Microsoft Word textbook2008. doc



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   64   65   66   67   68   69   70   71   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
289 
8.
 
Vsesoöznaə perepisğ naseleniə. 1926 q. M., 1927 
9.
 
Vsesoöznaə perepisğ naseleniə. 1939 q. M., 1940 
10.
 
Vsesoöznaə perepisğ naseleniə. 1970 q. M., 1971 
11.
 
Qadjibeyli Dc. İzbrannıe. B., 1995 
12.
 
Dekretı Azrevkoma. 1920-1921. B., 1988 
13.
 
Dokumentı vneşney politiki SSSR. M., 1957-1977 
14.
 
Ziyadxan A. Azərbaycan. B., 1990 
15.
 
İz otçeta o prevom scezde «Musavat». Açıq sez. 29 
10.1917 q. 
16.
 
İtoqi desətiletiə sovetskoy vlasti v üifrax. 1917-1927. 
M., 1927 
17.
 
KP Azerbaydjana v üifrax. B., 1982 
18.
 
K istorii obrazovaniə NKAO Azerbaydcanskoy SSR. 
1918-1925: Dokumentı i materialı. B., 1989 
19.
 
Lloyd Djordj D. Voennıe memuarı. M., 1934-38, tt.1-4 
20.
 
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. B., 
1992 
21.
 
Narimanov N. İzbarnnıe proizvedeniə v z-x tomax. B., 
1988 
22.
 
Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair 
(İ.V. Stalinə məktub)  
23.
 
Narodnoe xozəystvo Azerbaydjanskoy SSR., B., 1965 
24.
 
Pervıy Vseazerbaydjanskiy scezd Sovetov. 
Stenoqrafiçeskiy otçet. B., 1922 
25.
 
Promışlennostğ SSSR.M., 1964 
26.
 
Rəsulzadə M. Əsrimizin Siyavuşu. Çağdaş 
Azərbaycan. B., 1992 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
290 
27.
 
Topçibaşev A.M. Memorandum. B., 1993 
28.
 
Topçibaşev A.M. Azərbaycanın təşəkkülü. Az.EA 
Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 1990, №3 
29.
 
Xauz G. Arxiv polkovnika Xauza. M., 1937-1945, tt. 
1-4 
 
 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
291 
ƏLAVƏLƏR 
Əlavə № 1 
Roma rəqəmləri  
I-1 LXXXY-85 
II-2 XC-90 
III-3 XCY-95 
IY-4 C-100 
Y-5 CL-150 
YI-6 CC-200 
YII-7 CCC-300 
YIII-8 CD-400 
IX-9 D-500 
X-10 DC-600 
XX-20 DCC-700 
XXY-25 DCCC-800 
XXX-30 CM-900 
XXXY-35 M-1000 
XL-40 MD-1500 
XLY-45 MDC-1600 
L-50 MDCC-1700 
LY-55 MDCCC-1800 
LX-60 MCM 
və ya MDCCCC-1900 
LXV-65 MCMX-1910 
LXX-70 MCMXX-1920 
LXXY-75 MCMXXX-1930 
LXXX-80 MCMXL-1940 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
292 
MCML-1950 MCMLXXX-1980 
MCMLX-1960 MCMXC-1990 
MCMLXX-1970 MM-2000 
 
 
 
 
 
 
 
Əlavə № 2 
Orta əsr ərəbdilli müəlliflərin əsərlərindən   
XV  əsrin müəllifi  əl-Kəficinin “Tarixşünaslığa həsr 
olunmuş qısa əsər” (əl-Mühtəsər fit elm ət-tarih) adlı əsəri 1463-
cü ildə yazılmışdır.  əl-Kəfici təx. 1386/7-ci ildə Anadoluda 
anadan olmuş  və 1474-cü ildə  vəfat etmişdir. Dövrünün ən 
görkəmli müəliflərindən olan əl-Kəfici olduqca məhsuldar 
yaradıcılığa malik olmuş, lakin onun əsərlərinin yalnız bir qismi 
nəşr edilmişdir. Professional tarixçi olmayan əl-Kəfici qeyri-
ənənəvi, qeyri-dini fənnlərin, fəlsəfənin və digər elmlərin 
tarixşünaslığa təsiri məsələlərini  əhatə etməyə çalışmışdı. Bu 
əsər müsəlman tarix elmində  məlum olan və tarixşünaslığın 
nəzəriyyəsinə  həsr olunmuş  ən qədim  əsərdir. Tarixin nəzəri 
problemlərini Misirin 20 qədim  əlyazmaları  əsasında təhlil 
etməyə  cəhd göstərmiş alimin seçdiyi mənbələr təəssüf ki, real 
tarixi deyil, ilahələr və peyğəmbərlərə həsr olunmuş rəvayətləri 
əks etdirir.  Əsər giriş  və üç fəsildən ibarətdir.  Əsərin giriş 
hissəsi orta əsr tarixşünaslığının tipik nümunəsi olaraq, dini 
xarakter daşıyır, birinci fəsil tarixşünaslığın prinsiplərini, ikinci 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
293 
fəsil tarixşünaslığın  əsas problemlərini, üçüncü fəsil isə tarix 
elminin tədrisi məsələlərini  əhatə etmişdir.  Əsərin ikinci 
hissəsində tarixçinin tədqiqat metodu probleminə toxunan 
müəllif qeyd edir ki, hər hansı hadisə haqqında yazmağa 
hazırlaşan tarixçi aşağıdakı təsəvvürlər nöqteyi-nəzərindən çıxış 
etməlidir: 

 
hadisənin müasiri olaraq, gözünlə gördüyün hadisələr 
haqqında təsəvvür; 

 
müəyyən biliklər haqqında təsəvvür; 

 
güman edilən hadisə haqqında təsəvvür; 

 
həyata keçməsi qeyri-mümkün olan ziddiyyətlər haq-
qında təsəvvür; 

 
yuxarıda sadalanan hallardan fərqli təsəvvürlər (s.189). 
XV  əsrin digər görkəmli nümayəndəsi  Əs-Səhavi 
“Tarixçilərin ziddiyyətli təhlilinin açıq tənqidi”  əsəri ilə  ərəb 
tarixşünaslığının  ən güclü əsərlərindən birini yaratmışdır. Bu 
əsərdə tarix akademik dini fənnlərin öyrənilməsində köməkçi rol 
oynayan elm sahəsi kimi təhlil edilir. Digər tərəfdən bu əsər 
yazılı tarixin yaradılması sahəsində  tərtib edilmiş  ən kamil 
tədqiqat  əsəri sayıla bilər.  Əsər müəllifin müasirləri olan və 
olmayan tarixçilərin yaradıcılığının tənqidi 
əsasında 
qurulmuşdur və müsəlman tarixşünaslığına yüksək səviyyədə 
həyata keçirilmiş səyahət sayıla bilər.  
Hüdud  əl-Aləm. Dünyanın hüdudları. 982-ci il fars 
coğrafiyası.  İngilis dilinə  tərcümə  və  şərhlər V.Minorski 
tərəfindən həyata keçirilmişdir. V.Minorskinin fikrincə  əsərin 
müəllifi X əsrdə yaşamış  və Azərbaycandan olan İbn Abu l-
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
294 
Hayca ər-Rəvvaddır. Əsərin rus dilinə tərcüməsi Y.E.Borşevski 
tərəfindən həyata keçirilmişdir.  Əsərin 35-ci bölməsində Azər-
baycan, Ərməniyyə, Arran vilayətlərinin və onların şəhərlərinin 
təsviri verilir. Təqdim olunan hissə V.Minorskinin ingilis 
nəşrindən təcümə edilmişdi. 
“Bu üç vilayət bir-birinə qonşudur. Onların sərhədləri bir-
birinin içərisinə girir. Bu regionun (nahiyənin)  şərqi Gilan, 
cənubu  İraq və  Cəzirə, qərbi Rum və  Sərir,  şimalı isə  Sərir və 
Xəzərlər (Xazaran) ilə  həmsərhəddir. Bu ərazi bütün islam 
torpaqları içərisində  ən gözəl və mülayimidir (bisyar ni 
mattarin). Bu nahiyə axar suları və gözəl meyvəsi ilə çox çiçəkli 
və yaraşıqlıdır. Bu ərazi dünyanın bütün hissələrindən inam 
dalınca bura gələn tacirlərin, mübarizkarların və xaricilərin 
sığınacaq yeridir.  
...1.  Ərdəbil Azərbaycanın paytaxtı, divarları olan böyük 
şəhərdir. Bu çox sakit və gözəl bir şəhərdir. Bu şəhər 
Azərbaycan  şahlarının iqamətgahı olan yerdir. Bu şəhərdə 
zolaqlı və müxtəlif rənglərdə olan məhsullar istehsal olunur.  
3. Təbriz Alə bin Əhməd tərəfindən tikilmiş divarları olan 
kiçik, lakin çiçəklənən və gözəl şəhərdir.  
4. Marağa böyük, çiçəklənən və gözəl, axar suları və çiçək 
açan bağları olan şəhərdir. Onun çox möhkəm divarları var idi, 
lakin Busacın oğlu onları dağıtdı. 
6. Muğan dəniz sahilində yerləşən və nahiyəsi olan 
şəhərdir. Onun nahiyəsində Muğan adlanan iki şəhər vardır. 
Muğandan küllü miqdarda boyaq məhsulları, taxıl, cuval və 
xalça ixrac olunur.” (s.142-143) 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
295 
Əsərin bu hissəsində Azərbaycanın 7 şəhərinin adı çəkilir: 
Ərdəbil, Asna, Təbriz, Marağa, Vərzənd, Muğan, Varsan. 
Ərməniyyə  və Arran bir yerdə  təsvir olunur. Ərməniy-
yənin  şəhərləri içərisində Urmiya, Samas, Xoy, Naxçıvan, 
Bidlis, Malazgird, Qaliqala, Erzurum, Mərənd,  Əhər, Sincanın 
adları sadalanır. Ümumilikdə,  Ərməniyyənin 19 şəhərinin adı 
göstərilir. 
Arranın 22 şəhərinin adı  çəkilir və  təsvir olunur. Onlar-
Qaban( Qafan), Bərdə, Beyləqan, Bəzgah (Çavad?), Gəncə, 
Xunan (Tiflisdən 22 fərsəng şərqdə), Varduqiya (Borçalı), Qala 
(Girdman), Tiflis, Şəkki, Mubaraki (indiki Yevlağın 
yaxınlığında), Süq əl-Cabal (müasir Ərəşin yaxınlığında, 
Kaxetiya yaxınlığında) Sunbatman (Bərdənin şimalında), Sanar 
(Şəki ilə  İlisu arasındakı  ərazi), Qəbələ, Bərdiç (Bərdə 
yaxınlığında  ərazi),  Şirvan, Gürzan, Kurtvan, Şabaran, 
Dərbəndi-Xəzəran, Bakıdır. Bunların içərisində ən geniş Şirvan 
təsvir olunur.  
“36.  Şirvan, Kirzan (Bəlazuriyə  əsaslanaraq, Bartold bu 
ərazini Lakz ilə eyniləşdirir, cənubi Dağıstan xalqlarının-buduq, 
xinaluq, kriz, haput və s. yaşadığı  ərazi, Dərbəndlə  Şirvan 
arasında, Qafqaz dağlarına yaxın olan ərazi), Lizan (“əl-Abxaz” 
(Şirvan (və ya Şabaran) ilə Samur çayı arasındakı ərazi, Lahıc, 
əhalisi iran mənşəli, türklər onları “tat” adlandırırdılar) bir şahın 
hakimiyyəti altında olan üç vilayətdir. O Şirvan-şah, Kirzan-şah 
və Lizan-şah adlandırılır. O, Şamaxıdan bir fərsəng məsafədə 
yerləşən hərbi düşərgədə yaşayır.” (s.143) 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
296 
“29. Şakki, Ərməniyyənin çiçəklənən və gözəl bölgəsidir. 
Onun uzunluğu təxminən 70 fərsəngdir. Onun sakinləri 
müsəlman və kafirdirlər. (143-145) 
Daxili Bulqarlar ölkəsinin təsviri 
Onun  şərqi Mirvət (Madyar, Qara dənizin  şimal sahili), 
cənubu Gurz dənizi, qərbi Səqləbs, şimalı isə Rus dağlarıdır. Bu, 
dağları olmayan ölkədir. Onun əhalisi mərd, igid və 
döyüşkəndir. Onların mənşəyi qonşuluqlarında yaşadıqları 
Xəzər ölkəsinin türkləri ilə eynidir. Daxili Bulqarlar bütün 
ruslarla müharibə  şəraitindədirlər, lakin onların  ətrafında 
yaşayan hamı ilə ticarət edirlər. Onların qoyunları, silahları  və 
müharibə sursatları var. 
Mirvət ölkəsinin təsviri  
Onun  şərqi bir sıra dağlar və  Xəzər peçeneqləri, cənubu 
Xəzər peçeneqləri və Gurz dənizi, qərbi Gurz dənizi sahilləri və 
Daxili Bulqarlar, şimalı isə  dəniz sahili və V.n.nd.r. dağları 
(Madyar ?) ilə  həmsərhəddir. Onlar xristiandırlar və iki dildə - 
ərəb və rumi (Bizans yunanı?) dilində danışırlar. Onlar ərəblər 
kimi geyinirlər. Onlar türklər və Rum ilə dostluq 
münasibətindədirlər. Onların düşərgələri və mağaraları var.  
 
Xəzər peçeneqləri ölkəsinin təsviri 
Onun  şərqi Xəzər dağları, cənubu Alanlar, qərbi Gurz 
dənizi, şimalı isə Mirvətdir. Onlar peçeneq türkü mənşəlidirlər. 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
297 
Onlar bu əraziyə  gəlmiş, işğal etmiş  və  məskunlaşmışdılar. 
Onların düşərgələri, mağaraları, mal-qarası  və qoyunları var. 
...Xəzər qulları islam torpaqlarına əsasən bu ərazidən gətirilir. “ 
(s.160) 
Alanların ölkəsinin və onun şəhərlərinin təsviri 
Onun  şərqi və  cənubu Sərir (Markvart və Bartoldun 
fikrincə avarların yaşadığı  ərazi), qərbi Rum, şimalı isə Gurz 
dənizi və  Xəzər peçeneqləridir. Bu ölkə dağlara bölünür və 
gözəl təbiətə malikdir. Onların  şahı xristiandır. Onların 1000 
böyük kəndi var. Onların içərisində  həm xristian, həm də 
bütpərəstlər var. Əhalinin bir hissəsi dağda, bir hissəsi isə 
düzənlikdə yaşayır.  
Sərir ölkəsinin və onun şəhərlərinin təsviri 
Onun şərqi və cənubi Ərməniyyə ilə, qərbi Rum ilə, şimalı 
isə Alan ölkəsi ilə həmsərhəddir. Bu ölkə dağlar və düzənlərdən 
ibarət olduqca gözəl təbiətə malikdir. Söyləyirlər ki, onun 
dağlarında cücə kimi böyük milçəklər uçur. Hərçənd ki, onların 
şahı bu milçəklərə kifayət qədər yem göndərir, lakin onlar ac 
olanda bu əraziyə  gəlib istənilən kişini və ya mal-qaranı  şikar 
kimi apara bilirlər. 
1.
 
Şahın sürüsü dağlarda olan ən böyük sürüdür. 
...deyirlər ki, onun olduqca böyük qırmızı qızıl ehtiyatı 
var. 
2.
 
Xandan şahın hərbiçilərinin yaşadığı şəhərdir.  
3.
 
Qaytaq, Rubas iki çiçəklənən şəhərdir. 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
298 
Bu ölkələrin hamısından islam torpaqlarına çoxlu qullar 
gətirilir.” (s.161) 
Qafqaz tarixinin öyrənilməsi. V.Minorski tərəfindən 
hazırlanmış materialdan hissələr. (Studies in Caucasian History. 
V.Minorsky. London 1953) 
Azərbaycanın 
Şəddadilər dövrü üzrə qiymətli 
mənbələridən biri XVI əsr müəllifi, tarixə Münəccimbaşı adı ilə 
daxil olmuş Əhməd bin Lütfullahın ərəb dilində tərtib olunmuş 
“Cami əl-duval” əsəridir. Əsərin müəllifi 1702-ci ildə Məkkədə 
vəfat etmişdir. Onun əsəri 1730-cu ildə Əhmət Nedim tərəfindən 
tamamlanmış  və “Sahaif əl-əxbar” adı altında türk dilində  nəşr 
edilmişdir. Münəccimbaşı  əsəri tərtib edərkən küllü miqdarda 
tarixi mənbələrdən (təxminən 72 dildə olan müxtəlif tarixi 
mənbələrdən) istifadə etmişdir ki, onların içərisində bizim 
dövrümüzə  gəlib çatmamış Bab əl-Abvab,  Şirvan və Arranın 
(Tarix  əl-Bab) yerli tarixi qeyd olunur. Münəccimbaşının 
sözlərinə görə bu mənbə 1106-cı ildə tamamlanmış, lakin 
Şəddadilərə aid iki mühüm fəsil və  əl-Bab və  Şirvanın tarixi 
yalnız 1075-ci ilə  qədər təsvir edilmişdir. Məhz buna görə 
Münəccimbaşı öz əsərində  Şəddadilərin Ani idarəçiliyi 
məsələsinə toxunmur. Əsərdə hadisələrin hərtərəfli təhlili 
V.Minorskiyə belə bir fikir yürütmək imkanı verir ki, müəllif 
Gəncəyə yaxın bir ərazidə yaşamış və ya bir sıra yerli xarakterli 
mənbələrdən istifadə etmişdir. V.Minorskinin fikrincə müəllifin 
xristianlığa sərt mövqeyi və eyni zamanda türklərə  mənfi 
münasibəti onun yerli kürd və ya fars olması haqqında 
fərziyyələr irəli sürmək imkanı verir.  


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
299 
Mənbənin ingilis dilində  təqdim edilmiş hissəsinin 
azərbaycan dilinə tərcüməsi. 
“VII bölmə IV fəsil: Şəddadilərin, Aran və Ərməniyyənin 
bir hissəsinin hökmranlarının sələfləri haqqında. 
Onlar 10 nəfərdirlər və  mən belə fikirləşirəm ki, 
kürddürlər. Onların paytaxtı  Dəbil, sonra isə  Gəncə olmuşdur. 
Onların ilk yaranması 951-ci ilə, süqutu isə 1075-ci ilə təsadüf 
edir. Onlar 128 il hakimiyyətdə olmuşlar.  
§2. Arran cənubi Azərbaycanla həmsərhəd olan tanınmış 
ərazidir. Qərbdən o, Ərməniyyə ilə,  şərq və  cənubdan 
Azərbaycan ilə,  şimaldan isə Qafqaz dağları ilə  həmsərhəddir. 
Onun paytaxt şəhəri Naxçıvan 5-ci iqlimdə, 78° uzunluq və 42° 
enində yerləşir”. (s.5-6) 
“Şəddadilərin ilk nümayəndəsi Muhamməd bin Şəddad 
olmuşdur. Onun yüksəlməsi və hökmran olması  səbəbi Salar 
Mərzban Muhəmməd bin Musafirin 948-ci ildə Rey yaxın-
lığında məğlub olması  və dörd il həbsdə qalması ilə  əlaqədar 
Azərbaycanın çətinliklərə düşməsi və  hər bir tayfanın və ailə 
qrupunun ölkənin bir hissəsini mənimsəməsi ilə izah 
olunmalıdır. Və  Məhəmməd bin Şəddad Dəbil və onun sakin-
lərini öz hakimiyyəti altına aldı, onlar onun hökmranlığını qəbul 
etdilər, çünki bu onları və onların qadınlarını himayə edir, qonşu 
düşmən qüvvələrdən, Deyləmilər (V.Minorskinin fikrincə  İran 
mənşəli, Xəzər  əyalətlərindən olan element) və başqalarından 
qoruyurdu. Və Muhəmməd bin Şəddad öz ailəsi, tayfası  və 
davamçıları ilə 951-ci ildən Dəbildə hökmranlıq etməyə başladı.  
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
300 
Salar  İbrahim bin Mərzban Azərbaycanın bir hissəsində 
əsir düşmüş atasının hərbi qulluqçusu kimi xidmət edirdi. Bu 
haqda ona xəbər çatan kimi o, Durmusun (Durlüs - Vayadzor?) 
hakiminə  məktub göndərərək, onu Şəddadiyə qarşı  çıxmağa və 
onu Dəbildən qovmağa çağırdı. Deyilənə görə o, bu çağırışa 
tabe oldu və erməni, lakz və digər kafirlərdən ibarət Mühamməd 
bin  Şəddada qarşı qoşun topladı. ....Onlar iki çayın -Araz və 
Metsamaur (Azat?) çayının arasında görüşdülər. Müsəlmanlar 
qalib gəldilər, kafirlər isə  məğlub oldular....Muhamməd bin 
Şəddadi qələbə ilə Dəbilə qayıtdı.” (s.8-9) 
“1031-ci il şənbə günü İd  əl-Ədha Fədl bin Muhəmməd 
bin Şəddad öldü. Onun hökmranlığı 47 il sürmüşdü. 
Onu oğlu və varisi Abul-Fəth Musa bin Fədl bin 
Muhəmməd bin Şəddad 19 noyabr 1031-ci ildə əvəz etdi. Həmin 
il Rus ikinci dəfə  gəldi və Musa onlara qarşı Bakuya 
yaxınlığında döyüşə  girdi.  O,  onların çoxlu döyüşçülərini 
öldürdü və öz ərazilərindən uzaqlaşdırdı. 1034-cü ildə  Ləşkəri 
Ali bin Musa öz atası Əbul-Fəth Musaya qarşı hücuma keçdi və 
onu xəyanətkarcasına öldürdü. Onun hökmranlığı 3 il davam 
etdi.” (s.17-18) 
“Həmin 1062-ci il Alanlar Alan darvazalarını keçərək, 
Aran  ərazisinə soxuldular, çoxlu adamı öldürdülər və 20.000-
dən çox adamı, kişi, qadın və  uşağı...  əsir götürdülər. 1063-cü 
ildə Abül-Asvər Gəncə yaxınlığında möhkəmləndirilmiş divarlar 
tikdirdi. Onları möhkəm darvazalarla birləşdirdi və onların 
ətrafında dərin xəndəklər qazdırdı  və  Gəncənin  ərazisi 
genişləndi.  


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
301 
Elə  həmin il o, Şarvanın  ərazisinə soxuldu və Gülmiyan 
qalasını  ələ keçirdi. O, burada öz hərbçilərini və döyüşçülərini 
yerləşdirdi. Sonra o, Şarvan  şəhəri üzərinə yeridi. Şarvanlılar 
ona qarşı vuruşdular, lakin məğlub oldular. O, onları izləyərək, 
çox hissəsini məhv etdi, əyanlar içərisindən 50-yə yaxın Lakz və 
Küvərvətdan (Dağıstanın cənub hissəsində) olan əsl-nəcabətli və 
mərd kişini əsir götürdü. O, olduğu bütün ərazilərdə var-dövlət, 
atlar və  qənimət  ələ keçirdi. Sonra o, Bərdiyə  (əl-Yazdiyə-
Şamaxı) üzərinə hücum etdi və onun qızını,  Şarvanın hakimi 
Saların həyat yoldaşını onun xəzinəsi və atları ilə birgə  əsir 
götürdü. Sonra o, geriyə Arana qayıtdı, lakin həmin 1063-cü ilin 
Rəcəb ayında  Şarvana qayıtdı  və taxılı  və  kəndləri yandırdı, 
sonra isə geri qayıtdı. 1066/67- ci ildə Abul-Asvər yenidən 
Şarvana döndü K.r (?) və Qatranı mühasirəyə aldı və Haməvəri 
(?) işğal etdi. Kürd əyanları ona birləşdilər... Sonra o, öz 
paytaxtına döndü, bundan sonra onunla Şarvanın hakimi 
arasında 1064-cü ilin Rəcəb ayında sülh bağlandı və Abul-Asvər 
Gülmiyan qalasını ona qaytardı, sonra ondan 40.000 dinar 
(xərac) aldı. 
1065-ci ildə Sultan Alp Arslan Səlcuqi Ərməniyyə və Ru-
ma qarşı müqəddəs müharibəyə başladı. O, çoxlu qalalar işğal 
etdi və onları Abul-Asvərə, Aranın hakiminə etibar etdi ki, öz 
şahlığına  əlavə etsin... 1065-ci ildə Abul-Asvər öz qoşunlarını 
səfərbər etdi və Ərməniyyə və Rumun ərazisinə soxuldu. O, Ani 
üzərinə yürüş etdi və orada qayda-qanun yaratdı. O, oraya öz 
maliyyə nümayəndəsini qoydu və onu öz ordusu, sursatı  və 
döyüşçüləri ilə möhkəmləndirdi. Sonra o, Rumun içərisinə 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
302 
doğru irəlilədi. Və o, Aninin qonşuluğunda olan güclü qalanı 
işğal etdi və onu öz adamları ilə möhkəmləndirdi. Sonra o, 
yolunu dəyişərək, Vucun (Zanda) qalası istiqamətində 
irəliləməyə başladı. O, düşərgəsini onun yaxınlığında saldı, 
qalanı hücümla aldı və orada etibar etdiyi adamları yerləşdirdi. 
Sonra o, geriyə Gəncəyə döndü.” (s.20-21) 
 
 
 
 
 
 
 
 
 
60-cı  səhifəyə aiddir (Klavdiy Ptolemeyin xəritəsi, b.e.II 
əsri) 
 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
303 
 
61-ci səhiyəfə aiddir (əl-İstəxrinin xəritəsi, X əsr) 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
304 
 
 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
305 
 
61-ci səhiyəfə aiddir (əl-İdrisinin xəritəsi, XII əsr) 

Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə