Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
71 
üçün mühüm əhəmiyyət kəsb edən bir görüşdə diqqətsiz olması 
və  səfirin sözlərini düzgün anlamamasını iddia etmək mümkün 
deyil.  
Bəzən tarixi mənbələrin tədqiqi ilə  məşğul olan təd-
qiqatçılar hər hansı bir informasiyanın bir qrup mənbədə qeydə 
alınması, digər qrup mənbələrdə isə buraxılması faktı ilə 
qarşılaşırlar. Belə olan halda tarixçinin vəzifəsi mənbənin 
yaradıcısının bu fakt haqqında susmasının səbəblərini araş-
dırmaqdır. Çox zaman bu proses məntiqi təhlil nəticəsində 
həyata keçirilir. Bəzən tarixçilər susulan faktı tapmaq və onun 
səbəbini anlamaq üçün sinxron mənbələrin müqayisəli təhlilini 
aparır, interpretasiya və analogiyanın köməyi ilə obyektiv nəticə 
əldə edə bilirlər. Lakin müqayisli metod tarixi tədqiqatlarda 
bəzən aldadıcı  nəticələrə  də  gətirə bilər. Analogiya vasitəsilə 
mənbələrdə buraxılan informasiyanın bərpası  və onun 
səbəblərinin araşdırılması aşağıdakı mərhələlər vasitəsilə həyata 
keçirilir: 1) müşahidə; 2) hipotez; 3) hipotez ilə verilən faktarın 
uyğunluğu; 4) hipotezin yeni faktlarla təsdiqlənməsi. 
Sözsüz ki, təqdim edilən metod və üsullar tədqiq olunan 
mənbələrin xarakter, xüsusiyyət və informasiya vermə 
qabiliyyətindən asılı olaraq dəyişə bilər, lakin əldə olunan 
mənbələrin informasiyası onlarda olan faktların dəqiqliyini 
təsdiq etmək üçün mühüm əhəmiyyətə malikdir. 
Müvəffəqiyətli şahidliyin yaradılması 
Nəyə  və hansı prinsiplərə  əsasən tarixçi özünün şəxsi 
arqumentlərini təsdiq edəcək etimada malik olduğunu iddia 
edir? Nə zaman tarixçi əldə etdiyi məlumatların kifayət qədər 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
72 
etibarlı olduğuna inanır? Bu suallar ilk növbədə  mənbələrin 
etibarlılıq problemi ilə  əlaqəlidir. Qeyd etmək lazımdır ki, 
etimadın həcmi və keyfiyyət səviyyəsi ilk növbədə öyrənilən 
hadisənin növündən asılıdır. Məs., XIX əsr tarixçilərinin 
mülahizələrinə görə tarixi interpretasiyada “doğru-yalan” 
məsələsi hər hansı hadisənin həqiqətən baş verib verməməsi ilə 
izah olunurdu. Məs., L.fon Ranke hesab edirdi ki, tarixdə 
etibarlılığı olduqca asan təsdiq olunan faktlar var ki, onlar 
adətən  şəxslərin doğumu və ya ölümü ilə bağlıdır. Lakin elə 
faktlar da var ki, onların etibarlı şahidliyini təsdiq etmək qeyri-
mümkündür.  
Tarixçilər, sözsüz ki, malik olduqları  şahidliyin kəmiyyət 
ölçüsünü müəyyənləşdirməyə çalışırlar və belə hesab edirlər ki, 
şahidliyin çoxluğu ümumiyyətlə faktların obyektivliyinə dəlalət 
edir. Lakin tarixçi həmişə istədiyi və ya ehtiyac duyduğu 
mənbəni tapa bilmir.  
Mənbələrdə toplanan faktların effektiv şahidliyinin müəy-
yənləşdirilməsi çətinliyi bir neçə səbəblə izah olunur. Birincisi, 
bir hadisə və fakt haqqında kifayət qədər mənbə və ya məlumat 
olsa da, onların verdikləri informasiya bir-birinə uyğun gəlsə də 
tədqiqatçı  həmişə qeyd olunan fakta şübhə ilə yanaşır. Çünki 
tarixçi dərk edir ki, qeydə alınan fakt, məlumat və ya 
informasiya siyasi partiyaların, siyasi quruluşun, siyasi liderlərin 
fikirlərini, mövqeyini əks etdirə bilər.  
İkincisi, tarixçinin tədqiq etdiyi hadisələrdən zaman çər-
çivəsində uzaqda olması ona hadisə haqqında effektli mülahizə 
yürütmək imkanı vermir. Tarixçi tədqiq etdiyi dövrdən nə qədər 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
73 
uzaqdırsa, faktların effektivlik şahidliyini müəyyən etmək bir o 
qədər asandır. Burada sözsüz ki, mütəxəssis qabiliyyətindən 
başqa psixoloji faktorlar da müəyyən rol oynayır. Tədqiq etdiyi 
hadisələrə yaxın olduqca tarixçinin fərdi hissləri, maraqları, 
vətəndaşlıq mövqeyi və s. faktorlar tədqiqatın obyektivliyinə 
xələl gətirir.  
Beləliklə, faktlarla işləyən tarixçi hər bir fakta şübhə ilə 
yanaşmaq məcburiyyətindədir. Tarixi faktları araşdırarkən 
tarixçi yalnız ona lazım olanı seçir, bu isə tarixi faktların 
müəyyən qisminin tarixi tədqiqatdan kənarda qalmasına və tarixi 
hadisələrin seçmə tədqiqinə gətirib çıxarır. 
 
 
Mənbənin nüfuzu 
Mənbənin yaradıcısının müasiri olduğu dövrdə tutduğu 
siyasi, sosial, iqtisadi mövqeyi, statusu mənbənin nüfuzunun və 
etibarlılığının müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb 
edir. Müəllifin təsvir etdiyi hadisələrin  şahidi olması  və yaxud 
informasiya yığmaq məqsədi ilə bu prosesdə iştirak etməsi, onun 
topladığı informasiyanın birinci, ikinci və ya üçüncü əldən 
alınması mənbədə əks olunan informasiyanın keyfiyyətinə təsir 
edir. 
Mənbə müəllifinin etibarlılığını müəyyən etmək üçün bir 
neçə üsuldan istifadə olunur: (14) 

 
mənbə yaradıcısının psixoloji durumu, onun optimist 
və ya pessimist olmasının müəyyənləşdirilməsi; 

 
müəllifin şəxsi maraqlarının müəyyənləşdirilməsi; 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
74 

 
müəllifin hər hansı mülahizə  və  gələcəyə dair fikir-
lərinin mənbələrdə necə  əks olunmasının müəyyən-
ləşdirilməsi; 

 
mənbənin hansı  şəraitin (sosial, iqtisadi, siyasi) təsiri 
altında yaradılmasının müəyyənləşdirilməsi. 
Müəllifin psixoloji, sosial və  fərdi durumunun tənqidini 
həyata keçirimək və  mənbənin etibarlılığını yoxlamaq üçün 
onun yarandığı dövr təhlil edilməlidir. Bunun üçün tədqiqatçı 
aşağıdakı suallara cavab tapmalıdır: 

 
mənbənin yarandığı  şərait müəllifə qeydə aldığı 
informasiyaya tənqidi yanaşmaq imkanı veribmi? Elə 
tarixi şərait olur ki, insanlar ciddi nəticələri şaiyələrin, 
ağlasığmaz rəvayətlərin təsiri altında formalaşdırırlar. 
Tədqiq olunan mənbənin məhz bu baxımdan hansı 
tarixi  şəraitdə yaranmasının müəyyənləşdirilməsi 
mühüm əhəmiyyət kəsb edir; 

 
mənbə yaradıcısı qeydə aldığı hadisə  və  əhvalatı  də-
rindən dərk edibmi, anlayıbmı? 

 
mənbə yaradıcısı  şahidi olub dərk etdiyi hadisə  və 
faktlardan razı qalıbmı? 

 
mənbənin yaradıcısına müasiri olduğu dövrün mədəni 
səviyyəsi, mənəvi dünyası necə  təsir edib, yəni 
mövcud olan mədəni mühüt mənbə yaradıcısına 
hadisələri gördüyü və istədiyi kimi təsvir etmək imkanı 
veribmi? 
Sözsüz ki, bu psixoloci, siyasi, sosial və iqtisadi aspekt-
lərin araşdırılması mənbə yaradıcısının və ya müşahidəçinin nə 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə