Microsoft Word textbook2008. doc


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş



Yüklə 396,04 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix14.10.2017
ölçüsü396,04 Kb.
#4595
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
31 
tarixçinin “xam material”ı olaraq, ona elmi metod və üsüllardan
analitik və  tənqidi düşüncədən istifadə edərək, keçmişi bərpa 
etmək imkanı verir. Tarixi mənbələrdə qeydə alınmış faktların 
abstrakt, nəzəri-məzmuni təhlili mənbələrdə buraxılmış 
boşluqların doldurulmasını mümkün edir.  
Artıq qeyd edildiyi kimi tarix elmində  tədqiqat prob-
leminin həlli ilk növbədə  mənbənin mövcudluğu ilə  şərtlənir. 
Məhz buna görə  də tarixi tədqiqatın strukturunda tədqiqatın 
mənbə-informasiya  əsasının formalaşdırılması mühüm əhəmiy-
yət kəsb edir. Çox zaman arxivlər tarixçilərin başlıca 
informasiya mənbəyi hesab edilir. Arxivlər rəsmi və qeyri-rəsmi 
orqanların topladığı  sənədlər kolleksiyasıdır. Bu sənədlərin 
qorunub saxlanılması ilk növbədə praktiki əhəmiyyət kəsb edir. 
Sənədlərin daxil olmasının davam etdiyi, bazası daim yeniləşən 
arxivlərə “yaşayan arxivlər”, mənbə bazası qədim, orta və yeni 
dövr mənbələrindən təşkil olunmuş  və yeni sənədlər daxil 
olmayan arxivlərə isə “qədim” və ya “tarixi” arxivlər deyilir.  
Qərbdə yaradılmış və XYIII əsrdə formalaşmağa başlamış 
ilk arxivlər  şəxsi arxiv statusu daşıyan və yaxud da sənədləri 
istehsal edən institutlar idi. Qərb dünyasında kilsələr, 
monastrlar,  şəhər idarəçiliyi,  şərqdə isə  məscidlər, elm və 
mədəniyyət ocaqları külli miqdarda əlyazma və  sənədlərin 
toplandığı arxivlər idi. 
Müasir dünyamızda saysız-hesabsız arxivlərin olmasına 
baxmayaraq,  əslində onlar keçmişdə yaradılmış  sənədlərin 
yalnız kiçik bir qismini qoruyurlar. Bunun səbəbi isə,  əvvəla, 
yalnız tarixin olduqca ciddi və spesifik hadisə  və faktlarının 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
32 
sənədləşdirilməsində, ikincisi isə, qədim sənədin yaradıcısının 
çox zaman yaratdığı  sənədin qiymətini anlamayaraq, surətinin 
köçürülməsi və qorunması haqqında düşünməməsindədir. 
Keçmiş arxiv sənədlərinin çox az bir qisminin bizim dövrümüzə 
gəlib çatmasının bir səbəbi də arxivlərin çox zaman təbii 
fəlakətlər, yanğın və müharibələr nəticəsində dağıdılmasıdır. 
Arxivlərin sənədlərlə dolması çox zaman onların seçkili 
qorunmasına, materialların bir qisminin məhv edilməsinə səbəb 
olur. Bu proses zamanı  sənədlərin hansı prinsip və ya 
kriteriyalara  əsasən qorunmasının məyyənləşdirilməsi mühüm 
əhəmiyyət kəsb edir Bəzən müəyyən dövr üçün lazımsız 
görünən və məhv edilən sənədlər bir müddətdən sonra olduqca 
mühüm əhəmiyyət kəsb etmiş olur.  
Mənbənin keyfiyyət ölçüsü onun tədqiq olunan problemi 
nə  dərəcədə  əhatə etməsi və açıqlaması ilə müəyyən edilir. 
Lakin çox zaman bu keyfiyyət ölçüsünün təmin edilməsi cəhdi 
müəyyən çətinliklərlə üzləşir.  
Əvvəla, mürəkkəb və daim inkişaf edən tarixi prosesləri 
tədqiq edərkən, konkret-nəzəri nəticələr  əldə etmədən mənbə-
lərin sadə keyfiyyət ölçüsünü təyin etmək qeyri-mümkün olur. 
İkincisi, mənbələrin keyfiyyət ölçüsünü müəyyənləşdirərəkən, 
tədqiq edilən hadisələr arasında qarşılıqlı  əlaqələrin 
müəyyənləşdirilməsi və onların xarakterinin araşdırılması 
çətinlik törədir. Üçüncüsü, bəzən mənbələr bilavasitə  tədqiq 
edilən problemə dair informasiyaya malik olmaya bilər. Belə 
olan təqdirdə  mənbəşünas mənbələrdə olan gizli informasiyanı 
qeydə almalıdır. Hər bir mənbənin geniş informasiya vermə 


Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
33 
qabiliyyətinə malik olmasına baxmayaraq, çox zaman gizli 
informasiyanı qeydə almaq çox çətin olur. Əgər mövcud olan 
mənbə bazası lazım olan, ifadə olunmuş və gizli informasiya da 
daxil olmaqla, problemi tam əhatə etmək imkanı vermirsə, 
yeganə yol tədqiqat problemi istiqamətini dəyişdirməkdir. 
Mənbələrin kəmiyyət ölçüsünün müəyyənləşdirilməsi 
problemi çox zaman kütləvi xarakter daşıyan tarixi hadisələrin 
öyrənilməsi zamanı lazım olur. Belə ki, yalnız fundamental 
problemlərin həlli kütləvi mənbələrin elmi dövriyyəyə 
gətirilməsini tələb edir. Kütləvi mənbələrin tam surətdə 
tədqiqata qoşulması qeyri-mümkün olduğundan tarixçi çox 
zaman mənbələrin keyfiyyət məzmununa xələl gətirmədən 
onların içərisindən müəyyən hissəni və ya faizi seçməli olur. 
Beləliklə, tarixi tədqiqatın başlıca problemi qarşıya 
qoyulan suala cavab tapmaq üçün mümkün mənbə bazasının 
müəyyən edilməsi deyil, bu bazanın problemi həll etmək üçün 
nə dərəcədə yararlı olmasını, yəni mənbə bazasının informasiya 
imkanlarını və qoyulmuş problemə uyğunluğunu təyin etməkdir. 
 
3. Mənbələrin texniki təhlili 
Klionun emalatxanası 
İstənilən elmi tədqiqat işinini dəqiqləşdirilmiş  və etibarlı 
faktlara malik olmasının zəruriliyi müasir dövr üçün danılmaz 
faktdır. İstər təbiət elmləri, istərsə də humanitar (sosial və siyasi) 
elm sahələri etibarlı faktlar bazasına malik olmazlarsa onların 
elmilik və obyektivliyindən danışmağa dəyməz. Tarix elmində 
Ş.Məmmədova          Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 
 
 
34 
isə fakt dedikdə yenidən tarixi mənbələrdəki informasiyanın nə 
dərəcədə tarixi reallığa uyğun gəlməsi, onun nə  dərəcədə 
obyektiv olması  və  ətraf mühiti nə  dərəcədə adekvat əks 
etdirməsi problemi ilə üzləşmiş oluruq. Hər bir mənbənin tarixi 
hadisənin  şahidi olmasını müəyyənləşdirmək üçün onun 
forması, strukturu və  məzmunu ilə bağlı bir sıra problemlər 
aydınlaşdırılmalıdır. 
Əvvəla, mənbə dilinə, yazılma tərzi və lüğət bazasına görə 
hərtərəfli təhlil olunmalıdır. Mənbənin dilinin arxaik olub-
olmaması, yazı texnikası, lüğət bazası, rəsmi və ya qeyri-rəsmi 
olması müəyyənləşdirilməlidir. Sözsüz ki, bü mərhələ yalnız bir 
qism, yəni olduqca qədim mənbələrin təhlili zamanı vacibdir. 
İkincisi, mənbənin yaradıldığı yer və zaman dəqiq 
müəyyənləşdirilməlidir. Mənbənin nə vaxt, hansı ölkədə  və 
şəhərdə, hansı sosial mühitdə və kim tərəfindən yaradılmasının 
müəyyənləşdirilməsi olduqca böyük əhəmiyyəti kəsb edir. 
Bundan başqa mənbədə  əks olunan illərin, yer adlarının 
dəqiqliyi də yoxlanılmalıdır. 
Üçüncüsü, mənbənin həqiqiliyi müəyyənləşdirilməlidir. 
Tədqiqatçı  dəqiq bilməlidir ki, mənbə  mətndə qeyd edildiyi 
vaxtda yaranmışdır. Bunun üçün mənbənin yazılma stilinin, 
üslub və texnikasının, anaxronizmlərin araşdırılıması  tələb 
olunur. 
Müasir dövr tarixçiləri mənbələrin  əslinin, həqiqiliyinin 
müəyyənləşdirilməsi və  təhlili üçün müxtəlif vasitə  və üsul-
lardan istifadə edirlər. Bu üsullar tədqiqatçılara mənbənin 
harada, nə zaman, kim tərəfindən yaradılmasını dəqiq müəyyən 


Yüklə 396,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə