Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə14/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
55 
səviyyəsini və xüsusiyyətini əks etdirən mənbələri bir neçə növə 
bölürlər: 

 
notalar – dövlətin birinci, ikinci və ya üçüncü şəxsi 
tərəfindən yazıla bilərdi. Adətən bu sənədlər səfir və ya 
digər rəsmi şəxslər tərəfindən təqdim olunur və onların 
bir neçə surəti saxlanılırdı; 

 
verbal notalar – adətən dövlətin üçüncü şəxsi tərə-
findən yazılır, imzalanır və ünvanlanırdı. Bu cür 
sənədlər hər hansı sualın qoyulması  və ya müzakirə 
mövzusunun müəyyənləşdirilməsi üçün hazırlanırdı; 

 
memorandum (memorie, memorial) – əldə edilmiş 
sazişin və ya razılaşmanın mövzusunun dəqiqləşdiril-
məsi məqsədi ilə hazırlanırdı. Bu cür sənədlərdə 
ünvan, yazılma tarixi göstərilmir, onlar kiçik məktubla 
müşayət olunurdu; 

 
kombinə edilmiş  və ya birgə notalar – bir neçə xarici 
dövlətlərin adından hazırlanmış  və onların hər hansı 
dövlətə  təsiri üçün yaradılmış ittifaqının məqsədini 
açıqlayan sənədlərdir. Adətən onlar ciddi siyasi prob-
lemlərin mövcudluğuna dəlalət edirlər; 

 
müəyyənləşdirilmiş (notes identiques) notalar – hər 
hansı bir dövlətə təsir məqsədi ilə yaranan sənədlərdir. 
Bu sənədlərin müəyyən mehribanlıq tonunda 
yazılmasına baxmayaraq, onların yaranması  səbəbi 
notaların ümumən dostluq xarakteri daşımadığına 
sübut edir; 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
56 

 
etimadnamələr (lettresde chancellerie) adətən başqa 
ölkələrə xidmətə göndərilmiş  səfirlərin təyinatı üçün 
hazırlanan sənədlərdir və nisbətən formal xarakter 
daşıyır. Bu sənədlər ciddi tərtib olunmuş struktur və 
formaya malikdirlər. Eyni forma hər hansı yüksək 
şəxsin ölümü, təbriki və baş sağlığı ilə əlaqədar hazır-
lanmış sənədlər üçün də qəbul olunmuşdur.  
Qafqaz və Azərbaycan tarixi üzrə XY-XYIII əsrlərdə 
Qərbi Avropa missionerləri, səfirləri, rus səfirləri və 
kəşfiyyatçıları  tərəfindən tərtib edilən və göndərilən sənədlərin 
təhlili dövrün sosial-iqtisadi, siyasi abı-havasının tədqiqi üçün 
mühüm əhəmiyyət kəsb edir. 
Tarixi coğrafiya 
Xalqların tarixi onların yaşadıqları coğrafi mühitdən ayrı 
tədqiq oluna bilməz. Müasir dövrdə coğrafi mühitin bəşər 
tarixində, cəmiyyətlərin təkamül prosesində oynadığı rola 
mühüm əhəmiyyət verilir. Müasir tarixçilər bu faktorun tarixdə 
qeydə alınması və öyrənilməsi üçün sələflərinin görmədikləri və 
ya qeydə ala bilmədikləri bir sıra sahələrdə olan boşluqları 
doldurmalı olurlar. 
Sözsüz ki, ətraf mühitin, coğrafi və iqlim şəraitinin xalq-
ların və millətlərin taleyində və tarixində başlıca rol oynadığını 
iddia etmək düzgün olmazdı, lakin bu faktorun güclü təsirə 
malik olduğunu da danmaq qeyri-mümkündür. Tarixin tam, 
obyektiv bərpası üçün bütün sahələrin-qanunların, dinin, 
mühitin, mədəniyyətin və s. qarşılıqlı  əlaqə  və  təsirinin nəzərə 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
57 
alınması  zəruridir. Coğrafiyanın “İnsan coğrafiyası” adlanan 
bölməsi məhz bu problemlərin həlli ilə məşğuldur. 
Xalqların köçü və yerdəyişməsi, işğallar və müharibələr, 
öyrənilən  ərazi haqqında müəyyən coğrafi biliklərə malik 
olmadan tam bərpa edilə bilməz. Tarixin bəşəriyyət, xalqlar və 
millətlər haqqında verdiyi bilikləri, onların mövcud olduqları, 
yaşadıqları coğrafi mühit və  şəraiti öyrənmədən anlamaq 
mümkün deyil. Coğrafi mühitin xalqların siyasi quruluşuna, 
etnik xüsusiyyətlərinə, intellektual inkişafına təsir göstərməsinə 
dair fikirlər müasir tədqiqatlar nəticəsində tam sübuta 
yetirilmişdir.  
Hər bir ciddi tarixi tədqiqat  əsəri ölkənin təsvirindən 
başlayır. Bu giriş xalqların faciəsinin izahı və anlaşılması üçün 
mühüm əhəmiyyət kəsb edir. Qədim Misir tarixinin öyrənilməsi 
zamanı  ətraf mühitin, sərhədlərin, torpağın, iqlimin və çayların 
təsviri bəlkə də ilk zaman kifayət qədər effektli səslənmir. Lakin 
tarixi  şəraitin xüsusiyyətləri, iqtisadi həyatın inkişaf 
istiqamətləri, Misirin dövlət quruluşu,  əhalinin iqtisadi 
vəziyyətinin təsvirini coğrafi faktorlarla əlaqələndirmədən onun 
inkişaf istiqamətlərinin səbəblərini izah etmək mümkün olmaz.  
Müasir Qafqaz və Azərbaycan tarixşünaslığında son 
dövrlər  ən aktual problemlərdən birinə çevrilmiş etnogenez 
məsələsinin araşdırılması üçün tarixi coğrafiyaya ekskurs 
labüddür. Qədim və orta ərs Qafqazının, eləcə də Azərbaycanın 
mövcud olduğu coğrafi  şəraitin, tarixi sərhədlərin və coğrafi 
mühitin hərtərəfli təhlili etnogenez probleminin qarşıya qoyduğu 
mürəkkəb sualların bir qisminə cavab vermək imkanı yaradır. 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
58 
Coğrafi mövqe və iqlim şəraitinin xalqların tale və 
tarixində mühüm rol oynaması  hələ  qədim yunan-roma tarixi 
məktəbi tərəfindən qeyd edilmişdir. Eramızın I-II əsrlərində 
yaşamış  məşhur coğrafişünas alim Klavdiy Ptolemeyin tərtib 
etdiyi «Coğrafiya» və «Coğrafiya üzrə  rəhbərlik» adlı  əsərləri 
uzun müddət dünya alimlərinin stolüstü kitabına çevrilmişdi. 
Təsviri deyil, riyazi coğrafiyanın tərəfdarı olan Ptolemeyin 
əsərlərinə daxil edilmiş atlas və  xəritələr dövrümüzə  gəlib 
çatmış ən mükəmməl vizual mənbə sayılırlar.  
Yunan-roma məktəbinin bu ənənələri sonralar ərəb 
alimləri tərəfindən davam etdirilmişdi.  Ərəb alimləri içərisində 
«ərəb Herodotu» adını qazanmış X əsr müəllifi  əl-Məsudinin 
yaratdığı coğrafi  əsər xüsusi maraq doğurur. Uzun müddət 
səyahət etmiş Məsudi İranda, Qafqazda, Xəzər dənizi ətrafındakı 
ölkələrdə, Xəzər xaqanlığında olmuş,  əsərlərini  şəxsi 
müşahidələri  əsasında yazmışdı.  İlk dəfə öz əsərində («Qızıl 
yuyulan yer və cavahirat mədənləri) tarixi və coğrafi bilikləri 
ümumiləşdirən Məsudi öz dövrünün ölkələri və xalqları 
haqqında maraqlı məlumatlar qeydə almış və xəritələr çəkmişdi.   
Dünyanın məşhur coğrafişünas alimi, kartoqrafı, səyyahı 
sayılan İdrisinin tərtib etdiyi xəritə və atlaslar Avropa, Afrika, o 
cümlədən Qafqaz və  Xəzəryanı ölkələrin tarixinin öyrənilməsi 
baxımından olduqca qiymətli mənbədir. XII əsr müəllifi olan 
İdrisi Kordovada təhsil almış, elmi fəaliyyətini Palermoda
Siciliya kralı II Rojerin sarayında davam etdirmişdi. Kralın 
sifarişi ilə  o dövrə qədər dünyanın artıq məlum olan hissəsinin 
xəritəsini gümüşü yastı dairə şəklində tərtib edən İdrisi dünyanı 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə