Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

güclü intensivliklə aparılır. 
Meşə  qanunvericiliyinin  pozulmasında  təqsiri  olan  şəxslər  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  intizam,  inzibati,  mülki  və  cinayət 
məsuliyyəti daşıyırlar. 
Qanunvericiliyə görə meşə fondu sahələrinin tutulmasına (zəbt edilməsinə) görə 
inzibati  və  cinayət  məsuliyyətinə  cəlb  edilmiş  şəxslər  həmin  torpaqlan  müəyyən 
edilmiş müddətdə azad etməlidirlər. Meşə qanunvericiliyinin pozulması ilə bağlanmış 
bütün əqdlər etibarsız hesab olunurlar. 
 
 
 
МЮВЗУ 11.   
 
ЩЕЙВАНЛАР АЛЯМИНДЯН ИСТИФАЯДНИН ЕКОЛОЪИ-ЩЦГУГИ 
АСПЕКТЛЯРИ. 
 
PLAN: 
1. Азярбайжан Республикасынын щейванлар алями, онун тяркиби вя 
формалашмасы проблемляри.   
2. Щейванларын юлкя яразиси цзря пайланмасыны шяртляндирян амилляр. 
3. Щейванлар аляминин формалашмасында жоьрафи мцщитин ролу.   
4. Азярбайжанда щейванлар алямин формалашмасы вя инкишафынын 
тянзимлянмясинин щцгуги ясаслары. 
5. Щейванлар аляминдян истифадя вя мцщафизя щцгугу, онун мянбяляри.   
6. «Щейванлар алями щаггында » Азярбайжан Республикасы Гануну, тябиятин 
горунмасында онун ролу вя ящямиййяти. Щейванлар аляминин обйект вя 
субйектляри.   
7. Щейванлар аляминин тянзимлянмяси принсипляри. Щейванлар аляминин 
мцщафизяси вя истифадяси сащясиндя дювлятин ясас вязифяляри.   
8. Щейванлар аляминдян истифадянин нювляри.   
9. Щейванлар аляминдян истифадячилярин щцгуг вя вязифяляринин ганунверижилик 
ясасында тяйини. 
 
Azərbaycan Respublikasının heyvanlar aləmi haqqında məlumat 
Ölkəmizin  təbii  şəraitinin  müxtəlifiiyi  və  mürəkkəb  geoloji  keçmişi,  həmçinin 
qonşu  zooçoğrafı  ərazilordə  ciddi  təbii  maneələrin  olmaması  onun  zəngin  heyvanat 
alominin  formalaşmasında  əhəmiyyətli  rol  oynamışdır.  Bununla  belə,  antropogen 
dövrdə  insanın  təsərrüfat  fəaliyyəti  də  faunanın  tərkibinə,  şübhəsiz,  öz  təsirini 
göstərmişdir:  bir  torofdon  hcyvanlann  ovçuluq  yolu  ilə  qınlması,  digər  tərəfdən  isə 
landşaft  şəraitinin  dəyişməsi  nəticəsində  qida  və  çoxalma  yerlərindən  məhrum 
edilməsi  bəzi  heyvan  növlərinin  məhv  olmasına  gətirib  çıxarmışdır.  Vaxtilə 
Azərbaycan ərazisində yaşamış şir, pələng, kaftar və digər heyvanlar tamamilə məhv 


edilmişdir.  Azərbaycanın  faunası  müxtəlif  tədqiqatçılar  tərəfındən  ətraflı  şəkıldə 
öyrənilmişdir (M.A.ıMusayev, 1989,2000; Q.T.Mustafayev, 1972, 1977, 1985, 2000; 
D.V.Hacıyev, 
2000; 
D.Ə.Əbdürrəhmanov, 
1978; 
Ə
.M.Ələkbərov, 
1978; 
.K.Rəhmətulina, 2000; D.Q.Tuayev, 2000 və b.) 
Respubilka ərazisində heyvanlann növ tərkibini və paylanmasını şərtləndirən ən 
böyük  amil,  coğrafı  mühit,  yəni  iqlim,  bitki  örtüyü,  litologiya,  relyef,  torpaq 
örtüyüdür. Bu amillərin kombinasiyası nəticəsində heyvanat aləmi bir-birindən fərqli 
ə
razilərdə yaranmış və onlann səciyyəsi aşağıda verilmişdir: 
I. Yarımsəhra və yanmbozqır zona. Bu zona bütün Kür-Araz ovalığını əhatə 
etməklə, Xəzər dənizinin səviyyə-sindən 250-300, bəzən isə 500 m yüksəkliyə qodor 
yayılmış-dır. Bu zonada bir neçə bioton fərqləndirilir. 
Xəzər  dənizinin  sahil  zolağının  qum  təpələri,  qayahqlar,  açıq  sahələri  bir  sıra 
heyvanların  yaşayışı  üçün  çox  əlverişli  yerlər  hesab  olunur.  Burada  boz  dovşan 
(Jepus  europaeus),  tülkü  (Vulpes  vulpes),  qırmızıquyruq  qum  siçanı  (Meriones 
erytrourus),  quşlardan  dəniz  bozcası  (Charadrius  alexandrinus),  iri  əyridimdık 
(Numenius  aquarus),  sağsağan  -  cüllüt  (Haema-topus  ostralegus),  digər  canlılardan 
suilanı (Natrix tesselanta), cəld kərtəncik (Eremias velox) yayılmışdır. 
Qamışlı  bataqlıqlar  və  göllər  ən  çoxu  Muğan,  Mil-Qarabağ  vıə  Şirvan 
düzlərində  rast  gəlinir.  Bu  yerlərdə  tez-tez  çöl  donuzu  (Sus  serofa),  qamış  pişiyi 
(Felis  chaus),  çöl  pişiyi  (Felis  ocreata),  çaqqal  (Thos  aureus),  su  siçovulu  (Rattus 
norvegicus),  quşlardan  iri  anqut  (Padiceps  critatus),  kiçik  danquşu  (Botaurus 
stellaris), kiçik ağ vağ (Egretta garzetta), qırmızı vağ (Ardea purpurea), ərsindimdik 
(Rlatalea leucordia), sultan toyuğu (Por-phyrio porphyrio), balıqcıl (Alceso atthis) və 
s. təsadüf olunur. 
Qış  vaxtı  bataqlıqlarda  qaşqaldaq  (Fuliea  atra),  yaşılbaş  ördək  (Anas 
phathychos),  cürə  (Anas  qucrqucdula,  A.Crccca),  boz  qaz  (Anser  anser), 
qırmızıdimdik  cümüldağ  (Netta  rugia),  qrrmızı  bülbül  (Erithacus  rubecula)  toplaşır. 
Sürünənlərdən  ba-taqlıq  tısbağası  (Emus  orbicularis)  və  Xəzər  tısbağası  (Clem-mys 
caspica) geniş yayılmışdır. 
Tuqay  meşələri  Kür,  Araz,  Qanıx  çayları  boyunca  dar  zolaqda  yerləşir.  Bu 
meşələrin  zəngin  bitki  örtüyü  heyvan  və  quşların  qidalanması  və  yaşamaşı  üçün 
ə
lverişli  şərait  yaratmışdır.  Burada  çöl  donuzu,  çaqqal,  dovşan  və  Zaqafqaziya 
kir-pisinə  (Erinaceus  transcaucasicus)  daha  çox  təsadüf  edilir.  Quş-lardan  göycə 
qarğası  (Coracias  garrulus),  Suriya  ağacdələni  (Dvyobates  syriacus),  yekəqulaq 
bayquş (Asio otus), adi bayquş (Otus scops), qurqur (Steptopelina turtur), sarıköynək 
(Ori-olus oriolus), qu-qu quşu (Cuculus canorus), qırıldaq (Nycti-corax nycticorax), 
ağ  leylək  (Ciconia  ciconia)  yayılmışdır.  Sürünənlərdən  zolaqlı  kərtənkələ  (Lacerta 
strigata),  koramal  (Ophisaurus  apodus),  suda-quruda  yaşayanlardan  göl  qurbağası 
(Rana ridibundo) tuqay meşələri üçün səciyyəvidir. 


Açıq yarımsəhra və yarımbozqır sahələrdə ceyran (Cazella subgutturoso), kiçik 
tülkü  (Vulpes  alphukakyi),  safsar  (Vormela  sarmatica),  porsuk  (Meles  meles),  çöl 
siçanı (Micro-tus socialis), qırmızıquyruq qum siçanı (Meriones erythrourus), 
Vilyams  ərəbdovşanı  (Allactags  Williamsi),  kiçik  ərobdovşanı  (Allactaga 
elater)və s. yayılmışdır. Quşlardan kəkilli turağay (Galerida cristata), bozqır turağayı 
(Melanocorypha  calandra),  sürünənlərdən  yunan  tısbağası  (Testudo  graeca),  əlvan 
kərtəncik (Eremias arguta), yatağan ilan, gürzə daha çox səciyyəvidir. 
II.
 Düzən meşələr və dağətəyi kolluqlar zonası. Bu zona dəniz səviyyəsindən 
600 m hündürlüyə qədər olan əzazını əhatə edir. Bu zona Samur-Dəvəçi ovalığında, 
Alazan-Həf-təran  vadisində,  Qarabağ  silsiləsinin  şimal-şərq  qurtaracağında  daha 
yaxşı  görünür.  Burada  tez-tez  vaşaq  (Felis  lynx),  vəhşi  pişik,  meşə  süleysini 
(Dyromus  pitedula),  sincab  (Sciurus  per-sicus),  gecə  yarasası  (Myotis),  uzun  qanad 
(Miniopterus  shrei-bersil),  quşlardan  sağsağan  (Pica  pica),  alaçölıro  (Lanius 
coilu-rio),  qaratoyuq  (Turdus  merula),  ağdaçapan  (Motacilla  alba),  qırqovul 
(Phasianus  colchicus),  bülbül  (Luscinia  megarhync-hos),  qarabaş  yulaq  quşu 
(Emberiza  melanocephala),  sarıköynək  (Oriolus  oriolus),  yaşıl  ağacdələn  (Picus 
viridis), sürünənlərdən zolaqlı kərtonkolə (Lacerta strigata) çöl gürzəsi (Vipera ursini 
renordi) təsadüf olunur. 
III.
 Dağ meşələri zonası. Dəniz səviyyəsindən 600 m hündürlükdən 2200 m-ə 
qədər olan ərazidə yayılmışdır. Dağ meşələri zonası dırnaqlılarla daha çox zəngindir. 
Burada  Qafqaz  maralı,  cüyür  (Capreolus  caprea),  qarapaça  (Rupicapra  rupicapra), 
Dağıstan  dağ  keçisi  (Capra  sylindricornis)  yayılmışdır.  Sonuncu  Balakəndən 
smayıllıya  qədər  olan  ərazidə  tə-sadüf  edilir.  ri  yırtıcı  heyvanlardan  ayı,  vaşaq, 
meşə  pişiyi  (Felis  silivestrus),  porsuq  (Meles  meles),  daşlıq  dələsi  (Martes  martes), 
həşərat  yeyənlərdən su kutoru  (Neomys  fodiens),  qonurdış  (Sorex  raddei),  yarasaya 
(Myotis oxugnathus) təsadüf olunur. Quşlardan qara ağacdələn (Dryocopus martius), 
süzər  (Certhia  familiaris),  sitta  (Sitta  europaea),  qarquşu  (Pyrrhula  pyrrhula), 
alaqanad  (Fringilla  coelebs),  şofəqquşu  (Erthacus  rubecula),  uzunquyruq  arıquşu 
(Aegithalas  caudatus),  qara  arıquşu  (Parus  ater),  cincarquşu  (Troglodytes 
troglodytes), sürünənlərdən qonur ilan (Coronelloa austriaca), cılız koramal (Anguis 
fragilis),  suda-quruda  yaşayanlardan  Zaqafqaziya  qurbağası  və  yaşıl  quru  qurbağası 
(Bufo vıridis) yayılmışdır. 
IV. Yüksək dağğm çəmən, bozqır və qayalıqlar zonası dəniz səviyyəsindən 
220  m-dən  3500  m-ə  qədər  yüksəklikdə  yayılmış  alp  və  subalp  çəmən  və 
çəmən-bozqırlarını  əhatə  edir.  Bu  zonada  Dağıstan  keçisi  (Capra  cylindricornis), 
qarapaca (Rupicapra rupicapra), Bezoar keçisi (Capra aegagrus),bəbir (Felis pordus), 
gəmiricilərdən qar siçanı (Chionomys nivalis), dağ-siçanı (Microtus arvalis), canavar 
(Canis  lupus),  korgöstəbək  (Talpa  caucasica),  quşlardan  Qafqaz  uları  (Tetraogallus 
caucasims).  Xəzər  uları  (Tetraogallus  caspicus),  endemik  Qafqaz  tetrası  (Zyrurus 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə