Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

servitutu  formasında  istifadə  edə  bilər.  Belə  servitut  məhkəmə  qərarı  əsasmda  da 
müəyyən edilə bilər. 
Həm ümumi, həm də xüsusi su servitutları aşağıdakı məqsədlər üçün müəyyən 
edilə bilər: 
-
 texniki vasitələr və qurğular tədbiq etmədən su götürmək; 
-
 mal-qaranı suvarmaq və su obyektindon keçirmək; 
-
  su obyektlərindən bərələr, qayıqlar vo digər kiçikhəcmli üzən vasitələr üçün su 
yolları kimi istifadə etmək. 
Su qanunvericiliyinə görə digər su servitutlan da müəyyən edilə bilər və onların 
həyata keçirilməsi üçün xüsusi razılıq tələb edilmir. 
Su  obyektlərindən  istifadə  hüququ  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 
ə
ldə  edilə  bilər  və  bu  istifadənin  xüsu-si  razıhq  tələb  edən  növləri  müvafıq  icra 
hakimiyyəti orqanları tərəfındən müəyyən edilir. 
Su obyektləri istifadəçisi olan fıziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi 
olan hüquqi şəxs yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların 
varislərinə  keçir,  lakin  bu  zaman  su  obyektlərinin  istifadə  məqsədlərini  dəyişmək 
olmaz. 
Azərbaycan  Respublikasının  Su  Məcəlləsinin  35-ci  maddəsində  su 
obyektlərindən istifadənin növləri göstərilmişdir: 
-
 içməli su və məişət təchizatı; 
-
 müalicə, kurort və sağlamlaşdırma; 
-
 istirahət və idman; 
-
 sonaye, tikinti və energetika; 
-
 kənd təsərrüfatı; 
-
 meşə təsərrüfatı; 
-
 hidroenergetika; 
-
 nəqliyyat; 
-
 bahqçılıq; 
-
 ovçuluq; 
-
 tullantı sularının axıdılması; 
-
 yanğmdan mühafızə və digər məqsədlər üçün. 
Su obyekti və ya onun bir hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd üçün 
istifadəyə verilə bilər. 
Ümumi istifadədə olan su obyektləri - istifadəsi hamı üçün mümkün və açıq olan 
su  obyektləridir.  Fiziki  şəxslər  belə  su  obyektlərindən  öz  ehtiyaclarını  təmin  etmək 
məqsədilə  (çimərlik,  qayıqla  gəzinti,  idman,  həvəskar  balıq  ovu,  mal-qaranın 
suvanılması,  texniki  qurğulardan  istifadə  etmədən  su  götürmə  və  s.)  pulsuz  istifadə 
edirlər. 
Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən təbiəti mühafizə və 


döviət  sanitariya  nəzarətini  həyata  keçirən,  bahq  ehtiyatlarını  mühafizə  edən,  gəmi 
hərəkətini  tənzim  edən  orqanların  tələblərinə,  habelə  suda  insanların  həyatının 
qorunması,  suların  səmərəli  istifadəsi  və  mühafızə  olunması  qaydalarına  riayət 
olunmalıdır.  Müvafıq  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr  öz  səlahiyyətləri 
daxilində  əhalinin  həyatını  və  sağlamlığını  qorumaq,  lazımi  sanitariya  şəraiti 
yaratmaq  məqsədiiə  çimərliklərin,  qayıqlarla  gəzintinin,  balıq  ovunun,  içməli  su  və 
məişət  ehtiyaclannı  ödəmək  üçün  su  götürülməsinin,  mal-qaranın  suvarılmasının  və 
sudan  digər  istifadənin  qadağan  olduğu  yerləri  müəyyənləşdirə,  habelə  şəhərin, 
rayonun, qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində 
sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər. 
Fiziki  və hüquqi  şəxslərin  mülkiyyətində olan,  icarəyə  və  ayrıca  istifadəyə  verilmiş 
su  obyektlərində  sudan  ümumi  məqsədlər  üçün  istifadə  edilməsinə  razılıq 
mülkiyyətçilərin  və  su  obyekti  istifadəçilərinin  müəyyən  etdikləri  şərtlərlə  və  ya 
müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə verilə bilər. 
Umumi  istifadədə  olan  su  obyektlərini  sahilboyu  quru  zolaqlar  ayrıhr.  Hər  bir 
şə
xsin bu zolaqda hərəkət etmək, balıq tutmaq üçün istifadə etmək, qayıqların sahilə 
yan almasını tə-min etmək hüququ vardır. 
Qanunvericiliyə  görə  məhdud  sayda  şəxslər  tərəfındən  istifadə  olunan  su 
obyektləri ayrıca istifadədə olan su obyektləridir. Müvafıq icra hakimiyyəti orqanının 
qərarı ilə müdafıə, energetika, nəqliyyat, habelə digər dövlət və bələdiyyə ehtiyacları 
üçün  dövlət  mülkiyyətində  olan  su  obyektləri  qanunvericilikdə  müəyyən  edilmiş 
qaydada bütövlükdə və ya qismən ayrıca isti-fadəyə verilə bilər. Su obyektləri aynca 
istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarıhr. 
Xüsusi razılıq əsasmda texniki qurğular və avadanhqlar tədbiq etməklə əhalinin 
içməli  su,  məişət,  miialicə,  sağlamlaşdırma  və  başqa  ehtiyaclarmı,  habelə  kənd  və 
meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai 
ehtiyacları  ödəmək  məqsədi  ilə  su  obyektlərindən  xüsusi  məqsədlər  üçün  istifadə 
həyata keçirilir. Su obyektləri istifa-dəyə xüsusi razılıq və sudan istifadə müqaviləsi 
ə
sasında verilir. 
Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı 
sularımn  axıdılması  yerlərinin  aynlması  şərti  ilə  su  qanunvericiliyi  əsasında,  yeraltı 
suların  istifadəyə  verilməsi,  su  verilməsi,  su  qanunvericiliyi  və  yerin  təki 
qanunvericiliyi əsasında həyata keçirilir. 
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, 
sərhəd  su  obyektlərinin  istifadəyə  verilməsi  ölkəmizin  hazırda  qüvvədə  olan 
qanunvericiliyinə  və  onun  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq 
həyata keçirilir. 
Ölkəmizdə su obyektləri istifadəçilərinin inhisarçı və haqsız rəqabətə yönəlmiş, 
digər  istifadəçilərin,  habelə  fıziki  və  hüquqi  şəxslərin  hüquqlarının  və  qanuni 


maraqlarmın  məhdudlaşdırılması  ilə  nəticələnən  və  ya  nəticələnməsi  gözlənilən 
fəaliyyəti  qanunla  qadağan  edilmişdir.  Belə  hallann  baş  verməsi  qanunvericilikdə 
nəzərdə tutulmuş sanksiyaların tədbiq edilməsinə səbəb olur. 
Ölkəmizin  müdafıəsinin  və  təhlükəsizliyinin  təmin  edilməsi,  əhalinin 
sağlamlığının,  ətraf  mühütin  və  tarixi-mədəni  irsin,  habelə  başqa  şəxslərin  qanuni 
hüquqlarmm və maraqlarının qorunması məqsədi ilə su obyektlərindən və ya onlarm 
bir hissəsindən istifadə məhdudlaşdırıla, dayandırıla və qadağan edilə bilər. 
Qanunvericiliyə görə sudan istifadə edənlərin aşağıdakı hüquqları vardır: 
-
 sudan təkrar istifadə etmək; 
-
 su obycktlərindən xüsusi məqsədlərlə istifadoni həyata keçirmək üçün müvafıq 
qurğular və tikiiilər inşa etmək; 
-
 istifadəyə  verilən  suyun  və  tullantı  sularının  kəmiyyət  və  keyfıyyətini 
yoxlamaq; 
-
 qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar istisna  olmaqla  müqavilədə  nəzərdə 
tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək; 
- Azərbaycan  Respublikanın  su  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər 
hüquqları həyata keçirmək. 
Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fıziki şəxslərin sudan istifadə 
hüququna aşağıdakı hallarda xitam vcrilir: 
-
 sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadodon imtina edildikdə; 
-
 su obyektlərindən istifadə müddəti qurtardıqda; 
-
 hüquqi şəxslər ləğv olunduqda; 
-
 su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə; 
-
 su obyektləri ayrıca istifadədən geri alındıqda; 
-
 sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə; 
-
 su  obyektindən  nəzərdə  tutulan  məqsədlə  (içməli  su  və  məişət  ehtiyaclannı 
ödəmək  üçün  istifadə  hüququndan  başqa)  istifadə  edilmədikdə  və  qanunvericilikdə 
nəzərdə tutulmuş di-gər hallarda (Su Məcəlləsi, maddə 44). 
Qanunvericiliyə görə sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır: 
-
 su  obyektlərindən  səmərəli  istifadə  etmək,  suyun  qənaətlə  işlədilməsini  və 
sulaım keyfiyyətinin yaxşılaşdınlmasını təmin etmək; 
-
 sudan  istifadə  planlarına,  limitlərinə,  qaydalarına,  normalarına  və  rejiminə 
riayət etmək; 
-
 tərkibində  çirkləndirici  maddələrin  mıqdarı  normadan  artıq  olan  tullantı 
sularınm su obyektlərinə axıdılmasına yol verməmək; 
-
 su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların 
pozulmasına,  habelə  təsərrüfat  və  təbii  obyektlərə  (torpaq,  meşə,  heyvanlar  aləmi, 
faydah qazıntılar və s.) zərər vurulmasına yol verməmək; 
-
 su obyektlərindən təyinatına görə istifadə etmək; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə