Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə6/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   2   3   4   5   6   7   8   9   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
23 
tutulur. Növə görə  təsnifat isə  mənbələrin onlardakı 
informasiyanın qeydə alınma üsuluna görə qruplaşdırılmasıdır. 
XIX əsrdə yaradılmış və tarixin nəzəri problemlərinə həsr 
olunmuş ilk əsərlərdə tarixi mənbələr “keçmişin qalıqları” və 
“tarixi  ənənələr” olmaqla iki qrupa bölünürdülər. Avropa 
alimləri Diltey, E.Berngeym, Lanqlua, Senyobos, Rikert «qalıq, 
relikt» dedikdə bilavasitə keçmişin qalığı olan maddi, arxeoloji, 
məişət materiallarını, “tarixi ənənə” dedikdə isə tarixi hadisələri 
və prosesləri  əks etdirən yazılı  məlumatları  nəzərdə tuturdular. 
Bu ikincilər narrativ, yəni salnamə  və ya ədəbi mənbə 
adlandırılırdı.  
Müasir mənbəşünaslıq mənbələri tiplərinə görə dörd yerə - 
maddi, yazılı, təsviri və  səsli, bölür. Çox zaman təsviri 
mənbələri qrafik-təsviri, bədii-təsviri və s. qruplaşdırırlar. 
Mənbələrin bu cür təsnifatı onlarda tarixi reallığın  əks olunma 
metodunun və formalarının müxtəlifliyi ilə izah olunur. 
Bundan başqa mənbəşünaslıqda mənbələrin növlərə görə 
təsnifatı mövcuddur. Bu təsnifata görə yazılı mənbələri salnamə, 
diplomatik sənədlər, qanunvericilik sənədləri, kargüzarlıq 
sənədləri, statistik sənədlər,  şəxsi xarakterli sənədlər, dövrü 
mətbuat və s. olmaqla növlərə bölürlər.  
Mənbələrin təsnifatı onların təkamül prosesini izləmək 
imkan verir. Zaman keçdikcə insanların təkcə tarixi gerçəkliyi 
əks etdirmə metodları  və formaları deyil, eyni zamanda 
informasiyanı  yığma məqsədi də  dəyişir. Bu isə öz növbəsində 
mənbələrin təkamülünə  gətirib çıxarır. Bu prosesin sürətlən-
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
24 
məsinə müasir dövrdə kommunikasiya və informasiya 
texnologiyasının inkişafı da güclü təsir göstərir. 
Yazının meydana gəlməsi, kitab çapı, təhsilin inkşafı 
informasiyanın əks olunması və toplanması üçün geniş imkanlar 
açdı. Texniki inkişaf informasiyanın kino-foto, fono və nəhayət, 
süni maşın dillərində qeydə alınmasına imkan yaratdı. 
Mənbələrin təkamülü təkcə ayrı-ayrı  mənbələrin növlərinin 
tədricən silinməsi ilə deyil, ictimai həyatın tarixi təkamülünün 
çətinləşməsi və  mənbələrin yeni növ və müxtəlifliyinin 
yaranması ilə xarakterizə olunur. 
Müasir dövrdə  mənbələrin informasiya vermə qabiliyyəti 
çox zaman texnologiyanın inkişaf səviyyəsi, mənbənin yarandığı 
mədəni  şərait ilə ölçülür. Mənbələrin yaranma texnologiyası 
tarixi  əlaqə mexanizmi və informasiyanın toplanma sürətini 
əhatə edir. Bu tarix üç inkişaf mərhələsi keçmişdir. Birinci 
mərhələdə informasiya insanların özləri tərəfindən ötürülür və 
bəzən vizual və ya səsli xarakter daşıyırdı.  İkinci mərhələdə 
informasiyanın ötürülməsi heyvanların köməyi ilə  həyata 
keçirilirdi. Qədim Mərkəzi Asiyada artıq e.ə.təxminən 2000 -ci 
ildə, Aralıq dənizi  ətrafında isə e.ə.1000-ci ildə informasiyanın 
bu cür ötürülməsi geniş tətbiq olunurdu. 
Texniki inkişaf təxminən b.e.ə. 3000-cü ildə Mesopa-
tamiyada informasiyanın ötürülməsi üçün gil lövhələrdən 
istifadə imkanı yaratdı. Sonralar bu texnika informasiyanın 
yazılı surətdə xüsusi hazırlanmış  şəxslər tərəfindən ötürülməsi 
ilə  əvəz olundu. Fars şahları ilk dəfə olaraq, informasiyanı 
ötürmək üçün kuryer sistemi tətbiq etməyə başladılar.  


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
25 
İnformasiyanın ötürülməsi tarixində üçüncü mərhələ 
mexaniki medianın kəşfi ilə xarakterizə olunur. Texniki kəşflər 
nəticəsində XIX əsrin sonlarında informasiyanın istənilən 
nöqtədən digərinə çatdırılması üçün cəmi yeddi dəqiqə vaxt 
lazım idi. 
Müasir dövrdə kommunikasiya texnologiyasının surətli 
inkişafı informasiyanın toplanması  və komplektləşdirilməsini 
olduqca asanlaşdırır. Lakin informasiya çoxluğu, onun sistemsiz 
şəkildə toplanması informasiyanın obyektivlik səviyyəsinin 
müəyyənləşdirilməsi və onda olan gizli informasiyanın qeydə 
alınmasını çətinləşdirir. 
Tarixi mənbələrin tədqiqi zamanı qarşıya çıxan prob-
lemlərdən biri də fakt ilə tarixi mənbə arasındakı münasibətlərin 
müəyyənləşdirilməsidir. 1830-cu ildə alman alimi L.Ranke 
tarixçinin vəzifəsinin hadisələri “necə baş veribsə eləcə  də  əks 
etdirmək” olduğunu vurğulayanda heç kimi təəccübləndirmədi. 
Tarixin elm olduğunu sübuta yetirməklə  məşğul olan 
pozitivistlər özlərinin tarixə təsirini faktların ilahiləşdirilməsi ilə 
həyata keçirməyə çalışırdılar. “Birinci faktlar, sonra isə onlar 
əsasında nəticə” deyən pozitivistlər faktların tarixdə önəmli rol 
oynadığını vurğulayırdılar. 
XIX  əsr ingilis tarixi məktəbində bu istiqaməti inkişaf 
etdirən empirik ənənə Böyük Britaniya fəlsəfi məktəbinin 
nümayəndələri olan Lokkdan B.Rasselə  qədər mühüm 
əhəmiyyət kəsb etmişdir. 
Biliklərin empirik nəzəriyyəsi obyektlə subyekt arasında 
kəskin ayrılığın olduğunu iddia edirdi. Bu nəzəriyyəyə görə 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
26 
faktlar hissi əksetdirmə olaraq, müşahidəçiyə  kənardan təsir 
göstərir və onun təfəkküründən asılı deyil. Empirik məktəbin 
nəzəriyyəsinə görə faktların qəbulu passiv xarakter daşıyır və iki 
müstəqil mərhələdən - təcrübə  və ondan irəli gələn nəticədən 
ibarətdir.  
Məhz bu konsepsiyadan çıxış edən tarixçilər belə hesab 
edirdilər ki, tarix müəyyən edilmiş faktların toplusudur. Tarixçi 
faktları toplayır, araşdırır, “özünə uyğun tərzdə dəyişdirir” (10) 
Başqa sözlə desək empirik məktəbin fikrincə faktlar 
müqəddəsdir, fikir isə azad. 
Lakin baş vermiş  və fakt kimi qəbul edilən hər bir 
informasiya tarixi faktdırmı? Tarixi faktlarla digər faktları bir-
birindən ayıran kriteriyalar mövcuddurmu? Və ümumiyyətlə, 
tarixi fakt nədir? 
Empirik məktəb nümayəndələrinin fikrincə tarixdə bir sıra 
müəyyənləşmiş faktlar mövcuddur ki, onlar tarixin özəyini təşkil 
edirlər. Məs., Sezarın Rubikonu keçməsi. Bu faktı iki nöqteyi -
nəzərdən araşdırmaq və müəyyənləşdirmək lazımdır. Birincisi, 
Sezar Rubikonu 42–ci ildə keçmişdir, bizim bu halda tarixi səhv 
qeydə almaq haqqımız yoxdur. İkincisi, Sezar Nili, Arazı deyil, 
məhz Rubikonu keçmişdir. Burada qeyd olunmalıdır ki, tarixçi 
yaxşı  bənna kimi əvvəlcə tikdiyi binanın təməlini 
möhkəmləndirməli, yəni əldə etdiyi faktları hərtərəfli yoxlamalı 
və  təsdiq etməli, sonra isə onların təhlili və interpretasiyası ilə 
məşğul olmalıdır.  
Faktlar sözsüz ki, istənilən elmin məzmunu  əsasını  təşkil 
edir. Latın dilindən (factum) “hərəkət, hadisə, yerinə yetirilmiş” 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə