiş axar sular və sututarlar; 
-
 su obyektlərinin mənbəyinin və mənsəbinin mühafızə zonaları; 
-
 qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri; 
-
 meşələrlə,  bitki,  heyvanlar  aləmi  və  digər  xüsusi  mühafızə  olunan  təbii 
ehtiyatlarla qırılmaz əlaqəsi olan su obyektləri. 
Xüsusi  qorunan  su  obyektlərindən  balıq  tutmaq,  ov  etmək,  su  bitkıləri  yığmaq 
və onlann təbii vəziyyətini dəyişən başqa işlər görmək qanunla qadağan edilmişdir. 
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla respublikamızda sudan 
istifadə pulludur. Burada məqsəd su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, 
su  təsərrüfatı  müəssisələrinin,  idarələrinin  və  təşkilatlarının  özünümaliyyələşdirmə 
prinsipi  ilə  fəaliyyət  göstərməsini  təmin  etmək,  su  ehtiyatlarından  səmərəli  və 
qənaətlə  istifadə  olunmasına  və  suların  mühafızəsinin  yaxşılaşdırılmasına  maddi 
maraq yarat-maq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya 
qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. 
Ə
halinin, müəssisə, idarə və təşkilatların dövlət stan-dartlannın tələblərinə cavab 
verən  keyfıyyətli  və  lazımi  miqdarda  su  ilə  tomin  cdilmosi,  tullantı  sularının 
axıdılması  sahəsində  münasibətlərin  tənzimlənməsi  məqsədi  ilə  «Su  təchizatı  və 
tullantı  suları  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmişdir  (28 
oktyabr 1999-cu il). 
Qanuna görə fıziki və hüquqi şəxslər müəyyən olunmuş qaydada və şərtlərlə su 
ehtiyatlarından  istifadə  etmək  və  bu  məqsədlə  su  kəmərləri  və  kanalizasiya 
qurğulannı tikmək və istismar etmək, tullantı sulan və tullantıları atmaq hüquqlanna 


malikdirlər. 
Su təchizatı və tullantı sulannın axıdılması xidmətlərinin göstərilməsi prinsipləri 
qanunvericilikdə belə əks edilmişdir: 
a)
 su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin 
göstərilməsində öz xərcinin çıxarılması; 
b)
 istehlakçıların  müvafıq  keyfıyyətli  və  lazımi  miqdarda  su  ilə,  ilk  növbədə, 
içməli su ilə təmin olunması; 
c)
 su ehtiyatlarından səmərəli istifadə olunması; 
ç)  tullantı  sulan  və  tullantıların  təmizlənməsi  vo  atılmasının  etibarh  sisteminin 
yaradılması. 
Qanunda içməli su təchizatının ciddi qıtlığı yarandıqda, su təchizatı müəssisəsi 
tərəfındən  aşağıdakı  məqsədlər  üçün  verilən  suyun  dayandırıla  və  ya  ondan 
istifadənin məhdudlaşdırıla bilməsi də göstərilmişdir: 
a)
 fərdi bağların suvarılmasına verilən suyu; 
b)
 ictimai məqsədlər üçün verilən suyu. 
Qeyd  etmək  lazımdır  ki,  su  təchizatı  müəssisələri  su  təchizatının 
məhdudlaşdınlması  və  ya  dayandırılmasının  nəzərdə  tutulan  müddəti,  ərazi  və  tarix 
haqqında əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumat verir və bu maddənin 
müddəalarını pozan şəxslər qanunvericilikdə nəzordə tutulmuş qaydada məsuliyyətə 
cəlb edilirlər (maddə 29). 
Su  qanunvericiliyini  pozan  vəzifəli  şəxslər  və  vətəndaşlar  aşağıdakı  hallarda 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar: 
-
 su qanunvericiliyini pozmaqla əqdlər bağladıqda; 
-
 su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; 
-
 su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; 
-
  su  obyektlərindən  istifadə  üzrə  xüsusi  razılıq  ilə  müəyyən  edilmiş  şərtləri 
pozduqda; 
-
 sudan istifadə limitlərinə əməl etmədikdə; 
-
 su  istehlakçılarını  müəyyən  olunmuş  müddətlərdə  və  həcmdə  su  ilə  təmin 
etmədikdə; 
-
  su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; 
-
 su  obyektlərinin  çirklənməsinin,  zibillənməsinin  və  suların  zərərli  təsirinin 
qarşısını  alan  qurğu  və  avadanlıqlarsız  müəssisələri,  kommunal  və  digər  obyektləri 
istismar etdikdə; 
-
 su ehtiyatlarından israfçıhqla istifadə etdikdə; 
-
 sutoplayıcı  sahələrdə  su  obyektlərinin  qorunması  rejimini  pozmaqla  sulan 
çirkləndirdikdə, torpaqlann su eroziya-sına və başqa zərərli hallara səbəb olduqda; 
-
 hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; 
-
 su  təsərrüfatı  qurğularını  və  avadanlığını  zədələdikdə,  onların  istisman 


qaydalarına riayət etmədikdə; 
-
 su təsərrüfatı qurğularının və avadanlıqlannın istismarı qaydalarını pozduqda; 
-
 içməli  sudan  yaşıllıqların  suvarılmasında  və  nəqliyyat  vasitələrinin 
yuyulmasında, habelə təyinatsız istifadə etdikdə; 
-
 su  kəmərlərindən,  kanallarından  və  digər  su  sistemlərindən  özbaşına  su 
götürdükdə,  habelə  içməli,  məişət,  texniki  və  tullantı  sularını  kənara  (çöllərə, 
küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; 
-
 kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqlaırn meliorasiya vəziyyətini 
pisləşdirdikdə; 
-
 sudan  istifadəyə  görə  haqqı  və  sudan  istifadə  qaydalarını  pozmağa  görə 
cərimələri,  habelə  su  obyektlərinə  və  ətraf  mühitə  axıdılan  tullantı  sularına  görə 
ödənişləri vaxtında ödəmədikdə; 
-
 su  çıxarmaq  üçün  quyuların  qazılması  qaydalarım  və  texnologiyasını 
pozduqda; 
-
 su mühafizəsi zonalanna və sahil mühafizu zonalanna riayət etmədikdə; 
-
 su  obyektlərinin  dövlət  monitorinqinin,  suların  dövlət  uçotunun,  dövlət  su 
kadastrının aparılması qaydalarına riayət etmədikdə; 
-
 xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; 
-
 su  obyektlərinin  istifadəsinə  və  mühafızəsinə  nəzarət  edən  orqanların 
göstərişlərini yerinə yetirmədikdə; 
-
 içməli  su  mənbələrinin,  sutəmizləyici  qurğulann,  su  kəmərlərinin  sanitariya 
mühafızəsi zonalarının tələblərini pozduqda; 
-
 içməli  suyun  keyfıyyəti  sanitariya  tələblərinə  və  dövlət  standartlarına  uyğun 
gəlmədikdə  və  Azərbaycan  Respublika-sının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 
digər hallarda. 
Beləliklə, sudan istifadə zamanı mövcud qanuna uyğun olaraq ekoloji tələblərin 
pozulmasında hüquq normalarına müvafıq iddialar irəli sürülür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə