Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə7/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   2   3   4   5   6   7   8   9   10   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
27 
kimi tərcümə olunan «fakt» ilk növbədə obyektiv gerçəkliyin 
konkret təzahürüdür. Empirik məktəb nümayəndələrinin üstün 
cəhəti ilk növbədə faktın (tarixi faktın) obyektiv mövcudluğunu 
qəbul etmələri idi. Lakin tarixi faktlara əsaslanaraq, keçmişi 
olduğu kimi bərpa etməyə çalışan pozitivistlər  əslində tarixi 
faktla mənbədə  əks olunan informasiyanı eyniləşdirir, faktların 
mənşəyini, sosial təbiətini birmənalı anlayırdılar. 
XIX  əsrin sonunda formalaşmış subyektiv-idealist mək-
təbin nümayəndələri faktı izah edərkən, digər ziddiyyət 
yaratdılar. Əslində neokantian məktəbi əsasında formalaşmış və 
banisi Diltey olan bu istiqamətin  əsas mahiyyəti sosial elmi 
faktlarla təbiət elmi faktlarını qarşı-qarşıya qoymaq olub. 
Subyektivistlərin fikrincə  mənəvi dünyaya aid faktlar demək 
olar ki, mənbələrdə əks olunmur, onların empirik müşahidəsi isə 
qeyri-mümkündür. Mənbələrdə əks olunan faktlar isə çox zaman 
subyektivdir və tarixçi onların tam mahiyyətini heç zaman dərk 
edə bilməz. 
Beləliklə, subyektiv-idealist və ona yaxın olan prezentis, 
ekzistentist və s. istiqamətlərin fikrincə tarixi faktlar obyektiv 
təbiətə malik deyillər. Məhz buna görə  də keçmişin obyektiv 
bərpası mümkün deyil. Bu fikir XX əsrin görkəmli amerikan 
tarixçisi E.Karrın  əsərində daha dolğun ifadə olunub: “tarixi 
faktların tarixçidən müstəqil, tam obyektiv mövcud olmasına 
inam ağlasığmaz səhvdir”. (11)  
Tarixi fakta dialektik maetrialist baxış pozitivizm və 
subyketivizm konsepsiyalarından fərqli olaraq, daha mükəm-
məldir. Bu konsepsiya bütün tarixi faktları üç tipə bölür: 1) 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
28 
tarixi gerçəkliyin faktları; 2) tarixi mənbələrin faktları; 3) elmi-
tarixi faktlar. 
Dialektik konsepsiyaya görə tarixi gerçəkliyin faktları həm 
mənbənin yaradıcısına, həm də tarixçiyə münasibətdə ob-
yektivdir və onların faktlar haqqında fikirlərindən asılı olma-
yaraq, mövcuddurlar. Onlar dəyişməz, yəni invariant və saya-
gəlməzdirlər. 
Tarixi mənbələrin faktları tarixi gerçəkliyin faktlarının 
mənbənin yaradıcısı  tərəfindən təsviri və ya əksidir. Hər bir 
əksolunma prosesin nəticəsi kimi bu faktlar subyektivdir, çünki 
onu  əks etdirən  şəxsin zehni, təfəkkürü, və maraqları 
süzgəcindən keçərək, əks olunublar. Lakin bitmiş, tamamlanmış 
bir proses olaraq, bu faktlar da dəyişməz və invariantdırlar. 
Tarixi faktların üçüncü tipi olan elmi-tarixi faktlar 
gerçəkliyin faktlarının mənbə faktları əsasında tarixçi tərəfindən 
bərpası  və ya əksidir. Göründüyü kimi burada gerçəkliyin 
faktlarının ikiqat subyektivləşdirilməsi baş verir. Birinci dəfə 
gerçəklik mənbə yaradıcısı tərəfindən subyektivləşdirilir. İkinci 
dəfə isə tarixçi artıq subyektivləşdirilmiş gerçəkliyin, yəni 
faktların interpretasiyası ilə  əldə etdiyi nəticəni təqdim edərək, 
tarixi gerçəkliyi subyektivləşdirmiş olur. Məhz bu baxımdan 
elmi-tarixi faktlar tamamlanmamış, inkişaf edən və  dəyişkən 
faktlar hesab edilir.  
Elm inkişaf etdikcə problemlərin mənbə bazası genişlənir, 
mənbələrin informasiya vermə qabiliyyəti artır və  mənbələrin 
təhlili metodu təkmilləşir. Bu isə öz növbəsində faktların 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
29 
dəyişməsinə, onların daha dolğun və mükəmməl olmasına 
gətirib çıxarır.  
Tarixi gerçəkliyin faktlarından danışarkən, onları sadə  və 
mürəkkəb olmaqla iki qrupa bölmək olar. Pozitivistlərin fikrincə 
tarixdə yalnız tək və sadə faktlar mövcuddur. Subyektiv 
konsepsiya da faktın sırf fərdi mövcudluğunu qəbul edir. 
Dialektik məktəbin fikrincə tarixi gerçəklikdə müxtəlif 
xarakterli faktlar mövcuddur. Rus alimi M.A.Barqın fikrincə 
“tarixi gerçəkliyin özü müxtəlif mürəkkəbliyə, məkana, dərin-
liyə ... malik faktlar düyünüdür.” (12)  
Tarixdə mürəkkəb faktların mövcudluğu tədqiqat prose-
sində onların düşünülmüş  şəkildə seçilməsi prosesini doğurur. 
Söhbət faktlar toplusu içərisindən elə keyfiyyət müəyyənliyi 
seçməkdən gedir ki, həmin müəyyənlik bütün faktlar toplusunu 
təmsil etmiş olsun. Bu baxımdan qırılmaz, dinamik tarixi 
prosesləri  əks etdirən mürəkkəb tarixi faktların  əksi mühüm 
əhəmiyyət kəsb edir. Məs., sənaye çevrilişinin tarixdə necə 
böyük rol oynadığı hamıya bəllidir. Əslində bu çevriliş kapitalist 
istehsal üsulunun bərqərar olması  və kapitalizmin genezisi 
probleminin başa çatması demək idi. Lakin bu prosesin hətta 
nisbi zaman sərhədlərinin müəyyən edilməsi belə olduqca çətin 
problemdir. 
Tarixi faktların zaman-məkan, əşya-məzmun və qarşılıqlı-
əlaqə münsibətlərinə görə  rəngarəngliyi mövcuddur. İstənilən 
tarixi fakt digər faktlarla qarşılıqlı  əlaqə  zəncirinə malikdir. 
Məhz buna görə əslində dəyişilməz olan hər bir fərdi tarixi fakt 
digər faktlarla əlaqədə müxtəlif məna kəsb edir, onları  tədqiq 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
30 
edən tarixçilər tərəfindən müxtəlif cür mənalandırılır və izah 
olunur. 
Beləliklə, tarixi faktların  əsl mahiyyəti və onların müa-
sirlər tərəfindən anlanılması  və qiymətləndirilməsi çox zaman 
üst-üstə düşmür. İctimai faktlarla təbiət faktlarının arasında olan 
fərqlərə gəldikdə isə qeyd etmək lazımdır ki, empirik məktəbin 
nümaynədələri onları eyniləşdirir, subyektivistlər isə qarşı-
qarşıya qoyurlar. Əslində bu iki növ faktın nə eyniləşdirilməsi, 
nə də qarşı-qarşıya qoyulması düzgün deyil.  
Tarixi faktları araşdırarkən qarşıya çıxan mühüm prob-
lemlərdən biri də tarixi mənbələrdə  əks olunmuş faktların 
obyektiv gerçəkliyə uyğunluğu məsələsidir. Problem bu 
faktların obyektivliyinin yoxlanılması mümkünlüyü, tarixi 
mənbələrin informasiya potensialının müəyyənləşdirilməsi, onda 
olan gizli informasiyanın qeydə alınması və s. ilə bağlıdır. 
Hər bir tarixi tədqiqat tədqiq edilən tarixi reallığın  əsas 
mahiyyətinin, ümumi qanunauyğunluqlarının və konkret-tarixi 
xüsusiyyətlərinin müəyyənləşdirilməsinə yönəldilib. Məhz buna 
görə  də tarixi tədqiqatlarda istifadə olunan mənbələrin 
faktlarının açıqlanması onların nəzəri təhlilini əhatə edir. Tədqiq 
edilən problemə  nəzəri baxış mümkün mənbə dairəsinin elmi 
cəhətdən müəyyən edilməsini nəzərdə tutur. Yalnız bundan 
sonra elmi-tarixi faktların formalaşdırılmasına başlamaq olar. 
Elmi-tarixi faktlar isə özlüyündə müəyyən sistemə malik 
olmalıdırlar.  
Beləliklə, tarixi mənbə, informasiya və tarixi fakt üç 
elementdən ibarət olan informasiya prosesinin nəticəsi kimi 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə