Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   93   94   95   96   97   98   99   100   ...   114

şə
rtlərlə fıziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. 
Meşə  fondu  sahələrindən  istifadə  hüququna  dair  Meşə  Məcəlləsi  ilə  nəzərdə 
tutulmamış hallarda mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. 
Qanunvericiliyə  görə  Azərbaycan  Respublıkasında  meşə  fondu  dövlətə 
mənsubdur  və  onun  mülkiyyətidir.  Odur  ki,  meşələr  və  meşə  fondunun  torpaqları 
özəlləşdirilmir.  Lakin  fıziki  və  hüquqi  şəxslərin  xüsusi  mülkiyyətində  olan  torpaq 
sahələrində  yerləşən  ağac-kol  bitkiləri,  qanunvericilikdə  başqa  hallar  müəyyən 
edilmədikdə,  onların  xüsusi  mülkiyyətinə  aid  edilir.  Həmin  ağac-kol  bitkiləri 
üzərində  sahiblik,  istifadə  və  sərəncam  hüquqları  qanunvericiliyə  uyğun  olaraq 
mülkiyyətçi tərə-fındən həyata keçirilir. 
Meşə  fondu  sahələrindən  istifadə  hüququnun  əsasları  aşağıdakılardır: 
müqavilələr, məhkəmə qərarları, Meşə Məcəlləsi ilo yol verilən digər əsaslar. 
Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu 
sahələrinin  icarə  müqaviləsinin  dövlət  qeydiyyatmdan  keçdiyi,  meşəqurma  bileti, 
order, meşə bileti alındığı vaxtdan əldə edilir. 
Meşə  fondu  sahələrindən  istifadə  hüququ  meşə  fondu  sahəsinin  (meşə  fondu 
torpaqlarının)  icarə  müqaviləsinin,  meşəqırma  biletinin,  orderin,  meşə  biletinin 
ə
sasında yaramr. 
Meşə  istifadəçisi  qanunvericiliklə  müəyyən  edilmiş  hallarla  və  şərtlərlə 
istifadəyə  verənin  razıhğı  ilə  meşə  fondu  sahəsindən  istifadə  hüququnu  özünün 
hüquqi  varisi  olmayan  şəx-sə  müqavilə  əsasında  verə  bilər.  Həmin  istifadəçi  vəfat 
etdikdə  isə  ona  məxsus  olan  istifadə  hüququ  qanunvericilikdə  müəy-yən  olunmuş 
qaydada  başqa  şəxslərə  keçə  bilər.  stifadə  hüqu-qunun  başqasına  keçməsi 
müqaviləyə,  meşəqurma  biletinə,  orderə,  meşə  biletinə  dəyişikliklər  etmək  yolu  ilə 
rəsmiləşdirilir. 
Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hü-ququnu bu meşələrin və 
meşə fondu torpaqlarının vəziyyətinin pisləşməməsi, ətraf mühitə zərər vurulmaması, 
habelə digər şəxslərin qanuni mənafclərinə xələl gətirilməməsi halında sərbəst həyata 
keçirirlər. 
Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  dövlət  hakimiyyəti 
orqanlarının  meşə  fondu  sahələrindən  istifadə  sahəsində  meşə  istifadəçilərinin 
fəaliyyətinə qarışmasına yol verilmir. 
Meşələrin,  habelə  meşə  ilə  örtülü  olmayan  meşə  fondu  torpaqlarının  səmərəli 
istifadəsini, mühafizəsini, qorunmasmı və bərpasını, ölkənin müdafıəsini və dövlətin 
təhlükəsizliyini  təmin  etmək,  əhalinin  sağlamlığmı,  ətraf  mühiti,  tarixi-mədəni  və 
təbii  irsi,  vətəndaşların  hüquqlarını  və  qanuni  mənafelərini  qorumaq  zərurəti 
yarandığı hallarda meşə fondu sahələrində istifadə hüququ qanunvericihklə müəyyən 
olunmuş  qaydada  məhdudlaşdırılır  və  dayandırılır.  Bu  aşağıdakı  hallarda  baş  verə 
bilər: 


1)
 meşə istifadəçisi tərəfmdən meşə qanunvericiliyinin tələbləri pozulduqda; 
2)
 meşə istifadəçisi tərəfındən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, 
meşə biletinin şərtlərinə əməl edilmodikdə. 
Meşə  fondu  sahələrindən  istifadə  hüququnun  məhdudlaşdınlmasına  və  ya 
dayandırılmasına  səbəb  olan  şərait  və  şərtlər  aradan  qaldırıldıqda  bu  hüquq  tam 
həcmdə bərpa olunur. 
Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, 
istifadə hüququnun müddəti başa çatdıqda,  meşə istifadəçisi olan istər fıziki, istərsə 
də  hüquqi  şəxsin  fəaliyyəti  dayandıqda  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər 
hallarda onun meşə fondu sahəiərindən istifadə hüququna xitam verilir. Bu hüquqlara 
məcburi xitam vcrilməsi isə aşağıdakı hallarda ola bilər: 
1)
 meşə istifadəçisi tərəfındən meşə qanunvericiliyi pozulduqda; 
2)
 fövqəladə vəziyyət yaradan qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş 
verdikdə; 
3)
 meşə  istifadəçisi  tərəfındən  meşə  fondu  sahələrindən  istifadə  üçün  haqq 
müəyyən olunmuş müddətdə ödənilmədikdə; 
4)
 meşə istifadəçisi tərəfındən meşə fondu sahələrindən istifadə qaydaları və ya 
icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş 
şə
rtlər pozulduqda; 
5)
 meşə  istifadəçisi  tərəfındən  yanğın  tohlükosizliyi  qaydalarına  əməl 
edilmədikdə; 
6) meşə 
fondu 
sahələri 
dövlət 
ehtiyacları 
üçün 
geri 
alındıqda. 
Qanunvericiliyə görə meşə fondu sahələrindən istifadə 
hüququna xitam verilməsi meşə istifadəçisini məsuliyyətdən azad etmir. 
Meşə  fondu  sahələrindən  istifadə  hüququna  meşə  fondu  sahəsinin  icarə 
müqaviləsinin,  meşəqurma  biletinin,  orderin,  meşə  biletinin  ləğv  olunması 
nəticəsində  xitam  verilir.  Əgər  meşə  istifadəçisi  istifadə  hüququndan  özü  imtina 
edərsə, bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır. 
Artıq  yuxanda  qeyd  edildiyi  kimi,  Meşə  Məcəlləsinin  I4-cü  maddəsinə  uyğun 
olaraq  meşə  bitkiləri  ilə  örtülü  olmayan  meşə  və  qeyri-meşə  torpaqları  meşələrin 
borpası  məqsədi  ilə  öz  təyinatı  üzrə  meşə  istifadəçisinə  icarəyo  müqavilə  əsasında 
müvafıq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfın-dən bir ildən on ilədək verilə 
bilər.  Bu  zaman  əldə  edilmiş  me-şə  sərvətləri  (məhsul)  icarəçinin  mülkiyyətidir. 
Meşə fondu torpaqlannın subicarəsi qadağandır. 
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilməlidir: 
-
 icarəyə verilən sahənin sərhədləri; 
-
 işin həcmi (ölçüləri); 
-
 icaronin müddəti; 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə