Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   64   65   66   67   68   69   70   71   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
281 
tarixşünaslığında uzun müddət qadağa qoyulmuş  və ya 
saxtalaşdırılmış  şəkildə  təqdim və  tədris edilmiş bu dövrün 
reallıqlarını  bərpa etmək üçün aşağıdakı  mənbələrin 
məlumatlarından istifadə etmək olar: 
1.
 
Akt sənədləri - bunlar 1918-1921-ci illər arasında 
Qafqazda mövcud olmuş müstəqil dövlətlərin qanunvericilik, 
icraedici və məhkəmə orqanlarının hazırladıqları, elan edilən və 
dərc olunmuş sənədlərini əhatə edir. Bu sənədlərin informasiya 
bazası olduqca genişdir və tədqiq olunan dövrün ictimai-siyasi, 
sosial-iqtisadi, idarəetmə, mülki və  vətəndaş tarixinin bərpası 
üçün  əvəzedilməz  əhəmiyyətə malikidir. Bu sənədlər öz 
növbəsində qanunlara, sərəncamlara,  əmrlərə, qərarlara, 
yazışmalara, göndərişlərə, qətnamələrə, müqavilə 
və 
razılaşmalara və s. bölünürlər.  
2.
 
Kargüzarlıq sənədləri- bunlar qeyd olunan dövrdə 
fəaliyyət göstərmiş hakimiyyət, məhkəmə və ictimai orqanların, 
siyasi partiya və  təşkilatların  şöbə  və bölmələrinin hər-hansı 
əhəmiyyətli məsələlərin müzakirəsi zaman və ya hər hansı 
dövlət  əhəmiyyətli sənədlərin hazırlanması zamanı yaradılan 
layihələr, variantlar və s. əhatə edir. Bu sənədlər iki əsas 
məsələni araşıdrmaq imkanı verir: 1) Qafqaz və o cümlədən 
Azərbaycan  ərazisində qeyd olunan dövrdə dövlətçilik 
ənənələrinin inkişaf istiqamətləri və prinsiplərinin izlənilməsi; 
2) tədqiq olunan orqanların iş mexanizmi, fəaliyyət istiqa-
mətləri, səlahiyyət və vəzifələrinin öyrənilməsi. 
3.
 
Statistik sənədlər- 1918-1921-ci illər arasında Qafqaz 
və Azərbaycan  ərazisində baş vermiş iqtisadi, sosial və siyasi 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
282 
dəyişikliklərin keyfiyyət və əhəmiyyətinin müəyyənləşdirilməsi 
üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, o 
dövrün statistikası  əsasən iqtisadi və  sənaye statistikasından 
təşkil olunmuşdu. Məs., 1919-cu ildə Azərbaycan Demokratik 
Cümhuriyyəti (ADC) hökuməti tərəfindən «Sənaye dövriyyəsi» 
adlı bir məcmuə buraxılmışdı. Bundan başqa Bakı neft 
sənayeçilərinin illik hesabat məcmuələri dərc olunurdu. «Adres-
təqvim» adlı  məcmuədə ADC-nin ictimai həyatının müxtəlif 
istiqamətləri haqqında kəmiyyət xarakterli informasiya 
toplanmışdı.  
4.
 
Qeyd olunan dövrün hərtərəfli və xronoloji bərpasında 
əvəzedilməz rol oynayan mənbələrdən biri də dövrü mətbuat 
materiallarıdır. Dövrün ziddiyyətli xarakter daşıması, 
demokratik abı-havanın mövcudluğu təbliğat-təşviqat sahəsində 
böyük canlanmaya səbəb olmuş, Qafqaz və Azərbaycan 
ərazisində onlarla müxtəlif siyasi yönümlü qəzet və curnalların 
nəşrinə imkan yaratmışdı. Ümumilikdə bu dövrdə qeyd olunan 
ərazidə  dərc edilən mətbu orqanları milli demokratik (məs.. 
Kaspi, Azərbaycan), bolşevik (Bakinski raboçi, Qudok) olmaqla 
iki istiqamətə ayrılırdı. Hər bir istiqamət onu təmsil edən partiya 
və ictimai təşkilatların siyasi baxışları, amalları, məqsəd və 
vəzifələri haqqqında informasiya verir.  
5.
 
Şəxsi xarakterli mənbələr əsasən xatirələri, gündəlik və 
məktubları, qeydləri  əhatə edirdi. Qafqazın sovetləşməsindən 
sonra yaranmış ictimai-siyasi vəziyyət bir sıra siyasətçiləri 
vətəni tərk etməyə  və hadisələri kənardan, mühacirətdən 
izləməyə  məcbur etdi. M.Ə.Rəsulzadənin, C.Hacıbəyovun, 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
283 
M.Məmmədzadənin və b. yazdıqları  şəxsi xarakterli əsərlərdə 
tədqiq olunan dövrün ziddiyyətləri, siyasi proseslərin axarı, 
ictimai-siyasi abı-hava və s. haqqında maraqlı  məlumatlar 
mövcuddur. Bundan başqa o dövrdə yaşayıb yaratmış  və 
bilavasitə Rusiya imperiyası, Qafqaz və Azərbaycanla  əlaqəsi 
olmuş xarici dövlətlərin siysətçiləri də öz xatirələrində, məktub 
və yazışmalarlında bu ərazidə baş vermiş hadisələr, siyasi 
qüvvələr nisbəti, mövcud olan beynəlxalq münasibətlər və s. 
haqqında informasiya verirlər.  
Sovet dövrü üzrə mövcud olan mənbələri aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
1.
 
Sovet  İttifaqı kommunist partiyası  və müttəfiq 
respublikaların kommunist partiyalarının sənədləri: 
bunlara partiyanın nizamnamə  və proqramı, partiya 
qurultayları, plenum və  yığıncaqlarının stenoqrafik 
hesabatları, partiyanın qərar və  qətnamələri, sərən-
camları, partiyadan kənar mövcud olmuş  təşkilat və 
müəssisələrdə  fəaliyyət göstərən partiya qruplarının 
sənədləri və s. daxildir. Bu sənədlər partiyanın ölkə 
həyatında tutduğu real mövqeyi və ictimai həyatda 
oynadığı rolu araşdırmaq üçün mühüm əhəmiyyət kəsb 
edir. 
2.
 
Qanunverici və icaraedici orqanların akt sənədələri: 
bunlara dekretlər, qərarlar, qətnamələr, konstitusiya, 
qanun və kodekslər (Cinayət kodeksi, Mülkü kodeks
Torpaq kodeksi və s.), Nazirlər Sovetinin qərarları, 
qətnamələri, icraedici və  sərəncamverici sənədər, 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
284 
beynəlxalq müqavilələr və s. daxildir. Bu sənədlər 
ölkənin ictimai həyatının müxtəlif sferalarını  əks 
etdirən məlumatlar bazasıdır. 
3.
 
Kargüzarlıq sənədləri: bunlara dövlət müəssisələri və 
ictimai təşkilatların təşkilatı, sərəncamverici sənədləri 
daxildir. Bu sənədlər  əsasən sosial-iqtisadi və ictimai 
münasibətlərin təhlili zamanı mühüm əhəmiyyət kəsb 
edirlər.  
4.
 
Xalq təsərrüfatının planlaşdırılması  sənədləri ölkə 
daxilində iqtisadi inkişafla əlaqədar qəbul edilmiş cari 
və pespektiv planların öyrənilməsi, xalq təsərrüfatının 
inkişaf istiqamətləri, prioritetləri və s. haqqında 
məlumat verirlər. Bu sənədlər direktiv planlaşdırılma 
və cari və perspeiktvi planlaşdırma olmaqla iki yerə 
bölünürlər. 
5.
 
Statistik sənədlər sənaye, fəhlə sinfi və ziyalılar, kənd 
təsərrüfatı  və demoqrafik olmaqla bir neçə yerə 
bölünürlər. SSRİ  ərazisində 1920-ci ildən başlayaraq, 
hər il sənayenin siyahıyaalınması keçirilirdi. Fəhlə 
sinfi və ziyalıların siyahıyaalınması 1920-40-cı illər 
arası bir neçə dəfə keçirilmiş, 1947-51-ci illərdə isə bu 
sahədə  hər il siyahıyaalınma keçirilmişdi. Kənd 
təsərrüfatı siyahıyaalınması da demək olar ki, 1921-29-
cu illər arası ilbəil keçirilmişdi. SSRİ  ərazisində  
ümumittifaq siyahıyalanıması isə təxminən on ildən bir 
keçirilirdi. Bəzi illər müəyyən səbəblər üzündən bu 
sistematiklik pozulmuşdu. 
İlk ümumittifaq 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə