Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə10/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
39 
mümkün olursa, tədqiqatçı tam dəqiqliyi ilə mənbənin yarandığı 
dövrü müəyyən edə bilər.  
Kağızın geniş istifadə olunmadığı dövrlərdən qabaq su 
nişanlarının sənədlərin saxtalaşdırılması üçün istifadəsi faktları 
olduqca geniş yayılmışdı. Su nişanları üçün mövcud olma 
müddəti 5, 10 və 15 il hesab edilir və onlar sənəd və kitablarda 
istifadə olunduqları ildən öz-özlüyündə görünmürlər. Buna 
baxmayaraq,  əldə olunan tarixi mənbələrin həqiqiliyi və 
orijinallığını müəyyən etmək üçün tarixçi su nişanlarını 
müəyyən və tədqiq etmək qabiliyyətinə malik olmalıdır. 
 Diplomatik sənədlər 
Qədim söz olan “diploma” “asılma lövhə cütü” mənasını 
verərək, sənədlərin forması haqqında biliklər toplusunun 
rəmzinə çevrilmişdir. Sənəd (document) müasir dövrümüzdə 
tarixi fakta malik hər bir şeyə şamil edilir. Qeyd etmək lazımdır 
ki, diplomatik elm çərçivəsində xronikalar, salnamələr, 
məktublar, epitaflar və s. yazılı sənədlər bu sahəyə aid edilmir. 
Diplomatika rəsmi fəaliyyətin nəticəsi kimi meydana çıxmış 
kontrakt, sənəd, akt, nizamnamə, məhkəmə  qərarları  və s. 
mənbələrin tədqiqi ilə məşğuldur. 
Diplomatika ilə tanışlıq ilk baxışda belə bir fikir 
formalaşdırır ki, bu sənədlərlə yalnız diplomatikanın tədqiqatçısı 
məşğul olmalıdır. Lakin tarixi tədqiqatın mürəkkəb 
xüsusiyyətləri diplomatikanın tədqiqat üsullarının hər bir adi 
tədqiqatçı üçün mühüm əhəmiyyətə malik olduğunu sübut edir. 
Belə ki, mənbə  tədqiqatçısı  tədqiq etdiyi dövrün sənəd 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
40 
rəsmiyyəti haqqında azacıq da olsa təsəvvürə malik olmalıdır ki, 
mənəbələri lazımi səviyyədə təhlil edə bilsin.  
Diplomatikada öyrənilən mənbənin rəsmi sənəd olmasının 
təsdiqlənməsi mühüm əhəmiyyətə malikdir. Bununla mənbənin 
rəsmi qiyməti, onun orijinal və ya saxta olması 
müəyyənləşdirilir. Avropa və Asiya tarixinin, bu ərazilərdə 
mövcud olmuş dövlət strukturlarının fəaliyyətinin tədqiqi 
yaradılan sənədlərin təkamülündə, onlarda əks olunan qiymətli 
informasiyada ifadə olunur. Diplomatik sənədlərdə qeyd olunan 
titul, müraciət üsulları  və onların xüsusiyyətləri, müraciətin 
səbəbləri və güman edilən nəticələrin təhlili vasitəsiilə dövr 
haqqında olduqca dolğun və mükəmməl təsəvvür  əldə edilə 
bilər. 
Diplomatika mövcud akt, xartiya, müqavilə və s. sənədləri 
dövlət və şəxsi mənşəli olmaqla iki növə ayırır. Sözsüz ki, bu iki 
növ mənbələrin strukturu, yazılışı, müraciət üsulu və 
imzalanmasında nəzərəçarpacaq fərqlər var.  
Rəsmi diplomatik sənədləri məzmununa görə iki hissəyə 
bölmək olar. Birinci hissədə  sənədin yaradıcısının rəsmi 
müraciəti, sənədin yazılma tarixi və yeri, şahidliyi  əks olunur. 
İkinci hissədə müəllif mətnin hansı  məqsədlə yaradılması 
haqqında  şərh verir. Birinci hissə adətən başlanğıc protokol 
(mətnin kim tərəfindən, nə zaman, harada yazılması  və dini 
müraciət forması), ikinci hissə isə  mətn (mətnini məzmunu, 
göstərişlər, göstərişlər yerinə yetirilmədiyi təqdirdə görüləcək 
tədbirlər) və son protokoldan (mətnin rəsmi təsdiqi, göndərilmə 
tarixi, yeri və imza) ibarətdir. 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
41 
Adətən rəsmi diplomatik sənədlər dövlətin başçısı, yəni 
şah, kral, imperator tərəfindən imzalanır. Mətnin sonunda 
yerləşən təsdiq ilk növbədə  mənbənin dəqiqliyinə, rəsmiliyinə 
dəlalət edir. Məhz buna görə  də  rəsmi sənədlərdə  aşağıdakı 
hallara xüsusi diqqət yetirmək lazımdır: 

 
mənbənin yaradıcısının (şah, kral, imperator, din xa-
dimi və s.) imzası; 

 
məhkəmə rəsmisinin imzası; 

 
prosesin şahidi olan və ya prosesdən bəhrələnən tərəfin 
imzası. 
Ümumiyyətlə, zaman keçdikcə diplomatik sənədlərin 
sturktur və məzmununda ciddi dəyişikliklər baş vermişdir. Məhz 
bu baxımdan erkən orta əsr diplomatik sənədləri ilə məs., XI-XII 
əsr diplomatik sənədləri arasında böyük fərq mövcuddur. Sözsüz 
ki, bu fərqlər orta əsr dövlətlərinin inzibati-idarə üsulu və 
sisteminin, dövlət başçısının idarə üsulu, dövrün ictimai-siyasi 
abı-havasının, mövcud olan siyasi əlaqələrin və s. problemlərin 
araşdırılmasında əvəzolunmaz mənbədir. 
Klassik feodalizm dövrü Avropa və Asiyada baş vermiş 
ciddi ictimai-siyasi dəyişikliklər tarixi mənbələrin kütləvi 
şəkildə saxtalaşdırılması  və  məhv edilməsinə  səbəb olmuşdur. 
Bu baxımdan qorunub saxlanılmış diplomatik sənədlər və 
aktların tədqiqi qaranlıq qalan səhifələrin işıqlandırılması üçün 
mühüm əhəmiyyət kəsb edir. 
 
Xronologiya 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
42 
Tarixi sənədlərin və hadisələrin müasir xronoloji sistemi o 
dərəcədə  ənənəvi xarakter alıb ki, çox zaman tarixdə müxtəlif 
zaman sistemlərinin olması haqqında məlumat unudulur. Müasir 
dövrümüzdən və 400-500 il əvvəldən danışarkən, biz zamandan 
əvvəl «bizim eramız», min il əvvəldən danışarkən isə 
«eramızdan  əvvəl» ifadəsini işlədirik. Lakin “bizim padşahın 
ilində” ifadəsini heç cür təqvimdə yerləşdirə bilmir, uzun 
axtarışlar və hesablamalardan sonra bu padşahın ilini təqvimlə 
müəyyən edə bilirik.  
Xristian təqvimindən əvvəl işlədilən Yuli Sezarın təqvimi 
qərb dünyasında işlədilən  ən uzunömürlü təqvim sayılır. 
Xristian təqviminin hesablanması xristian-monax Dionisiy 
tərəfindən həyata keçirilmişdir. İsa Məsihin doğum ilini Roma-
nın  əsasının qoyulmasından sonra 754-cü ildən götürən 
Dionisinin sistemi ilk dəfə  İtaliyada, sonra isə Fransa və 
Almaniyada istifadə olunmağa başlandı.  
Mənbələrin yaranma tarixinin müəyyənləşdirilməsinin 
mürəkkəbliyi ilk növbədə müxtəlif region və ölkələrin müxtəlif 
astronomik hesablama metodlarından və  təqvim sistemlərindən 
istifadə etməsi idi. Məhz buna görə tarix elmində xronoliji 
sistemlərin öyrənilməsi və bir sistemdən digərinə keçidin 
hesablanması  tədqiqatçılar üçün əhəmiyyət kəsb edən 
əməliyyatdır. Çox zaman tarixi hadisə  və  mənbələrin yazılma 
tarixini müəyyənləşdirmək üçün xronoloqlar hər konkret il üçün 
ayrıca xronoloji cədvəl hazırlayırlar.  
Xristian dünyasında Qərb və  Şərq təqvimi fərqləndiyi 
kimi, islam dünyasında da hicri təqviminin yaranması, hicri 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə