Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə3/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   2   3   4   5   6   7   8   9   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
11 
Bu konsepsiyanın ən görkəmli nümayəndəsi XX əsr ingilis 
alimi, XYIII əsr fransız filosoflarının “tarixin fəlsəfəsi” 
nəzəriyyəsinin müasir davamçısı hesab edilən R.Kollinqvud idi. 
Onun “tarix nədir” sualına “tarix tədqiqat və ya təhqiqat 
növüdür” cavabı tarixin məhz naməlum olan şeyləri axtarmaq və 
aşkarlamaq baxımından elm olduğunu sübut etmək cəhdi idi. 
“Keçmişdə baş vermiş insan fəaliyyətinin öyrənilməsinə 
yönəlmiş tarix sübutun interpretasiyası ilə yaranır” deyən 
R.Kollinqvud  əslində tarixi tədqiqatda tədqiqatçını ön plana 
çəkirdi. (5)  
Bu ideyanı inkişaf etdirən XX əsr amerikan alimi E.Karr 
“Tarix nədir?” adlı  əsərində tarixin “müəyyən olunmuş faktlar 
toplusu” olduğunu qeyd edirək, göstərir ki, faktların  əks 
olunduğu “sənədlər bizə  nə baş verdiyini deyil, yalnız onu 
yaradanın nə baş verməsini düşündüyünü və yaxud onun 
başqalarının nə düşünmək istədiyini xəbər verir” ( 6) Məhz buna 
görə E.Karrın fikrincə “faktlar tarixçi onları dindirəndə danışır: 
məhz tarixçi hansı faktın seçilməsi və hansı konteksdə 
danışdırılmasını müəyyən edir” ( 7)  
XIX əsrin sonlarında sosial nəzəriyyələrin geniş yayılması 
və tarixi konsepsiyalara təsiri tarixdə yeni istiqamətin- dialektik 
materializmin formalaşmasına səbəb oldu. K.Marks, M.Veber 
və E.Duheymin elmi konsepsiyaları tarixin gələcək inkişafına 
ciddi təsir göstərdi. K.Marksın iqtisadi struktur, sosial 
dəyişikliklər və siyasi quruluş arasında  əlaqələri açıqlayan 
sosialoji konspesiyası XX əsrin I yarısı tarixi məktəblərinin 
fəaliyyətinə hissediləcək qədər təsir göstərdi. Bu konsepsiya 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
12 
tarixçilərə insan cəmiyyəti və iqtisadi əlaqələrinin tədqiqi üçün 
əvəzolunmaz alət verdi. K.Marksın təkamül konsepsiyasına görə 
insan cəmiyyətinin inkişafı yüksələn istiqamətdə, 
qanunauyğunluq və ehtimal oluna bilən istiqamətdə gedir. (8)  
K.Marks ideyasının sosial elmlərə  və  ələlxüsus da tarixə 
ciddi təsir etməsinə baxmayaraq, qərbdə çox az tarixçi elmi 
tədqiqatlarda bu konsepsiyanı qəbul etdi. Bunun əsas səbəbi isə 
K.Marks nəzəriyyəsinin ayrı-ayrı fərdlərin, şəxsiyyətlərin deyil, 
ictimaiyyətin, cəmiyyətin və ya kollektiv psixologiyanın və 
fəaliyyətin üzərində qurulması idi.  
K.Marksın müasiri və oponenti olan Maks Veber (1864-
1924)  ən məşhur  əsərlərini keçən  əsrin  əvvəllərində yazmışdır. 
Lakin M.Veberin sosial nəzəriyyəsinin tarixi məktəblərin 
istiqamət və konsepsiyalarına təsiri o qədər də güclü 
olmamışdır. M.Veberin empirik faktlar əsasında yaratdığı 
cəmiyyətlərin “ideal tipləri” tarixçilərə keçmiş  cəmiyyətlərin 
sosial, iqtisadi, siyasi və  hətta mədəni inkişaf səviyyələrini 
ümumiləşdirmək, sosial sistemləri inteqrasiyaya uğrayan bütöv 
bir sistem kimi görmək və müqayisə etmək imkanı verirdi. ( 9)  
Emil Duheymin (1858-1917) tarixçiləri maraqlandıran 
nəzəriyyəsi kollektiv təfəkkür ilə bağı idi. E.Duheymin fikrincə 
xüsusi institutlar tərəfindən formalaşdırılan kollektiv təfəkkür 
maddi  şəkildə simvollarla ifadə olunur və  mədəni sistemlərdə 
əks olunur. E.Duheym konsepsiyasının  əsas ideyası sosiolo-
giyanın sosial-iqtisadi sturkturun əksi və ya məhsulu olmasıdır. 
E.Duheymin fikrincə sosial cəmiyyətlərin  əsasını  təşkil edən 
“sosial faktlar” insan təfəkküründən kənarda mövcud olan 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
13 
hərəkətin, düşüncənin, hisslərin formasıdır və sosial 
cəmiyyətlərdə güclü təsirə malikdir”.  
Sözsüz ki, adları sadalanan alimlər içərisində tarix elminin 
inkişafına  ən güclü təsir göstərən K.Marks olmuşdur. Bu təsir 
xüsusilə bolşevik Rusiyası və Sovet imperiyası dövründə yazılan 
əsərlərdə özünü daha parlaq büruzə vermişdir. Dialektik 
materializm adlanan bu konsepsiyanın müsbət cəhətləri tarixin 
bərpasında mühüm rol oynayan üç faktorun əlaqəli fəaliyyətinin 
tətbiqindən ibarətdir. Dialektik materalizm konsepsiyasına görə 
tarixi gerçəklik tarixçilərin və  hətta tarixi mənəbələrin 
yaradıcısının münasibəti və düşüncəsindən asılı olmayaraq 
mövcuddur. Tarixi mənbələr (mənbə məfhumu bu konsepsiyada 
genişlənərək, insanın iz buraxdığı, insan fəaliyyəti nəticəsində 
yaranan bütün şeyləri nəzərdə tutur) bizim keçmiş haqqında 
biliklərimizin sübutudur. Lakin bu sübutun elmi və obyektiv 
mənalandırılması, interpretasiyası, mənbələrdəki informasiyanın 
tarixi reallığı  nə  dərəcədə obyektiv əks etdirməsi tarixçi tərə-
findən müəyyən olunur. 
XX əsrin I yarısında tarix və tarixşünaslıq konsepsiyasının 
formalaşmasına təsir göstərən digər bir məktəbin əsası Fransada 
qoyulmuşdu. 1929-cu ildə yaradılmış  “Annallar: tarix, 
iqtisadiyyat və  cəmiyyət” jurnalının iki aparıcı yazarı –Mark 
Blok və Lyusin Fevr, tarixin ənənəvi yazılma metodu, 
metodologiyası  və  nəzəriyyəsinin ciddi tənqidi ilə  çıxış etdilər. 
Sonralar “mentalitet tarixi və ya düşüncə  tərzi tarixi” 
adlandırılacaq əsərində L.Fevr XYI əsr təfəkkür dünyasını bərpa 
etməyə çalışaraq, o dövrdə ateizmin mövcud olmadığını sübuta 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
14 
yetirməyə çalışır. M.Blok öz növbəsində feodalizmin təhlilinə 
həsr olunmuş  əsərində  feodalizmi siyasi öhdəliklər haqqında 
qanunlar toplusu kimi deyil, sosial əlaqələr və  mədəniyyət 
sistemi kimi təqdim etdi.  
Bu elmi əsərlərdə tarixçi alimlər əslində pozitivizmin əsas 
ideyalarını  tənqid atəşinə tutaraq, yalnız yazılı  mənbələri  əsas 
götürən alimlərə sübut etməyə çalışırdılar ki, tarixdən  əvvəlki, 
yəni yazıdan  əvvəlki keçmişi bərpa etmək mümkündür: əgər 
yalnız yazılı tarixin tənqidi mümkündürsə, bəşər tarixinin ən 
uzun dövrünü təşkil edən yazısız fəsilləri yaddaşlardan silmək 
lazımdır. Arxeologiya, etnoqrafiya, numizmatika və digər 
köməkçi sahələr vasitəsi ilə yazıyaqədərki dövrün bərpasının 
nəinki mümkün, hətta vacib və  zəruri olduğunu sübut edən 
fransız alimləri iki dövr arasında sıx  əlaqənin qurulması  və 
tarixin daha dərindən dərk edilməsi üçün bunun labüdlüyünü 
vurğulayırdılar. 
Yeni dövr tarixçilərinə, xüsusilə  də ingilisdilli qərb 
tarixşünaslığına Annallar məktəbinin təsiri birmənalı olmadı. 
Qərbdə “yeni sollar” məktəbi adı altında formalaşan bu 
istiqamətə qoşulan tarixçilərdən bir çoxu ikinci dünya 
müharibəsindən sonra marksist fəlsəfəni yenidən təhlil və tənqid 
edərək, yeni proqressiv tarix növü yaratdılar. Annalçılar kimi bu 
tədqiqatçılar da tarixi axtarışlarda  əsas diqqəti adi insanlara 
yönəldərək, onlar vasitəsilə sosial cəmiyyətlərin aktual 
suallarına cavab tapmağa çalışırdılar.  
İngiltərə və ABŞ-da “Keçmiş və İndi” (Past and Present) 
jurnalı  ətrafında toplaşan “yeni sollar” tarixi problemləri daha 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə