Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
35
etmək imkanı verir.
Sözsüz ki, bu üsulların istifadəsi çox zaman
tarixin mürəkkəb və ziddiyyətli problemlərinin araşdırılması
üçün istifadə olunur. Buna görə də hər bir tarixçi yuksək
səviyyəli mütəxəssis olmalı və bu üsullardan istifadə etməyi
bacarmalıdır.
Paleoqrafiya
Paleoqrafiya qədim əlyazmaları öyrənən elmdir və XY
əsrdə çap texnikasının yaranmasına qədər bütün tarixi mək-
təblərdə tədqiqatın əsasını təşkil etmişdir. “Qədim yazı” kimi
tərcümə olunan paleoqrafiya Misir və Babilistan, maya, rus və s.
əlyazmaların tədqiqi zamanı istifadə olunur. Əslində
paleqorafiya qədim yunan və latın əlyazmalarının
tədqiqi üçün
yaranmışdır. Latın yazısı
Qərbi Avropada formal
kommunikasiya vasitəsinə çevrildikdən sonra latın yazı
formalarının araşdırılması paleqorafiyanın mühüm sahələrindən
birinə çevrildi.
Bu gün bizim də istifadə etdiyimiz latın qrafikası əsrlər
boyu inkişaf edərək, çiddi dəyişikliklərə məruz qalmışdır.
Bununla belə latın qrafikası inkişafında iki istiqaməti ayırmaq
olar: 1) rəsmi kitabların hazırlanması üçün mövcud olan üsul; 2)
gündəlik sənədlərin, memorandum və işgüzar hesabatların
hazırlanması üçün mövcud olan üsul.
Qədim yazılı kitablar əsasən iri latın hərfləri ilə yazılırdı
və ilk dəfə məşhur Roma yazıçıları ( məs.,Virgil) tərəfindən
istifadə olunmuşdur. Xristian dövrünə aid
və iri hərflərin istifa-
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
36
dəsi ilə yazılan ilk əsərlər içərisində Bibliyanın mətnini
göstərmək olar. Lakin tədricən böyük hərflərin formaları
dəyişmiş və əlyazma texnikasının sürətləndirilməsinə uyğunlaş-
mışdır. Gündəlik ehtiyac və tələbatdan yaranan sənədlərin
yazılmasında kiçik hərflər istifadə olunmuş, tədricən onların
kursivləri dəyişmişdi.
Yazı qrafikası və texnikasının hərtərəfli öyrənilməsi və
təhlili ekspertlərə zaman keçdikcə xalqların əlyazma ənənə-
lərinin dəyişməsi səbəbləri və xüsusiyyətləri haqqında müha-
kimə yürütmək imkanı verir. Yazı texnikası və tarixinin
öyrənilməsi mütəxəssislərə mənbənin əsl və ya surət olması
haqqında məlumat verir. Yazı üsulunun araşdırılması tarixi
həqiqiliyi müəyyən edilmiş mənbənin yaranma tarixinin
dəqiqləşdirilməsinə kömək edir.
Yaranma tarixi göstərilməyən
mənbələrin təhlili zamanı ilk addım mənbənin orijinalının
təsdiqi, sonra isə rəsmi əlyazmaların yaradılması üçün uzun
tarixi dövrün labüd olması faktı əsas götürülməlidir. Müasir
dövrdə yüksək ixtisaslı tarixçilərə hətta yazı üsulunun, stilinin
və morfoloji variasiyanın təhlili belə mənbənin tarixini
müəyyənləşdirmək imkanı verir. Təcrübəli paleqoraflar çox
zaman heç bir texniki vasitədən istifadə etmədən mənbələrdə
olan saxtalaşdırmanı asanlıqla aşkar edirlər.
Yazılı mənbələri təhlil edərkən tarixçilər çox zaman onun
yarandığı idarə, bölmə və strukturun inzibati idarə metodlarının
öyrənilməsini vacib hesab edirlər. Əsasən
Britaniya tarix
məktəbində nəzərə çarpan bu tendensiya sözsüz ki, səbəbsiz
deyil. Lakin qeyd etmək lazımdır ki, paleoqrafiya sənədin yalnız
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
37
məzmununun təhlili ilə məşğul olur. Paleoqrafiyanın
çətinliklərindən biri yazılı sənədlərdə olan qısaldılmaların
mənasının açıqlanmasıdır. Adətən latın dilli mənbələrdə təsadüf
edilən bu qısaldılmalar yazı üçün yerin artırılması məqsədi ilə
tətbiq edilmiş və o dövr üçün tam anlaşıqlı olmuşdur. Sözsüz ki,
müasirlər üçün aydın olan qısaldılmaların açıqlanması müasir
tarixçilərin qarşısında çətin problemlər yaradır.
Latın yazısı üçün sözlərin ilk bir neçə hərfini qeyd etmək
vasitəsi ilə əmələ gələn qısaldılmalar xarakterikdir (məs.,
testimentum-test, noster-nt və s.) Sonralar sözlərin birinci və
axırıncı hərflərindən ibarət qısaldılmalardan
geniş istifadə
olunmağa başlandı (məs., dominus-dns, episcopus-eps və s.) Bu
sistem klassik zamanlardan yadigar qalaraq, XYIII əsrdə Qərbi
Avropanın bir sıra qabaqcıl ölkələrində, xüsusilə də İngiltərə və
İrlandiyada möhkəmlənmişdir.
Qədim əlyazmalarda əks olunmuş yazı texnikası və üsu-
lunun, qısaldılmaların öyrənilməsi qədim və orta əsr mənbələri
ilə məşğul olan tarixçilər üçün zəruridir. Müasir dövrdə qədim
əlyazmaların, yazılma texnikasının (kağız, qələm və s.)
öyrənilməsi üçün bir sıra ciddi vasitələr yaranmışdır. Tintometr
eynəyinin köməyi ilə hətta mürəkkəbin
rənginin müqayisəsi belə
mümkündür. Digər mikroskoplarla mənbədəki işıqdəyməyən,
qaranlıq məkanın tədqiqi və kağızın yaşının
müəyyənləşdirilməsi mümkündür. İnfra-qırmızı və ultra-çəhrayı
şüalar birbaşa və ya fotoşəkil vasitəsilə mənbədə aparılan
düzəlişləri müəyyən etmək, zamanın təsiri ilə itmiş və ya
silinmiş, oxunulmayan hissələri yenidən bərpa etmək imkanı
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
38
verir. Məs., 1979-cu ildə paleoqraf C.F.Benton NASA
tərəfindən yaradılmış rəqəmləri əks etdirən xüsusi texniki
vasitəni istifadə etməklə mənbələrin yaşının müəyyən-
ləşdirilməsinin mümkün olduğunu sübut etmişdir.
Beləliklə, paleoqrafiya əlyazma texnikası, üsulu, stili və
xüsusiyyətlərini tədqiq etməklə mənbələrin dəqiq yaranma
tarixi, dövrü, yeri haqqında
məlumat verir, mənbənin
həqiqiliyini, orijinallığını tam dəqiqliyi ilə təsdiq edir. Bu isə
mənbənin tədqiqat prosesinə cəlb edilməsi üçün mühüm
əhəmiyyət kəsb edən mərhələlərdən biridir.
Su nişanları
Sənəd və ya kitab üçün istifadə olunmağa hazır kağızın
üzərində aşağı boş qalan hissələrdə qurudulan rəsmlərin
(fiqurlar, ulduzlar, əl və s.) izləri əks olunur. Həmin nöqtələrin
sıxılması kağızın
nazilməsinə səbəb olur, onların işığa tutulması
isə əks olunan işarələrin aydınlaşdırılmasına imkan verir. Bu
proses keyfiyyətli kağız istehsal edən müəssisələrdə indiyə
qədər istifadə olunur.
Su nişanlarının tarixi olduqca qədim, onların istifadə
olunma səbəbləri isə olduqca müxtəlifdir. Məşhur İsveç kağız
müəssisəsilərindən biri 1282-ci ildən 1600-cı ilə qədər Avropada
yaradılmış bütün su nişanlarını toplayaraq, 100 cilddən və
60.000 layihədən ibarət bir nəşr hazırlamışdır. Qədim əl üsulu
ilə hazırlanmış su nişanları adətən asanlıqla
görünür və müəyyən
edilir. Əgər kağızda əks olunan su işarələrini müəyyən etmək