Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
63 
bilmirlər. Belə halda əsas diqqət mənbələrin daxili tənqidinə 
yönəldilir. 
4. Mənbələrin daxili tənqidi 
Avropa alimlərinin “Həqiqi tarix” cəmiyyətinin XIX əsrin 
sonuna təsadüf etmiş növbəti iclasında Herodotun tarixdə 
buraxdığı iz və onun tarixi tədqiq etmə metodunu araşdıran 
ingilis tarixçisi Ceyms For Roder antik mənbələrlə müasir 
mənbələrin müqayisəli təhlili  əsasında belə bir mülahizə irəli 
sürmüşdür: ”həqiqi və etibarlı  mənbənin tənqidi təhlili həyata 
keçirilməyincə tarixin yaradılması qeyri-mümkündür”. (13)  
Tarixin tədqiqat obyektinin insan varlığının mövcudluğu 
olmasını  nəzərə alaraq, qeyd etmək olar ki, mənbələrin xarici 
təsviri və  tənqidi tarixin bərpası üçün olduqca azdır.  Ən yaxın 
zamanda belə baş vermiş hadisələrin obyektiv və həqiqətə uyğun 
bərpasının mümkünlüyünün sual altına alındığı halda yüz, min il 
əvvəl baş vermiş tarixi hadisələrin obyektivliyi və  həqiqətə 
uyğunluğunu sübuta yetirmək olduqca çətin və məsuliyyətli bir 
işdir.  
Məhz bu baxımdan düzgün, həqiqi tarixin yazılması 
mövcud olan mənbələrin skeptik tənqidi təhlili olmadan müm-
kün deyil. Tarix üçün birinci dərəcəli məsələ tarixi şahidliyin 
mövcud olduğu mənbələri aşkarlanmasıdır. Adi qəbir daşını 
bəlkə də tarixi mənbə hesab etmək, onun haqqında mülahizələr 
yürütmək olmaz. Lakin o daşın üzərində onun qoyulması ili, 
əlavə olaraq, onun kimə  məxsus olması haqqında məlumat 
verilirsə, artıq o tarixin şahididir.  
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
64 
 “Hansı  mənbə, hansı informasiya tarixin keyfiyyətli 
şahidi ola bilər” sualı tarixçiləri artıq bir neçə əsrdir ki, narahat 
edir. Mənbələrin dərindən araşdırılması sübut edir ki, tarixçinin 
tarixi mənbəni mühakiməsi və onun şahidlik keyfiyyətini 
müəyyənləşdirməsi məhkəmədə  həqiqəti sübuta yetirməyə 
çalışan vəkilin fəaliyyətindən bir o qədər də  fərqlənmir.  Əgər 
vəkil  şahidlərin köməyi ilə  həqiqəti müəyyənləşdirirsə, tarixçi 
şahidin  şahidliyi ilə (sənədli materialın faktı ilə)  şəraitin 
şahidliyi arasındakı fərqi müəyyənləşdirir. Lakin vəkildən fərqli 
olaraq, tarixçi istədiyi mənbəni  əldə edə bilmir, əldə etdiyi 
mənbəyə istədiyi sualı verə bilmir, onun yalnız sələflərinin 
gördükləri, etdikləri və qeydə aldıqlarını araşdırmaq imkanı var. 
Məhz buna görə də bəzən tarixçilər yaxşı və pis mənbələr, və ya 
yaxşı  və pis şahidlik ilə  işləməli olurlar. Ötən nəsl 
nümayəndələrinin görmədiyi və ya görmək istəmədikləri 
olduqca mürəkkəb faktlar və məlumatlar müasir dövrümüz üçün 
qiymətli informasiya mənbəyi ola bilərdi.  
Tarix elmində  ən yaxşı  şahid  şəxsi marağın, saxtalaşdır-
manın, etinasızlığın və siyasi istiqamətlərin mövcud olmadığı 
mənbələr sayılır. Bu cəhətdən yazılı mənbələrin hər bir növünün 
özünəməxsus üstünlükləri və çatışmayan cəhətləri mövcuddur. 
Bütövlükdə isə yazılı  mənbələrin həqiqiliyinin, obyektivliyinin 
yoxlanılması bir sıra ümumi əməliyyatlardan ibarətdir.  
Tarixçinin məhkəmə prosesində  çıxış edən vəkillə müqa-
yisə etsək də  əslində tarixçi nə hakim, nə  də  vəkildir. Tarixçi 
keçmişi mühakimə etmir, tarixçi keçmişin mühakiməçisi yox, 
onu anlamağa, dərk etməyə çalışan, izah edən alimdir. Müasir 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
65 
dövr tarixçiləri içərisində tarixi izah edən, bərpa etməyə çalışan 
tədqiqatçıya kifayət qədər skeptik münasibət mövcuddur. 
Tarixçi nə  qədər yüksək ixtisaslı mütəxəssisdirsə, nə  dərəcədə 
köməkçi vasitə  və üsullardan istifadə etməyi bacarırsa, onun 
tarixi bir o qədər obyektiv, düzgün bərpa etmək şansı vardır.  
Mənbəni aşkarlayan zaman ilk ortaya çıxan sual onun ilk 
variant, yəni orijinal, orijinalın surəti və ya surətin surəti olması 
məsələsinin dəqiqləşdirilməsidir. Bu məsələnin prinsipial 
əhəmiyyət kəsb etməsi ilk zamanda onunla izah olunur ki, 
mənbələrin orijinaldan fərqli olaraq, surətlərində çox zaman 
bilməyərəkdən səhvlər buraxılır. Məhz buna görə tarixçilər çox 
zaman mənbənin əsli ilə işləməyə üstünlük verirlər.  
Çox zaman mənbələrin surətləri ilə  işləyən tədqiqatçıya 
surətlərlə orijinal arasında hansı  əlaqənin olduğunu müəy-
yənləşdirmək çətin olur. Bunun üçün tədqiqatçılar surətlərin 
müqayisəli təhlili metodundan istifadə edirlər. Əgər surətlər eyni 
səhvlərə malikdirlərsə, bu o deməkdir ki, onların bir protoqrafı 
və ya “arxitipi” olub. Bu metoddan istifadə edən tədqiqatçılar 
bəzən mənbələrin inkişaf  şəcərəsini, yəni hansı surətin hansı 
surət  əsasında yaranmasını  əks etdirən prosesi, bərpa edir və 
onlar arasında mövcud olan əlaqə 
və 
vərəsəliyi 
müəyyənləşdirirlər.  
Mənbələrin surətləri aşkarlanandan sonra tədqiqatçıların 
əsas vəzifəsi onların müqayisəli təhlili  əsasında orijinala yaxın 
olan varinatın aşkarlanmasıdır. Bu proses mənbələrin  əslində 
mətninin redaktə olunması, buraxılan qrammatik, söz və ya 
yerdəyişmə səhvlərinin müəyyən edilməsi ilə həyata keçirilir. 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
66 
Mənbələrin genezisi 
Mənbələrin  əsli və surətləri müəyyən edildikdən sonra 
tədqiqatçı yenidən mənbənin kim tərəfindən və  nə zaman 
yaradılması sualları üzərinə qayıdır. Lakin xarici tənqiddən 
fərqli olaraq, tarixçini bu mərhələdə müəllifin adı və mənbənin 
hansı ildə yaradılması deyil, müəllifin kimliyi, yəni sosial 
statusu, kimin təsiri və rəhbərliyi altında və hansı tarixi məkan 
və şərait çərçivəsində fəaliyyət göstərməsi maraqlandırır. 
Çox zaman mənbələrdə bu haqda birbaşa informasiya əks 
olunur. Lakin tədqiqatçı heç bir zaman bu məlumatı  rəhbər 
tutaraq, nəticə çıxarmamalıdır. Çünki mənbənin yaradıcısı əksər 
halda bu haqda yanlış məlumat verir. Buna görə də tədqiqatçı ilk 
növbədə mənbə yaradıcısının verdiyi səhv məlumatın məqsədini 
araşdırmağa çalışır. Tədqiqatçı müəyyənləşdirməlidir ki, 
mənbənin yaradılma məqsədində hər hansı konkret şəxsə və ya 
rəsmi dövlət institutuna istinad edən müəllif bunu hansı 
məqsədlə edir. Digər tərəfdən mənbələrin bu mərhələdə tədqiqi 
zamanı tarixçi həmçinin mənbə yaradıcısının onun eyni 
zamanda intellektual müəllif olması  məsələsinə  də aydınlıq 
gətirməlidir. Mənbənin təqdim olunma üslubu, yazılma forması 
və  məzmunu arasında hansı  əlaqənin mövcud olmasını 
müəyyənləşdirmək də  məhz bu mərhələdə  həyata keçirilir. 
Maraqlı da olsa, qədim dövr və orta əsr mənbələrinin bu cür 
təhlili o qədər də ciddi problemlər yaratmır, lakin eyni sözləri 
yeni və müasir dövr mənbələri üçün söyləmək çətindir. Bundan 
başqa müəyyən tip mənbələr mövcuddur ki, onların genezisinin 
müəyyənləşdirilməsi olduqca çətindir. Məs., dövlət 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə