Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
47 
etdiyi qeydə alınmamışdır. XII əsrdən başlayaraq
mərkəzləşdirilmiş siyasi hakimiyyətin parçalanması və ayrı-ayrı 
sosial təbəqələrin, qrupların siyasi və iqtisadi müstəqilliklərinin 
artması  və möhkəmlənməsi onların özünəməxsus möhür 
formaları  təsis etməsi ilə  nəticələndi. Məs., orta əsrlərdə oval 
formalı möhürlər qadınlara, qalxanvari möhürlər cəngavər və 
zadəganlara məxsus idi.  
Möhürlərin hakimiyyəti təsdiq edən  ən vacib nişanə 
olması tez bir zamanda möhür hazırlayan vasitələrin istifadəsi 
üzərində vəsadətliyin yaradılmasına təkan verdi. Çox zaman hər 
hansı bir möhür sahibi vəfat edərkən onun möhrünün 
hazırlanması üçün istifadə edilən vasitələr tam məhv edilirdi. 
Bunda  əsas məqsəd isə möhrün lazım olmayan sənədlər 
üzərində yerləşdirilməsinin qarşısını almaq idi. Belə ki, tarixdə 
çox zaman möhrlərin  əsl deyil, saxta sənədlərin üzərinə 
vurulması hallarına rast gəlinirdi. Məhz bu baxımdan mənbənin 
həqiqiliyinin və obyektivliyinin təsdiq olunması ilə yanaşı onun 
mənbənin mətninə  nə  dərəcədə uyğun gəlməsi də 
müəyyənləşdirilməlidir.  
Möhrün birbaşa sənədə birləşdirildiyi vaxtlar onların 
yalnız bir dəfə istifadəsi mümkün idi. Asma möhürlər icad 
olunduqdan sonra onların ikinci dəfə  sənədə birləşdirilməsi və 
saxta sənədlər üzərində peyda olunmasına  şərait yarandı. Ali 
hakimiyyətdən gələn möhürlərin çox zaman kiçik tərs üzü 
olurdu ki, bu da möhürün ikinci dəfə istifadəsinə imkan 
vermirdi. Bu kiçik forma orta əsrlərdə  secretum  adlanırdı  və 
rəsmi sənəd nişanəsinin təkrar istifadə olunmayacağına zəmanət 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
48 
verirdi. Möhürlərdə olan emblemalar qətiyyən təkrar olunmur və 
onların yaranması üçün heç bir vahid sistem mövcud deyildi. 
Möhür emblemalarının tədqiqi və öyrənilməsi dövlət 
strukturlarının iş  fəaliyəti və xüsusiyyəti haqqında geniş 
məlumat verirdi. Onlar həm mənbələrin həqiqiliyini, həm də 
mətnin orijinallılığının təsdiqi üçün əsas  şahidlik rolunu 
oynayırdılar. Məhz bu baxımdan möhürlərin, xüsusilə  də 
diplomatik sənədlərin möhürlərinin və emblemalarının tədqiqi 
tarixçiyə bu sahədə qiymətli biliklər verir.  
Heraldika 
Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid 
biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və 
emblemalarda deyil, qravyura və miniatyürlarda da əks olunur, 
sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün 
qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi 
hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika 
orta  əsrlərdə  həqiqətən də feodal cəmiyyətinin mühüm 
xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını  əks etdirirdi. 
Adətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi 
informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən 
sahələrdəndir.  
Tarixdə heraldikanın hərbi fəaliyyət ilə  əlaqədar 
yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına 
qədər heraldikanın sistematik formasına rast gəlinmir. Heraldika 
adətən, müəyyən hərbi  şəxslər üçün hazırlanır və onların  şəxsi 
qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və  vəzifələrini 
müəyyən edirdi.  


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
49 
Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların 
təsvirinə malik idilər və bu, döyüşçülərə  və  rəhbərlərə onların 
hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi. 
Tarixdə müəyyənləşdirilmiş  ən qədim emblema 1193-cü il 
Robert de Çartresə məxsus heraldikadır. 
Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdi-
rirlər: 1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr; 2) nəsli 
mənsubiyyəti müəyyənləşdirən nişanələr.  
Orta  əsr feodal silki nümayəndələri arasında vətəndaş 
xidmətində olan, lakin hərbi və digər imtiyazlara malik olmayan 
şəxslər xüsusi nişanələrə malik idilər. Bu nişanələr onların 
cəmiyyətdə tutduqları yeri, malik olduqları  səlahiyyətləri 
təsdiqləyən mənbələr idi.  
Heraldikanın tədqiqi ilə məşğul olan müasir tədqiqatçıların 
əsas vəzifəsi heraldik nişanələrin müəyyənləşdirilməsi deyil, 
mənbə haqqında məlum olmayan, itirilmiş informasiyanın 
toplanmasıdır. Heraldika ilə məşğul olan tədqiqatçılar sənədlərin 
operativ tədqiqi və tarixinin müəyyənləşdirilməsi üçün xüsusi 
süni lüğət yaradıblar. Bu lüğətdə dövrünə görə olduqca böyük 
əhəmiyyət kəsb edən heraldik nişanələrin (əsasən fransız 
mənşəli nişanələrin) təsviri verilir. Bu cür nəşrlər tarixi 
tədqiqatların asanlaşdırılmasına, mənbələrin tarixiliyi və 
həqiqiliyinin müəyyənləşdirilməsinin sürətləndirilməsinə imkan 
yaradır.  
Heraldika tarixi tədqiqatın bir vasitəsi kimi mənbə 
tədqiqinin yalnız bir üzünü təşkil edir. Orta əsr tarixinin bir 
mərhələsi olaraq, ailə, təbəqə, silk və siniflər arasında demar-
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
50 
kasiya rolunu oynayan heraldik nişanələr müharibələrin 
ehtiyacları üzündən yaradılmasına baxmayaraq, orta əsr ruhunun 
müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. 
Çəki, ölçü və pul vahidi sistemi 
Çəki, ölçü və pul vahidi sistemləri haqqında biliklər 
keçmişin iqtisadi sahəsini  əhatə etsə  də, mənbələrin təhlili 
baxımından mühüm əhəmiyyətə malikdirlər. Qədim dövlətlərin 
demək olar ki, hamısı bu sahədə yüksək səviyyədə tənzimlənmiş 
sistemə malik idilər. Bu sistemlərin öyrənilməsi təkcə 
mənbələrin tədqiqi baxımından deyil, bizim işlətdiyimiz ölçü, 
çəki və pul sistemi vahidlərinin tarixinin öyrənilməsi 
baxımından da əhəmiyyətlidir. Beləliklə, hal-hazırda bəşəriy-
yətin istifadə etdiyi ölçü və çəki vahidləri qədim sivilizasiyanın 
təməlini qoyduğu sistemlərin təkamül etmiş formasıdır.  
Lakin qədim ölçü, çəki vahidi sistemlərinin müəyyən 
edilməsi o qədər də asan iş deyil. Məs., müxtəlif ölkələrdə 
mövcud olan müxtəlif çəki standartlarının müəyyən edilməsi 
üçün tədqiqatçı hansı üsulların  əlverişli olması haqqında 
məlumata malik olmalıdır. Müxtəlif standartların müəyyən 
edilməsi üçün çox zaman tədqiqatçılar insanın fiziki 
mövcudluğu üçün lazım olan gündəlik tələbatı (məs., büdcə) 
müəyyənləşdirir, onun dəyəri müxtəlif dövrə olan qiymətlərlə 
hesablanırdı.  
Məs., ingilis alimi T.Rocers “Kənd təsərrüfatı  və qiy-
mətlər”  əsərində  mənbələrdə qeyd olunan orijinal qiymətləri 
azaldaraq, yaratdığı müqayisəli cədvəllər üçün gümüş 
zərrəciyinin qiymətini müəyyənləşdirməyə çalışmışdır. Bu 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə