Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə2/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   2   3   4   5   6   7   8   9   ...   98

 

  

٥



etimoloji  şәrhini verәrkәn çox düzgün bir qәnaәtә  gәlmişdir: 

“Azәrbaycan sözünün yaranma tarixi, mәzmunu, onu yaradan 

qәbilә birlәşmәsinin, xalqın ictimai-siyasi tәfәkkürü mümkün 

qәdәr öyrәnilmәdikcә, araşdırma harada isә uğursuzluğa düçar 

olacaqdır”. Bu fikri “Tәbriz” sözünün etimoloji şәrhinә dә şa-

mil etmәk olar. Dr. M.Sәdiq vә digәr araşdırıcılar bu şәhәrin 

adının türk mәnşәli olduğunu qeyd etsәlәr dә, adıçәkilәn möv-

zuda qәti fikir irәli sürülmәmişdir.  

Tәbrizin İslama qәdәrki tarixi tam öyrәnilmәsә dә, İslam-

dan sonra şәhәrin qızıl dövrünü yaşaması ilә bağlı bir çox mәn-

bәlәrә rast gәlirik. Mәnbәlәr yazır ki, Tәbriz öz möhtәşәmliyi 

ilә "İslam Qübbәsi” lәqәbini qazanmışdır. Min, min yüz il bun-

dan  әvvәl Tәbriz  şәhәrindә olan sәyyahlar onu Azәrbaycanın 

әn böyük vә abad şәhәri kimi tәsvir etmişlәr. Tәbriz bir çox 

dövrlәrdә qüdrәtli dövlәtlәrin paytaxtı olmuşdur. Bәzi dövrlәr-

dә isә mühüm sәnәtkarlıq, ticarәt mәrkәzi olaraq şah canişin-

lәrinin yaşayıb hökm sürdüklәri bir şәhәr kimi tanınmışdır. 

Tәbrizin Şәrq ölkәlәri vә İran adlanan ölkәnin tarixindә oyna-

dığı rol tәkcә uzaq keçmişә aid deyil. Bu şәhәr müasir dövrü-

müzdә dә İranın mühüm sәnaye mәrkәzlәrindәn biridir. İranda 

birinci parlament vә ilk konstitusiya mәhz Tәbrizdә  qәbul 

edilmişdir. Qacarlardan sonra hakimiyyәtә  gәlәn Pәhlәvilәr 

dövründә  dә  hәyata keçirilәn ictimai hәrәkatda Azәrbaycan, 

xüsusilә Tәbriz әsas rol oynamışdır. 

Tәbrizin paytaxt olması vә İpәkyolu üzәrindә yerlәşmәsi bu 

şәhәrin regional ticarәtdә nә qәdәr önәmli yerә malik olduğunu 

göstәrir.  Şәhәr bazarı özünün memarlıq üslubu vә sahәsi baxı-

mından dünyada bәnzәri az olan bir ticarәt mәrkәzidir. XVII әs-

rin fransız sәyyahı Jan Şarden Tәbriz bazarında 15000 dükanın 

olduğunu yazırdı. Müasir dövrümüzdә şәhәrdә tikilәn yeni bina-




 

  

٦



lar vә salınan küçәlәr bu qәdim bazarın sahәsini mәhdudlaşdırsa 

da, onun böyüklüyü yenә dә hamının heyrәtinә sәbәb olur. 

Tәbriz mәşhur insanların doğulub-yaşadığı bir şәhәr kimi 

dә    tarixdә iz qoymuşdur. Burada sәnәtin xәttatlıq, rәssamlıq, 

musiqi,  әdәbiyyat vә  s.  kimi  çeşidli sahәlәrindә böyük sәnәt-

karlar yetişmişdir. Tәbriz böyük sәrkәrdәlәrin, mücahidlәrin, 

habelә arif vә kamil insanların mәskәni olmuşdur. Bu şәhәrin 

adı dünyanın çox mötәbәr elm mәrkәzlәri ilә yanaşı  çәkilir. 

Elxanlılar dövründә öz zamanının  әn inkişaf etmiş elm mәr-

kәzlәrindәn olan “Rәbi Rәşidi” buna misal ola bilәr.  

Qәdim Tәbriz müxtәlif tarixi dövrlәrdә bir çox savaşlara 

meydan olub, talanıb, yandırılıb, yer ilә yeksan edilib, tәbii fә-

lakәtlәrә  mәruz qalıb, zәlzәlәlәr nәticәsindә  ağır dağıntılarla 

üzlәşmişdir. Amma bu möhtәşәm şәhәr hәr bir bәlaya sinә gә-

rib, başını dik tutub, yeni bir hәyata qәdәm qoymuşdur. Şәhәr 

ta qәdimdәn hәmişә qaynar hәyatı ilә istәr xarici qonaqların, 

istәrsә  dә ölkәnin başqa yerlәrindәn gәlәn insanların diqqәt 

mәrkәzindә olmuşdur. Bütün bunları nәzәrә alaraq deyә bilәrik 

ki, Tәbrizdә yüksәk folklor mühiti vә  zәngin  şifahi xalq ya-

radıcılığının olduğunu düşünmәk yersiz deyil. 

Folklordan danışarkәn, ilk növbәdә, diqqәt etmәli olduğu-

muz  mәqam Tәbriz lәhcәsinin spesifik xüsusiyyәtlәridir. Dr. Ca-

vad Heyәt İranda yaşayan Azәrbaycan türklәrinin şivәlәrini tәsnif 

etmiş  vә burada Tәbriz  şivәsi onun “orta bölüm” adlandırdığı 

qrupda yer almışdır. Bu şivәdә diqqәti cәlb edәn bir neçә  mә-

qama aydınlıq gәtirmәk vacib olardı: “- maq

2

” mәsdәr  şәkilçisi 



tәkcә  Tәbriz  şivәsindә deyil, digәr  şivәlәrdә  dә “max” kimi tә-

lәffüz olunur: baxmax, yemax vә s. Tәbriz şivәsindә dodaqlanan 

(o,u,ö,ü) saitlәrә meyl daha çox müşahidә olunur. Mәsәlәn: get-

dik-getdux, baxdıq-baxdux vә s. Digәr şivәlәrdә, elәcә dә Tәbriz 




 

  

٧



şivәsindә istәr fonetik, istәrsә dә morfoloji tәrkib baxımından fars 

dilinin tәsiri çox güclü şәkildә özünü göstәrir.   

Tәbrizdә folklor sahәsindә birinci sayıla bilәn xüsusi tәdbir 

2006-cı ilin ilk aylarında mәrhum Mәhәmmәdәli Fәrzanәnin 

yaradıcılığına hәsr olunmuş ikigünlük Folklor Simpoziumudur. 

Bu simpozium “Dilmac” dәrgisi vә “Apaq” dәrnәyinin tәşәbbüsü 

ilә keçirilmişdi. Tәdbirin әldә etdiyi nәticәlәrdәn biri dә Tәbrizdә 

Folklor Fondunun tәşkil olunması oldu. Bunu nәzәrә alaraq 

2007-ci ilin yayından hәmin işlәrin hәyata keçirilmәsinә  sәy 

göstәrildi.  İlk addım Tәbrizin Mәdәniyyәt  İdarәsindәn bu mәq-

sәdin reallaşdırılması istiqamәtindә “El bilimi” adlı dәrnәyin açıl-

ması üçün icazә istәnilmәsi oldu. Uzun müddәt keçmәsinә bax-

mayaraq, bu proses davam edir. Bununla belә, kiçik bir qrupla 

folklor toplanmasına başlandı. Bu qrup, demәk olar ki, gәnclәr-

dәn tәşkil olunmuşdur. Onların bu sahәdә ixtisas üstünlüyü, elәcә 

dә kifayәt qәdәr iş  tәcrübәsinin olmaması, hәmçinin bu işә  hә-

vәskar olaraq qoşulma folklor materiallarının toplanmasında istә-

nilәn sürәti vә keyfiyyәti әldә etmәyә maneә yaradır. Lakin bütün 

bunlara baxmayaraq fondun fәaliyyәti hәmin çalışmalar vә әvvәl-

cәdәn toplanmış materialların bir araya gәtirilmәsi ilә davam edir 

vә etdirilәcәkdir. 

Biz Azәrbaycan Milli Elmlәr Akademiyasının Folklor İns-

titutu tәrәfindәn tәşkil edilәn müxtәlif tәdbirlәri, o cümlәdәn 

elmi konfransları çox dәyәrli hadisә kimi qarşılayırıq. Folklor 

İnstitutunun Azәrbaycanın müxtәlif bölgәlәrinin folklor mate-

rialları  әsasında hazırlayıb nәşr etdirdiyi antologiyalarla tanış 

olduqdan sonra qәrara aldıq ki, Tәbrizdәn topladığımız bu nü-

munәlәri  İnstituta tәqdim edәk. Bu folklor toplusuna ilk qay-

naqdan (yәni  әvvәlcәdәn toplanıb Tәbrizdә kitab halında çap 

edilmiş) vә müxtәlif söylәyicilәrdәn toplanmış materiallar da-




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə