Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   88   89   90   91   92   93   94   95   ...   114

meşə  borpa işlori  görülmüş,  ağaclara  qulluq  və  seçmə  sanitariya  məqsədilə 5,0  min 
hektar  sahədə  ağaclar  qırılmış,  274  hektar  sahədə  (yarğanlarda,  qobularda  və  digər 
yararsız kənd təsərrüfatı torpaqlarında) süni meşəliklər yaradılmışdır. 
Yeni salınmış  meşəliklər  əsasən  Salyan  (110 ha),  Dəvəçi  (70 ha),  Xaçmaz  (50 
ha), Abşeron (38 ha) və Naxçıvan (8 ha) ərazilərinin payına düşür. Son beş ildə bu 
sahədə  qalan  rayonlarda  nəzərə  çarpacaq  bir  iş  görülməmişdir.  Bütün  bunlarla 
ya-naşı,  atmosferin,  suyun  və  torpağın  sənaye  müəssisələrinin  tullantıları  ilə 
çirklənməsi  nəticəsındə  meşələr  üçün  böyük  təhlükə  yaranmışdır.  Ətraf  mühitin 
çirklənməsi  nəticəsində  ağaclar  xəstələnir  və  quruyurlar.  Meşəliklərin  azalması 
çaylarda  axar  suların  və  yeraltı  sulann  azalmasına  və  bəzən  də  sututarlarında  şor 
suların meydana çıxmasına gətirib çıxanr. 
Elə  buna  görə  də  meşə  resurslarının  qorunması  və  səmə-rəsiz  qırılmasının 
qarşısının alınması istiqamətində təsirli təd-birlər həyata keçirilməlidir. 
Meşə resurslarının qorunması ciddi dövlət nəzarətində olmaqla bütün idarələrin, 
müəssisələrin və ayrı-ayn vətəndaş-ların qarşısında ciddi bir vəzifə kimi qoyulmalıdır 
(R.Məm-mədov, V.Məmmədli, 2003). 
Dünyanın əksər ölkələri ilə müqayisədə ölkomiz, qeyd etdiyimiz kimi, az meşəli 
orazilərdən hesab olunur. Lakin meşələrimiz ağac, kol və heyvanat aləmi növləri ilə 
olduqca  zəngindir.  Burada  450-dən  çox  yabanı  ağac  və  kol  bitir.  Onların  70-i 
endemik  növləri olub,  respublikamızdan başqa dünyanın heç bir  yerində  təbii  halda 
bitmir. 
Hələ  yaxın  keçmişə  qədər  respublikamızın  bitki  və  hey-vanlar  aləmi  olduqca 
zəngin  olmuşdur.  Bununla  belə,  bir  sıra  bitki  və  heyvan  növlərinin  kökü  kəsilərək 
adları  flora  və  fau-namızdan  silinmişdir.  Bir  çox  qiymətli  ağac  növlərindən  ibarət 
meşələrin sahəsi xeyli azalmışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərində qoz, palıd 
və  digər  qiymətli  ağac  növləri  bəzi  rayonlarda  başdan-başa  kəsilmiş,  əkinçilik  və 
maldarlığın  inki-şafı  ilə  əlaqodar  olaraq  geniş  sahələr  məhv  edilmişdir.  Xalqımızın 
maarifçi  oğlu  Həsənbəy  Zərdabi  yazırdı:  «Bizim  dağlarımız  vaxtilə  sıx  meşələrlə 
örtülü olmuş, sonra bu meşələr qınlmış və bunun nəticəsində çaylarımızda olan suyun 
miqdarı azalmışdır». 
Hazırda  bəzi  ağac  və  kol  növləri  -  dəmirağac,  azatağac,  qaraçöhrə,  ipək 
akasiyası,  ayıfındığı,  Araz  palıdı,  yalanqoz,  Şərq  çinarı,  Xəzər  lələyi,  adi  nar,  meşə 
üzümü,  Buasye  armu-du,  bigəvər,  pırkal,  şamşit,  eldar  şamı,  xurma,  söyüdyarpaq 
armud,  budaqlı  danaya,  cuzğun  və  s.  adları  «Qırmızı  kitab»a  salınmış,  onların 
qorunub saxlanması və artırılması üçün tədbirlər irəli sürülmüşdür. 
Təəssüflə  qeyd  edək  ki,  təkcə  respublikamızda  deyil,  ümumiyyətlə,  bütün 
planetimizdə  meşəsizləşdirmə  prosesi  davam  edir.  Təqribi  hesablamalara  görə, 
insanlar  yeraltı  yanacaqdan  istifadə  etdiyi  dövr  ərzində  (yəni  1850-1980-cı  illər) 
dünya meşələrinin sahəsi 15% azalmışdır. FAO-nun məlumatına görə hər il 114 min 


km
2
  meşə  sahəsi  qırılır  və  ya  yandırılır.  Ən  çox  tropik  meşələr  məhv  edilir,  bu 
meşələr yerin ən məhsuldar me-şələri olub ümumi fitokütlənin 40%-ni, bütün dünya 
meşələrinin məhsuldarlığının 58%-ni təşkil edir. 
Meşələrin  məhv  edilməsi  üzvü  maddələrin  miqdarının  azalmasına  bilavasitə 
təsir göstərir, bitki tərəfındən karbon qazının udulmast mənbəyi yoxa çıxır, enerji, su 
dövranı  və  əsas  biogen  elementlərin  qlobal  biokimyəvi  spektri  dəyişir.  Həmçinin, 
ə
razinin  meşəsizləşdirilməsi  lokal,  regional  və  qlobal  səviyyədə  iqlim  şəraitini 
dəyişdirir,  bitki  örtüyiinün  və  hcyvanat  aləminin  bioloji  müxtəlifliyi  kasadlaşır. 
Bununla  da  biosferin  sabitliyi  pozulur,  daşqınlar,  sellər,  su  və  külək  eroziyasının 
dağıdıcı təsiri və səhralaşma prosesi güclənir. 
Hazırda  respublikamızın  bütün  təbii  zonalarında  mcşo  örtüyünün  antropogen 
dəyişilməsi və bitki qurşaqlannın qanş-ması müşahidə olunur. Bununla əlaqədar geniş 
ə
razilərdə  yüksək  məhsuldar  meşə  sahələri  zəif  torpaq  qoruyucu  əhəmiyyət  daşıyan 
az  məhsuldar  bitki  qruplaşmaları  ilə  əvəz  olunur,  qiy-mətli  ağac  və  kol  növlərinin 
sıradan  çıxmaq  hallarına  tez-tez  rast  gəlinir.  Bunun  nəticəsində  dağ  yamaclarında 
eroziya pro-sesi güclənir, kserofıl, bozqır və yarımsəhra formasiyalarının «hücumu» 
başlanır, dağ ərazilərinin və çaylarının su rejimi kəskin pisləşir. 
Bununla əlaqədar, respublikamızın meşə örtüyünün, xüsusən də dağ meşələrinin 
təbii-tarixi  baxımdan  öyrənilməsi,  onun  bərpası  və  artırılmasından  ötrü  kompleks 
tədbirlər sistemi-nin görülməsi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir. 
Qeyd  edək  ki,  respublikanın  ayrı-ayrı  dağ  sistcmlərində  Böyük  Qafqaz,  Kiçik 
Qafqaz, Talış bitki qurşaqlığı qanunauy-ğunluğunda müəyyən oxşarhq olsa da, onları 
bir-birindən  fərqləndirən  cəhətlər də  var.  Böyük  Qafqazda və Kiçik  Qafqazın  şimal 
makroyamaclannda  aşağı  dağ  meşə  qurşağında  vələslo  qarışıq  iberiya  palıdlı 
meşələri,  orta  dağ  qurşağında  şərq  fıstığı  meşələri,  yuxarı  dağ  meşə  qurşağında  isə 
şə
rq pahdı meşələri üstünlük təşkil edir. 
Lənkəran  regionu  rayonlarında  isə  aşağı  meşə  qurşağında  şabahdyarpaq  palıd, 
Qafqaz vələsi və bir sıra relikt hirkan növlərinin iştirakı ilə mürəkkəb tipli dəmirağac 
meşələri  yayılmışdır.  Lənkəran  regionunun  aşağı  meşə  qurşağında  meşələr  üçüncü 
dövrün  relikt  və  endem  növlərinin  zənginliyi  ilə  seçilir.  Relikt  hirkan  meşələrinin 
elementlərinə  Azərbaycan  Respublikasının  dağ  meşələrinin  demək  olar  ki,  hər 
yerində rast gəlinir (xüsusilə Qəbələ və  smayıllı rayonlan ərazisində). 
Vaxtilə  hirkan  tipli  meşələr  respublikamızın  bütün  bağla-nnda  geniş  yayılmış, 
lakin  sonralar  fıziki-coğrafı  şəraitin  dəyişməsi  ilə  əlaqədar  onlar  müasir  tipli 
meşələrlə  əvəz  olunmuşdur.  Hazırda  hirkan  tipli  meşələr  əsasən  Lənkəran  regionu 
ə
razisində  qalmışdır,  burada  dağ  meşələri  dəniz  səviyyəsindən  50-100  m-dən 
başlayır. 
Böyük  və  Kiçik  Qafqazda  dəniz  səthindən  600  (900-1000)  metrdə  palıd  və 
palıd-vələs meşələrini fıstıq meşələri əvəz edir. Fıstıq meşələri yüksək doluluqlu ən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə