Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

Meşə  fondundan  səmərəli  istifadə,  meşə-təsərrüfatının  düzgün  aparılması,  bu 
sahədə  vahid  elmi-texniki  siyasətin  həyata  keçirilməsini  təmin  etməyə  yönəldilmiş 
tədbirlər  sistemindən  ibarət  olan  meşə  quruluşu  işləri  yerinə  yetirilir  ki,  bu  zaman 
aşağıdakılar həyata keçirilir: 
-
 müəyyən edilmiş qaydada meşə təsərrüfatlannın, milli parklann, dövlət təbiət 
qoruqlarımn,  digər  meşə  təsərrüfatı  müəssisələrinin  meşə  fondu  sahələrinin  və 
ə
razilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi; 
-
 topoqrafiya-geodeziya  işlərinin  görülməsi  və  meşənin  xüsusi  xəritələrinin 
hazırlanması; 
-
 meşələrin  cins  və  yaş  tərkibini,  vəziyyətini,  habelə  me-şə  ehtiyatlannın 
keyfıyyət  və  kəmiyyət  göstəricilərini  müəyyən  etməklə  meşə  fondunun 
inventarlaşdınlması; 
-
 relikt  (qədim  dövrdən  dəyişməmiş)  meşə  bitkilərinin,  xüsusi  qoruyucu  və 
xüsusi qorunan meşə sahələrinin aşkara çıxanlması; 
-
 meşələrin bərpası və aralıq istifadə üçün qırılmasmı, meşəsalma, meliorasiya, 
meşələrin  mühafızəsi,  qorunması,  digər  meşə  təsərrüfatı  tədbirlərinin  görülməsini 
tələb  edən  meşə  fondu  sahələrinin  aşkara  çıxarılması,  habelə  bu  tədbirlərin 
apa-rılması qaydaları və üsullarınm müəyyən edilməsi; 
-
 meşələrin  qoruyucu  kateqoriyalara  aid  edilməsinin  və  bir  qoruyucu 
kateqoriyadan  digərinə  keçirilməsinin  əsaslandınlması,  meşə  ilə  örtülü  olmayan 
torpaqlann meşə ilə örtülü 
olan torpaqlara, qeyri-meşə torpaqlarmın meşə torpaqlarına keçirilməsi; 
-
 hesablanmış  meşəqırma  və  aralıq  istifadə  üçün  qırma  həcminin  müəyyən 
edilməsi; 
-
 meşobərpa,  meşəsalma,  meşələrin  mühafızəsi  və  qorunması  tədbirlərinin, 
həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi; 
  -  meşədən  əlavə  istifadənin  və  ikinci  dərəcəli  meşə  ehtiyatları  tədarükü 
miqdarının,  meşə  fondundan  ovçuluq  təsərrüfatının  ehtiyacları,  mədəni- 
sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi; 
-
 meşə-bioloji və digər xüsusi müayinələrin aparılması; 
-
 meşə qurucuiuğu layihələrinin həyata keçirilməsinə nəzarət; 
-
 digər meşə quruculuğu işləri. 
Meşə  quruculuğu  işləri  zamanı  meşə  fondunun  meşə  quruluşu  layihələri  tərtib 
edilir.  Layihələrdə  ötən  dövr  ərzində  meşə  təsərrüfatının  aparılması  və  meşə 
fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları 
hazırlanır.  Sonra  həmin  layihələr,  ona  edilmış  olavələr  müvafıq  icra  hakimiyyəti 
orqanı tərəfındən müəyyən cdilmiş qaydada təsdiq edilir və onlar meşə təsərrüfatının 
apanlması,  onun  cari  və  perspektiv  proqnozlaşdırılması,  habelə  meşə  təsərrüfatı 
işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd hesab edilir. 


Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin 
həyata keçirilməsi qadağandır (Azərbaycan Respublikasının Meşə Məcəlləsi, maddə 
43). 
Məcəllədə həmçinin meşədən istifadəyə qoyulan əsas tələblər kimi aşağıdakılar 
göstərilmişdir: 
-
 meşələrdən fasiləsiz və səmərəli istifadə; 
-
 əhalinin  sağlamlığının  qorunması,  ətraf  mühitin  yaxşılaşdırılması  və 
iqtisadiyyatın  inkişafı  üçün  meşələrin  mühityaradıcı,  suyu  mühafızə,  qoruyucu  və 
digər funksiyaiarının saxlanılması və gücləndirilməsi; 
-
 meşədən  istifadə  qaydalarının  meşələrin  əhəmiyyətindən,  yerinə  yetirdikləri 
funksiyalardan,  yerləşməsindən,  təbii  və  iqtisadi  şəraitdən  asılı  olaraq 
müəyyənləşdirilməsi; 
-
 meşələrin bərpası üçün şəraitin yaradılması; 
-
 meşədən istifadənin ödənişli olması; 
-
 meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi. 
Hər  bir  Azərbaycan  Respublikasının  vətəndaşı  qanunvericilikdə  başqa  hallar 
nəzərdə  tutulmadıqda  ümumi  istifadə  hüququ  qaydasında,  haqqı  ödənilmədən 
meşələrdə  olmaq,  şəxsi  istifadələri  üçün  yabanı  meyvo,  giləmeyvo,  göbələk, 
gərzəklilər  və  digər  meşə  sərvətləri,  dərman  bitkiləri,  texniki  xammal  yığmaq, 
mədəni-sağlamlaşdırma,  turizm  və  idman  tədbirlərində  iştirak  etmək  hüququna 
malikdirlər. Qeyd etmək lazımdır ki, bu zaman Azərbaycan Respublikasının «Qırmızı 
kitab»ına  düşmüş  bitki və göbələk  növlərinin, habelə  təbii  narkotik tərkibli bitki və 
digər xammalın yığılması, tədarük edilməsi qadağandır. 
Vətəndaşlar,  həmçinin  bütün  fıziki  şəxslər  meşədə  yan-ğın  təhlükəsizliyi 
qaydalarına  əməl  etməyə,  ağacların  və  kolla-rın  zədələnməsinə,  sındırılmasına, 
kəsilməsinə, meşə əkinləri-nin koılanmasına, meşələrin zibiüənməsinə, qarışqa və quş 
yuvalarının  dağılmasına  yol  verməməyə,  habelə  qanunverici-liyin  digər  tələblərinə 
riayət etməyə borcludurlar. 
Fiziki  şəxslərin  meşədə  olması  və  meşə  sorvətlərini  yığması  qanunvericilikdə 
müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və 
digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq, qoruq meşələrində, milli parklarda 
və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya 
müvafıq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 sayh 
qərarı  ilə  təsdiq  edilmiş  «Azərbaycan  Respublikası  meşələrində  köküstü  oduncaq 
buraxıhşı  Qaydalan»  meşələrimizdə  köküstü  oduncaq  buraxılışını  tənzimləyir  və 
meşə-də oduncaq tədarükü, onun daşmması zamanı tətbiq olunur. 
Qaydalara  görə  köküstü  oduncaq  buraxıhşı  meşədən  istifadə  rejiminə  uyğun 
olaraq aşağıdakı kimi aparılır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə