Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   2   3   4   5   6   7   8   9   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
15 
çox sosial tarixlə bağlamağa çalışırdılar. Bu məktəbin 
nümayəndələri tərəfindən yazılan  əsərlərin böyük əksəriyyəti 
sosial-iqtisadi, demoqrafik problemləri  əhatə edərək, marksist 
nəzəriyyədən geniş istifadə edirdilər. Bu məktəb Amerikada 
qadın tarixi, Afrika amerikalıların problemləri, etnik tarix və 
Amerika tarixinin digər az öyrənilən sahələrinə canlanma 
gətirdi.  
XX  əsrin II yarısı yeni mədəni tarixin formalaşması ilə 
xarakterizə olunur. Bu məktəbin əsas tədqiqat obyekti sırf tarixi 
problemlər deyil, fundamental sosial tarixi problemlərdir. 
Onların içərisində  cəmiyyətlərin infrastrukturunun, sosial, 
iqtisadi və siyasi sistemlərin kompleks təhlili xüsusi qeyd 
olunmalıdır. Bu dövr tarixin tədricən sosial tarixə çevrilməsi, 
tarixi mənbə  və metodalara, tarixdə obyektivlik və  həqiqət 
problemlərinə münasibətin dəyişilməsi ilə xarakterizə olunur.  
Sosial tarixlə  məşğul olan alimlər çox tez bir zamanda 
sosial tarix metodunu dəyişdilər. K.Kinzburq “Makrotarix” 
adlandırılan tədqiqat üsulu formalaşdırdı. Bu üsulun mahiyyəti 
tarixdə ayrı-ayrı hadisələrin, fərdlərin və ya hərəkatların 
Annallar məktəbi nümayəndələrinin tətbiq etdiyi metodlarla 
təhlilindən ibarətdir. Antropoloq K.Gits tərəfindən “dərin təsvir” 
adlanan üsul sosial tarixin metodologiyasından kənarlaşaraq, 
antropologiya və etnoqrafiyanın metodlarından geniş istifadəni 
nəzərdə tuturdu. 
K.Gitsin fikrincə keçmiş izah olunmazdır, keçmişə istinad 
edən tarixçilər heç bir zaman tədqiq etdikləri insanları canlan-
dıra bilməzlər, lakin onların hansı kateqoriyaya mənsub 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
16 
olduqlarını müəyyənləşdirmək mümkündür. Məhz buna görə 
antropoloqlar və tarixin digər səyahətçiləri sübut etməyə çalışır-
dılar ki, tarixin vəzifəsi təkcə tarixi yaddaşların yaşadığı sosial 
strukturu deyil, onların zehni və sosial dünyasını açıqlamaqdır.  
XX  əsrin digər görkəmli nümayəndəsi fransız filosofu, 
tarixçisi Mişel Fuko öz yaradıcılığında əsas diqqəti ictimai fikrin 
tədqiqinə yönəldir. Müxtəlif tarixi mərhələlərdə  şüursuzluğu 
öyrənən M.Fuko əslində Frankfurt məktəbinin ideyalarını davam 
etdirmişdi. Onun ən uğurlu  əsərlərindən sayılan «Klassik dövr 
şüursuzluq tarixi» (1961) adlı  əsəri orta əsrlərdə cüzamlıların 
sosial və fiziki təcrid olunmasına həsr edilmişdi. «Biliyin 
arxeologiyası» (1969) adlı  əsərində isə M.Fuko tarixə klassik 
baxışın tənqidi ilə  çıxış edir: «Biz rəvayətlərin sonsuzluğunu 
deil, yerdəyişməsi və transformasiyasını müşahidə edirik».  
Nəhayət, XX əsrin son 30 ilində sosial tarixin ən görkəmli 
nümayəndəsi L.Stoun özünün tarixə yeni baxışını  təqdim etdi.  
“Tarixi salnamənin dirçəlməsi” adlı bu istiqamət «mədəniyyət 
nəzəriyyəsi»nin yenidən işlənməsi, insanların dünyanı anlamaq, 
dərk və izah etmək yollarının təhlilini açıqlamağa çalışır.  
Beləliklə, tarix nədir, biz nə üçün tarixi öyrənirik və 
tarixin obyektiv bərpası mümkündürmü suallarına cavab tapmaq 
üçün XYIII əsrin sonundan bu günə  qədər tarixşünaslıqda bir-
birinə zidd bir neçə elmi məktəb və istiqamətlər formalaşmışdır. 
Bu məktəb və istiqamətlərin yaratdıqları  və inkişaf etdirdikləri 
nəzəriyyə  və konsepsiyalar tarixi keçmişin  şahidləri olan 
mənbələrin təbiətinin və  mənşəyinin müəyyənləşdirilməsi və 
onlarda  əks olunan tarixi biliklərin süzgəcdən keçirilməsi 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
17 
metodları ilə  fərqlənirdi. Lakin «tarix nədir?» sualına «tarix 
keçmişdə baş verən hadisələr», «müasir dövrümüzdəki inkişaf 
istiqaməti», «sələflərimizin düşüncə tərzi, təfəkkürü», «mədəni, 
sosial strukturlar», bir sözlə, «insan cəmiyyətinin yaşadığı sosial 
mühitin və bu mühitdə insanların rolu və qarşılıqlı əlaqəsi» kimi 
müxtəlif cavablar tapmaq olar.  
Tarixi nə üçün öyrənirik? Bu suala qısaca olaraq, 
«həyatımızı asanlaşdırmaq, yaşamağı öyrənmək, bəşəriyyətin 
gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək, keçmişin 
səhvlərini təkrarlamamaq, kim olduğumuzu anlamaq üçün» 
cavabını vermək olar.  
Bəs tarixi tam obyektivliyi ilə, olduğu kimi bərpa etmək 
mümkündürmü? İki əsrdən çoxdur ki, tarixin müxtəlif praktik və 
nəzəri problemləri ilə  məşğul olan alimlər bu suala cavab 
tapmağa çalışırlar. Tarixin obyektiv bərpasının mümkünlüyünə 
inanan alimlər belə öz tədqiqat  əsərlərində elə  nəzəri 
problemlərə toxunurlar ki, bununla tarixin elm olması fikrini 
şübhə altına almış olurlar. Fikrimizcə, tarixin obyektiv bərpası 
mümkündür, sadəcə olaraq, obyektivlik məfhumu altında nə 
anladığımızı müəyyənləşdirmək lazımdır.  
Digər tərəfdən müasir dövrdə texniki və kimyəvi elmlərin 
inkişafı, metodologiyanın predmetlərarası metodlar vasitəsilə 
zənginləşməsi tarix elmi qarşısında geniş perspektivlər açır. 
Bütün bunlara baxmayaraq, tarixçinin yeganə  tədqiqat və 
müşahidə obyekti mənbə olaraq qalır. 
Bəs mənbə nədir? 
 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
18 
2. Mənbə keçmiş haqqında biliklərimizin əsasıdır 
 
Tarixçilərin üç əsrdən də çox bir zaman çərçivəsində 
müzakirə  və mübahisə etdikləri məsələlər tarixin obyektiv 
bərpası üçün zəruri olan mənbələrin aşkarlanması, onların 
mənşəyi və sosial təbiətinin müəyyənləşdirilməsi və təhlilindən 
ibarətdir. Tarixi faktın  əks olunduğu, qeydə alındığı  mənbə 
bizim keçmiş haqqında demək olar ki, yeganə bilik 
mənbəyimizdir. “Mənbə  nədir?” sualına müxtəlif zamanlarda 
müxtəlif cavablar verilib. XYIII-XIX əsr alimləri yalnız yazılı 
tarixi abidələrin tarixə şahidlik etmək iqtidarında olduğunu iddia 
edirdilər. Alman alimləri Diltey, Rikert, fransızlar Lanqlua, 
Senyobos tarixin yalnız yazıdansonrakı dövrünün bərpasından 
danışırdılar. Sözsüz ki, arxeologiya, antropologiya, etnoqrafiya, 
xronoqrafiya və digər köməkçi tarix fənnlərinin inkişaf etmədiyi 
bir dövrdə arxeoloji tapıntıların, etnoqrafik məlumatların “tarixi 
mənbə” kimi qəbul edilməsi bir qədər çətin idi. Məhz bu 
baxımdan, XYIII-XIX əsr alimləri keçmişin bərpası üçün yalnız 
yazılı mənbələrin şahidliyini qəbul edirdilər.  
XIX  əsrin sonuna doğru Avropada bir sıra köməkçi tarix 
elmi sahələrinin inkişafına təkan verəcək proseslər başlandı. 
Fransa tarixi məktəbi bu istiqamətdə birinciliyi ələ keçirərək, 
əslində bütün Avropa tarixçiləri üçün arxeologiya, paleoqrafiya, 
heraldika, diplomatika və s. sahələrdə yüksək ixtisaslı 
mütəxəssislərin hazırlandığı  mərkəzə çevrildi. Bunun nəticəsi 
olaraq, XX əsrin  əvvəllərində Fransanın Annallar məktəbinin 
nümayəndələri pozitivizm konsepsiyasını ciddi tənqid edirdilər. 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə