Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   64   65   66   67   68   69   70   71   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
273 
tədqiqatın nəticələri «Ümumi nəticələr» adlı  məcmuədə  nəşr 
olunmuşdu.  
Xüsusi kompaniya, təşkilat və müəssisələrin statistikası ilk 
növbədə bu idarələrin mühasibat kontorları  və statistik 
şöbələrinin materiallarını  əhatə edir. Bu sənədlər sənayenin 
müxtəlif sahələrinin inkişaf xüsusiyyətləri və dinamikasını 
öyrənmək, sosial-iqtisadi tarixin mühüm məsələlərini tədqiq 
etmək baxımından mühüm əhəmiyyət kəsb edirlər. 1891-ci ildən 
Bakı  sənayeçilərinin maliyyə yardımı ilə «Bakı neyt sənayesi 
müəssisələrinin icmalı» adlı  məcmuə  nəşr edilirdi. Bundan 
başqa 1902-1915-ci illərdə «Fabrik inspeoktorlarının hesabat 
toplusu» nəşr edilmişdi.  
Statistik materialların tənqidi ilk növbədə onların 
toplanılması zamanı  təyin edilmiş ölçü vahidinin, müşahidə 
obyektinin və onları xarakterizə edən  əlamətlərin düzgün və 
qanunauyğun şəkildə müəyyənləşdirilməsindən asılıdır. Statistik 
mənbələrin obyektivliyi və gerçəkliyi olduğu kimi əks etdirməsi 
onların toplanma texnikası  və metodundan da asılıdır. Statistik 
məlumatlar toplanarkən məlumatların uyğunluluğu, vahid 
tərkibli olması da mühüm əhəmiyyət kəsb edir. Statistik 
məlumatların təhlili zamanı onların toplanılması  məqsədləri və 
vəzifələrinin müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb 
edir.  
d. Dövrü mətbuat 
XIX  əsrin sonu-XX əsrin  əvvəllərində Rusiya imperi-
yasında başlanan siyasi oyanış dövrü mətbuatın inkişafına güclü 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
274 
təkan verdi. Bu dövrdə siyasi səhnədə fəaliyyət göstərən demək 
olar ki, bütün ictimai təşkilatlar və partiyaların mətbuat orqanları 
mövcud idi. Dövrü mətbuat materialları bu qurumların siyasi 
platforması, məqsəd və amallarını geniş ictimaiyətə çatdıran 
vasitə olmaqla yanaşı daha əhəmiyyətli missiyanı  həyata 
keçiridi. Onlar gündəlik həyatın xroniki ardıcıllıqla axarını  əks 
etdirməklə  cəmiyyətin bütün sferaları haqqında informasiyanı 
yayımlayırdılar.  
Ümumiyyətlə, dövrü mətbuat bütün yazılı  mənbələr 
içərisində seçilən, özünəməxsus xüsusiyyətlərə və geniş imkan-
lara malik informasiya daşıyıcısıdır. Bu mənbələr kütləvi 
xarakter daşıyaraq, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, 
mədəni-mənəvi və s. sahələri haqqında məlumatların xronoloji 
ardıcıllıqla təsvirinə imkan yaradır. Lakin məlum olduğu kimi 
hər bir qəzet, mətbuat orqanı müəyyən qüvvələrin (siyasi, 
iqtisadi, ictimai, sosial və s.) təmsilçisi kimi çıxış edir və onların 
da maraqlarını müdafiə  və ifadə edir. Bu baxımdan dövrü 
mətbuat orqanlarının mateiallarının ikili xarakteri müəyyən 
edilir. Dövrü mətbuat orqanlarında  əks olunan informasiya 
istənilən tarixi mənbə kimi həm obyektiv, həm də subyektiv 
xarakter daşıyır. Onun subyektivliyinə  işarə edən amillər daha 
çoxdur.  Əvvəla, qəzet onu təsis edənin ictimai-siyasi, iqtisadi 
maraqlarının daşıyıcısıdır.  İkincisi, qəzetin informasiya 
bazasının keyfiyyəti onun nəşrinə  əmək sərf etmiş insanların, 
əsasən də redaktorun ictimai-siyasi baxışlarından asılıdır. 
Üçüncüsü, dövrü mətbuat müəyyən siyasi oriyentasiyaya malik 
olduğundan gerçəkliyi, tarixi reallığı tam müxtəlif rakursda, və 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
275 
ya saxtalaşdırılmış şəkildə şərh edir. Bütün bunlara baxmayaraq, 
dövrü mətbuat materiallarında obyektiv informasiyanın 
oldmadığını söyləmək mümkün deyil. Əvvəla, dövrü mətubat 
tarixi gerçəkliyi xronoloji ardıcıllıqla bütöv bir sistem kimi 
təqdim edən demək olar ki, yeganə tarixi mənbədir. İkincisi, bu 
mənbənin materialları onun yaradıcıları, onların siyasi 
dünyagörüşü, motivləri, məqsədləri və s. haqqında obyektiv 
məlumat toplamaq imkanı yaradır. Çox zaman informasiyanın 
bu hissəsi gizli informasiya adlanır. Üçüncüsü, dövrü mətbuat 
materialları  mənbələrdə çox az-az rast gəlinən bir anı qeydə 
almaq imkanı verir- dövru mətbuat materialları aid olduğu 
dövrün abı-havasını, ictimai atmosferanı,  əhval-ruhiyyəsini 
anlamaq, dərk etmək imkanı verən mənbələr sırasına daxildir.  
Dövrü mətbuat orqanları materiallarının mənbəşünaslıq 
təhlili ilk növbədə onların siyasi yönümünün müəyyən 
edilməsindən başlanır. Mətbuat orqanının xarici əlamətlərinin 
müəyyənləşdirilməsi onun haqqında obyektiv məlumatın 
toplanmasına imkan yaradır. Tədqiqatçı  mətbuat orqanının kim 
tərəfindən, nə zaman təsis edilməsi haqqında informasiyanı 
mətbut materiallarından müəyyən edir. Mətbuat orqanının nəşr 
olunma ardıcıllığı  və tiracı onun təsisçisinin maliyyə  və siyasi 
nüfuzuna, eyni zamanda cəmiyyətdəki populyarlığına işarə edə 
bilər. Mətbuat orqanının redaktorunun, onun sosial və siyasi 
mənşəyinin müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb 
edir. Qəzetin neçə səhifədən ibarət olması, malik olduğu rubrika 
və bölmələri də onun xarici təhlilinə aiddir. Qəzet material-
larının daxili təhlili dərc olunan məqalələrin məzmun və 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
276 
mənasının şərhindən başlanır. Bundan başqa qəzetin obyektivlik 
səviyyəsini müəyyənləşdirlmək üçün onun redaksiyasında 
toplanmış ilkin materialların araşdırılması da əhəmiyyət kəsb 
edir.  
XIX  əsrin sonu-XX əsrin  əvvəllərində Qafqazda, o 
cümlədən də Azərbaycanda sağ ifrat təmayüldən tutmuş sol 
inqilabçılara qədər müxtəlif partiya və ictimai təşkilatlar fəaliy-
yət göstərirdi. Milli burcuaziyanın, ziyalıların öz mətbuat 
orqanları mövcud idi. Qeyd edilən dövrdə dövrü mətbuat 
orqanları demokratik, milli və inqilabi olmaqla üç qrupa 
bölünürdülər. Demokratik mətbuat  əsasən milli burcuaziyanın 
maliyyələşdirdiyi və kapitalizm münasibətləri və sivil 
cəmiyyətin qurulmasını  rəhbər götürmüş istiqamətin təmsiliçisi 
idi. Milli mətbuat da millii burcuaziyanın maliyyə  dəstəyi ilə 
yaranmışdı, lakin əsasən milli təfəkkürün, dünyagörüşün, milli 
maraqların və  dəyərlərin inkişafı  və kütlələrə çatdırılması 
istiqamətində  fəaliyyət gbstərirdi.  İnqilabi mətbuat Rusiya 
imperiyası  ərazisində bolşevik, menşevik, eser (sosial-
inqilabçılar), kadet (konstitusiyalı demokrtalar) və s. onlarla 
partiyanı  təmsil edirdi. Bu partiyaların öz növbəsində fin, 
polyak, yəhudi, tatar və s. olmaqla bir neçə  şöbə  və bölmələri 
mövcud idi. Bu partiyaların mətbuat orqanları mövcud recimə 
qarşı  fəal mübarizə apardıqları üçün hökumət tərəfindən 
təqiblərə və təzyiqlərə məruz qalırdı.  
Dövrü mətbuat orqanlarının informasiyasından istifadənin 
bir sıra xüsusiyyətləri mövcuddur. Əvvəla, dövrü mətbuat 
orqanları materiallarının kompleks şəkildə  təhlili müsbət 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə