Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə2/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   2   3   4   5   6   7   8   9   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 

əvvəl qərb alimi Makauli yazırdı ki, “mövcud olan siyasi və 
ənənəvi tarixə dair əsərlərdə obyektiv tarixçi məzəli əhvalatları, 
davranış qaydalarını, formal müraciətləri deyil, qanunların, dinin 
və  təhsilin işləmə yollarını  və bununla da insan təfəkkürünün 
inkişafını təsvir edirdi.” ( 1)  
Tarixin yazılma səbəblərini siyasi hərəkatların inkişafı və 
ya evolyusiyası ilə bağlamaq olar. Onun yazılma motivləri isə 
insanların sələflərinin keçmişini öyrənərək ondan gələcəyə 
rəhbərlik üçün istifadə etmək cəhdləri kimi izah oluna bilər. 
Fukidid və Romalı Dionisinin yazdıqları kimi «tarix sələflərin 
necə yaşaması, necə davranması haqqında fəlsəfi təhsildir». 
Tarix təkcə keçmişin şərəfli və qəhrəmanlıq səhifələrinin bərpası 
deyil, bizim indimizi dəyişmək və gələcəyimizi müəyyən etmək 
üçün praktik obyektdir. 
Bəzən tarix bizə  mənəvi, siyasi və ya teoloji problemlər 
üzrə  dərs verməyə çalışır. Lakin keçmişi bərpa etdikcə  mənbə 
bazasının tarixi qeyri-obyektiv təsvir edəcəyi qorxusu yaranır. 
Bu qorxu tarixin öz təbiətindən irəli gəlir. Lord Bekonun bütün 
dövrlər üçün səmimi səslənən “tarix öz-özünə həqiqi hadisə və 
faktları məsləhət qarışıq təqdim edir, onlar haqqında mühakimə 
yürütmək və nəticələr çıxarmağı isə bizə tapşırır” ifadəsi tarixdə 
həqiqət probleminin ziddiyyətli olmasına işarə edir. (2)  
Tarix həyatın müəyyən hadisələrini  əks etdirir. Onun ən 
əsas və real məqsədi isə insan cəmiyyətinin tipik elementlərini, 
fərdlərin fikir və mövqelərini tapmaq və “tarixin qanununu” 
müəyyənləşdirməkdir.  
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 

XIX əsrin əvvəllərində tarixin öyrənilməsinə tənqidi baxış 
təbiət və dəqiq elmlər sahəsində üstünlük təşkil edən pozitivimin 
təsiri altında formalaşmağa başladı. Uzun müddət nəzəriyyəçi-
tarixçilərin stolüstü kitabına çevrilmiş alman alimi E. Berngeym 
və fransız alimləri  Ş.Lanqlua və  Ş.Senobosun “Tarixin 
öyrənilməsinə giriş” adlı  əsərləri də  məhz bu konsepsiyanın 
təsiri altında yazılmışdır. 
Pozitivizmin  əsas prinsipi tarixin mənbələr  əsasında 
yazılması fikri idi və bu fikrə görə  əgər “mənbə yoxdursa, de-
mək tarix də yoxdur” tezisi formalaşmışdı. Sözsüz ki, tarixi 
mənbəsiz təsvir etmək qeyri-mümkündür, bizim keçmiş 
haqqında biliklərimiz məhz mənbələrə  əsaslanır və onlarsız 
bizim tarixi bərpa etmək şansımız heçə enir. Lakin bir məsələni 
qeyd etmək lazımdır ki, mənbə dedikdə pozitivistlər yalnız 
yazılı  mənbələri nəzərdə tuturdular. Pozitivizmin tərəfdarları 
sübut etməyə çalışırdılar ki, tarix yalnız yazının yarandığı 
dövrdən başlanıır, yalnız yazılı şəkildə bizə gəlib çatmış mənbə 
bizim tarixi hadisə haqqında biliyimizə  şahidlik edə bilər. Bu 
istiqamətin banilərindən olan XIX əsrin görkəmli alman tarixçisi 
Diltey tarixə faktların birincilik və muxtariyyət ideyasını 
gətirmişdir. Bu konsepsiya italyan alimi B.Krosun əsərlərində 
(3) daha qabarıq  əks olunmuşdur. “Bütün tarix müasir tarixdir 
“deyən B.Kros hesab edirdi ki, tarix keçmişi bu günün gözü ilə 
görmək və keçmişin problemləri işığından hadisələri qeydə 
almaq deyil, inkişaf etdirməkdir. ( 4)  
Tarixi yazılı  mənbələrin yaranmasından başlayan 
pozitivistlər tarixi keçmişin obyektiv varlığını inkar etməsələr 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 

də, onun yazılı  mənbələrsiz heç bir əhəmiyyət kəsb etmədiyini 
iddia edirdilər. Pozitivist alimlər eyni zamanda yazılı mənbələrin 
elmi  şərhi və ya interpretasiyasının zəruriliyini də inkar edir, 
bunun tarixi obyektivliyə  zərər gətirdiyini sübut etməyə 
çalışırdılar. 
Beləliklə, XIX əsrin ortalarında formalaşmağa başlamış 
pozitiv tarixi məktəb keçmişin obyektiv varlığının yalnız yazılı 
mənbələr əsasında bərpasının mümkünlüyünü qəbul edir, şifahi, 
maddi və digər mənbələrin rolunu və tədqiqatçıların mənbələrdə 
əks olunmuş faktlar və informasiyaya müdaxiləsini inkar 
edirdilər. Pozitivist istiqamətin ən müsbət cəhəti yazılı mənbələr 
əsasında real mövcud olmuş keçmişin obyektiv bərpasının 
mümkünlük ideyasının müdafiəsi hesab edilməlidir. Tarixin 
bərpasında pozitivist istiqamətə ilk etirazlar XIX əsrin sonları-
XX  əsrin  əvvəllərində formalaşmağa başladı. XX əsrin 
əvvəllərində rus alimi A.S.Lappo-Danilevski pozitivist məktəbin 
nümayəndələrinin tarixi mənbələrə baxışını  tənqid edərək, 
tədqiqatçının tarixi faktların dindirilməsi və ya mənalandı-
rılmasında xüsusi xidməti olduğunu qeyd etdi. “Tarixin meto-
dologiyası” adlı  əsərində A.S.Lappo-Danilevski pozitivizmin 
zəif nöqtəsi olan mənbə-tarixçi zəncirini möhkəmləndirərək, 
əslində tarixi faktların təhlilində tədqiqatçının tutduğu mövqeyi 
ön plana çəkir. Lakin təəssüf ki, A.S.Lappo-Danilevskinin 
konsepsiyasında mənbənin sosial təbiəti və  mənşəyi problemi 
işıqlandırılmırdı. Bu istiqamət tarixdə yeni bir nəzəri məktəbin-
subyektivizmin formalaşmasına təkan verdi. 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
10 
Pozitivizmin  əksi kimi formalaşmış subyektivist tarixi 
məktəbin nümayəndələri, pozitivist tarixçiləri tarixi “qayçıla-
yapışdır” sahəsinə (yəni yazılı mənbələrdə əks olunmuş faktların 
kəsilib xronoloji cəhətdən birləşdirilməsi) çevirməkdə 
təqsirləndirirdilər.  Əsasının neokantçılar tərəfindən qoyulduğu 
bu məktəbin yaratdığı elmi konsepsiyasının mərkəzi ideyası 
tarixi keçmişin bərpasında tədqiqatçının rolunun müəy-
yənləşdirilməsi idi. Lakin A.S.Lappo-Danilevskidən fərqli 
olaraq, bu məktəbin nümayəndələri keçmişin real varlığını  və 
obyektiv bərpasını faktiki olaraq inkar edir, tarixin yalnız 
tarixçilər tərəfindən yazıldığını iddia edirdilər. “Bizim hansı 
tarixə malik olacağımızı tarixçi müəyyən edir” deyən sub-
yektivistlər tarixin bərpasında  əsas rolun tarixçiyə  məxsus 
olduğunu iddia edirdilər. 
Beləliklə, keçmişin bərpasında üç faktorun- ətraf mühit və 
ya tarixi gerçəklik, mənbə  və tarixçinin, əsas rol oynadığını 
nəzərə alaraq, qeyd etmək lazımdır ki, pozitivizm məktəbi 
birinci zəncirə, yəni tarixi gerçəklik –mənbə, subyektivizm isə 
ikinci zəncirə, yəni  tarixi  mənbə-tarixçi, zəncirinə mühüm 
əhəmiyyət verirdi. Bununla yanaşı pozitivist tarixçilər tarixi 
gerçəkliyin obyektiv reallığını və dərk edilməsi mümkünlüyünü 
qəbul edir, lakin əsas  şərt kimi yazılı  mənbələrin zəruriliyini 
irəli sürürdülər. Subyektivist tarixçilər isə  əksinə, tarixi 
gerçəkliyin obyektiv mövcudluğunu inkar edir, onun yalnız 
tarixçidən, tarixin təqdim olunma keyfiyyətinin isə tarixçinin 
professionallıq səviyyəsindən asılı olduğunu iddia edirdilər.  


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə