Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

onların sanitariya mühafizəsi zonaları və dairələrinin rejimini təyin etmək; 
-
 sel  sularına  qarşı,  habelə  suların  zərərli  təsirinin  qarşısının  alınması  və 
nəticələrinin ləğv edilməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək; 
-
 fəlakət  və  qəzaların,  ekoloji  böhranlann  qarşısınm  alınması  və  nəticələrinin 
ləğv  edilməsi  üçün  tədbirlər  müəyyən  etmək,  onların  həyata  keçirilməsini  təşkil 
etmək; 
-
 su obyektlərinin istifadə və mühafızəsi sahəsində Azərbaycan Respublikasının 
su  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər  vəzifələri  həyata  keçirmək  (Su 
Məcəlləsi, maddə 18). 
Müvafiq  ərazidə  su  ehtiyatları  ilə  suya  tələbatm  müqayisəli  hesabat 
materiallarından ibarət olan su təsərrüfatı balansları tərtib edilir. Belə balanslar həmin 
ə
razilərin  su  obyektlərində  su  ehtiyatlarının  mövcudluğunu  və  onlardan  istifadə 
dərəcəsini  qiymətləndirmək  məqsədi  ilə  tərtib  edilir  və  su  obyektlərinin  istifadəsi, 
mühafizəsi  məsələlərində  planlaşdırmanın  aparılması  və  qərarların  qəbul  edilməsi 
üçün  istifadə  olunur.  Eyni  zamanda  su  ehtiyatlarının  vəziyyəti,  su  obyektlərinin 
istifadəsi  və  mühafızəsi  perspektivləri  barədə  sistemli  tədqiqat  və  layihə 
materiallarını özündə birləşdirən su ehtiyatlarının kompleks istifadəsi və mühafızəsi 
sxemləri  tərtib  olunur.  Bu  sxemlər  su  təsərrüfatı  tədbirlərini  və  ölkənin  su 
ehtiyatlarına  olan  perspektiv  tələbatını  müəyyən  etmək,  su  obyektlərinin  səmərəli 
istifadəsi və mühafızəsini təmin etmək, habelə sulann zərərli təsirinin qarşısını almaq 
və onun nəticəsini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır. 
Su obyektlərinin istifadəsini, mühafızəsini vo suların zərərli təsirinin qarşısının 
alınması  tədbirlərini  hazırlamaq,  onları  həyata  keçirmək  üçün  su  təsərrüfatları,  su 
ehtiyatlarının  kompleks  istifadəsi  və  mühafızəsi  sxemləri,  dövlət  su  kadastn 
mə-lumatları osasında dövlət proqramları işlənib hazırlanır. 
Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su 
obyektləri istifadəçiləri barədə məlumatların məcmusudur. Su obyektinin istifadəçisi 
dedikdə su obyektlərindən istifadə hüququ verilmiş fıziki və ya hüquqi şəxslər başa 
düşülür. 
Suların  vəziyyətində  baş  verən  proseslərin  vaxtında  aşkara  çıxarılması, 
qiymətləndirilməsi,  həmin  proseslərin  inkişa-fının  proqnozlaşdırması  və  zərərli 
təsirinin  qarşısının  alınması,  həyata  keçirilən  su  mühafızəsi  tədbirlərinin 
səmərəliliyinin təmin edilmosi məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji 
göstəricilərinə  müntəzəm  müşahidə  sistemindən  ibarət  olan  su  obyektlərinin  dövlət 
monitorinqi  ətraf  mühitin  dövlət  Monitoıinqi  sisteminin  tərkib  hissəsi  olaraq  həyata 
keçirilir. 
Suların 
səmərəli 
istifadəsi 
və 
mühafizəsinin 
cari 
və 
perspektiv 
planlaşdınlmasının  təmin  edilməsi  məqsədi  ilə  müəyyən  olunmuş  qaydada  müvafıq 
ə
razidə  mövcud  olan  su  ehtiyatlarının  miqdarı  və  keyfıyyətinin  müntəzəm  olaraq 


müəyyən  edilməsindən  ibarət  olan  suların  dövlət  uçotu  aparılır.  Belə  dövlət  uçot 
məlumatları  sularm  kəmiyyət  və  keyfiyyət  göstəricilərinə,  onların  öyrənilməsi  və 
istifadə  dərəcəsinə  görə  yerüstü  və  yeraltı  su  obyektlərinin  vəziyyətini  xarakterizə 
edir. 
Su  obyektlərinin  istifadəsi  və  mühafızəsi  sahəsində  qanunvericilikdə  nəzərdə 
tutulmuş  normalaşdırma  -  sudan  istifadə  limitlərinin  müəyyən  edilməsi  və  su 
obyektlərinin  istifadəsi  və  mühafızəsi  sahəsində  sanitariya-gigiyena,  ekoloji, 
hidroloji,  hidrogeloji,  texnoloji,  metroloji  standartlarm,  normalann  və  qaydaların 
işlənib hazırlanması və qəbul edilməsindən ibarətdir. 
Qanunvericiliyə  görə  su  obyektlərinin  istifadəsi  və  mühafızəsi  üzərində  dövlət 
nəzarəti əsasən aşağıdakılara: 
-
 su obyektlərinin istifadəsi və mühafizəsi qaydalanna; 
-
 sudan istifadə limitlərinə; 
-
 su  obyektlərinin  istifadəsi  və  mühafizəsi  sahəsində  sanitariya-gigeyena, 
ekoloji,  hidroloji,  hidrogeoloji,  texnoloji,  metroloji  standartlara,  normalara  və 
qaydalara; 
-
 su  mühafizəsi  zonalarının  ərazısindən  istifadə  rejiminə  və  ölkomizin  su 
qanunvericiliyinin  digor  toloblorino  riayət  olunmasını  təmin  edir  (Su  Məcəlləsi, 
maddə 28). 
Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr təşkilatlar və digər 
hüquqi  şəxslər,  həmçinin  Azərbaycan  Respublikasımn  vətəndaşları,  əcnəbiləri, 
vətəndaşhğı  olmayan  şəxslər  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  su 
obyektlərinin  istifadəçisi  ola  bilərlər.  Onlar  isə  qanunvericiliklə  müəyyən  olunmuş 
qaydada suyu huquqi və fiziki şəxslərin (istehlakçılann) istifadəsinə verə bilərlər. Bu 
zaman sudan istifadənin qaydaları və şərtləri, tərəfiərin qarşılıqlı hüquq və vəzifələri 
müqavilələr əsasında tənzimlənir. 
Su  obyektlərinin  mülkiyyətçisi  olmayan  hüquqi  və  fiziki  şəxslər  su  obyektləri 
üzərində aşağıdakı hüquqlara malik ola bilərlər: 
-
 su obyektlərindən uzunmüddətli istifado hüququ; 
-
 su obyektlərindən qısamüddətli istifadə hüququ; 
-
 su  obyektlərindən  məhdud  istifadə  hüququ  (su  servitutlan).  Qanunvericiliyə 
görə  su  obyektlərindən  qısamüddətli  istifadə  hüququ  3  ilə  qədər,  uzunmüddətli 
istifadə hüququ 25 ilə qədər müəyyən edilmişdir. 
Su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş hüquqi və fıziki 
şə
xslərin  hüquqları  mülki  qanunvericilikdə  servitutlar  haqqında  nəzərdə  tutulmuş 
qaydada  ümumi  və  xüsusi  su  servitutları  formasında  başqa  şəxslərin  xeyrinə 
məhdudlaşdınla  bilər.  Belə  ki,  ümumi  su  servitutu  formasında  hər  bir  şəxs  ümumi 
istifadədə  olan  su  obyektindən  və  digər  su  obyektlərindən  istifadə  edə  bilər.  Başqa 
şə
xslərin  xü-susi  istifadəsində  olan  su  obyektlərindən  maraqlı  şəxslər  xüsusi  su 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə