Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə9/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
35 
etmək imkanı verir. Sözsüz ki, bu üsulların istifadəsi çox zaman 
tarixin mürəkkəb və ziddiyyətli problemlərinin araşdırılması 
üçün istifadə olunur. Buna görə  də  hər bir tarixçi yuksək 
səviyyəli mütəxəssis olmalı  və bu üsullardan istifadə etməyi 
bacarmalıdır. 
 
Paleoqrafiya 
Paleoqrafiya qədim  əlyazmaları öyrənən elmdir və XY 
əsrdə çap texnikasının yaranmasına qədər bütün tarixi mək-
təblərdə  tədqiqatın  əsasını  təşkil etmişdir. “Qədim yazı” kimi 
tərcümə olunan paleoqrafiya Misir və Babilistan, maya, rus və s. 
əlyazmaların tədqiqi zamanı istifadə olunur. Əslində 
paleqorafiya qədim yunan və latın  əlyazmalarının tədqiqi üçün 
yaranmışdır. Latın yazısı 
Qərbi Avropada formal 
kommunikasiya vasitəsinə çevrildikdən sonra latın yazı 
formalarının araşdırılması paleqorafiyanın mühüm sahələrindən 
birinə çevrildi.  
Bu gün bizim də istifadə etdiyimiz latın qrafikası  əsrlər 
boyu inkişaf edərək, çiddi dəyişikliklərə  məruz qalmışdır. 
Bununla belə latın qrafikası inkişafında iki istiqaməti ayırmaq 
olar: 1) rəsmi kitabların hazırlanması üçün mövcud olan üsul; 2) 
gündəlik sənədlərin, memorandum və  işgüzar hesabatların 
hazırlanması üçün mövcud olan üsul. 
Qədim yazılı kitablar əsasən iri latın hərfləri ilə yazılırdı 
və ilk dəfə  məşhur Roma yazıçıları ( məs.,Virgil) tərəfindən 
istifadə olunmuşdur. Xristian dövrünə aid və iri hərflərin istifa-
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
36 
dəsi ilə yazılan ilk əsərlər içərisində Bibliyanın mətnini 
göstərmək olar. Lakin tədricən böyük hərflərin formaları 
dəyişmiş və əlyazma texnikasının sürətləndirilməsinə uyğunlaş-
mışdır. Gündəlik ehtiyac və  tələbatdan yaranan sənədlərin 
yazılmasında kiçik hərflər istifadə olunmuş, tədricən onların 
kursivləri dəyişmişdi.  
Yazı qrafikası  və texnikasının hərtərəfli öyrənilməsi və 
təhlili ekspertlərə zaman keçdikcə xalqların  əlyazma  ənənə-
lərinin dəyişməsi səbəbləri və xüsusiyyətləri haqqında müha-
kimə yürütmək imkanı verir. Yazı texnikası  və tarixinin 
öyrənilməsi mütəxəssislərə  mənbənin  əsl və ya surət olması 
haqqında məlumat verir. Yazı üsulunun araşdırılması tarixi 
həqiqiliyi müəyyən edilmiş  mənbənin yaranma tarixinin 
dəqiqləşdirilməsinə kömək edir. Yaranma tarixi göstərilməyən 
mənbələrin təhlili zamanı ilk addım mənbənin orijinalının 
təsdiqi, sonra isə  rəsmi  əlyazmaların yaradılması üçün uzun 
tarixi dövrün labüd olması faktı  əsas götürülməlidir. Müasir 
dövrdə yüksək ixtisaslı tarixçilərə  hətta yazı üsulunun, stilinin 
və morfoloji variasiyanın təhlili belə  mənbənin tarixini 
müəyyənləşdirmək imkanı verir. Təcrübəli paleqoraflar çox 
zaman heç bir texniki vasitədən istifadə etmədən mənbələrdə 
olan saxtalaşdırmanı asanlıqla aşkar edirlər.  
Yazılı mənbələri təhlil edərkən tarixçilər çox zaman onun 
yarandığı idarə, bölmə və strukturun inzibati idarə metodlarının 
öyrənilməsini vacib hesab edirlər.  Əsasən Britaniya tarix 
məktəbində  nəzərə çarpan bu tendensiya sözsüz ki, səbəbsiz 
deyil. Lakin qeyd etmək lazımdır ki, paleoqrafiya sənədin yalnız 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
37 
məzmununun təhlili ilə  məşğul olur. Paleoqrafiyanın 
çətinliklərindən biri yazılı  sənədlərdə olan qısaldılmaların 
mənasının açıqlanmasıdır. Adətən latın dilli mənbələrdə təsadüf 
edilən bu qısaldılmalar yazı üçün yerin artırılması  məqsədi ilə 
tətbiq edilmiş və o dövr üçün tam anlaşıqlı olmuşdur. Sözsüz ki, 
müasirlər üçün aydın olan qısaldılmaların açıqlanması müasir 
tarixçilərin qarşısında çətin problemlər yaradır.  
Latın yazısı üçün sözlərin ilk bir neçə hərfini qeyd etmək 
vasitəsi ilə  əmələ  gələn qısaldılmalar xarakterikdir (məs., 
testimentum-test, noster-nt və s.) Sonralar sözlərin birinci və 
axırıncı  hərflərindən ibarət qısaldılmalardan geniş istifadə 
olunmağa başlandı (məs., dominus-dns, episcopus-eps və s.) Bu 
sistem klassik zamanlardan yadigar qalaraq, XYIII əsrdə Qərbi 
Avropanın bir sıra qabaqcıl ölkələrində, xüsusilə də İngiltərə və 
İrlandiyada möhkəmlənmişdir. 
Qədim  əlyazmalarda  əks olunmuş yazı texnikası  və üsu-
lunun, qısaldılmaların öyrənilməsi qədim və orta əsr mənbələri 
ilə  məşğul olan tarixçilər üçün zəruridir. Müasir dövrdə  qədim 
əlyazmaların, yazılma texnikasının (kağız, qələm və s.) 
öyrənilməsi üçün bir sıra ciddi vasitələr yaranmışdır. Tintometr 
eynəyinin köməyi ilə hətta mürəkkəbin rənginin müqayisəsi belə 
mümkündür. Digər mikroskoplarla mənbədəki işıqdəyməyən, 
qaranlıq məkanın tədqiqi və kağızın yaşının 
müəyyənləşdirilməsi mümkündür. İnfra-qırmızı və ultra-çəhrayı 
şüalar birbaşa və ya fotoşəkil vasitəsilə  mənbədə aparılan 
düzəlişləri müəyyən etmək, zamanın təsiri ilə itmiş  və ya 
silinmiş, oxunulmayan hissələri yenidən bərpa etmək imkanı 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
38 
verir. Məs., 1979-cu ildə paleoqraf C.F.Benton NASA 
tərəfindən yaradılmış  rəqəmləri  əks etdirən xüsusi texniki 
vasitəni istifadə etməklə  mənbələrin yaşının müəyyən-
ləşdirilməsinin mümkün olduğunu sübut etmişdir.  
Beləliklə, paleoqrafiya əlyazma texnikası, üsulu, stili və 
xüsusiyyətlərini tədqiq etməklə  mənbələrin dəqiq yaranma 
tarixi, dövrü, yeri haqqında məlumat verir, mənbənin 
həqiqiliyini, orijinallığını tam dəqiqliyi ilə  təsdiq edir. Bu isə 
mənbənin tədqiqat prosesinə  cəlb edilməsi üçün mühüm 
əhəmiyyət kəsb edən mərhələlərdən biridir.  
 
 
Su nişanları  
Sənəd və ya kitab üçün istifadə olunmağa hazır kağızın 
üzərində  aşağı boş qalan hissələrdə qurudulan rəsmlərin 
(fiqurlar, ulduzlar, əl və s.) izləri əks olunur. Həmin nöqtələrin 
sıxılması kağızın nazilməsinə səbəb olur, onların işığa tutulması 
isə  əks olunan işarələrin aydınlaşdırılmasına imkan verir. Bu 
proses keyfiyyətli kağız istehsal edən müəssisələrdə indiyə 
qədər istifadə olunur.  
Su nişanlarının tarixi olduqca qədim, onların istifadə 
olunma səbəbləri isə olduqca müxtəlifdir. Məşhur  İsveç kağız 
müəssisəsilərindən biri 1282-ci ildən 1600-cı ilə qədər Avropada 
yaradılmış bütün su nişanlarını toplayaraq, 100 cilddən və 
60.000 layihədən ibarət bir nəşr hazırlamışdır. Qədim  əl üsulu 
ilə hazırlanmış su nişanları adətən asanlıqla görünür və müəyyən 
edilir.  Əgər kağızda  əks olunan su işarələrini müəyyən etmək 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə