Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
75 
dərəcədə obyektiv olduğunu müəyyənləşdirmək üçündür. 
İnsanlar, eləcə  də  mənbələr, bəzən bilərəkdən, bəzən də bil-
məyərəkdən saxta məlumatlar verirlər. Bu məlumatların müəy-
yənləşdirilməsi, həqiqətin bərpa edilməsi tarixçidən ciddi 
analitik və  tənqidi təfəkkür, təkcə  tədqiq edilən mənbəni deyil, 
onu yaradanın yaşadığı  şəraitin də  hərtərəfli təhqiqini zəruri 
edir. 
Ədəbiyyat siyahısı 
1.
 
John Martin Vincent. Aids to historical research. New 
York, London. 1934, p.7 
2.
 
Göst. əsər. p.10 
3.
 
Benedetto Croce. History as the Story of Liberty. 
London.1941 
4.
 
Göst. əsər. s.19 
5.
 
Collingwood R. G.The Idea of History. Clarendon 
Press. Oxford. 1993, p.9-10 
6.
 
E.H.Carr What is History? New-York 1961, p.19 
7.
 
Göst. əsər. s.9 
8.
 
C.Cohen. Karl Marx’s theory of History. Oxford, 1978 
9.
 
Weber Max. Wirtschaft und Gesellschaft. 1922, 
Economy and Society. 1968 
10.
 
E.Carr., ibid.,p.6 
11.
 
E.Carr. ibid., p.10 
12.
 
Barq M.A. Kateqorii i metodı istoriçeskoy nauki. M., 
1984, s.155 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
76 
13.
 
Allan Nevins. The Gateway to History. New-York, 
London. 1938, p.50 
14.
 
Howell M., Prevenier W. From Reliable Sources. An 
Introduction to Historical Methods. Ithaca. London. 
2001 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
77 
II. TARİXİN METODOLOJİ PROBLEMLƏRİ 
1. Tarixin metodologiyası 
Elmi təfəkkürün metodologiyası  və metodları artıq bir 
neçə  əsrdir ki, alimləri düşündürür. Bu sahədə müxtəlif 
nəzəriyyə  və konsepsiyaların yaranmasına baxmayaraq, ətraf 
mühitin dərk edilməsi və öyrənilməsi mümkünlüyü ümumi 
nəzəri prinsiplərə tabedir.  
İctimai reallığın dərk edilməsi ilə  məşğul olan elm qno-
seologiya adlanır. Bu elm ətraf mühiti, tarixi gerçəklik və 
reallığı  dərk etməyə çalışan subyektlə onun tədqiqat obyekti 
arasında  şüurlu və ya şüursuz yaranan bütün əlaqələri tədqiq 
edir. Qnoselogiya tədqiqat obyektinin mahiyyətini dərk etməyə 
çalışaraq, bu prosesə kömək edən bütün dərketmə 
kateqoriyalarının-hissi, idrakı, empirik və  nəzəri, abstrakt və 
konkret, həqiqi və yalan, tarixi, məntiqi və s. araşdırılması ilə 
məşğuldur. 
Ətraf mühitin mürəkkəbliyi və  rəngarəngliyi onun müx-
təlif elm sahələri tərəfindən tədqiqinə  səbəb olub. Qnoselogiya 
isə bu sahələrin reallığı dərk etmək üçün mümkün olan yollarını 
ümumiləşdirir. Bütövlükdə  dərketmə prosesini tədqiq edən 
qnoseologiya elmlərin metodologiya və  məntiqinin nəzəri 
əsasını təşkil edir.  
Elmi dərketmə metodları içərisində elmi biliklərin təhlilinə 
yönəlmiş və yeni biliklərin əldə edilməsi üçün istifadə olunan iki 
tip metodlar vardır. Birinci tip metodların  əsas məqsədi  əldə 
edilən elmi biliklərin  ətraf reallığı  nə  dərəcədə obyektiv əks 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
78 
etdiridiyini müəyyənləşdirməkdir. İkinci tip metodlar isə həqiqi 
biliklərin  əldə edilməsi mümkünlüyünü araşdırır. Məhz bu 
baxımdan demək olar ki, elmi metodlar qarşıya qoyulmuş 
tədqiqat işinin həlli üçün “dərkedən subyektlə obyektiv reallığın 
qarşılıqlı  əlaqəsini təmin edən yollar və prinsiplərin, tələb və 
normaların, qanun və proseduraların, vasitə  və alətlərin 
birliyidir” (1)  
Beləliklə,  əgər elmi nəzəriyyə ilə elmi metodun fərqini 
müəyyən etsək, birincinin obyektiv reallığı  əks etdirən bilik 
forması, ikincinin isə obyektiv reallığı  dərk etmək üçün vasitə 
olduğunu qeyd etmək olar. Metodla elmi nəzəriyyə arasında 
həmişə qarşılıqlı  əlaqə mövcud olmuşdur. Nəzəriyyə obyektin 
dərk edilməsi metodunun müəyyənləşdirilməsi üçün əsasdır. 
Metod nəzəriyyəni tamamlamaq və  zənginləşdirmək, yeni 
biliklər əldə etmək üçün vasitədir. 
Elmi tədqiqatlarda metodların müəyyənləşdirliməsi və 
seçilməsi məsuliyyətli işdir. Metodların obyektivliyi və 
düzgünlüyü problemi olduqca əhəmiyyətli məsələdir. Metodun 
düzgün və effektli olması üçün tədqiqatçının (subyektin) 
dərketmə obyekti haqqında həqiqi və obyektiv biliklərə 
əsaslanması və elmi dərketmə prosesi haqqında dərin məlumata 
malik olması zəruridir.  
Hər bir metodun tədqiqat üsulu qarşıya qoyulan tədqiqat 
işinin həll olunma yollarının əsasını, prinsipi isə onun vasitəsini, 
qanununu təşkil edir. Prinsipin ideya və  tələblərini həyata 
keçirməyə imkan verən qaydalar, üslublar və əməliyyatlar birliyi 
isə metodika adlanır. Tədqiqatın metodikasının effektli işləməsi 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
79 
üçün xüsusi alət və vasitələr lazımdır ki, bunlar da tədqiqatın 
texnikasını təşkil edir. 
Beləliklə, istənilən elmi metod üç struktur komponentdən - 
üsul və prinsiplərdən, metodikadan və texnikadan təşkil olunur. 
Olduqca mürəkkəb elmi proses olan metodların yaradılması, 
öyrənilməsi və istifadəsi üsulları yeni elm sahəsi olan 
metodologiyanın formalaşmasına səbəb olmuşdur. 
Metodologiya elmi təfəkkürün metodlarının öyrənilməsi və 
hazırlanmasına yönəldilmiş elmi dərketmə  fəaliyyətinin 
nəzəriyyəsidir. Məhz bu baxımdan metodologiya qnoselogi-
yanın bir hissəsini təşkil edir.  
Elmi ədəbiyyatda metodologiyanın bir neçə səviyyəsinin - 
ümumi fəlsəfi, fəlsəfi-sosioloci, xüsusi-elmi, konkret-problem, 
müəyyən edirlər. Metodologiyada bu səviyyələr bir-biri ilə  sıx 
əlaqədədir və  nəzəri cəhətdən ümumfəlsəfi metodologiyaya 
əsaslanır.  
Tarixin metodologiyası tarixi biliklər və tarixi tədqiqat 
metodlarının xüsusiyyətinə uyğun olaraq formalaşmışdır.  Əgər 
tarixi keçmiş haqqında biliklər zəruridirsə, onlar bütün nəsillər 
tərəfindən öyrənilməlidir. Lakin öyrənilməmişdən öncə bu tarix 
yazılmalıdır. Tarixin yazılması üçün isə onun tam, bütöv bərpası 
zəruridir. Bəs tarixin bərpası metodu nədir? Tarixin bərpası 
metodlarını tədqiq edən tarixin metodologiyası nə deməkdir? 
Tarixin metod və metodologiyasının öyrənilməsi və 
tədqiqi ilə  məşğul olan ilk tarixçi alman alimi E.Berngeym 
olmuşdur. (2) Bu istiqamət bir qədər sonra fransız alimləri 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
80 
Ş.Lanqlua və  Ş.Senyobos, XX əsrin  əvvəllərində isə rus alimi 
A.D.Lappo-Danilevski tərəfindən inkişaf etdirilmişdir.  
XIX  əsrdən başlayaraq, bizim dövümüzə  qədər tarixin 
metodologiyası haqqında yazılan əsərlər tarix elminin mürəkkəb 
və ziddiyyətli problemlərinin tarixi metodların və  mənbələrin 
xüsusiyyətləri baxımından tədqiqinə  həsr olunmuşdur. Bu 
problemlərin mürəkkəbliyi ilk növbədə tarixi metodların təbiət 
və  dəqiq elmlərin metodlarından kəskin surətdə  fərqlənməsi, 
tarixi keçmişin empirik müşahidəyə tabe olmaması ilə izah 
olunur. Təbiət elmlərinin metodları eksperimentlərin 
ümumiləşdirilməsinə  əsaslandığı halda tarixdə ümumiyyətlə 
eksperimentlərin qeyri-mümkünlüyü, təbiət elmlərinin fərdi 
hadisələr və qanunları, tarixin isə ümumiləşdirilmiş  və unikal 
hadisələr və faktları  tədqiq etməsi bu iki sahə arasında ciddi 
fərqlərin olmasına dəlalət edir. Hər hansı kimyəvi proseslərin 
mümkün nəticəsi haqqında elmi ümumiləşməyə  gələn və 
kimyəvi laboratoriyada fərz edilən reaksiyalar zəncirinin nə kimi 
nəticə verəcəyini təcrübə yolu ilə təsdiq etmək imkanına malik 
olan kimyaçı-alimdən fərqli olaraq, tarixçinin zamanı geri 
qaytarmaq və hadisələri təkrarlatmaq  şansı yoxdur. “Tarix öz-
özünə təkrar olunmur, tarixçi faktları deyil, faktların qalıqlarını 
görür və onları öyrənərək, faktları bərpa etməyə çalışır”. (3)  
Tarixi bərpanın müvəffəqiyyəti ilk növbədə  mənbələrin 
kəmiyyət və keyfiyyətindən, sonra isə tarixçinin tənqidi təhlil 
qabiliyyətindən asılıdır.  Əslində tarixçinin tənqidi təhlil 
qabiliyyəti dedikdə onun tarixi mteodlara yiyələnmə  səviyyəsi 
nəzərdə tutulur.  


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə