Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   64   65   66   67   68   69   70   71   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
277 
nəticələr verir. Bu isə tədqiq olunan dövrə aid bir deyil, bir neçə 
ilin materiallarının təhlilini tələb edir. Əgər tədqiq olunan dövr 
olduqca genişdirsə, onda tədqiqatçı seçmə metodundan istifadə 
edərək, tədqiqata müəyyən dövrün materiallarını cəlb edə bilər. 
Seçmə üsulu tədqiqatçı  iərəfindən müəyyənləşdirilir. Məs., 
tədqiqatçı on il üzrə materialları tədqiq edirsə, hər iki ildən bir 
nəşr edilmiş nömrələrin materiallarını təhlil edə bilər (buna 5%-
li seçmə deyilir). Və ya tədqiqat 50 və ya 100 ili əhatə edirsə, 
tədqiqatçı  hər beş ilin materiallarından istifadə edə bilər.  Əgər 
mtareiallar bir ili əhatə edirsə, müəllif hər üç aydan bir çıxan 
materialları tədqiqata cəlb edə bilər və s. İkincisi, dövrü mətbuat 
orqanlarının materiallarını sistemli şəkildə tədqiqata cəlb etmək 
səmərəlidir. Sistemləşdirmə  tədqiq olunan problemə aid 
materialların seçilməsi, mətbuat materialları içərisində müəyyən 
problemə aid informasiyanın qeydə alınması deməkdir. Qeydə 
alınan informasiya və ya materiallar mütləq ümumi keyfiyyət 
xarakterinə malik olmalıdırlar. Dövrü mətbuat materiallarının 
kompleks və sistemli şəkildə təhlili onların öyrənilməsi zamanı 
müəyyən problemlər doğurur. Mənbələrin çoxluğu və kütləvi 
xarakter daşıması onların bir tədqiqatçı  tərəfindən tam və 
hərtərəfli  əhatə olunmasına imkan vermir. Dövrü mətbuat 
orqanları materiallarının tədqiq olunan dövr haqqnıda hərtərəfli 
və dolğun təsəvvür yaratması üçün çox zaman riyazi və 
kəmiyyət metodlarından istifadə olunur. Ən çox istifadə olunan 
metodlardan biri isə kontent-analiz (yəni təsviri təhlil) 
metodudur ki, bu da ictimai-siyasi problemlərin təhlili zamanı 
yküsək effekt verir.  
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
278 
Bütövlükdə dövrü mətbuat yazılı tarixi mənbə kimi böyük 
üstünlüklərə  və eyni zamanda müəyyən ziddiyyətlərə malik 
informasiya daşıyıcısıdır. Onlarda əks olunan məlumatların 
obyektivlik səviyyəsinin müəyyənləşdirilməsi, onların 
kompeleks halda və sistemləşdirilmiş  şəkildə  təhlili isə  təd-
qiqatçıdan müəyyən professionallıq və qabiliyyət tələb edir.  
Ədəbiyyat siyahısı 
1.
 
Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989 
2.
 
25-letie tovarihestvo neftənoqo proizvodstva 
Br.Nobelğ. 1879-1904. SPb., 1904 
3.
 
Aktı Kavkazskoy Arxeoqrafiçeskoy komissii. Tiflis, 
1866-1904 
4.
 
Baku i eqo rayon. Eceqodnik. Baku, 1908 
5.
 
Baku po perepisi 22.10.1903. q. B., 1905 
6.
 
Voyna za Kavkazom v 1855 q. SPb., 1877 
7.
 
Vsə promışlennostğ qoroda Baku i Bakinskoy 
qubernii. Baku, 1906 
8.
 
Zakavkazskiy kray. SPb., 1857 
9.
 
Kolonialğnaə politika rossiyskoqo üarizma v 
Azerbaydjane v 20-60-e qodı XIX v. M., 1936, t.2 
10.
 
Obzor bakinskoy neftənoy promıqşlennosti za 1901 q. 
B., 1902 
11.
 
Obzor bakinskoy neftənoy promışlennosti za 1914 q., 
B., 1915  
12.
 
Obzor fabrik i zavodov Bakinskoy qubernii. Tiflis, 
1890 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
279 
13.
 
Obozrenie Rossiiyskix vladeniy za Kavkazom v 
statistiçeskix, gtnoqrafiçeskix, topoqrafiçeskix i 
finansovıx otnoşeniəx. SPb., 1836 
14.
 
Opisanie Karabaxskoy provinüii.Tiflis, 1866 
15.
 
Otçet qlavnoqo upravleniə namestniçestva Kavkaz-
skoqo za pervoe desətiletie upravleniə Kavkazom i 
Zakavkazskim kraem Velikim knəzem Mixailom 
Nikolaeviçem. 1862-1872. Tiflis, 1873 
16.
 
Statistiçeskie svedeniə o fabrikax i zavodax po 
proizvodstvam, ne oblojennım aküizom. SPb., 1903 
17.
 
Statistiçesike svedeniə po obrabatıvaöşey fabriçno-
zavodskoy promışlennosti Rossiyskoy imperii za 1908 
q., SPb., 1908 
18.
 
Statistiçeskiy vremennik Rossiyskoy imperii. SPb., 
1866, ser.1, vıp.1 
19.
 
Statistiçeskoe opisanie Naxiçevanskoy provinüii. SPb., 
1833 
7. Müasir dövr tarixi mənbələrin qısa təsnifatı 
Qədim yunanlar belə hesab edirdilər ki, tarixi yazmaq 
üçün  əsas  şərt tarixin şahidini və ya bu şahidin söylədiklərini 
əldə etməkdir. Qədim yunan tarixi məktəbinə görə tarixi yalnız 
onun şahidləri və ya şahidlərinin ifadələri bərpa edə bilər. Məhz 
buna görə də yunan tarixi məktəbinin zaman çərçivəsi müəyyən 
dövrlə  məhdudlaşırdı. Müasir dövr tarixçiləri isə belə hesab 
edirlər ki, tarixin tədqiqatçıya yaxın olması heç də onun 
obyektiv bərpasına imkan yaratmır. Əksinə buna böyük əngəllər 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
280 
törədir. Belə ki, tədqiqaçı tarixi gerçəkliyi öz zehni, düşüncə 
tərzi, ətraf mühiti qavrama prinsipləri ilə əks etdirir. Bunlar isə 
ona tam obyektiv olmaq və  qərəzsiz tarix yazmaq imkanı 
vermir. Bu deyilənlərdən belə  nəticə  çıxarmaq olar ki, tarixin 
yaradılması üçün ideal olan bir zaman çərçivəsi lazımdır. Bu 
zaman çərçivəsi tarixi bərpa etmək üçün zəruri olan mənbələrin 
qorunub saxlanılması qədər uzaq, tarixi proseslərin tədqiqatçının 
şəxsi maraqlarına toxunmayacağı qədər də yaxın olmalıdır. 
Müasir tarixi proseslərin bərpası təkcə tədqiqatçının dövrə 
yaxın olması  və formalaşmış dünyagörüşünə, maraq dairəsinə, 
prinsiplərə malik olması ilə  məhdudlaşmır. Bu mərhələdə 
önəmli olan digər istiqamət tarixin bir elm kimi hakim 
dairələrin, siyasi qüvvələrin və ictimaiyyətin ciddi təsiri altına 
düşməsi və bu üç faktorun təzyiqi altında yaradılmasıdır. 
Getdikcə sosiallaşan, qloballaşan və eyni zamanda da lokallaşan 
tarix siyasi qüvvələrin və hakim təbəqələrin siyasi 
oriyentasiyasının təsirini daha çox hiss etməkdədir. Bu dövrün 
üçüncü özünəməxsusluğu onun bərpası üçün yeni növ yazılı 
mənbələrin və informasiya bazasının formalaşmasıdır.  
XX  əsr Qafqaz və eləcə  də Azərbaycan tarixinin tədqiqi 
olduqca maraqlı  və mübahisə doğuran problemlərin tədqiqi ilə 
xarakterizə olunur. Bu mərhələdə iki dəfə müstəqillik əldə etmiş 
Qafqaz  ərazisində baş vermiş ictimai-siyasi, tarixi, sosial-
iqtisadi hadisələr olduqca mühüm əhəmiyyətə malikdir. Keçən 
əsrin  əvvəllərində Qafqaz və Azərbaycanın siyasi və mülki 
tarixində baş vermiş proseslər bilavasitə Rusiya imperiyasının 
dağılması  və oktyabr inqilabının nəticiləri ilə bağlıdır. Sovet 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə