Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

 

  

٦٩



Allah düşmәnini güldürmәsin. 

Allah düşmәn şәrinnәn saxlasın. 

Allah düşürmәsin. 

Allah düyünüvü açsın. 

Allah evinnәn-eşiyinnәn ayırmasın. 

Allah evini xeyrә qismәt elәsin. 

Allah evinin çırağını söndürmәsin. 

Allah eyibsiz әyal versin. 

Allah әhli ilә salsın. 

Allah әhlindәn uzax salmasın. 

Allah әl-әyağa düşürmәsin. 

Allah әldәn-әyaxdan salmasın. 

Allah әlinnәn tutsun. 

Allah әlinә-qoluna quvvәt versin. 

Allah әlizdә-ovucuzda saxlasın. 

Allah әlizdәkini әskik elәmәsin. 

Allah әllәrә salmasın. 

Allah әmanәtindә olasan. 

Allah әsirgәsin. 

Allah әziz elәsin. 

Allah heç әzizi zәlil etmәsin. 

Allah heş kәsi aclığınan imtahan elәmәsin. 

Allah qәbul elәsin. 

Allah qada-bәladan saxlasın. 

Allah qapıvı açıq elәsin. 

Allah qәrә gözlüsün versin. 

Allah qardaşlıxdan әskik elәmәsin. 

Allah qismәtin versin. 

Allah qızların bәxtin açsın, bizimkilәr dә içindә. 

Allah qoluva qüvvәt, surfava bәrәkәt versin. 

Allah qonşuluxdan әskik elәmәsin. 



 

  

٧٠



Allah qovuşdursun. 

Allah göylüvә görә versin. 

Allah görsәtmәsin. 

Allah görünmәz qәzadәn-bәladәn saxlasın. 

Allah göz işığı, diz taqәti versin. 

Allah gözü üstündә olsun. 

Allah gözünü işığa gәtirsin. 

Allah gözüvә nur versin. 

Allah gözünü- gönlüvü aydınlatsın. 

Allah qurbanın qәbul elәsin. 

Allah qurtarsın (hәbsdә olan). 

Allah haramnan әlini, yalannan dilini çәksin. 

Allah heç kimә görsәtmәsin. 

Allah hәmsayalıxdan әskik elәmәsin. 

Allah hәr kәsә nәsib elәsin. 

Allah xәta-bәladan saxlasın. 

Allah xeyir versin. 

Allah xeyirli bәxtlәr versin. 

Allah xәstәlıxdan qurtarsın. 

Allah iftirâdan saxlasın. 

Allah iki cәhanda üzüvü güldürә. 

Allah iki sәhәtdәn birin versin. 

Allah imannan, Qurannan ayırmasın. 

Allah imtahana çәhmәsin. 

Allah inayәtin kәsmәsin. 

Allah insaf versin. 

Allah insanın әğlini alacağına canını alsın. 

Allah işivi-gücüvü rast gәtirsin. 

Allah işivi rast gәtirsin. 

Allah işini uvand elәsin. 

Allah kafirә dә nәsib elәmәsin. 



 

  

٧١



Allah kәramәtin üstünnәn götürmәsin. 

Allah kimsәlәrin ağzının dadını pozmasın. 

Allah kimsәyә әl açdırmasın. 

Allah kisәvә bәrәkәt versin. 

Allah kölgәsi üstünnәn әsgik olmasın. 

Allah kömәyin kәsmәsin. 

Allah kömәyin olsun. 

Allah min bir bәrәkәt versin. 

Allah nәfәsi, duası üstündә ola. 

Allah nemәtizi artırsın. 

Allah nәzәrdәn saxlasın. 

Allah nәzәri üstünnәn әsgik olmasın. 

Allah o gönüldә olsun. 

Allah oğullarıvı saxlasın. 

Allah ona Әyyûb sabri versin. 

Allah ömrümnәn alsın ömrüvә versin. 

Allah ömür versin. 

Allah ömürüvü uzun elәsin. 

Allah özü әcr versin. 

Allah özü әvәz versin. 

Allah özü fәrәci-xeyir versin. 

Allah özü qurtarsın. 

Allah özü nәcat qapısı açsın. 

Allah özü nәcat versin. 

Allah özü sәbәb salsın. 

Allah paydar elәsin. 

Allah peyğәmbәr sabrı versin. 

Allah rәhmәt elәsin. 

Allah ruzusun bol elәsin. 

Allah ruzusun yetirsin. 

Allah sağ gözü sol gözә möhtac elәmәsin. 



 

  

٧٢



Allah sağlıq versin. 

Allah sağlığına qismәt elәsin. 

Allah, sәn balamı saxla yaxşı-yaman dillәrdәn. 

Allah sәndәn razı olsun. 

Allah sәnә qaraqaşlı, qaragözlü gәlinlәr versin.. 

Allah sәnә qıymasın. 

Allah sәnә yar olsun. 

Allah sәni al başlı gәlinlәrdәn elәsin. 

Allah sәni anava-babava bağışlasın. 

Allah sәni cәhәnnәm odunnan saxlasın. 

Allah sәni darda qomuya. 

Allah sәni gözü kölgәli elәmәsin. 

Allah sәni hәramdan saxlıya. 

Allah sәni xoşbәxt elәsin. 

Allah sәni mәnә çox görmәsin. 

Allah sizә dә qismәt elәsin. 

Allah sizi bizә çox görmәsin. 

Allah sonumuzu xeyirli elәsin. 

Allah sufrazı açıq elәsin. 

Allah sufravi bol, cibivi dolu elәsin. 

Allah şeytanın şәrinnәn qorusun. 

Allah şәfa versin. 

Allah uğursuza-qәdәmsizә düşürmәsin. 

Allah uşağıvı saxlasın. 

Allah üç gün yataq, dördüncü gün torpax nәsib etsin. 

Allah verdihcә versin. 

Allah verәn umudun üzülmәsin. 

Allah yaman gözdәn qorusun. 

Allah yandırıb-yaxmasın. 

Allah yox yerdәn qapı açsın. 

Allah yox yerdәn yetirsin. 



 

  

٧٣



Allah xeyir versin. 

Allah zâlimә düşürmәsin. 

Allah ziyarәt qismәt elәsin. 

Allâha әmanәt olasan. 

Allaha şükürlәr olsun. 

Allaha tapşırdım. 

Allı-pullu gәlin olasan. 

Alnın açıq ola. 

Alnın ağ ola. 

Alnın tәmiz ola. 

Alnına dövlәt yazılsın. 

Âmin diyәlim dә Allah qәbûl etsin. 

Ana-baba duâsı almış olasan. 

Anadan әmdigin süd hәlalın olsun. 

Anam-bacım olsun. 

Anamın ağ südü kimi hәlâl olsun. 

Anan-baban әskik olmuya. 

Anan barın yesin. 

Anan ölsün. 

Anan toyunda әlinә hәna yaxsın. 

Anavın duasını alasan. 

Arta gәlәsәn. 

Artımlı olsun. 

Arzun gözündә qalmasın. 

Arzuva çatasan. 

Arzuva qovuşasan. 

Arzuva yetişәsәn. 

Aşın-işin bal olsun. 

Ata-ana kölgәsindә böyüsün. 

Ata-anadan yarıyasan. 

Atalı-analı böyüsün. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə