Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə62/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
249 
ehtiyac duyulduğunu sübut edirdi. Bununla əlaqədar hazırlanan 
layihədə Qafqazın inzibati, məhkəmə  və hüquq sahəsindəki 
idarəsini ümumimperiya idarəçiliyi sisteminə tabe etdirmək və 
yerli qüvvələrdən idarəetmə apparatında istifadə etmək təklif 
olunurdu. Layihə 1836-cı ildə qəbul edilmişdi. Layihədə Qafqaz 
əhalisinin sayı, etnik tərkibi, dil və dini mənsubiyyətə görə 
mənşəyi, tarixi, sosial durumu və s. haqqında  ətraflı  məlumat 
toplanmışdı. 
Qeyd olunan dövrə aid ilk orijinal coğrafi lüğət «Böyük 
cizgi kitabı» adlı  məlumat kitabçasıdır. Özündən  əvvəl tərtib 
edilmiş bütün cizgilərin, atlas və  xəritələrin məlumatlarını 
birləşdirən bu kitab coğrafi lüğətlərin tərtibatının ilk təcrübəsi 
idi. 8 redaksiyadan ibarət olan «Böyük cizgi kitabı»nın ilk nəşri 
1775-ci ildə N.İ.Novikov tərəfindən Sankt-Peterburqda həyata 
keçirilmişdi. Qafqaz haqqında bir sıra mühüm məlumatların da 
daxil olduğu bu liğətdə Azərbaycanın  şimal-şərq  şəhərləri 
haqqında geniş informasiya verilir.  
Təsərrüfat, statistik qeydlər və qubernator hesabatlarına 
gəlincə isə qeyd etmək lazımdır ki, onların tərtibatının geniş 
tətbiqinə XVIII əsrin II yarısından başlanılmışdı. Rəsmi 
xarakterli bu məlumatlara inzibati-ərazi vahidinin sosial-iqtisadi
siyasi və mədəni durumunu müəyyən edən müxtəlif məlumatlar 
daxil edilirdi. Bu məlumatlar adətən qubernatorun idarə aparatı 
tərəfindən toplanılır və ildə bir dəfə olmaq şərti ilə  mərkəzə 
təqdim edilirdi. Rusiyanın Qafqazı işğalından sonra bu ərazilərə 
aid informasiya regionun müvafiq dövlət qurumları  tərəfindən 
tərtib edilərək, mərkəzə göndərilirdi. Statistik təsvirlərin 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
250 
nümunələrindən biri görkəmli rus yazıçısı, dövlət xadimi, 
diplomatı  A.S.Qriboedov tərəfindən yaradılmışdı. Onun 1833-
cü ildə  işıq üzü görmüş  «Naxçıvan  əyalətinin statistik təsviri»  
müasirləri tərəfindən yüksək qiymətləndirilmişdi.  Əsər faktik 
materiallarla zəngindir və aktuallığını hələ də itirməmişdir.  
Qafqazın hərtərəfli tədqiqi üçün mühüm əhəmiyyət kəsb 
edən daha bir mənbə XIX əsrin sonlarında yaradılmışdı. Bu, 
Qafqazın ali komandanlığı  dəftərxanasının mülki hissəsi 
tərəfindən hazırlanmış «Qafqaz ərazisinin və tayfalarının 
təsvirinə dair materiallar toplusu» adlı  məcmuədir.  Əsərdə 
Qafqaz  ərazsinin iqtisadi, maliyyə, fiziki-coğrafi durumu, 
əhalisinin tərkibi, məşğuliyyəti və s. haqqında maraqlı 
məlumatlar toplanmışdır.  
Bütövlükdə iqtisadi-coğrafi təsvirlər Qafqaz ərazisinin 
qeyd olunan dövrdə  hərtərəfli öyrənilməsi və sosial-iqtisadi 
durumunun, təbii sərvətlərinin, flora və faunasının tədqiqi 
baxımından əvəzedilməz mənbələrdir.  
Ədəbiyyat siyahısı 
1.
 
Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989 
2.
 
Belkoveü L.P. Qmelin S.Q. 1709-1755, M., 1990  
3.
 
Qadjiev V.Q. Soçinenie Ə.Reyneqsa «İstoriçeskoe, 
topoqrafiçeskoe i fiziçeskoe opisanie Kavkaza i vsex 
razliçnıx narodov na nem obitaöhix» kak istoriçeskiy 
istoçnik. İstoçnikovedçeskie razıskaniə. Tbilisi, 1982 
4.
 
Qriboedov A.S. Statistiçeskoe opisanie Naxiçevanskoy 
provinüii. SPb., 1833 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
251 
5.
 
Obozrenie rossiyskix vladeniy za Kavkazom v 
statistiçeskix, gtnoqrafiçeskix, topoqrafiçeskix i 
finansovıx otnoşeniəx. SPb., 1836 (ORVZK) 
6.
 
Sbornik materialov dlə opisaniə mestnostey i plemen 
Kavkaza. Vıp.VIII, Tiflis, 1889 (SMOMP) 
 
d. XVII-XIX əsr Qafqaz mənbələri 
XVII-XVIII əsrlər Qafqaz tarixinin ziddiyyətli, mürəkkəb 
və qarışıq dövrlərindən biridir. Arası kəsilməyən Səfəvi-osmanlı 
müharibələri, Nadir şahın yürüşləri, Qacarların işğalları, rus-iran 
və rus-turk müharibələri regionda sosial-iqtisadi və ictimai-
siyasi durumu olduqca gərginləşdirmiş, xalq kütlələrinin 
vəziyyətini dözülməz etmişdi. Bu dövrdə yaradılmış yazılı 
mənbələrin  əsasən siyasi xarakter daşıması da məhz bununla 
izah edilməlidir. Səfəvi-osmanlı müharibələrindən  ən çox 
əziyyət çəkən sərhəd zonalarında mçskunlaşmış  əhali və 
sənətkarlar qrupu idi. Müharibə  və talanlar əhalinin bu 
hissəsinin bir dövlətin təəbəliyindən digərinə keçməsinə bəhanə 
olur, insanları adət etdikləri mühit və şəraitdən qoparırdı. Bütün 
bu problemlər ermənidilli xronikalarda dolğun və  ətraflı  şərh 
ediliirlər. XVII əsrin ictimai-siyasi hadisələrini xronoloji 
cəhətdən dolğun və ardıcıl  əhatə etmiş salnaməçilərdən biri 
Arakel Davrijesi-Təbrizli olmuşdur. Onun «Tarixlər kitabı» adlı 
əsəri XVII əsrin 50-60-cı illərində yazılmış və bütövlükdə XVII 
əsrin hadisələrini əhatə edir. 35 fəsildən ibarət bu əsərdə Səfəvi-
osmanlı müharibələrinin səbəb olduğu sosial və iqtisadi bəlalar, 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
252 
əhalinin, xüsusən də xristian əhalisinin həyatında baş vermiş 
dəyişikliklər  əks olunur. Müəllif ömrünün böyük bir hissəsini 
Eçmiadzin monastrında keçirmiş  və erməni tarixi ənənələrinə 
sadiq olaraq, erməni  əhalisinin başına gələn müsibətləri təsvir 
etməyə çalışmışdı. Müharibələr dövrü müsəlman dövlətlərinin 
yeritdiyi vergi siyasəti, iqtisadi problemlər, köçürmə siyasətinin 
mahiyyəti və s. məsələlər Osmanlı imperiyası  və  Səfəvi 
dövlətinin erməni  əhalisinin  tarixi fonunda təsvir edilir. XVII 
əsrin digər müəllifi Zakariy Akulisskinin əsəri «Gündəliklər» 
adlanır. Bu əsərdə 1647-ci ildən 1688-ci ilədək baş vermiş tarixi 
hadisələr xronorloji ardıcıllıq və  dəqiqliklə  təsvir edilir. 
«Salnamə» adlı  əsərin müəllifi Zakariy Kanakersi də  dəqiqliyi 
və obyektivliyi ilə seçilən alimlərdəndir. Onun əsəri Osmanlı-
Səfəvi müharibələri zamanı xalqın düşdüyü ağır vəziyyəti, 
iqtisadi və sosial problemləri  əhatə edir. Z.Kanakersinin əsəri 
XVII əsrin sonlarında yazılmışdı.  
XVIII  əsr Azərbaycan tarixində  Səfəvi sülaləsinin 
hakimiyyətdən uzaqlaşdırılması, mərkəzləşdirilmiş dövlətin 
süqutu və xanlıqlar dövrünün başlanması ilə xarakterizə olunur. 
Bu dövrdə yaradılmış  mənbələrin böyük əksəriyyəti siyasi 
problemlərə  həsr olunmuşdur. XVIII əsr feodalizm dövrü 
fundamental tarixi xronikaların yazıldığı son dövr kimi 
xarakterizə oluna bilər. Bu dövrdə yazıb-yaratmış erməni tarixi 
məktəbinin nümayəndələri  əsas diqqəti Qafqazın xristian 
əhalisinə yönəldirlər. Arasıkəsilməz müharibələrdə xristian 
əhalisinin daha çox əziyyət çəkdiyi, yerlərindən-yurdlarından 
didərgin salındığı, iki dövlət arasında alver mənbəyinə çevrildiyi 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə