Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   64   65   66   67   68   69   70   71   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
269 
mühakimə aktları  və s. ibarət olan bu sənədlər təkcə siyasi 
prosesləri izləmək baxımından deyil, çar Rusiyasının istintaq-
məhkəmə orqanlarının iş metodları  və üsullarının tədqiqi 
baxımından da aktuallıq təşkil edir.  
Şəxsi müəssisə, təsərrüfat, təşkilat və bankların kargü-
zarlıq sənədləri sosial-iqtisadi xarakterli materialları  əhatə edir. 
Bu sənədlər müttəfiq və kontrmüttəfiq aktlarından, mühasibat 
sənədlərindən, direktorların hesabatından, kargüzarlıq 
statistikasından və s. ibarətdir. Bu sənədlər təkcə  əhalinin 
müxtəlif sosial təbəqə və qruplarının durumu və sosial vəziyyəti 
haqqında deyil, inqilabi hərəkatların, ilk növbədə  fəhlə 
hərəkatının yaranması və inkşiafı tarixindən, sənaye və kənd tə-
sərrüfatının inkişaf istiqamətlərindən və s. məlumat verir.  
Ötən  əsrin siyasi tarixinin araşdırılması baxımından 
mühüm  əhəmiyyət kəsb edən sənədlərin digər toplusunu siyasi 
partiya və  təşkilatların kargüzarlıq sənədləri təşkil edir. Bunlar 
partiya və  təşkilatların proqram sənədlərini (nizamnamə  və 
proqramı), mətbuat orqanlarının fəaliyyətini tədqiq etmək 
imkanı verir. Kargüzarlıq sənədləri mürəkkəb və müxtəlif 
struktura malik tarixi mənbələrdir. Bu sənədlərin təhlili 
müəyyən qaydalara riayət olunmasını  tələb edir. İlk növbədə 
nəzərə almaq lazımdır ki, bu sənədlərin müəlliflərinin, yarandığı 
yer və tarix şəratin müəyynələşdirilməsi mühüm əhəmiyyət kəsb 
edir.  İkincisi, kargüzarldıq sənədləri ayrı-ayrılıqda tam tarixi 
şəraiti bərpa etmək imkanı vermir, onlarda əks olunan 
məlumatın kompleks şəkildə  tədqiqi zəruridir. Tədqiqata cəlb 
edilən kargüzarlıq sənədləri mütləq müəyyən prinsip əsasında 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
270 
sistemləşdirilməlidir. Bu zaman sənədlərdə  əks olunan mövzu, 
yəni məzmun, sənədlərin tərtibat strukturu və ya aid olduğu 
müəssisə  və  təşkilata görə sistemləşdirilməsi mümkündür. 
Nəhayət, kargüzarlıq sənədlərinin tam və obyektiv tədqiqi 
onların malik olduğu variant, nüsxə və qaralamalarının da təhlil 
edilməsini təəlb edir.  
ç. Statistik sənədlər  
XIX  əsrdən başlayaraq, statistik məlumatların toplan-
masında keyfiyyət dəyişiklikləri baş verdi. İlk dəfə olaraq, tarixi 
gerçəkliyi  əks etdirən informasiya təsviri deyil, rəqəmsal 
xarakter daşımağa başladı. Statistik məlumatlar  əsasən iştisadi-
coğrafi mənbələrdə əks olunurdu. Statistik mənbələr onlarda əks 
olunan informasiyanın məzmunu baxımından bir neçə növə 
bölünürlər: 1) demoqrafik statistika əhalinin siyahıyaalınması və 
xalq təsərrüfatının, iqtisadiyyatın, sosial problemlərin idarə 
olunması üçün mühüm əhəmiyyətə malikdir; 2) aqrar statistika 
əsasən kənd təsərrüfatının inkişaf istiqaməti və surətinin 
müəyyənləşdirilməsi üçün tərtib olunur; 3) sənaye statistikası iri 
sənaye müəssisələrindən tutmuş orta və  xırda, kustar müəssi-
sələrin idarə aparatının statistik məlumatlarını əhat edir; 4) idarə 
statistikası ayrı-ayrı nazirliklərin nəzdində  fəaliyyət göstərən 
statistik  şöbvlərin işini  əks etdirir; 5) şəxsi təşkilatlar, 
müəssisələr və kompaniyaların statistikası  əsasən kapitalist 
idarələrinin mühasibat hesabatını əhatə edir.  
Qafqaz və Azərbaycan tarixi üzrə ilk statistik materialların 
toplanması bilavasitə kapitalist münasibətlərinin inkişafı  və bu 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
271 
ərazinin Rusiya imperiyası  tərkibinə qatılması ilə bağlıdır. 
Rusiya statistikası öz növbəsində sistematik olmayıb, 
paərakəndə xarakter daşıyırdı. Rusiya imperiyasında iki 
mərkəzləşmiş statistik orqan fəaliyyət göstərirdi. Bunlar 1863-cü 
ildə yaradılmış Statistik komitə  Mərkəzi və Statistik Şuradır. 
Bundan başqa imperiyanın hər bir nazirliyinin nəzdində statistik 
şöbələr var idı ki, onlar da statistik informasiya toplanması ilə 
məşğul olurdular.  
İmperiya  ərazisində  əhalinin ilk siyahıyaalnıması 1897-ci 
ildə həyata keçirilmişdi. Bu statistika mənbədə imperiya əhalisi 
təsərrüfatlar üzrə qeydə alınmışdı. Siyahıyaalınma sənədində 
aşağıdakı suallar qeyd olunurdu: vətəndaşın adı, soyadı, atasının 
adı, təsərrüfat sahibi ilə əlaqəsi, cinsi, yaşı, sosial zümrəsi, dini 
mənsubiyyəti, anadan olduğu yer, il, qeydiyyat yeri, ana dili, 
təhsil səviyyəsi,  əsas məşğuliyyəti. Bu informasiyanı xüsusi 
təhkim olunmuüş inspektorlar toplayırdı. Ümumiyyətlə, Rusiya 
statistikası iki metodla işləyirdi- ekspedisiya və anket sorğusu 
üsulu ilə. Birinci metod xüsusi hazırlanmış inspektorların 
əvvəlcədən müəyyən edilmiş anket üzrə əhali arasında məlumat 
toplanmasından ibarət idi. İkinci üsul isə informasiyanın 
bilavasitə  tədqiqat obyektləri, yəni vətəndaşlar tərəifndən 
verilməsindən (xüsusi tərtib olunmuş anketlərin doldurulması 
ilə) ibarət idi.  
Aqrar stiatiska imperiya ərazisində o qədər də inkişaf 
etməmişdi. Lakin Rusiyada məhsuldarlığın müəyyənləşdiril-
məsi, vergi siyasətinin nizamlanması, ölkənin kənd təsərrüfatı 
mallarına olan tələbatının ödənmə dinamikasının araşdırılması 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
272 
müxtəlif növ aqrar statistik məlümatların toplanmasını  zəruri 
edirdi. Bu məqsədlə imperiya daxilində 1907-ci ildən 
məhsuldarlığın müəyyənləşdirilməsi üçün statistik tədqiqat 
aparılırdı. 1910-cu ildə kəndli və mülkədar təsərrüfatlarının kənd 
təsərrüfatı alətləri və maşınları ilə  təchiz olunma səviyyəsini 
müəyyənləşdirən bir statistik tədqiqat aparılmışdı. Birinci dünya 
müharibəsi başlandıqdan sonra aqrar sahədə ordunun kənd 
təsərrüfatı  məhsulları ilə  təchiz edilməsində aqrar sektorun 
imkanlarını müəyyənləşdirmək üçün statistik məlumatlar 
toplanmışdı. İlk belə qeydəalınma 1916-cı ildə təşkil edilmişdi. 
Sənaye statstikasına gəlincə inqilaba qədər imperiya 
daxilində üç mühüm sənaye statistik tədqiqatı aparılmışdı: 1900, 
1908 və 1910-12-ci illərdə. 1900-cü il statistikası Rusiyanın 
Avropa hissəsini və qismən də Qafqazı  əhatə etmişdi. Bu 
statistik tədqiqata Qafqazın üzərinə aksiz vergisi qoyulmamış və 
fabrik inspeksiyası  nəzarətinə tabe olan emal sənayesi 
müəssisələri daxil edilmişdi. Bu tədqiqatın nəticələri «Aksiz 
vergisi qoyulmamış istehsal üzrə fabrik və zavodlar haqqında 
statistik məlumat» adlı topluda dərc edilmişdi. 1908-ci il 
statistik qeydə alma bütün Rusiya sənayesini (dağ-mədən və neft 
sənayesi istisna olmaqla) əhatə edirdi. Bu statistik qeydə 
alınmaya yalnız Bakı neft sənayesi müəssisələri daxil edilmişdi. 
Bu tədqiqatın nəticələri «1908-ci il üçün Rusiya imperiyası 
fabrik-zavod emal sənayesi üzrə statistik məlumatlar» adlı 
məcmuədə toplanmışdı. Sonuncu, 1910-12-ci il siyahıyaalınma 
isə Rusiyanın yalnız Avropa hissəsinə aid olmuşdu. Bu statistik 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə