Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   89   90   91   92   93   94   95   96   ...   114

məhsuldar  (I-II  bonitetli)  meşələr  hesab  olunur.  Dəniz  səviyyəsindən  1700-2000 
(2100) m-dən yuxanda fıstıq meşələri seyrək şərq pahdı ağacları ilə qarışır. Sırf Şərq 
palıdı  meşələri  əsasən  yamacların  cənub baxarlığında  yayılmışdır.  Yuxarı dağ-meşə 
qurşağında  bir  qədər  az  meyilli  rütubətli  yamaclarda  park  tipli  seyrək  trak-tvetteq 
ağcaqayını, dağ yaqağacı meşələrinə təsadüf olunur. 
Böyük Qafqazın qərb və mərkəz rayonlarında meşənin yuxarı sərhədi çox vaxt 
ə
yri gövdəli, alçaqboylu tozağacı və quşarmudu ilə qurtarır. 
Böyük Qafqazın şərq qurtaracağında ( smayıllı, Şamaxı, Dəvəçi, Xızı rayonları) 
və  Kiçik  Qafqazda  meşənin  yuxarı  sərhədi  sürünon  ardıc  növlərindən  təşkil 
olunmuşdur. 
Lənkəran regionunun orta və yuxarı dağ-meşə qurşağı meşələrinin yayılmasında 
Böyük və Kiçik Qafqaz dağlan ilə ümumi oxşarlıq vardır. Lənkəran regionunda orta 
dağ  qurşağının  şimal  cohətlərini  fıstıq,  cənub  cəhətlərini  isə  şabalıdyarpaq  palıd  və 
azatağac tutur. Meşənin yuxarı sərhədində şərq pahdı qurşağı hər yerdə məhv edilmiş, 
onun  qahqlarına  yalnız  Viləş-çayın  yuxarı  axını  yamaclarında  (Yardımlı  rayonu) 
təsadüf edilir. 
Kiçik  Qafqazın  cənub  yamacında  (Həkərəçay  hövzəsi)  dağətəyi  zonada  Araz 
palıdı, ardıc və saqqız, arid tipli meşələr, aşağı dağ meşə qurşağında arid meşələr və 
beriya palıdı meşələri yayılmışdır. Bu regionda fıstığa təsadüf olunmur. 
Dağlarımızın  dərə  hissələrində  qarışıq  cökə,  ipəkyarpaq  qızılağac,  Qafqaz 
xurması,  məxməri  ağcaqayın,  qoz  meşələrinə  də  rast  gəlinir.  Yuxarıda  göstərilən 
meşə  qurşaqlarının  yayılması  qanunauyğunluqlan,  demək  olar  ki,  respublikamızın 
bütün  dağlarında  insan  fəaliyyətinin  mənfı  təsiri  nəticəsində  pozulmağa  məruz 
qalmışdır. 
Bitki qurşaqları qanunauyğunluğunun pozulması on çox yuxarı dağ qurşağında 
müşahidə  olunur.  Burada  çox  ycrdə  tozağacı,  şərq  palıdı  və  ardıc  qurşaqları  məhv 
edilmiş,  onların  yerini  törəmə  subalp  çəmənləri,  qayalıqlar  əvəz  etmişdir.  Aşağı  və 
orta  dağ-meşə  qurşaqlarında  meşələr  antropogen  land-şaftlarla  (kənd  təsərrüfatı 
bitkiləri  sahələri,  bağlar,  yaşayış  məntəqələri  və  s.)  əvəz  olunmuşdur.  Tədqiqatlar 
göstərir ki, respublikamızda meşənin iqlim sərhədində, demək olar ki, meşə bitkisinə 
təsadüf edilmir. Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlıq rayonlarında 
orta hesabla 1600-2000 m hündürlükdən keçir. 
Böyük  Qafqazın  cənub  yamacının  (Şəki-Zaqatala  zonası-nın)  yuxarı  dağ 
qurşağında yamaclar çox dik və kəskin parçalandığından, burada yaşayış məntəqələri 
ə
sasən  aşağı,  bəzən  isə  orta  dağ-meşə  qurşağında  yerləşir.  Meşonin  yuxarı  iqlim 
sərhədinin  aşağı  düşməsinə  əsas  səbəb  uzunmüddətli  köçəri  mal-qaranın  yaylaq 
zonasmda,  yəni  meşənin  yuxarı  sərhədində  sistemsiz  otarılması  olmuşdur.  Burada 
iqlim  sərhədi  geri  çəkilən  ərazidə  meşə  əsasən  çəmən  və  bozqır-çəmən  bitkiləri  ilə 
ə
vəz  olunmuşdur.  Burada  Muxaxçay  hövzəsində  meşənin  yuxan  sərhədi  1800-2000 


m-ə,  Qoşaçay  hövzəsində  1550-1650  m-ə,  Zəkitçay  hövzəsində  2000-2100  m-ə 
endirilmişdir. 
Böyük Qafqazın cənub yamacının şərq hisəssində bürün dağ-meşə qurşaqlarında 
meşə  örtüyü  daha  intensiv  antropogen  dəyişikliyə  məruz  qalmışdır.  Belə  ki, 
Pirsaatçay  hövzəsində  yuxarı  dağ-meşə  qurşağı  tamamilə  sıradan  çıxarılmışdır,  orta 
dağ-meşə  qurşağı  isə  yalnız  sağ  sahil  yamacında  qalmışdır.  Qozluçay  hövzəsində 
meşə  ilə  örtülmə  dərəcosi  5%-don  aşa-ğıdır,  burada  dəniz  səthindən  1400-1800  m 
yüksoklikdo  güclü  pozulmuş  kiçik  meşə  sahələrinə  rast  gəlinir.  Qozluçaydan  şərq 
ə
razilərdə - Çilikçay və Çebotarçay hövzəsində meşə yalnız törəmə tipli koüuqlardan 
ibarətdir. 
Kiçik  Qafqaz  dağlarının  (Gədəbəy,  Daşkəsən,  Kəlbəcər,  Laçın)  subalp 
zonasında və orta dağ-meşə qurşağında ısə ərazinin relyefinin nisbətən sakit olması, 
dağarası  çökəkliklərin  mövcudluğu  qədim  zamanlardan  bəri  insanları  özünə  cəlb 
etmişdir.  Buna  görə  də  yaşayış  məntəqələri  əsasən  məhz  burada  cəmlənmişdir. 
Bununla  əlaqədar  Böyük  Qafqazdan  fərqli  olaraq  meşənin  iqlim  sərhədinin  aşağı 
enməsində  maldarlıqla  ya-naşı,  həm  də  əkinçiliyin  inkişafı  böyük  rol  oynamışdır. 
Məhz  buna  göıo  də  Kiçik  Qafqaz  dağlarında  meşənin  yuxarı  sərhədi  çox  böyük 
antropogen dəyişikliyə uğramışdır. Uzunmüddotli əkinçilik və maldarlığın birgə təsiri 
nəticəsində meşə, demək olar ki, heç bir yerdə öz təbii sərhədində qalmamışdır. Bir 
çox  yerlərdə  şubalp  tipli  meşələr  tamamilə  sıradan  çıxmış,  onu  dağ  çəmənləri, 
kolluqlar  və  ya  qayalıqlar,  daşlıqlar  əvəz  etmişdir.  Bununla  olaqodar  bu  zonada 
meşəlik faizi kəskin aşağı düşmüşdür. 
Gədəbəy,  Daşkəsən  və  Kəlbəcər  rayonlarında  yamacm  şimal  cəhətlərində 
meşənin  müasir  sərhədi  əsasən  fıstıq  və  paIıdla,  Laçın  və  Qubadlı  rayonlarında  isə 
yalnız palıdla qurtarır. 
Meşənin iqlim sərhədinə uyğun seyrək, alçaq boylu sub-alp meşələrinə olduqca 
kiçik  «ləkələr»  şəklində  rast  gəlmək  olar.  Məsələn,  Gəncə  çayı  və  Tərtərçayın 
hövzələrində  dəniz  səthindən  2200-2350  metr  yüksəklikdə  kiçik  sahələrdə  tozağac 
meşəsi  vardır, ona  vələs,  bəzən  palıd  da qarışır.  Tozağac şaxtaya  daha  çox davamlı 
olduğu  üçün  bu  şəraitdə  palıda  və  vələ-sə  nisbətən  daha  yaxşı  inkişaf  edir.  Burada 
tozağac  meşəliyinin  yuxarı  qurtaracağında  eni  cəmi  10-15  metr  olan  dar  zolaqla 
boyları  0,5-1,0  metr  olan  palıd  və  vələs  ağacları  müşahidə  edilir.  Lakin  burada  da 
intensiv  mal-qara  otarılması  nəticəsində  bitki  örtüyii  pozulmuş  və  ilkin  hahnı  bir 
qədər itirmişdir. 
Gəncə  çayının  sol  sahilində  dəniz  səthindən  2400-2500  metr  yüksəklikdə  sıx 
ardıc kollarına da təsadüf olunur. Zəyəm çayının mənbəyində sürünən formalı ardıc 
kolları qalıqları da-ğın lap zirvəsinə qədər, 2600-2700 metr yüksəkliyə qədər qal-xır. 
Hazırda  Kiçik  Qafqazda  dəniz  səthindən  1900-2300  metr  yüksəklikdə  ardıc  kolları 
daha geniş yayılmışdır. Onlar fıstıq, pahd və tozağac meşələrinin yerində bitir. Buna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə