Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
257 
sonu-XIX  əsrin  əvvəllərində baş vermiş siyasi hadisələr təsvir 
edilir. Qafqaz dövlətlərinin Rusiya imperiyası və İran dövləti ilə 
əlaqələri, Qafqazda mövcud olmuş dövlətlərarası münasibətlər, 
Rus-İran müharibələri  əsərin  əsas mövzusunu təşkil edir. 
Milliyyətcə erməni olan Mirzə Yusif Qarabağinin fars dilində 
yazılmış «Tarixi-Səfi» adlı  əsərində XIX əsr Rus-İran 
müharibələrinin gedişi, XIX əsrin  əvvəllərində Azərbaycan 
tarixi təsvir olunur. Bundan başqa Qarabağ tarixini, Azərbaycan 
və Qafqazın XIX əsr tarixini əhatə edən Mir Mehdi Xəzaninin 
«Qarabağ tarixininin kitabı» adlı  əsəri mövcuddur. Əsərdə 
XVIII əsrin sonu-1826-cı illərə qədər olan siyasi, tarixi hadisələr 
qələmə alınmışdı. Nəhayət, Kərim ağa Fatehin «Şəki xanlarının 
qısa tiarixi» əsəri regional tarixin bir nümunəsit kimi qeyd 
olunmalıdır. Əsərdə Haci Çələbi dövrü Şəki xanlığının ictimai-
siyasi vəziyyəti, iqtisadi proseslər və s. haqqında məlumat 
verilir.  
Qeyd olunan dövrdə Şimali Qafqaz üzrə də bir sıra tarixi 
abidə yaradılmışdı. Xronoloji cəhətdən ilk mənbə  Məhəmməd 
Rəfinin XIV əsrdə tərtib edilmiş «Tarixi Dağıstan» adlı əsəridir. 
İndiyə  qədər  əsərin 16 nüsxəsi müəyyənləşdirilmişdi.  Əsər ilk 
dəfə olaraq, Mirzə Kazım bəy tərəfindən 1851-cu ildə çap 
etdirilmişdi. Nüsxələrin təhlili onların bir-birindən kəskin 
fərqlənmədiyini və bir mənbəyə söykəndiyini söyləmək imkanı 
verir.  Əsərdə Dağıstan hökmdarlarının genetik şəcərəsi, 
hakimiyyətə keçmə  mərasimi, Dağıstan hökmdarlarının vergi 
siyasəti, «lənətlənmiş ruslarla» münasibəti və s. əks olunmuşdu. 
Salnamənin strukturunda dörd müstəqil mövzu 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
258 
müəyənləşdirmək mümkündür: 1) atəşpərəstliyin və Avar 
vilayəti hökmdarlarının taleyi; 2) Dağıstan cəmiyyətlərinin 
müsəlmanlaşması; 3) Şamxallar və onların geneologiyası; 4) 
şamxalların vergi siyasəti. Salnamədə Kumuxun (XI əsr), 
Avarıstanın (XIII əsr) və Qaytaqın (XI-XII əsrlər) 
müsəlmanlaşmasına xüsusi diqqət verilir. İslam dininin 
yayılması ilə  əlaqədar Kumuxda baş vermiş faciəli hadisələr - 
türklərin, avar və qaytaqların birləşmiş qüvvələri tərəfindən 
müsəlman Kumuxunda təşkil edilmiş  qırğınlar tam təvsilatı ilə 
təsvir edilir.  
Bu dövrün digər diqqətə layiq abidəsi Məhəmməd Avabi 
Ağdaşinin «Dərbəndnamə»sidir. Müəllif bu əsəri Semiz 
Məhəmməd Gireyin sifarişi ilə yazmışdı.  Əsərin iki versiyası - 
fars və türk variantı, mövcuddur. Əsərin türk versiyası beş 
nüsxəyə malikdir. Əsərdə Dağıstanın tarixi hərtərəfli və geniş 
şərh edilmişdi.  
Bütövlükdə regional xarakterli salnamələr dövrün ictimai-
siyasi vəziyyətinin, beynəlxalq münasibətlərin xarakter və 
məzmununu, gələcək tarixi proseslərin səbəbinin araşdırılması 
baxımından mühüm əhəmiyyət kəsb edir. Bu salnamələrdə ilk 
növbədə nəzərə çarpan Qarabağ xanlığına olan xüsusi diqqətdir 
ki, bu da birtərəfdən xanlığın siyasi əhəmiyyəti, ikinci tərəfdən 
isə İbrahim Xəlil xanın şəxsi nüfüzü ilə izah olunmalıdır. Qeyd 
etmək lazımdır ki, İbrahim Xəlil xanın siyasi oriyentasiyası 
Şimali və  Cənubi Azərbaycanın bir neçə xanlıqları üçün 
həlledici  əhəmiyyət kəsb etmiş  və Rusiya imperiyası ilə 
yaxınlaşmasını şərtləndirmişdi.  


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
259 
XVII-XVIII əsr tarixinin sosial-iqtisadi problemləri sosial 
xarakterli akt və  sənədlərdə  əks olunmuşdu. Sənədli mənbələr 
hesab edilən bu materiallar feodalizmin son dövrlərində Qafqaz 
ərazisində baş vermiş sosial-iqtisadi dəyişikliklər, Rusiya 
imperiyasının bu ərazidə yeritdiyi proteksionist siyasət, kəndli 
hərəkatı və s. haqqında təsəvvürlərin formalaşdırlmasına yardım 
edir. Tarixə «Qızlar komendatlığının sənədləri» və «Dərbənd 
komendatlığının sənədləri» adı ilə daxil olmuş bu materiallarda 
qaçqın kəndlilərin sosial statusu, etnik tərkibi,  Şimali Qafqaz 
mülkədarları ilə  kəndlilərin münasibətlərinin nizamlanması, 
Rusiya imperiyasının Qafqazda sosial dayaq yaratmaq məqsədi 
ilə qaçqın kəndlilərdən istifadə etməsi, imperiyanın erməni 
məsələsinə münasibəti və s. məsələlər işıqlandırılır. Məs., Qızlar 
komendatlığına məxsus sənədlərin birində Rusiya imperiyasının 
qaçqın kəndlilərlər  əlaqədar 1783-cü il sərəncamı saxlanılır. 
Sənəddə xristianlığı  qəbul etmiş qaçqın kəndlilərin sahibinə 
qaytarılması qadağan olunur və onların Tambov vilayətinə 
göndərilməsi tövsiyyə edilir. Qaçqın erməni və gürcü 
kəndlilərinə gəlincə isə onların həmin sərəncama uyğun olaraq, 
«Həştərxanda və ya onların istədiyi istənilən yerdə» 
məskunlaşmasına icazə verilməsi zəruri sayılır.  
Sənədli mənbələrin digər növü iqtisadi xarakter daşıyan 
«Şamxalların gəlirlərinin siyahısı» adlı materiallar toplusudur. 
Bu mənbə ilk dəfə Mirzə Kazım bəy tərəfindən Məhəmməd 
Rəfinin «Dərbəndnamə»sinə  əlavə kimi 1851-ci ildə  nəşr 
etdirilmişdi. «Şamxalların gəlirlərinin siyahısı» üç siyahıya 
malikdir: 1) Sankt-Peterburq siyahısı 1742-1743 illərə aiddir; 2) 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
260 
Dağıstanda  şəxsi kolleksiyada saxlanılan ikinci siyahı  XVIII-
XIX əsrlərə aiddir; 3) Dağıstanda şəxsi kolleksiyada saxlanılan 
üçüncü siyahının dövrünü məyyən etmək mümkün olmamışdı. 
Mənbədə  şamxalların nəzarət etdikləri  ərazilərin sərhədləri, bu 
ərazilərdə baş vermiş tarixi hadisələr  əks olunmuşdu. Mənbə 
qədim dövrdən XIX əsrə qədər baş vermiş prosesləri əhatə edir. 
Məs., mənbənin maraqlı  məlumatlarından biri Şimali Qafqaz 
xalqlarının ərəblərə qarşı ruslarla hərbi ittifaq yaratmaq cəhdinə 
aiddir.  
Şimali Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsində 
əsas mənbələrdən sayılan «Avar cəmiyyətlərinin razılaşmaları» 
bu ərazidə hüquqi normativlərin inkişaf tarixini izləmək imkanı 
verən sənədlərdəndir. Ərəbdilli Avar razılaşmaları əsasən XVIII 
əsrdə  tərtib edilmiş  və icma üzvləri arasında, icma üzvləri ilə 
Dağıstan  şamxalları arasında iqtisadi və hüquqi münasibətlərin 
nizamlanmasına həsr olunmuşdur. XVIII əsrin Kumux şəxsi 
aktları da bu qəbildən olan sənədlərdir. Bu sənədlərdə Kumux 
cəmiyyətlərində torpaq ticarətinin və  sələmçiliyin inkişafı 
xarakterizə olunur.  
Beləliklə, XVII-XIX əsr Qafqaz mənşəli mənbələrin təhlili 
və elmi dövriyyəyə  gətirilməsi müasir dövrdə xüsusi aktuallıq 
təşkil edən bir sıra sosial-iqtisadi, siyasi və hüquqi məsələlərin 
işıqlandırılmasına imkan yaradır. Bu mənbələr Qafqazda 
vətəndaş cəmiyyəti tarixinin izlənilməsi, iqtisaid həyat və sosial 
normativlərin tədqiqi baxımından əvəzedilməzdir.  
Ədəbiyyat siyahısı 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə