Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə65/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
261 
1.
 
Davrijeüi A. Kniqa istoriy. M., 1973 
2.
 
Davlanidze L.S. Ob armənskix istoçnikax XVIII v. 
İstoçnikovedçeskie razıskaniə. Tbilisi, 1985 
3.
 
Qadjieva U. Degtnizaüiə Kavkazskix alban v XIX 
veke. B., 2004 
4.
 
Esai Xasan Djalalən. Kratkaə istoriə stranı Albanskoy. 
B., 1987 
5.
 
İstoçnikovedenie istorii i kulğturı narodov Daqestana i 
Severnoqo Kavkaza. Maxaçkala, 1991 
6.
 
Kretaüi Avraam. Povestvovanie. Erevan, 1973 
7.
 
Petruşevskiy  İ.P. Djaro-Belokanskie volğnıe obhestva 
v pervoy polovine XIX v. Maxaçkala, 1993 
 
6. Yeni dövr mənbələri dövr mənbələri 
a. Aktlar 
Məzmun və hüquqi mahiyyətinə görə bir-birindən 
fərqlənən sənədləri adətən aktlar və ya fərmanlar adlandırırlar. 
Xüsusi mülkiyyətin yaranması dövrünə  təsadüf edən bu tarixi 
mənbələr mərkəzləşmiş hakimiyyətin və dövlətlərin 
yaranmasından sonra inkişaf edərək yeni forma almışlar. Aktlar 
təsnifatına görə  şəxsi və dövlət mənşəli olmaqla iki yerə 
bölünürlər. Əks etdirdikləri məlumata görə isə akt və fərmanlar 
aşağıdakı növlərə bölünürlər: 1) feodalların torpaq uğrunda 
mübarizəsini  əks etdirən sənədlər; 2) feodalların renta və  işçi 
qüvvəsi uğrunda mübarizəsini əks etdirən sənədlər; 3) sənətkar-
tacir əhalinin vəziyyətini əks etdirən sənədlər; 4) xarici siyasəti 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
262 
müəyyənləşdirən sənədlər; 5) feodal mülklərini dövlət vergi və 
mükəlləfiyyətlərindən azad edən aktlar; 6) ticarət və tranzit 
gömrüyündən azad edən aktlar; 6) torpaq alqı-satqısını 
rəsmiləşdirən sənədlər və s. Tamamlanmış  şəkildə aktlar və 
fərmanlar üç hissədən ibarət olurlar: protokol, əsas mətn və son 
protokol. Sənədlərin birinci hissəsində dini müraciət, sənədi 
tərtib edən  şəxsin titulu, adı, sənədin göndərildiyi  şəxsin adı, 
titulu və kordinatları göstərilir.  Əsas mətn preambula, sənədin 
tərtib olunması səbəbi, əxz olunan işin mahiyyəti, onu döğuran 
tarixi  şərait və onu icra etmək üçün sərəncamı  əhatə edir. Son 
protokolda isə  sənədin tərtib olunduğu yer və vaxt, sənədin 
tərtib edilməsi ilə əlaqədar dini müraciət əks olunur.  
Qafqaz tarixi üzrə sənəd və aktların yaranması bu ərazidə 
ilk dövlət qurumlarının formalaşması ilə bağlıdır.  Ən güclü 
mərkəzləşmiş dövlətlərdə  fərmanlar  əsasən iqtisadi və siyasi 
xarakter daşıyırdı. Sosial və dini məzmunlu aktlara bir qədər 
gec, yəni orta əsrlərdə rast gəlinir. Klassik dövr orta əsrlər akt və 
sənədlərin tam formalaşdığı  və geniş yayıldığı bir mərhəni 
təşhkil edir. Orta əsr fars dilli sənədlər bu cəhətdən mühüm 
əhəmiyyət kəsb edir. Bu sənədlərdə dövlətdə mövcud olan 
iqtisadi  şərait, vergi siyasəti,  əhalinin  şikayətləri və müxtəlif 
məsələlərlə  əlaqədar yazılmış  şah fərmanları (məs., torpaqların 
bağışlanılması), mərkəzi orqanlarla yerli idarə orqanlarının 
əlaqəsi, onlar arasında mövcüd olan münasibətlər və s. əks 
olunur. XIII-XIV əsrlərdə bu sənədlər «yarlıq», XV-XVIII 
əsrlərdə «sözümüz» və ya «fərman» adlandırılır. Yazılış 
qaydasına və  tərtibatına görə aktlar və  sənədlər aşağıdakı 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
263 
növlərə bölünür: 1) hökmdarların dilcavabı və ya yazılı göstərişi 
əsasında tərtib olunanlar; 2) ərizə əsasında ayrıca kağız üzərində 
yazılanlar; 3) təqdim olunmuş  ərizənin kənarında dərkənar 
şəklində yazılmış  və hökmdarın möhrü ilə  təsdiq edilənlər; 4) 
yüksək rütbəli  şəxslərin yazılı qeydləri  əsasında tərtib edilən, 
sonra isə hökmdarların möhrü ilə  təsdiqlənənlər; 5) yüksək 
divanın daimi dəftərlərindəki məlumatlar  əsasında yarananlar. 
Fars dilli sənədlər adətən «dünya itaət etməli hökm oldu» 
cümləsi ilə başlanırdı.  
Qafqaz və  həmçinin Azərbaycan tarixi üzrə digər geniş 
yayılmış aktlar və  fərmanlar sənətkar-tacir təşkilatların, yəni 
axilərin, daxili strukturunu, dini-mənəvi-etik  əsaslarını  əks 
etdirən futufatnamə və risalələrdir. Bu sənədlər adətən üç dildə-
fars, türk və ərəb dillərində tərtib edilirdilər. Onların içərisində 
ən məşhurları XV əsr abidələri olan türk dilində tərtib olunmuş 
Pir Ömər Xəlvətinin, fars dilində  tərtib olunmuş Seyyid 
Hüseynin, XVI əsr abidəsi olan Vaiz Kaşifinin 
fütüfatnamələridir. Fütüfatnamələr  əsasən axilərin daxili 
qaydalarını  əks etdirirdi, xüsusi aktlar olan risalələr isə bu 
təşkilatların istehsalat mexanizmlərini açıqlayırdı.  
Səfəvilər dövlətinin süquta uğraması  və Nadir şahın 
ölümündən sonra Azərbaycan və  Cənubi Qafqazda güclənən 
mərkəzdənqaçma tendensiyası aktlar və fərmanların tərtibatında 
ciddi dəyişikliklərə  səbəb oldu. İlk növbədə dövlət mənşəli 
sənədlərin tərtibatının azalması  və yerldi xarakterli sənədlərin 
üstünlük təşkil etməsi müşahidə olunur. Digər tərəfdən yaranmış 
tarixi  şəraitlə  əlaqədar iqtisadi xarakterli sənədlərin tədricən 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
264 
azalması,  əksinə beynəxalq münasibətləri və xarici siyasəti 
təsivr edən abidələrin sayının artması diqqəti cəlb edir. Bu, ilk 
növbədə yaranmış feodal dövlətləri  arasında gedən müharibələr, 
qarşıdurma və toqquşmaların nəticəsi idi. Qafqaz və  həmçinin 
Azərbaycan üzrə tərtib olunmuş siyasi xarakterli sənədlərin, akt 
və fərmanların böyük əksəriyyəti italyan alimi T.Berşenin 1865-
ci ildə  tərtib etdiyi «Venesiya respublikası  və  İran» adlı 
məcmüəsində toplanmışdı. XVI-XVII əsr üzrə tərtib edilmiş akt 
və  fərmanların digər toplusu isə Marino Sanudonun 
gündəliyində nəşr olunmuşdu.  
Akt və  fərmanların tənqidi təhlili ilk növbədə onların 
yarandığı tarixi şərait, zaman və yerin müəyyənləşdirilməsi ilə 
başlanmalıdır. Akt və  fərmanların məzmunun təhlili və 
interpretasiyası onların xarakter və mahiyyyətinin araşdırılması 
üçün lazımdır. Bu sənədlər aid olduqları dövrün ictimai-siyasi
sosial-iqtisadi vəziyyətinin müəyyənləşdirilməsi, siniflər arası 
münasibətlər, sosial konfliktlərin mənşəyi, idarəçilik aparatının 
iş mexanizmi, xarici dövlətlərlə  əlaqələr istiqaməti və s. 
məsələləri aydınlaşdırmağa ümkan verir.  
b. Qanunvericilik sənədləri 
Qanunvericilik sənədlərinin formalaşması  cəmiyyətin 
sinfilərə  və sosial qruplara bölünməsi, xüsusi mülkiyyətin və 
dövlətin yaranması ilə bağlıdır. Tipinə görə xüsusi və hökumət 
mənnşəli olan qanunvericilik sənədləri ali dövlət hakimiyyəti 
tərəfindən elan edilən, müəyyən olunmuş dövlət və  ərazinin 
sərhədləri çərçivəsində ali hüquqi gücə malik mənbələrdir. 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə